Heyət n darə ed lm



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə17/183
tarix27.03.2018
ölçüsü4,61 Mb.
#35305
1   ...   13   14   15   16   17   18   19   20   ...   183

 

 

 



43 

 

Ə



mək, əgər təkcə varlığın mənbəyi kimi yox («Əgər kimsə, zəh-

mət çəkmək istəmirsə, o da ac qalır»-bu, apostol Pavelin fessalonikiya-

lılara ikinci müraciətindən sözlərdir), həm də insan dəyərinin formalaş-

masının  üsulu  kimi  qəbul  edilirsə,  mənəvi  dəyərə  çevrilir.  Protestant-

lığın  professional  etikası  professional  əməyin  mənəvi-dəyərli  və  hətta 

sarsılmazlılığına  əsaslanaraq,  ənənəvi  etik  poblemləri  qoyur  və  həll 

edir: mənəvi seçim problemi həvəs    adlanan ixtisas seçimi probleminə 

çevrilir; həyatın mənası problemi professional fəaliyyət problemi olur; 

mənəvi  məsuliyyət  professional  məsuliyyət  vasitəsi  ilə  məzmununu 

dəyişir, şəxsin professional keyfiyyətləri mənəvi qiymət alır. 

« xtisas» sözü (lat. «öz işimi elan edirəm») əməyin müəyyən hazırlıq 

tələb edən fəaliyyətin məhdudlaşdırılmış sferası şəklində hər bir insan üçün 

çıxış etməsi anlamına gəlir.  xtisas seçimini müəyyənləşdirən bəzi faktorlar 

var:  qabiliyyətin  olması  və  fəaliyyətin  müəyyən  növünə  meyl,  yüksək 

ə

mək haqqı, ixtisasın nüfuzu, ailə ənənələri, sosial mühit-onlardan hər biri 



həlledici ola bilər,  «həvəs»  anlayışı isə öz işindən  məmnunluq dərəcəsini 

ifadə edən sintetik xarakteristikadır. Maks Vever əməyin mütləq məqsədə 

çevrildiyi  təfəkkür  quruluşu  qabiliyyətini  müəyyənləşdirib.  Əməyə  belə 

münasibət mövcud deyil, lakin insan təbiətinin özəlliyidir. O, yüksək və ya 

aşağı    əmək ödənişinin bilavasitə nəticəsi kimi əmələ gələ bilməz. Bu cür 

istiqamət yalnız uzun çəkən tərbiyə prosesi nəticəsində mürəkkəbləşə bilər.     

«Vəzifə»  anlayışını  ilk  dəfə  olaraq  dünyəvi  mənada  «Siraxovun 

oğlu müdrik  sanın kitabları» nın tərcüməsi zamanı Martin Lüter tətbiq 

edib.  Burada  ilahi  fikir  olan  bu  seçimə  görə  məsuliyyət  və  ixtisasın 

azad seçimi haqqında söhbət getmir. Lüter üçün əməyə münasibət mə-

nasız asketik çalışmalara zidd olaraq qoyulmuş vəzifədir. «Hər bir kəs 

Allahın ona cəza verdiyi əməklə qane olmalıdır». Lakin vəzifə təkcə öz 

iştirakınla  barışmaq  yox,  həm  də  hər  şeydən  əvvəl  vicdanla  görülən 

ə

məkdir,  əməyə  münasibətdə  məsuliyyət  isə  tamamilə  insanın  öz 



üzərindədir.  Bu  baxımından  kapitalistin,  muzdlu  işçinin,  administra-

torun, idarəedənin və istənilən digərinin əməyi arasında prinsipial fərq 

yoxdur. Vəzifənin müəyyən edilməsində şübhəsiz ki, ixtisasa etik məna 

verən  irrasional  məqamlar  iştirak  edir.  Vəzifə  eyni  zamanda  ixtisasın 

insan  üçün  seçmə  əhəmiyyətini  xarakterizə  edir  və  fərdin  şüurundan 

kənarda  mövcud  olan  hər  hansı  mütləq  istiqamət  seçimini  işıqlandırır. 

16-cı  əsrdə  bu  yalnız  ilahi  fikir  ola  bilərdi,  20-ci  əsrdə  isə  bu  ümum-

insan humanist dəyərləridir.   

 



 

44 


Professional borc. Professional sferada fərdi ruh yüksəkliyi   

                                professional  borcun  dərk  edilməsini  də  nəzərdə 

tutur. Tarixi baxımdan protestant etikası çərçivəsində mürəkkəbləşən bu 

etik  kateqoriyanın  ilkin  məzmununun  dünyəvi  etikada  malik  olduğu 

məzmundan fərqlənməsinə baxmayaraq, yenə də mahiyyət etibarilə də-

rindən özünü hər şeydən məhrum etmə tələbləri ilə bağlıdır. Asketizmin 

ziddinə olaraq protestantlıqda bilavasitə zənginliyin zövqünü rədd edən 

dünya  askezlərinin  prinsipləri  təsdiq  olunur.  Bu  etikanın  daha  məntiqi 

təcəssümü  ngiltərədə boş danışığı, israfçılığı, mənasız köhnəpərəstliyi, 

lazımi  vaxtdan  artıq  yuxunu  bağışlanılmaz  iş  kimi  məzəmmət  edən, 

zamanın  boş  xərclənməsini  ağır  günah  hesab  edən  puritan  Kalvinin 

tərəfdarlarında  aldı.  Riyakarlıqla  həmsərhəd  olan  puritan  asketizminin 

ifratçılığını qəbul etməyərək, etiraf etmək lazımdır ki, istənilən sənətdə 

uğur  əldə  edilməsi  şəxsin  professional  reallaşmasını  mümkün  edən 

məhdudiyyətin müəyyən edilməsi ilə qaçılmaz olaraq əlaqəlidir.   

Məhdudiyyət  intizamlılıq,  mütəşəkkillik,  düzgünlük,  işgüzarlıq, 

inadkarlıq, təmkinlilik kimi keyfiyyətləri özündə    tərbiyə etməyə cəh-

də ifadə olunur. XVI əsrdə bütün hərəkət tərzinin ciddi metodunu yarat-

maq  uğrunda  çıxış  edən  və  iki  məqsədə  can  atan    kalvinizm  praktiki 

etikasının  tərəfdarlarını  metodistlər  adlandırırdılar.  Bu  məqsədlər: 

irrasional instinktlərdən, təbiətin və dünya cisimlərinin təsirindən azad 

olma,  həyata  planla  istiqamətdə  tabe  olmaq;  daimi  özünənəzarət  və 

aktiv soyuqqanlılıqdır. 

Peşə fəaliyyətin mənası. Əgər «vəzifə» və «peşə borc» kateqoriyaları   

                                            insanın  öz  işinə    münasibətini  ifadə  edirsə, 

professional fəaliyyətin mənası cəmiyyətdə insanların qarşılıqlı əlaqəsində 

doğulur  və  sadələşdirilmiş  formada  « nsan  nə  üçün  zəhmət  çəkməlidir?» 

sualı  kimi  ifadə  oluna  bilər.  Cavab  variantları:  1)  gələcək  nəslin  rifahı 

naminə; 2) özü və özünün maddi rifahı naminə; 3) cəmiyyətin digər üzvləri 

üçün.  Adam  Smit  bazar  mexanizmləri  ilə  tənzimlənən  şəxsi  və  ümumi 

maraqların qarşılıqlı əlaqəsini belə təsvir edirdi: 

Nahar  əldə  etməyi  arzu  edərkən  biz  qəssabın,  çörəkçinin  və  ya 

ə

kinçinin xeyirxahlığına yox, onların xüsusi maraqlarını nəzərə alırıq; biz 



onların  yaxınlarına  olan  sevgilərini  yox,  eqoizmlərini  alqışlayırıq,  öz 

ehtiyaclarımız haqda yox, yalnız onların qazancları barədə danışırıq.

1

 

                                            



1

  Smit A. Dövlətlərin təbiəti və onun varlıqlarının səbəbləri haqqında 

tədqiqatlar. – M:Sosekoqizb 1962 – S.28 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə