ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 

46 


“məunə” xərclərindən xaric deyil. Buna görə də ona xüms 

düşmür. 


“RƏHN” XÜMSÜ 

Sual 57: İş qazancından əldə edilmiş və rəhn kimi 

ev sahibinə ödənən pula xüms düşürmü? (Rəhn ev sahibinə 

ev müqabilində müvəqqəti olaraq verilən puldur.) 

İmam  (r)  və  Sistani:  Xüms  düşür.  Əldə  edilən 

kimi  və  ya  əldə  edilməsi  mümkün  olan  zaman  dərhal 

xümsü ödənməlidir.

1

 



Məkarim  və  Safi:  “Rəhn”  pulu  “məunə” 

xərclərindəndir və xümsü yoxdur. Lakin onu sonradan geri 

alsa  və  pula  ehtiyacı  olmasa  ehtiyata  əsasən  xümsü 

ödənməlidir.

2

  

Behcət,  Təbrizi,  Fazil  və  Vəhid:  Əgər  rəhn  pulu 



olmadan  ev  ehtiyacını  tə`min  edə  bilmirsə,  xüms  düşmür. 

Həmin pul geri alınan zaman ona ehtiyac olmazsa və ilin 

sonunda artıq qalarsa xümsü var.

3

 



Nuri:  Əgər  başqa  yolla  icarəyə  ev  götürə  bilmirsə 

xatırlanmış məbləğə xüms düşmür.

4

 

Xamenei:  Uyğun  məqsədə  çatmaq  üçün  bu  pula 



ehtiyacı  olan  zaman  onun  xümsünü  vermək  vacib  deyil. 

Lakin  onu  geri  alan  zaman  (başqa  bir  yeri  icarəyə 

götürməyə ehtiyacı olmazsa) xümsünü verməlidir.

5

 



                  

 

1



 

İmam (r), “İstiftaat”, 1-ci cild, səh.116; Fazil, “Camoul-məsail”, 1-

ci cild, səh.687; Sistaninin katibliyi. 

2

 



Məkarim, “İstiftaat”, 2-ci cild, səh.524, “Tovzihul-məsail”, 506-cı 

məsələ; Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.707. 

3

 

Behcət, “Tovzihul-məsail” 1396-cı məsələ; Fazil, “Camiul-məsail”, 



1-ci cild, səh.687, 688; Vəhid və Təbrizinin katibliyi. 

4

 Nuri, “İstiftaat”, 2-ci cild, səh.344. 



5

 Xamenei, “Əcvibə”, səh.897, 945. 




 

47 


Qeyd:  Məsələnin  fərzi  o  hala  aiddir  ki,  evin  rəhni 

şər`i müamilə şəklində həyata keçmiş olsun. 




 

48 


ONUNCU FƏSİL 

YAŞAYIŞ VƏ TOY VASİTƏLƏRİNİN 

XÜMSÜ 

YAŞAYIŞ VASİTƏLƏRİNİN XÜMSÜ 

Sual  58:  Ehtiyaclı  olduğu  şeyi  gəlirindən  alan 

insan  bir  müddət  sonra  bu  şeyə  ehtiyac  hiss  etməsə  onun 

xümsünü verməlidirmi? 

İmam (r): Vacib ehtiyata əsasən xüms ilindən artıq 

qalarsa, onun xümsünü verməlidir.

1

 

Məkarim,  Təbrizi,  Xamenei  və  Vəhid:  Bütün 



hallarda xümsü yoxdur.

2

 



Fazil, Safi və Nuri: Əgər həmin il ərzində (alış ili) 

bu  şeyə  ehtiyacı  olmazsa  və  xüms  ilindən  artıq  qalarsa 

xümsü  verilməlidir.  Əgər  alış  ilindən  sonra  bu  şeyə 

ehtiyacı olmazsa, xümsü yoxdur.

3

 

Sistani:  Əgər  həmin  il  ərzində  (alış  ili)  bu  şeyə 



ehtiyacı  olmazsa  və  xüms  ilindən  artıq  qalarsa  vacib 

ehtiyata əsasən xümsü ödənməlidir. Əgər alış ilindən sonra 

bu şeyə ehtiyacı olmazsa xümsü yoxdur.

4

 



Behcət:  Əgər  xüms  ilindən  artıq  qalarsa,  xümsü 

verilməlidir.

5

 

                  



 

1

 



İmam (r), “Təhrirul-vəsilə”, 2-ci cild, 16-cı məsələ. 

2

 



“Tovzihul-məsaili mərace”, 1781-ci məsələ; Xamenei “Əcvibə”, 

səh.899; Vəhid, “Tovzihul-məsail”, 1789-cu məsələ. 

3

 Safi, “Tovzihul-məsail”, 1790-cı məsələ; Nuri, “Tovzihul-məsail”, 



1751-ci məsələ; Fazil, “Ürvətül-vüsqa məə tə`liqat”, 2-ci cild, 67-ci 

məsələ. 


4

 

“Minhacus-salehin”, 1-ci cild, 1223-cü məsələ. 



5

 

Behcətin katibliyi. 




 

49 


Sual  59:  Ehtiyacım  olan  vasitələr  almışam;  lakin 

aldığım vaxtdan bir il keçməsinə baxmayaraq onlardan heç 

istifadə etməmişəm. Bu vasitələrə xüms düşürmü? 

(Sistani 

və 

Vəhiddən 

başqa) 

Bütün 

müctəhidlərin rə`yi: Əgər istifadə olunacağı gözlənilibsə, 

xümsü yoxdur.

1

 

Sistani:  Onun  xümsünü  verməlidir.  Evdə  olması 



zərurət  doğuran,  adətən  əvvəlcədən  hazırlanan  və  ehtiyac 

zamanı dərhal hazırlanması mümkün olmayan əşya olarsa, 

xümsü yoxdur. (Sistaninin katibliyi) 

Vəhid: Xüms düşür.

2

 



Qeyd:  Mərcələrin  risalələrində  “kitab”  ifadəsinin 

işlənməsinə  baxmayaraq  bu  hökm  təkcə  kitaba  yox, 

insanın ehtiyacı olduğu bütün vasitələrə şamil olur. 

Sual  60:  İş  qazancından  (soyuducu,  kompüter, 

kitab  kimi)  ehtiyac  olan  vasitələr  alındıqdan  bir  müddət 

sonra satılır. Satılmış əşyaların puluna xüms düşürmü?  

İmam  (r):  Əgər  həmin  il  satılsa,  xüms  ilindən 

qalan  pulun  xümsü  verilməlidir.  Əgər  alış  ilindən  sonra 

satılsa xüms ilinin tamamlanmasını gözləmədən dərhal bu 

pulun  xümsü  verilməlidir.  Əgər  bu  vasitələri  başqa 

vasitələrlə əvəz edərsə xümsü yoxdur.

3

 



Fazil: Əgər həmin il (alış ili) satılarsa xüms ilindən 

artıq  qalan  pulun  xümsü  verilməlidir.  Əgər  alış  ilindən 

sonra satarsa (alış və satış qiymətində olan fərqin miqdarı) 

                  

 

1

 



İmam (r), “İstiftaat”, 1-ci cild, səh.41; Safi, “Camiul-əhkam”, 1-ci 

cild, səh.740; Xamenei, “Əcvibə”, səh.922, 904; Nuri, “İstiftaat”, 1-ci 

cild, səh.267; Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.702; Behcət, 

“Tovzihul-məsail”, 1376-cı məsələ; Təbrizi, “İstiftaat”, səh.888, 826; 

Məkarim, “Tovzihul-məsail”, 1507-ci məsələ. 

2

 



Vəhidin katibliyi. 

3

 



İmam (r), “İstiftaat”, 1-ci cild, səh.173, 72, 74. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə