“Hidrologiya”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/40
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22116
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

i
i
or
i
v
Q
ω
Δ

=
Δ
,
 
Burada, v
or,i
-iki sürət  şaqulu arasındakı orta sürətdir: (v
ş,i
+v
ş,i+1
)/2; 
Δω
i
-iki 
şaqul arasında canlı en kəsik sahəsidir. 
Ölçü aparılmış en kəsikdən keçən tam su sərfi  belə hesablanır: 
n
n
s
n
n
s
n
s
s
s
s
n
i
i
v
K
v
v
v
v
K
Q
Q
ω
ω
ω
ω
ν
Δ


+
Δ

+
+
⋅⋅

+
Δ

+
+
Δ


=
Δ
=


=

,
1
,
1
,
2
2
,
1
,
1
1
,
1
2
2
 
burada, K-çayın sahillərinin vəziyyətindən asılı olan əmsaldır və 0.7-0.9 arasında 
dəyişir. 
Məlumdur ki, təbii yataqlar üçün su sərfini Q=
ω⋅v düsturuna əsasən 
hesablayırlar. Sürəti ölçmədikdə canlı en kəsikdəki orta sürəti  Şezi düsturundan 
tapmaq olar. Bu üsul hidrometriya müşahidələri aparmaq mümkün olmayanda, 
məsələn, daşqın zamanı maksimal su sərfini hesablamaq üçün istifadə olunur.  
Daşqından sonra, ən yüksək su səviyyələrinin sahillərdə qalmış izlərinə görə 
nivelirləmə yolu ilə su səthinin meylliyi təyin edilir. Sonra isə kələ-kötürlük əmsalı 
N.N.Pavlovskiyə görə seçilir. Xətti ölçü işləri aparmaqla canlı en kəsik sahəsi 
hesablanır.  
 
 
 
  
 
5
Behruz Melikov
Behruz Melikov


15. Çayların qida mənbələri və hidroqrafın genetik 
parçalanması. 
 
Çaylar səth və yeraltı sularla qidalanırlar. Ümumiyyətlə qida mənbələri 4 
növdür: yağış, qar, buzlaq və yeraltı sular. Bunlardan ilk üçü səth sularına aiddir. 
Çayların qidalanmasının  əsas amilllərindən biri iqlim şəraitidir və  məşhur 
meteoroloq A.İ.Voeykov dediyi kimi-çaylar iqlimin məhsuludur.  
Müxtəlif çay hövzələrində bu və başqa qida mənbəyinin üstün olması yerli 
şəraitdən asılıdır. Bəzən hövzələr üçün hansı növ qidanın üstün olduğunu 
müəyyənləşdirmək mümkün olmur. Bu halda qarışıq qidalanma məfhumundan 
istifadə edilir. 
Çaylarda axımın yaranmasına iqlimdən başqa bitki örtüyü, torpaq, relyef və 
antropogen amillər də böyük təsir göstərir. Çay hövzələrinin geoloji quruluşundan 
asılı olaraq yeraltı suların qidalanmada rolu müəyyən edilə bilər. Yağışla 
qidalanma  əsasən leysan və uzun müddət davam edən yağışlar hesabına olur. 
Leysan yağışlar qısa müddət davam edir, bu vaxt çayların sululuğu kəskin artır və 
yağışdan sonra isə tədricən azalır. Uzun müddət davam edən yağış, əsasən böyük 
ərazini əhatə edir və çayı uzun müddət qidalandırır. Ekvatorial və iqlim qurşağının, 
Lənkəran təbii vilayətinin çayları əsasən yağış suları ilə qidalanır. 
Qış zamanı  yığılmış qar yazda əriməyə başlayır və  ərinti suları çayları 
qidalandırır. Qar sularından qidalanma qarda olan su ehtiyatlarından və  ərimə 
dövründəki hava şəraitindən asılıdır. Şərqi Avropanın düzənlik çaylarının axımının 
50%-dən çoxunu qar suları  təşkil edir.Buzlaq suyu ilə qidalanma yüksək dağlıq 
rayonların çayları üçün səciyyəvidir. Buzlaq suyu ilə qidalanan çaylarda sululuq 
yay dövründə artır (Amudərya, Sırdərya). Qar əridikdə və yağışdan sonra suyun bir 
hissəsi torpaq-süxur təbəqəsinə hopur və yeraltı suların ehtiyatını artırır. Sonra isə 
il  ərzində müntəzəm olaraq çayı qidalandırır.Cənubdan  şimala doğru çayların 
qidalanmasında  yeraltı suların rolu artır. Daimi donuşluq yayılmış  ərazilərdə 
yeraltı sularla qidalanma çox cüzidir. Volqa çayının illik aximının 30%-ni yeraltı 
sular təşkil edir. Ümumiyyətlə, çayların su ilə qidalanmasında 2-3 qida mənbəyi 
iştirak edir. Belə qarışıq qidalanma çayların əksəriyyəti üçün xarakterikdir. 
Çayların axım həcmini hesabladıqda və axımın il ərzində paylanmasını 
müəyyənləşdirdikdə onların qida mənbələrini öyrənmək vacibdir. 
Mülayim qurşaqda çayların çoxu qar suları ilə qidalanır. Qar suları ilə yanaşı, 
şimala getdikcə yeraltı  və yağış sularının da payı artır.Dneprin aşağı axınından 
Azov dənizinə kimi olan ərazidə, Aşağı Volqaboyunda və  Şimali Qazaxıstanda 
çaylar demək olar ki, ancaq yazda qqarın  əriməsindən  əmələ  gələn sularla 
qidalanır. Bu rayonlarda yeraltı sular çox dərində yerləşir, yağış suları isə əsasən 
buxarlanmaya sərf olunur. Kiçik hövzəyə malik olan çayların çoxu yay aylarında 
tamamilə quruyur. Çöl və meşə-çöl zonalarında yeraltı sular çox da dərində 
olmadığı üçün çayların qidalanmasında iştirak edir. Ancaq yenə  də  həmin 
zonalarda çayların  əsas qida mənbəyini qar suları  təşkil edir və onların axımının 
əsas hissəsi yaz gursululuğu dövrünə təsadüf edir. 
 
1
Behruz Melikov
Behruz Melikov


Dağ çaylarında qidalanma çox zaman qar və buzlaq suyunun hesabına olur. 
Buzlaq çayları  qış aylarında ancaq yeraltı sularla qidalanır. Qeyd edək ki, dağ 
çaylarının qidalanma xüsusiyyətləri yüksəklikdən asılı olaraq dəyişir. 
Böyük çayların qidalanması, onların axıb keçdiyi ərazilərin müxtəlif fiziki-
coğrafi şəraitə malik olması ilə əlaqədar mürəkkəb xarakter daşıyır. Belə çaylarda 
qidalanma çox zaman qarışıq olur. Şərqi Asiya çaylarının qidasının əsasını musson 
yağışları təşkil edir. Musson yağışları ilin isti dövründə yağır.  
Qeyd etmək lazımdır ki, daimi donuşluq yayılmış ərazilərdən keçən çayların 
yeraltı sularla qidalanması çox cüzi olur və  həmin  ərazidəki çayların qida 
mənbələri qar və yağış sularıdır. 
Hidroqrafın genetik parçalanması. Çayın su sərfi il ərzində  dəyişir. Yaz 
gursuluğu və daşqın vaxtı onun qiyməti böyük, qıtsulu dövrdə isə kiçik olur. Su 
sərfinin dəyişməsini göstərən qrafikə  hidroqraf deyilir. Hidroqrafı orta gündəlik 
su sərflərinin qiymətlərinə görə qururlar. Hidroqrafı tərtib etdikdə şaquli oxda su 
sərfinin qiyməti, üfüqi oxda isə günlər göstərilir.  Şəkil 3.12-də Qarqarçayın Ağa 
körpü məntəqəsi üçün hidroqafı verilmişdir. 
Hidroqrafdan göründüyü kimi, yazda su sərfi əvvəlcə artır, sonra isə azalaraq
yayda minumumqiymət alır və payızda yenidən artır. Hər il üçün hidroqraf tərtib 
etmək olar. Su sərfini zamana vurduqda axım həcmi alınır. Hidroqrafın daxilindəki 
sahəni təyin etməklə illik axım həcmini hesablamaq mümkündür.      
 
2
Behruz Melikov
Behruz Melikov


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə