“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

 
İnfiltrasiya nəzəriyyəsinə görə yeraltı sular yalnız yer səthinə düşən 
yağıntıların yerə hoparaq su keçirməyən süxur layları üzərində  yığılması 
nəticəsində əmələ gəlir. Bu hopmuş yağıntı suları su keçirən layda hərəkət edərək 
bulaqlar şəklində yer səthinə çıxa bilir. 
2. Kondensasiya nəzəriyyəsi-XIX  əsrin ikinci yarısında alman alimi Folqar 
vermişdir. O, infiltrasiya nəzəriyyəsini tamamilə inkar edərək göstərir ki, yeraltı 
sular yalnız atmosferdə olan su buxarının torpaq səthindən müəyyən dərinlikdə 
kondensasiyaya uğraması nəticəsində yaranır.  
Torpaqda su buxarının kondensasiya prosesinin dərk edilməsində rus alimi 
A.F.Lebedevin xidməti xüsusilə böyükdür. O, özünün şəxsi müşahidəsi və 
təcrübəsi əsasında sübut etmişdir ki, yeraltı suların əmələ gəlməsi yağıntı sularının 
infiltrasiya etməsi, həm də su buxarının torpaq – qrunt daxilində kondensasiyaya 
uğraması nəticəsində yaranır.  
Yeraltı suların hər iki qida mənbəyi eyni vaxtda fəaliyyət göstərir. Onların hər 
birinin rolu, yeraltı suların formalaşmasında iştirak edən fiziki-coğrafi amillərin 
xarakterindən asılıdır. Belə amillərə misal olaraq, süxurların su keçirmə 
qabiliyyətini, relyefi, yağışın yağma intensivliyi və davamiyyəti, qar örtüyünün 
əmələ gəlmə şəraiti və ərimə intensivliyini, havanın temperaturu və rütubətliyini, 
bitki örtüyünün növünü və onun suya olan tələbatını göstərmək olar. 
A.F.Lebedevə görə su buxarının atmosferdən torpağa  daxil olması hava 
kütləsinin hərəkətindən asılı olmayıb, yalnız su buxarının elastiklik fərqi ilə 
müəyyən edilir. Onun Odessa yaxınlığında apardığı təcrübələr göstərmişdir ki, çox 
vaxt gecələr havada olan su buxarının sıxlığı torpaqdakı su buxarının sıxlığından  
böyük olur və bunun nəticəsində atmosferdəki su buxarının torpağa keçməsi üçün 
lazımı  şərait yaranır. Bu yolla əmələ  gələn kondensasiya sularının miqdarı  
yağıntıların ümumi miqdarının   15-20 % -ni təşkil edir. Lakin bəzi hallarda su 
buxarının kondensasiyası üstünlük təşkil edir. Məsələn, qumlu səhra və 
yarımsəhralarda gecə havanın kəskin soyuması  nəticəsində kondensasiya prosesi 
daha sürətlə gedir. Burada yağıntılar çox az düşür, demək olar ki, bütünlüklə 
torpaq səthindən buxarlanmaya sərf  olunur. Bunun nəticəsində yeraltı suların 
qidalanmasında yağıntıların rolu cüzi olur. 
 
2
Behruz Melikov
Behruz Melikov


A.F.Lebedev göstərir ki, yeraltı suların çox az bir hissəsi yerin nüvəsindən 
(yuvenil sular) su buxarlarının kondensasiyası hesabına əmələ gəlir. 
Beləliklə torpaq-qrunt təbəqəsində su buxarının kondensasiyaya uğraması, 
yuvenil suların və yağıntı sularının infiltrasiyası hesabına yaranır. Bu proses çox 
zaman təbiətdə eyni vaxtda baş verir. 
Süxur və torpaqların su-fiziki xassələri.  Süxur və torpağın sululuq xassəsi, 
onların məsaməliyi, nəmlik tutumu, nəmliyi, suvermə,  sukeçirmə və kapilyarlığı 
ilə səciyyələnir. 
Süxur və torpaqda olan boşluqların ümumi həcminə  məsaməlilik   deyilir. 
Bunun miqdarı (n), məsamələrin həcminin (V
1
) süxurun ümumi həcminə (quru 
halda) (V
2
) faizlərlə olan nisbəti kimi müəyyən edilir: 
100
2
1

=
V
V
n
%

Məsaməlilik süxurun təşkil olunduğu hissəciklərin böyüklüyündən, 
formasından və yerləşmə xarakterindən asılıdır. Süxurdakı hissəciklər nə  qədər 
bircins, eyni formalı və nə qədər kürəyəbənzər olarsa, məsaməlilik bir o qədər çox 
olar. 
Süxurun və torpağın özündə müəyyən miqdarda su saxlama qabiliyyətinə 
nəmlik tutumu deyilir. Nəmlik tutumu tamkapilyar və molekulyar olur. 
Süxur və ya torpaqda olan məsamələrin tamamilə su ilə doldurulması üçün 
tələb olunan suyun miqdarına  tam  nəmlik tutumu deyilir. Tam nəmlik tutumu 
suyun həcminin süxurun ümumi həcminə faizlərlə olan nisbəti kimi tapıldıqda, o 
məsaməliyə bərabər olur. Məsələn,  əgər tutumu  100 sm
3
  olan menzurkanı quru 
qumla doldursaq, onda quma 35-40 sm
3
 su əlavə etmək olar. Bu miqdarda su
qumun tam nəmlik tutumuna bərabər olur.  
Əgər menzurkada suyun sərbəst surətdə axmasına imkan verilsə, suyun 
hamısı axmayıb, bir hissəsi kapilyar və molekulyar qüvvələr hesabına qumda 
qalacaqdır. Kapilyar qüvvələrin təsiri ilə süxurların saxladıqları müəyyən miqdarda 
suya mütləq nəmlik tutumu deyilir. Bu zaman su məsamələri doldurmur, yalnız 
hissəciklərin səthini örtür. 
Təbii  şəraitdə vahid zamanda süxur və ya torpağın daxilində olan suyun 
ümumi miqdarına onun  nəmliyi deyilir.  Nəmlik, təbii halda olan nəm süxur və ya 
torpaq nümunəsi  çəkisinin, həmin 105-110 
0
C temperaturda qurulduqdan sonra 
çəkisinə olan faizlərlə nisbəti kimi müəyyən edilir. 
Su ilə doymuş süxurun ağırlıq qüvvəsi təsiri nəticəsində müəyyən miqdarda 
sərbəst axım verməsinə suvermə qabiliyyəti deyilir. Süxur və ya torpağın verdiyi 
suyun həcminin süxurun ümumi həcminə olan nisbəti  suvermə  əmsalı  adlanır. 
Suvermə əmsalı narın, dənəvər süxurda iri dənəvər süxurlara nisbətən əhəmiyyətli 
dərəcədə azdır. Məsələn, bu əmsal torflu süxurlarda  40-80%,qumlu və qumsal 
süxurlarda 25-15%, gilli-qumlu süxurlarda 10-15% təşkil edir. Suvermə əmsalı nə 
qədər böyük olarsa, suvermə sürəti də bir o qədər çəx olar. Süxur və ya torpağın 
suvermə xassəsinin çayların yeraltı sularla qidalanmasından və torpaqların 
qurudulması üçün tədbirlərin görülməsində böyük əhəmiyyəti vardır. 
Süxur daxilindən keçə biləcək suyun miqdarı onları    sukeçirmə qabiliyyəti 
adlanır. Sukeçirmə qabiliyyəti süxurlarda olan məsamələrin miqdarından, 
 
3
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə