53
İZDİVAC PULUNUN XÜMSÜ
Sual 64: İzdivac üçün saxlanmış pula xüms
düşürmü?
İmam (r), Məkarim, Sistani, Təbrizi və Safi:
Xüms düşür.
2
Xamenei: Əgər yaxın gələcəkdə (məsələn xüms
ilindən üç ay sonrayadək) həyata keçən izdivacın
xərclərini ödəmək üçün ehtiyat pulu yığılırsa və xüms
vermək bu şeylərin hazırlanmasına mane olursa, xümsü
yoxdur.
3
Nuri: Xümsü yoxdur.
4
Fazil və Behcət: Əgər ehtiyat pulun yığılması qısa
müddət ərzində və orta həddə (məsələn, üç ilə qədər)
olarsa, xümsü yoxdur.
5
1
Məkarim, “İstiftaat”, 2-ci cild, səh.548; Sistani, “Minhacus-
salehin”, 1-ci cild, 1228-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1785-ci
məsələ.
2
İmam (r), “İstiftaat”, 1-ci cild, səh.24; Məkarim, “İstiftaat”, 2-ci
cild, səh.516; Təbrizi, “İstiftaat”, səh.880; Safi, “Camiul-əhkam”, 1-ci
cild, səh.747; Sistani, xüms, ş.8.
3
Xamenei, “Əcvibə” səh.860, 978.
4
Nuri, “İstiftaat”, 2-ci cild, səh.330.
5
Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.748; Behcət, “Tivzihul-
məsail”, 1391-ci məsələ.
54
ON BİRİNCİ FƏSİL
MAŞIN VƏ NƏQLİYYAT
VASİTƏLƏRİNİN XÜMSÜ
NƏQLİYYAT VASİTƏLƏRİNİN XÜMSÜ
Sual 65: Minik maşınına xüms düşürmü?
Motosiklet və velosibet necə?
Bütün müctəhidlərin rə`yi: Əgər qazanc vasitəsi
deyilsə, ona ehtiyac varsa, həmçinin özü və ailəsinin
şə`ninə uyğundursa xümsü yoxdur.
1
Qeyd: Məsələ o hala aiddir ki, nəqliyyat vasitəsini
həmin ilin qazancından əldə etsin.
Sual 66: İş qazancından əldə edilmiş, bə`zən şəxsi,
bə`zən isə yük daşımaq, kirayə və qazanc üçün istifadə
olunan nəqliyyat vasitəsinə (məsələn, minik maşını və yük
maşını) xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Şə`ninə uyğun olan və
şəxsi ehtiyacları üçün istifadə etdiyi hissəsinə xüms
düşmür. Lakin qazanc məqsədi ilə istifadə olunan hissəsinə
xüms düşür.
2
Qeyd: Misal üçün nəqliyyat vasitəsinin dəyəri üç
milyon manatdır. Bir şəxs ilin yarısını bu vasitədən qazanc
məqsədi ilə istifadə etmiş, qalan altı ayı isə şəxsi
ehtiyaclarına sərf etmişdir. Xüms ili tamamlandıqda
nəqliyyat vasitəsinin dəyərinin yarısının xümsünü
verməlidir. (Üç yüz min manat)
1
“Ürvətül-vüsqa”, 2-ci cild, 61-ci məsələ; Xamenei, “Əcvibə”,
səh.923.
2
Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.711; Nuri, “İstiftaat”, 2-ci
cild, səh.339; Sistani, Xamenei, İmam (r), Məkarim, Behcət, Təbrizi
və Safinin katibliyi.
55
Qeyd: Əgər nəqliyyat vasitəsini özü və ailəsinin
yaşayış ehtiyacları üçün alıbsa və bə`zən təsadüf olaraq
onunla qazanc əldə edirsə, xümsü yoxdur.
Sual 67: İşçi maaşımdan minik maşını almışam ki,
onunla qazanc əldə edib dolanışığımı idarə edəm. Çünki
dolanışığım, üçün işçi maaşım kifayət etmir. Bu maşına
xüms düşürmü?
İmam (r), Fazil, Sistani, Məkarim və Xamenei:
Sərmayəyə xüms düşür. Əgər onun xümsünü verdikdə
(hərçənd hissə-hissə) qalan hissə ilə dolanışığın idarə edə
bilməzsə xümsü yoxdur.
1
Nuri, Təbrizi və Behcət: Sərmayənin (maşın)
dolanışığın idarəsi üçün zəruri olan miqdarına xüms
düşmür. Lakin qalan miqdarın xümsü verilməlidir.
2
Safi və Vəhid: Sərmayəyə xüms düşür. Əgər
xümsü ödədikdə dolanışığını idarə edə bilmirsə, şər`i
hakimə ödəyib sonradan ondan borc götürə bilər.
3
Qeyd: Əlbəttə, maşınla işləməkdən əldə olunan
qazanca xüms düşür.
MAŞIN SATIŞININ XÜMSÜ
Sual 68: Mən bir il öncə ehtiyacım olduğu minik
maşını almışdım. Sonradan onu satıb puluna yeni model
maşın almışam. Yeni maşına verdiyim pulun qalan
1
“Ürvətül-vüsqa”, 2-ci cild, 59-cu məsələ; Fazil, “Camiul-məsail”, 1-
ci cild, səh.708, 765; Məkarim, “İstiftaat”, 2-ci cild, səh.543; Sistani,
“Əl-məsailul-muntəxəbə”, 588-ci məsələ; Xameneinin katibliyi.
2
Nuri, “İstiftaat”, 1-ci cild, səh.271; Təbrizi, “Əttə`liqə əla minhacis-
salihin”, 32-ci məsələ; “İstiftaat”, səh.948; Behcət, “Tovzihul-məsail”,
1401-ci məsələ.
3
Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.647, 656; Safi və Vəhidin
katibliyi.
56
hissəsini
də
ilin
gəlirindən
ödəmişəm.
Xüms
verməliyəmmi?
İmam (r): Satdığınız birinci maşının pulunun
xümsü dərhal verilməlidir. Əgər maşını yeni maşınla əvəz
etsəniz, xümsü yoxdur.
1
(İmamdan (r) başqa) Bütün müctəhidlərin rə`yi:
Əgər yeni avtomobilə ehtiyacınız varsa və şə`ninizə uyğun
olarsa, xümsü yoxdur.
2
Qeyd 1: Məsələ o hala aiddir ki, xüms ili
tamamlanmamış satılmış maşının pulu ilə yeni maşın alsın.
Əgər bu pul xüms ilinin sonunadək qalarsa, evin satış pulu
sualının hökmündə olacaq.
Qeyd 2: Bə`zi mərcelər maşın sözünü işlətməsələr
də, maşınla başqa ehtiyac olan vasitələr arasında bu
cəhətdən fərq yoxdur.
AVTOMOBİL İSTİQRAZININ XÜMSÜ
Sual 69: Ehtiyac duyulan avtomobili almaq üçün
hesaba köçürülən qazanc puluna il tamamlandıqda xüms
düşürmü?
İmam (r), Sistani, Təbrizi, Safi və Vəhid: Xüms
düşür.
3
1
İmam (r), “İstiftaat”, 1-ci cild, səh.72, 74, 173.
2
Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.701; Nuri, “İstiftaat”, 2-ci
cild, səh.342, 1-ci cild, səh.265; Təbrizi, “İstiftaat”, səh.890; Safi,
“Camiul-əhkam”, 1-ci cild, səh.714; Sistani, “Minhacus-salehin”, 1-ci
cild, 1123-cü məsələ; Xamenei, “Əcvibə”, səh.886; Məkarim,
“İstiftaat”, 1-ci cild, səh.314; Vəhid, “Tovzihul-məsail”, 1778-ci
məsələ; Behcətin katibliyi.
3
İmam (r), “İstiftaat”, 1-ci cild, səh.98; Sistani, Təbrizi və Vəhidin
katibliyi.
Dostları ilə paylaş: |