Heyət n darə ed lm



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə20/183
tarix27.03.2018
ölçüsü4,61 Mb.
#35305
1   ...   16   17   18   19   20   21   22   23   ...   183

 

50 


olmayan problemlərlə üzləşdikləri vaxt əmələ gəlir.   

3. Mənəvi seçim vəziyyətlərində necə hərəkət etməli? 

Addım 1. Dilemmanı müəyyən etmək və aydınlaşdırmaq 

Addım 2. Bütün mümkün faktları əldə etmək. 

Addım 3. Sizin bütün seçim variantlarınızı sadalamaq. 

Addım 4. Aşağıdakı üç sualı verərək hər bir variantı yoxlamaq: 

«Bu qanunidirmi?» 

«Bu doğrudurmu?» 

«Bu faydalıdırmı?» 

Addım 5. Qərarın qəbulu 

Addım 6. Aşağıdakı iki sualı verərək qərarı iki dəfə yoxlamaq: 

«Əgər  ailəm  qərarım  haqda  bilərsə,  mən  özümü  necə  hiss 

edəcəyəm?» 

«Əgər  mənim  qərarım  haqda  yerli  mətbuatda  məlumat  vverilsə, 

özümü necə hiss edəcəyəm?» 

Addım 7. Fəaliyyətə başlamaq 

4. Təşkilatda kadr menecmentinin və qarşılıqlı əlaqənin səmərəli 

qurulması üçün işçi heyət üzrə menecer etik dilemmaları həll etməyi və 

eyni  zamanda  davranışın  mənən  nöqsansız  üsulunu  daha  effektiv 

seçməyi  bacarmalıdır.  Bunun  üçün  mənəvi  seçim  vəziyyətlərində  əsas 

qaydaları  bilmək,  eləcə  də  tipik  istehsal  vəziyyətlərində  davranışın 

konkret qaydalarının incəliklərini başa düşmək lazımdır. 

 

YOXLAMA SUALLARI 

 

1. Heyət üzrə menecerin əsas peşəkar rolunun qarşılıqlı əlaqələri 



necədir? 

2.Nə üçün heyət üzrə menecerə qarşı irəli sürülən etik tələblər 

XX əsrin sonlarında daha da əhəmiyyətli oldu? 

3.Peşə etikasının əsas kateqoriyalarını sayın. 

4.Şəxsiyyətin hansı mənəvi keyfiyyəti onun peşəkar keyfiyyəti 

kimi qiymətləndirilir? 

5.Heyət üzrə menecerin peşəkar etikasının spesifik xüsusiyyətləri 

nədər ibarətdir? 

6.XX yüzillikdə kadr işçisi kimi insana münasibət dəyişmişdir. 

Bu dəyişikliyin X,Y,Z doktrinasına təsirini danışın 

7. şgüzar qarşılıqlı münasibətlər sferasında mənəviyyətsiz 

davranışa haqq qazandırmağın vasitələri hansılardır? 




 

 

 



51 

 

Fəsil 4.  şgüzar etika - kadr menecmentinin   



              arxitektonikasıdır 

 

- Görəsən Tiqranı ağacdan necə endirmək olar ziyanı keç kimə 



dəyməmək şərtilə – dedi  a- a!Hörmətli Pitaçok, bu 

            qaydalara riyaət et və işin düz gətirəcək. 



A.A.Min. Vini Pux 

 

Geniş  mənada  iş  etikası  idarə  və  sahibkarlıq  sferasında    təş-

kilatın fəaliyyətinin və onun üzvlərinin əsaslanmalı olduğu etik prinsip 

və normaların məcmusudur. O bütövlükdə təşkilatın istər daxili, istərsə 

də  xarici  siyasətinin  etik  qiymətləndirilməsinin  müxtəlif  qaydalarını 

ə

hatə edir. Bu qaydalar- təşkilat üzvlərinin mənəvi prinsipləri professio-



nal  mənəviyyatdır;  təşkilatda  mənəvi  mühitdir;  mənəvi  davranışların 

nümunəsidir; iş etikasının normaları, yənidavranışın xarici normalarının 

rituallaşmasıdır.     

ş

 həyatının etik problemlərinin xüsusi olaraq davamlı diqqətinin 



predmeti ABŞ-da olub. Etikanın mütləq kursları təkcə fəlsəfi və ideoloji 

fakültələrdə  yox,  müxtəlif  biznes  məktəblərində  oxunur.  ri  şirkətlər 

biznesin  müxtəlif  məktəblərində  kurslar  təşkil  edirlər.  Bir  çox  firma 

korporasiyanın etik prinsiplərini, davranış qaydalarını, adminstrasiyanın 

öz  işçilərinə  münasibətdə  məsuliyyətini  yazılı  şəkilə  formulə  edərək   

korporativ  etik  məcəllələr  yaradırlar.  Lakin  etik  məcəllənin  nəşri  çox 

vaxt ictimai fikrə sadə güzəşt kimi çıxış edir və etik problemlərin həl-

lində həm birinci, həm də axırıncı addıma çevrilir.  darə edənlərin mə-

nəvi iş səviyyəsi bir qayda olaraq digər ixtisasların nümayəndələrindən 

aşağı olur. 

Hər halda cəmiyyətin etik problemlərə diqqəti təşkilatın rəhbərlərini 

öz  fəaliyyətlərinin  etik  analizini  aparmağa  vadar  edir.  Korporasiyada  iş 

etikası tənzimləmələri sistemində aşağıdakı səviyyələri ayırmaq olar: 

1)

 dəyişməsi  cəmiyyətdə  olan  mənəvi  arxetiplərin  dinamikasın-



dan  asılı  olan  korporasiya  üçün  xarici  mühitdə  dominantlıq  edən  etik 

prinsiplər (imperativlər); 

2)

 korporasiyanın  əməkdaşlarının  davranışı  ilə  tənzimlənən 



normativ aktlar; 

3)

 fəaliyyəti  təşkilatın  mənəvi  mühiti  ilə  müəyyən  edilən  kor-



porasiyanın əməkdaşlarının kollektivi; 


 

52 


4)korporasiyanın  əməkdaşlarında  yaxşılıq  ideallarını  və  borc 

hissini  tabeliyi  təlqin  edən  mənəvi  fəaliyyəti  oyadan  fərdi 

motivlər. 

Kadr menecmenti sisteminin qurulması zamanı etik prinsiplərin 

və  ümumqəbuledilmiş  normaların  bir  qayda  olaraq  korporasinın rəsmi 

sənədlərində-korporasiyanın  missiyalarında,  korporativ  etik  məcəllədə 

(mənəvi  institutlaşma)  toplandığını  nəzərə  almaq  lazımdır,  mənəvi 

tənzimləmənin  qeyri  formal  mexanizmləri  isə  rəhbər  mənəvi-psixoloji 

sterotiplər və mənəvi liderin avtoritetlər ilə müəyyən edilir. 

 

4.1. Korporativ etik məcəllə 

 

And our friends are all on board; 



Many more of them live next door; 

And the band begins to play. 

We all live in a yellow submarine, 

Yellow submarine, 

Yellow submarine… 

John Lennon & Paul McCartney 

 

Etik məcəllə, təşkilatın dəyərləri    stər ayrıca götrülmüş şəxsdə,   

                                                          istərsə  də  bütövlükdə  təşkilatda 

mənəvi  inkişafın  səviyyəsi  XX  əsrdə  formalaşan  ədalətin  humanitar 

universal  prinsiplərinə-insan  haqlarının  bərabərliyi  və  fərdi  şəxs  kimi 

insan varlığının ləyaqətinə hörmət (L.Kolberq); həyatdan əvvəl ehtiram 

prinsipi  (A.Şveytser)-istiqamətlənərək  müəyyən  edilir.  A.Peççeyin 

« nsan  keyfiyyətləri»  adlı  məhşur  kitabında  təşkilatın  fəaliyyətinin 

məqsədələrini  yoxlamağın  mümkün  olduğu  insanlar  üçün  altı  məqsəd 

qeyd olunur: 

•  «xarici sərhədlər»-Yerdə insan varlığının biofiziki sərhədlərini 

probleminin  aydınlaşması,  insanla  təbiətin  qarşılıqlı  əlaqəsinin  harmo-

niyasıdır; 

•  «daxili  sərhədlər»-insanların  fiziki  və  psixoloji  imkanlarının 

tədqiqidir; 

•  xalqların  və  millətlərin  mədəni  özəlliklərinin  müdafiəsi  və 

qorunması; 




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə