43
Ə
mək, əgər təkcə varlığın mənbəyi kimi yox («Əgər kimsə, zəh-
mət çəkmək istəmirsə, o da ac qalır»-bu, apostol Pavelin fessalonikiya-
lılara ikinci müraciətindən sözlərdir), həm də insan dəyərinin formalaş-
masının üsulu kimi qəbul edilirsə, mənəvi dəyərə çevrilir. Protestant-
lığın professional etikası professional əməyin mənəvi-dəyərli və hətta
sarsılmazlılığına əsaslanaraq, ənənəvi etik poblemləri qoyur və həll
edir: mənəvi seçim problemi həvəs adlanan ixtisas seçimi probleminə
çevrilir; həyatın mənası problemi professional fəaliyyət problemi olur;
mənəvi məsuliyyət professional məsuliyyət vasitəsi ilə məzmununu
dəyişir, şəxsin professional keyfiyyətləri mənəvi qiymət alır.
« xtisas» sözü (lat. «öz işimi elan edirəm») əməyin müəyyən hazırlıq
tələb edən fəaliyyətin məhdudlaşdırılmış sferası şəklində hər bir insan üçün
çıxış etməsi anlamına gəlir. xtisas seçimini müəyyənləşdirən bəzi faktorlar
var: qabiliyyətin olması və fəaliyyətin müəyyən növünə meyl, yüksək
ə
mək haqqı, ixtisasın nüfuzu, ailə ənənələri, sosial mühit-onlardan hər biri
həlledici ola bilər, «həvəs» anlayışı isə öz işindən məmnunluq dərəcəsini
ifadə edən sintetik xarakteristikadır. Maks Vever əməyin mütləq məqsədə
çevrildiyi təfəkkür quruluşu qabiliyyətini müəyyənləşdirib. Əməyə belə
münasibət mövcud deyil, lakin insan təbiətinin özəlliyidir. O, yüksək və ya
aşağı əmək ödənişinin bilavasitə nəticəsi kimi əmələ gələ bilməz. Bu cür
istiqamət yalnız uzun çəkən tərbiyə prosesi nəticəsində mürəkkəbləşə bilər.
«Vəzifə» anlayışını ilk dəfə olaraq dünyəvi mənada «Siraxovun
oğlu müdrik sanın kitabları» nın tərcüməsi zamanı Martin Lüter tətbiq
edib. Burada ilahi fikir olan bu seçimə görə məsuliyyət və ixtisasın
azad seçimi haqqında söhbət getmir. Lüter üçün əməyə münasibət mə-
nasız asketik çalışmalara zidd olaraq qoyulmuş vəzifədir. «Hər bir kəs
Allahın ona cəza verdiyi əməklə qane olmalıdır». Lakin vəzifə təkcə öz
iştirakınla barışmaq yox, həm də hər şeydən əvvəl vicdanla görülən
ə
məkdir, əməyə münasibətdə məsuliyyət isə tamamilə insanın öz
üzərindədir. Bu baxımından kapitalistin, muzdlu işçinin, administra-
torun, idarəedənin və istənilən digərinin əməyi arasında prinsipial fərq
yoxdur. Vəzifənin müəyyən edilməsində şübhəsiz ki, ixtisasa etik məna
verən irrasional məqamlar iştirak edir. Vəzifə eyni zamanda ixtisasın
insan üçün seçmə əhəmiyyətini xarakterizə edir və fərdin şüurundan
kənarda mövcud olan hər hansı mütləq istiqamət seçimini işıqlandırır.
16-cı əsrdə bu yalnız ilahi fikir ola bilərdi, 20-ci əsrdə isə bu ümum-
insan humanist dəyərləridir.
44
Professional borc. Professional sferada fərdi ruh yüksəkliyi
professional borcun dərk edilməsini də nəzərdə
tutur. Tarixi baxımdan protestant etikası çərçivəsində mürəkkəbləşən bu
etik kateqoriyanın ilkin məzmununun dünyəvi etikada malik olduğu
məzmundan fərqlənməsinə baxmayaraq, yenə də mahiyyət etibarilə də-
rindən özünü hər şeydən məhrum etmə tələbləri ilə bağlıdır. Asketizmin
ziddinə olaraq protestantlıqda bilavasitə zənginliyin zövqünü rədd edən
dünya askezlərinin prinsipləri təsdiq olunur. Bu etikanın daha məntiqi
təcəssümü ngiltərədə boş danışığı, israfçılığı, mənasız köhnəpərəstliyi,
lazımi vaxtdan artıq yuxunu bağışlanılmaz iş kimi məzəmmət edən,
zamanın boş xərclənməsini ağır günah hesab edən puritan Kalvinin
tərəfdarlarında aldı. Riyakarlıqla həmsərhəd olan puritan asketizminin
ifratçılığını qəbul etməyərək, etiraf etmək lazımdır ki, istənilən sənətdə
uğur əldə edilməsi şəxsin professional reallaşmasını mümkün edən
məhdudiyyətin müəyyən edilməsi ilə qaçılmaz olaraq əlaqəlidir.
Məhdudiyyət intizamlılıq, mütəşəkkillik, düzgünlük, işgüzarlıq,
inadkarlıq, təmkinlilik kimi keyfiyyətləri özündə tərbiyə etməyə cəh-
də ifadə olunur. XVI əsrdə bütün hərəkət tərzinin ciddi metodunu yarat-
maq uğrunda çıxış edən və iki məqsədə can atan kalvinizm praktiki
etikasının tərəfdarlarını metodistlər adlandırırdılar. Bu məqsədlər:
irrasional instinktlərdən, təbiətin və dünya cisimlərinin təsirindən azad
olma, həyata planla istiqamətdə tabe olmaq; daimi özünənəzarət və
aktiv soyuqqanlılıqdır.
Peşə fəaliyyətin mənası. Əgər «vəzifə» və «peşə borc» kateqoriyaları
insanın öz işinə münasibətini ifadə edirsə,
professional fəaliyyətin mənası cəmiyyətdə insanların qarşılıqlı əlaqəsində
doğulur və sadələşdirilmiş formada « nsan nə üçün zəhmət çəkməlidir?»
sualı kimi ifadə oluna bilər. Cavab variantları: 1) gələcək nəslin rifahı
naminə; 2) özü və özünün maddi rifahı naminə; 3) cəmiyyətin digər üzvləri
üçün. Adam Smit bazar mexanizmləri ilə tənzimlənən şəxsi və ümumi
maraqların qarşılıqlı əlaqəsini belə təsvir edirdi:
Nahar əldə etməyi arzu edərkən biz qəssabın, çörəkçinin və ya
ə
kinçinin xeyirxahlığına yox, onların xüsusi maraqlarını nəzərə alırıq; biz
onların yaxınlarına olan sevgilərini yox, eqoizmlərini alqışlayırıq, öz
ehtiyaclarımız haqda yox, yalnız onların qazancları barədə danışırıq.
1
1
Smit A. Dövlətlərin təbiəti və onun varlıqlarının səbəbləri haqqında
tədqiqatlar. – M:Sosekoqizb 1962 – S.28