Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   ...   6   7   8   9   10   11   12   13   14

 

26

 Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. 



 

٭٭٭ 


 Xalqımız keçmişdən nəticə çıxarmalıdır. 

 

٭٭٭ 



 

Tarix heç nəyi silmir. 

 

٭٭٭ 


 Respublikamızı  təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin 

tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq. 

 

٭٭٭ 


 Tarixi 

təhrif etmək xəstəliyi aradan götürülməlidir. 

 

٭٭٭ 


 

Əsrin  əvvəlinə  nəzər salsaq, o vaxtdan başlayan proseslər, milli azadlığa, müstəqilliyə 

yönəldilmiş proseslər ancaq və ancaq XX əsrin sonunda müəyyən qədər məqsədə yetmək səviyyəsinə 

gəlib çatmışdır. 

 

٭٭٭ 


 Xalqımız XX əsrin əvvəlindən indiyədək çox şərəfli bir yol keçmişdir. Bu yol da ondan ibarətdir 

ki, xalqımızın mədəni, təhsil səviyyəsi artmış, mədəniyyətimiz yüksəlmiş, elmimiz, böyük iqtisadi poten-

sialımız yaranmışdır. Xalqımızın həyat tərzində, dünyagörüşündə böyük dəyişikliklər  əmələ  gəlmiş, 

böyük bir siyasi-ictimai proses başlamışdır. Bunlar hamısı keçdiyimiz dövrün, onun mərhələlərinin 

bəhrəsi, nəticəsidir. 



 

27

 



 

MƏNƏVİ TƏRBİYƏ 

 

 

 

Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü 



seçir. 

 

٭٭٭ 



 

Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri  əsasında tərbiyələndirmək, mənəvi 

cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. 

 

٭٭٭ 



 Ana 

hər bir insan üçün müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də Ana Vətən deyirik, torpağa 

da. Azərbaycan xalqının ən böyük sərvəti ondan ibarətdir ki, o, əsrlər boyu qəhrəman, cəfakeş, dözümlü 

analar yetirmişdir. 

 

٭٭٭ 


 

Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, 

milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər. 

 

٭٭٭ 



 

Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, goyçək, istedadlı balaları, evladları var. Fəxr edirəm 

ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, oz 

istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. 

Müstəqil Azərbaycanın, daim mustəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz. 

 

٭٭٭ 



 

Hər xalqın, o cümlədən də Azərbaycan xalqının öz milli mənliyi var. O milli mənliyi də xalqın 

qabaqda gedən adamları ifadə etməli, təmsil etməlidirlər. 

 

٭٭٭ 



 

İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsübiyyətindən asılı 

olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir. 

 

٭٭٭ 



 Biz 

çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələr  əsasında 

tərbiyə edilsinlər. 

 

٭٭٭ 



 Radio 

və televiziya insanları  təsirləndirir, onların təkmilləşdirilməsinə, mənəviyyatca inkişafına 

kömək edir, dünyaya gözünü açır, onları bütün dünya ilə birləşdirir. 

 

٭٭٭ 



 

Cəmiyyətimizdə saf mənəviyyatı  bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi hallara qarşı 

mübarizəni gücləndirmək əsas vəzifəmizdir. 

 

٭٭٭ 



 Müstəqilliyimizi daimi etmək,  ərazilərimizi bütün təcavüzlərdən - bugünkü və  gələcək 

təcavüzlərdən qorumaq üçün cəmiyyətimizə, xalqımıza, ölkəmizə milli birlik, mənəvi həmrəylik, 

vətəndaş həmrəyliyi lazımdır. 

 

٭٭٭ 



 Xalq 

milli 


əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz 

şəxsi mənafelərinə görə xalqın başından basırlarsa, bax, bu, xalqın ən böyük faciəsidir. 

 

٭٭٭ 


 Kiməsə qarşı  ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını  ədalətlə almaq lazımdır. Amma 

ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir. 




 

28

 Qarşımızda duran vəzifələrdən biri də  gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə etməkdən 



ibarətdir. 

 

٭٭٭ 



 

Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə  də, hər bir 

insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. 

 

٭٭٭ 



 Heç 

kim 


əbədi qalib ola bilməz. 

 

٭٭٭ 



 Bir 

hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən 

daha asandır. 

 

٭٭٭ 



 

Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə , böyüdəcəyiksə ölkəmizin

millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. 

 

٭٭٭ 



 

İnsanlar bir-birinə doğrudan da səmimi münasibət bəsləyirlərsə bu münasibət daimi olmalıdır. 

Əgər yaxşı şəraitdə münasibət varsa və  ağır  şəraitdə həmin münasibətlər qırılırsa bu, insanların yüksək 

keyfiyyətə malik olmadığını göstərir. 

٭٭٭ 

 

 



Ələbaxımlılıq mənəviyyatı pozur, ailə, torpaq təəssübünü heçə endirir. 

 

٭٭٭ 



 

Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edə-

rək gələcəyimizi quracağıq. 

 

٭٭٭ 



 Qurani-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğru-

luğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. 

 

٭٭٭ 


 Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra xalqımızın mənəvi dəyərləri canlanıb, bərpa 

edilibdir. 

 

٭٭٭ 


 Faşistliyin, vəhşiliyin dərəcəsi yoxdur. Erməni işğalçılarının hərəkətləri məhz bunu sübut edir. 

 

٭٭٭ 



 Azərbaycan xalqı qəhrəman, cəsur, dəyanətli, saf əxlaqlı bir xalq kimi bütün dünyada tanınıb! 

 

٭٭٭ 



 Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. 

 

٭٭٭ 



 Azərbaycan xalqı   dünyaya nümayiş etdirdi ki, o yenilməzdir, qəhrəmandır, ona nə qədər güclü 

təcavüz, təzyiq olsa da, onun iradəsini sındırmaq mümkün deyil. 

 

٭٭٭ 


 

Həyatımız nə qədər çətin, ağır olsa da uşaqlara qayğı, diqqət heç vaxt azalmamalıdır. Çünki onlar 

bizim sabahımızdır. 

 

٭٭٭ 



 Müharibədə vuruşan qəhrəman, cəsur Azərbaycan övladlarını boya-başa çatdıran bütün analar, 

qadınlar cəmiyyətimizdə xüsusi yer tuturlar. 




Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə