Fənn: Neftin Emalının Texnalogiyası Fakültə: Ktf Qrup: 303.19 HİDROGENLƏ TƏMİZLƏMƏ PROSESİ HİDROTƏMİZLƏMƏ Hidrotəmizləmə prosesini aparmaqda əsas məqsəd xammalı kükürdlü‚ oksigenli‚ azotlu birləşmələrdən, olefin karbohidrogenlərdən təmizləməkdir‚ rejimi sərtləşdirdikdə isə aromatik karbohidrogenləri naftenlərə qədər hidrogenləşdirməkdir. Hidrotəmizləmədə kimyəvi çevrilmələr yalnız müxtəlif karbohidrogenlərlə deyil‚ həm də tərkibində kükürd‚ azot‚ oksigen və metallar olan heterotsiklik birləşmələrlə də gedir. Hidrotəmizləmə prosesinə həm ilk destillə proseslərindən alınan məhsullar həmdə destruktiv proseslərdən alınan distillatlar məruz qalır: Hidrokükürdsüzləşmə prosesi:
Əsas reaksiya S-lü karbohidrogenlər birləşmələrin parçalanması və boş valentlərin hidrogenlə doymasıdır. Eyni zamanda tiofen, olefin, ikiqat rabitələrin hidrogenlə doymasıdır. Kükürdlü birləşmələrdən təmizləndikdə katalitik krekinq qurğuları korroziyadan qorunur və eyni zamanda atmosferin çirklənməsinin qarşısı alınır.
Merkaptanlar → disulfidlər → tiofenlər
S-lü birləşmələrin davamlılığı sırası:
RSH + H2→ RH + H2S
karbohidrogenə və hidrogen-sulfidə çevrilir.
RSSR′ + H2 → RSH + R′SH
RSH + H2 → RH + H2S
merkaptanlara çevrilir.
Tiofenlərin hidrotəmizlənməsi bir neçə mərhələdə baş verir
Dostları ilə paylaş: |