“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

Sülb halında su nəm süxurun temperaturu 0
0
C-dən aşağı olduqda buz 
kristalları şəklində müşahidə edilir. 
Kimyəvi tərkibi.   Suda müxtəlif birləşmələrin həll olma prosesi fərqlidir. 
Yeraltı minerallaşması süxurların xarakterindən asılıdır.  Ən asan həll olunan 
xlorlu, azotlu, karbonlu süxurlar, duzlardan isə kalsium və natrium duzlarıdır. Suda 
bu duzların miqdarı  bəzən 40%-ə çatır. Duzların və qazların həll olması 
temperaturdan, təyziqdən və suda olan duz və qazların miqdarından asılıdır. 
Temperaturun artması ilə suda həll olunan duzların miqdarı artır və əksinə, qazlar 
azalır. Yeraltı sularda karbon (CO
2
), oksigen (O
2
), kükürd (H
2
S), metan (CH
4
), 
azot (N
2
), hidrogen (H
2
) qazları olur. 
 Suda  həll olmuş duzlar qazların həll olmasını  zəiflədir. Belə ki, az 
minerallamaşaya malik olan suyun tərkibində oksigen və digər qazlar çox olur. 
Suda oksigenin və karbonun artması ilə onun həlletmə qabiliyyəti artır.  
Tərkibində 0.25-dən 1 q/l-ə qədər karbon qazı və kükürdlü-oksigenli kalsium, 
maqnezium duzları olan yeraltı sulara cod sular deyilir. Həmin duzların miqdarı 
0.25 q/l-ə  qədər olarsa, o, yumşaq su hesab edilir. Suda olan bu və ya digər 
maddələr ona müəyyən dad verir. Suda üstünlük təşkil edən həll olmuş ion 
maddələri yer səthinə  çıxan yeraltı suların və bulaqların dadını müəyyən edir. 
Məsələn,  suda duz qarışıqlarının miqdarı 1-5 q/l olduqda o, az şorlaşmış, 5-10 q/l 
olduqda çox şorlaşmış, 50 q/l olduqda duzlu və 50 q/l-dən çox olduqda isə çox 
duzlu hesab edilir.  
Bütün mineral bulaqlar, adətən, temperatur və kimyəvi tərkibinə görə  təsnif 
olunur. Bəzi mineral bulaqlar çox yüksək temperatura (İstisu) malik olur ki, bu da 
onların vulkanik mənşəli olmalarını göstərir. 
Demək olar ki, bütün mineral bulaqlar müalicə əhəmiyyətinə malikdir. 
Yeraltı sulardan istifadə edilərkən onlarda olan bakteriyaların miqdarını 
nəzərə almaq lazımdır. Müəyyən edilmişdir ki, yeraltı suların çıxdığı  dərinlik 
artdıqca bakteriyaların miqdarı azalır. 
Yeraltı suların temperaturu onların çıxdığı  dərinliklə müəyyən edilir. Yer 
səthinə yaxın olan sulu layda suyun temperaturu sutkalıq və illik tərəddüdə məruz 
qaldığı halda, dərin qatlarda demək olar ki, sabit qalır. Yeraltı sular və mineral 
bulaqlar töküldüyü çayların kimyəvi və termik rejiminə təsir edir. 
Yeraltı suların hərəkəti.  Təbii  şəraitdə yeraltı sular ağırlıq qüvvəsi və ya 
molekulyar qüvvələrinin təsiri ilə daim hərəkətdə olur. Səth sularının hərəkətinə 
nisbətən yeraltı suların hərəkəti nisbətən zəifdir.  
Yeraltı suların süxurlarda hərəkəti süxur boşluqlarının böyüklüyündən, sulu 
layın hidravliki meyilliyindən və suyun temperaturundan asılıdır. 
Süxurların məsaməliyindən asılı olaraq yeraltı suların iki rejimdə  hərəkəti 
müşahidə edilir: laminar  turbulent. 
Kiçik məsamələrə malik olan süxurlarda suyun hərəkəti laminar, böyük 
məsaməli və çatlı süxurlarda isə turbulent xarakter daşıyır. Laminar hərəkətli 
suların axın sürətini müəyyən etmək üçün Darsi düsturundan istifadə edilir: 
v=K
•i 
 
2
Behruz Melikov
Behruz Melikov


burada, K-filtirasiya və ya sukeçirmə əmsalı, sm/san, m/saat və ya m/sutka; i-
hidravlikimeyllikdir və suyun basqısının h (m) keçdiyi yolun uzunluğuna l (m) 
olan nisbətinə bərabərdir, (h/l). 
 Beləliklə, Darsi düsturundan aydın olur ki, yeraltı suların laminar hərəkəti 
zamanı axının sürəti hidravliki meylliliklə mütənasibdir.  Əgər i=1 olaesa, onda 
v=K, yəni meyllik vahidə bərabər olur.  
Yeraltı sular iri dənəvər və çatlı süxurlardan keçdikdə nisbətən  ən böyük  
sürətli və burulqanlı olması ilə  səciyyələnir, yəni turbulent xarakter daşıyır. 
Turbulentli hərəkətli yeraltı və səth sularının axın sürəti Şezi düsturuna  görə təyin 
edilir. 
Yeraltı suların axın sürətini bilərək onların sərfini hesablamaq olar. Sulu layın 
en kəsiyinin sahəsindən vahid zamanda keçən suyun miqdarına su sərfi deyilir və 
o, aşağdakı düsturla hesablanır: 
ω

=
or
v
Q
 
burada, Q-su sərfi, m
3
/saat və ya m
3
/sutka; v
or
-yeraltı suyun orta sürəti, 
m/sutka; 
ω-sulu layın en kəsik sahəsi, m
2

 
3
Behruz Melikov
Behruz Melikov


14. Su rejiminin ünsürləri üzərində müşahidə və onların 
hesablanması. 
 
Səviyyə üzərində müşahidə.  Suyun sərfinin, səviyyəsinin və axın sürətinin 
zamana görə  dəyişməsi su rejimi adlanır. Su rejiminin əsas ünsürləri dedikdə 
səviyyə, su sərhinin meylliyi, su sərfi və axın sürəti nəzərdə tutulur. Səviyyənin 
dəyişməsini öyrənmək üçün onun üzərində gündəlik müşahidə aparılır. 
Müşahidələr suölçən məntəqədə hər gün iki dəfə saat 8
00
 və 20
00
-da yerinə yetirilir. 
Səviyyə gün ərzində  dəyişirsə onda (daşqın zamanı), onda əlavə vaxtlarda ölçü 
aparılır. Səviyyə daimi müqayisə müstəvisindən olan su səthinin  yüksəkliyidir. 
Daimi müstəvi çoxillik bir dövrdə müşahidə edilmiş ən alçaq su səviyyəsindən 0.5 
m aşağıda götürülür. Həmin nöqtənin yüksəkliyi məntəqə qrafikinin sıfırı adlanır. 
Bütün müşahidə  məlumatları qrafikin nəzərən işlənir.Su ölçən məntəqələrdə 
səviyyə tamasalar vasitəsilə ölçülür və hesabatlar bilavasitə müşahidə  sıfırından 
(dayağın zirvəsi) götürülür. Dayağın zirvəsinin yüksəkliyi və ya tamasının sıfırı ilə 
qrafikin sıfırının yüksəkliyi arasındakı fərq artım adlanır. 
Beləliklə, müşahidə olunmuş səviyyə tamasadan götürülmüş hesabatla artımın 
cəminə  bərabər olacaqdır.  Məsələn, tamasadan götürülən hesabat 46 sm, tamasa 
sıfırının (və ya dayağın zirvəsinin) qrafikin sıfırından olan artımı 1.78 m olarsa, 
qrafikin sıfırı üzərində müşahidə olunan səviyyə 46+178=224 sm olacaqdır.  
Gündəlik müşahidələrə əsasən orta gündəlik səviyyə tapılır və hər il üçün orta 
gündəlik səviyyə  cədvəli tərtib edilir. Həmin cədvəllər “Hidroloji illiklər”də çap 
olunur. Gündəlik səviyyələr cədvəlində hər ay üçün orta aylıq, orta illik, ən alçaq 
və  ən yüksək səviyyələr də yazılır. Orta, ən alçaq və  ən yüksək səviyyələr 
xarakterik səviyyələr adlanır. Orta illik səviyyələr cədvəlinə  əsasən səviyyənin 
dəyişkənliyi qrafiki  tərtib edilir. Həmin qrafik səviyyənin il ərzində  dəyişməsini 
əyani surətdə göstərir. 
Çayların səviyyə rejimi. Qeyd edildiyi kimi, səviyyə müəyyən üfüqi 
müstəviyə görə su səthinin hündürlüyüdür. Çaylarda suyun səviyyəsi dəyişkən 
olur. Onun dəyişməsi qidalanma dəyişməsi qidalanma şəraitindən və çayın 
rejimindən asılıdır. Su səviyyəsi həm il ərzində (sutkalıq, aylıq, fəsillik), həm də 
çoxillik dövrdə tərəddüd edir.  
Səviyyə qar əriməyə başladıqda və leysan yağdıqdan sonra qalxır. Yaz 
gursululuğu zamanı qarın  əriməsilə yanaşı yağış yağdıqda səviyyə daha çox 
dıyişir. Qısa müddətli daşqın dövründə səviyyə artıb maksimuma çatır və getdikcə 
aşağı düşür. 
Çay yalnız yeraltı sularla qidalandıqda səviyyə aşağı olur. Belə ki, qış və yay 
dövründə  səviyyə  ən alçaq olur və ancaq güclü yağışlar zamanı qalxır. Aran 
rayonlarda yay vaxtı  bəziçaylar tamamilə quruyur, yəni səviyyə çay dibinin 
yüksəkliyinə bərabər olur. 
Çayın sululuğunun çoxillik dövrdə  dəyişməsi ilə  əlaqədar su səviyyəsi də 
tərəddüd edir. 
Çayın qidalanma xüsusiyyətlərindən asılı olaraq suyun səviyyəsinin 
dəyişməsi süni yolla tənzimlənə bilər.  Əgər çay üzərində su anbarı  və başqa 
 
1
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə