Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   ...   6   7   8   9   10   11   12   13   14

 

29

 



Hər bir insan həyatda yaşamalı, inkişaf etməlidir, öz yerini tapmalıdır. Amma öz yerini, özünə 

məxsus olan yeri tapmalıdır. Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur. 

 Zaman 

dəyişir, bəzən insanlar ayrı-ayrı məsələlərə cürbəcür qiymət vermək istəyirlər. Amma elə 



məfhumlar var ki, onlar heç vaxt dəyişməyəcəkdir. 

 

٭٭٭ 



 

İndi elə bir mərhələyə  gəlib çatmışıq ki, özümüz öz taleyimizin sahibiyik, həyatımızı özümüz 

qururuq. Ona görə bu həyatı elə qurmalı, yaratmalı, bu günü də, sabahı da, keçmişi də elə təmin etməliyik 

ki, səhv, yanlış olmasın. 

 

٭٭٭ 


 

Bəzən görürsən,  əkiz qardaş, bacı da bir-biri ilə eyni xasiyyətdə  olmur.  Bu  təbiidir. Biz təbiətə 

qarşı heç bir zor işlədə bilmərik. Təbiətin yaratdığı təbii qanunlar heç kəsin istəyindən, yaxud səyindən 

asılı olmayaraq işləyir. Amma bu təbii qanunlar içərisində  də bir olmaq, daha da sıx olmaq, bir-birinə 

dayaq olmaq, əl uzatmaq üçün imkanlar çoxdur. 

 

٭٭٭ 



 

Bəzən "birlik" sözünü o qədər işlədirlər ki, o, hörmətdən düşür. Çünki elə hər bir adam deyir ki, 

birlik olsun. Bilirsiniz, bir var ki, bu şüarı ayrı-ayrı məqsədlər üçün desinlər, bir də var ki, bu həyatımızın 

tələbindən doğan sözlər olsun. Mən Azərbaycan Prezidenti kimi xalqımızın mənə göstərdiyi etimada 

güvənərək Respublikamıza başçılıq edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə  də bu 

günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir olması 

vacibdir. 

 

٭٭٭ 



 

Mən hər bir kəsə tövsiyə edirəm ki, göstərilən etimadı qiymətləndirsin, etimada sədaqətlə xidmət 

etsin. 

 

٭٭٭ 



 

O insanlar ki, sədaqətlidirlər, saf mənəviyyatlarla, amallarla yaşayırlar, xalqına, millətinə

torpağına xidmət edirlər, dövlətin qanun-qaydalarına tabe olurlar, bu qanun-qaydaları qoruyurlar və 

onların həyata keçirilməsinə çalışırlar - belə adamlar həmişə  mənim silahdaşımdır, mənimlə birdilər və 

mən də bu adamlarla birlikdəyəm. 

 

٭٭٭ 



 Bu 

xəstəlik, yəni bir-birinə mane olmaq, bir-birinə  zərər vurmaq, bir vəzifəni tutmaqdan ötəri 

həmin vəzifədə olan adamın ayağının altını qazımaq xəstəliyi bizdə keçmişdə  də olubdur, təəssüf ki, 

sonralar da olubdur. 

٭٭٭ 

 

 Dünən kim nə cinayət edibsə, ona cavabdeh olmalıdır. Hansı səhvi edibsə, onu təhlil edib bir də 



belə səhv buraxmamalıdır. 

 

٭٭٭ 



 

Əsas məqsədlərimiz, amallarımız yolunda hamı birləşməlidir! 

 

٭٭٭ 


 

Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən 

asılı olacaqdır. 

 

٭٭٭ 



 

Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun. 

 

٭٭٭ 


 Adamların mənəvi aləmi təkcə əməkdə, ictimai fəaliyyətdə deyil, həmçinin ailədə formalaşır. 

 

٭٭٭ 



 

Həyat mübarizədir. Respublikamızın həyatı daha çox mübarizlik tələb edir. 




 

30

 



Mən rüşvətə qarşı amansız olmuşam və yenə də olacağam. Oğruya-əyriyə qarşı amansız olmuşam 

və yenə də olacağam. Mən heç vaxt mənafe dalınca getməmişəm, bundan sonra da getməyəcəyəm. 

 

٭٭٭ 


 

İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır. 

 

٭٭٭ 


 

Bəzən Azərbaycan ulduzlarının — çox görkəmli müğənnilərin, artistlərin, bəstəkarların 

fəaliyyətindən fərəhlənərək düşünürəm: Görəsən bundan sonra beləsi gələrmi ? Hər dəfə  də öz-özümə 

cavab verirəm ki, mütləq gələcək, çünki xalqımız keçmişdə də əsrlər boyu belə istedadlar yetişdirib, indi 

də yetirir və bundan sonra da yetirəcək. 

 

٭٭٭ 



 Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox 

qiymətlidir. 

 

٭٭٭ 


 Azərbaycanın mötəbər, ağıllı, tanınmış ağsaqqal adamları bəzən kənarda (siyasi həyatdan - red.) 

qalıblar. Bəzən özləri-özlərini kənara çəkiblər. Bəzən məcburiyyət nəticəsində biganəlik mövqeyi 

tutublar. Ancaq bəzi yaramaz qüvvələr, Azərbaycan xalqını  ləkələyən qüvvələr meydana çıxıb, hətta 

özlərini xalq qəhrəmanı, milli qəhrəman, azadlıq uğrunda mübarizənin aparıcı qüvvəsi kimi qələmə 

veriblər. 

 

٭٭٭ 



 Çox 

təəssüflər olsun ki, bizim daxilimizdə olan, çirkin əməllərlə yaşayan, çirkin məqsədlərə nail 

olmaq istəyən adamlar xalqımıza, ölkəmizə, millətimizə düşmən olan xarici qüvvələrlə bu sahədə birləşib 

hərə öz məqsədini daşıyırdı. 

 

٭٭

٭  



 

İslahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox ağıllı, düşünülmüş  şəkildə  həyata 

keçirilməlidir... dəb naminə yox, yalnız və yalnız əldə etdiyimiz səviyyədən daha yuxarı qalxmaq üçün 

təhsilin səmərəliyini, elmin səmərəliyini artırmaq üçün aparılmalıdır. 

 

٭٭٭ 


 

Ancaq eyni zamanda belə düşünürəm ki, xalqımız dözümlü olduğu kimi, ziyalılarımız da, 

alimlərimiz də, müəllimlərimiz də, ən dözümlülərdəndir, ən mətanətlilərdəndir. Mən bütün bu çətinlikləri 

bilərək ziyalılarımıza, müəllimlərimizə müraciət edirəm: Gənclərimizin təlim-tərbiyəsi işinə təhsil, tədris 

işinə diqqətinizi azaltmayın. Əksinə belə bir şəraitdə diqqət, qayğı daha da artmalıdır. Mən əminəm ki, 

müəllimlərimizin, ziyalılarımızın, alimlərimizin  əksəriyyəti belə düşünür, belə yaşayır və bütün bu 

çətinliklərə baxmayaraq öz vəzifələrini şərəflə yerinə yetirir və bundan sonra da yetirəcəkdir. 

 YAP-a 


şəxsi məqsədlər üçün gələnlər kənara çəkildilər. Kim ideya, məslək yolu ilə  gəlibsə, o 

bütün çətinliklərə dözür, cəfakeşlik edir. 

 

٭٭٭ 


 Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz. Fikir müxtəlifliyi təbii hadisədir. Bunu 

qəbul etmək lazımdır. Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir 

adama lazımdır. Amma bu fikir müxtəlifliyini, bu fikir ayrılığını münaqişəyə çevirmək, küsmək, 

çəkişmək lazım deyil. 

 

٭٭٭ 


 Biz 

bütün 


qüvvələrimizi toplasaq, ziyalılardan, din xadimlərindən, alimlərdən, hörmətli 

adamlardan istifadə etsək, onlar bu işi mütəşəkkil apara bilsələr, hərbi hissələrdə lazımi iş görərək tərbiyə, 

əxlaq, mənəviyyat məsələlərini döyüşçülər aşılaya bilərsə, onların mənəviyyatını, iradəsini 

möhkəmləndirə bilsələr bu bizim həm siyasi , həm də ideoloji işimiz olacaqdır. Lakin bu iş nəzəri şəkildə 

deyil, mütəşəkkil aparılmalıdır. 

 

٭٭٭ 



 

Nə qədər böyük hörmət qazansan gərək başını o qədər aşağı tutasan, o qədər təvazökar olasan, 

qanun çərçivəsində işləyəsən, yüksək mənəviyyata malik olasan. 



Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə