ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   18   19   20   21   22   23   24   25   26

 

82 


vaxtdan  bir  il  keçdikdən  sonra)  ilin  xərcindən  artıq  qalan 

hissənin xümsünü verməlidir.

1

 

Qeyd  2:  Bə`zi  gəlirlərin  xümsü  barəsində 



(məsələn,  şəhid  ailələrinin  maaşı,  hədiyyə,  bank  mükafatı 

və s.) mərce təqlidlər arasında fikir ayrılığı var. Bu barədə 

hədiyyənin xümsü bölməsində danışıldı. 

Qeyd 3: İlin ortasında, qazanc əldə edən kimi onun 

xümsünü verə bilər. Bir il gözləmək lazım deyil. 



Sual  113:  İş  qazancı  olan,  lakin  indiyədək  xüms 

verməyən  şəxs  hesab  aparıb  əmlakının  xümsünü  vermək 

istəyir. Bu şəxs necə əməl etməlidir?  

Bütün  müctəhidlərin  rə`yi:  Əgər  öz  gəlirindən 

aldığı  ehtiyacı  olmayan  şeylərin  alış  vaxtından  bir  il 

keçibsə,  onların  xümsünü  verməlidir.  Lakin  ev  və  digər 

ehtiyac olan şeyləri qazanc ilinin ortasında aldığını bilərsə, 

bu  şeylərin  xümsünü  vermək  lazım  deyil.  Əgər  bu  şeyləri 

qazanc  ilinin  ortasında,  yoxsa  qazanc  ili  tamamlandıqdan 

sonra  aldığını  bilməzsə  vacib  ehtiyata  əsasən  şər`i  hakim 

və  ya  onun  nümayəndəsi  ilə  müsalihə  (məfhumlar  və 

istilahlar bölməsinə müraciət edin) etməlidir. Bu qayda ilə 

bütün şübhəli malını hesablayır və şər`i hakim onun xüms 

borcunun təxmini miqdarını tə`yin edərək onunla müsalihə 

edir. Tə`yin olunmuş borc ödəndikdən sonra bütün əmlakı 

pak olur.

2

 



Qeyd  1:  Ayətullah  Safi  və  ayətullah  Nuri  şər`i 

hakimlə  müsalihə  etməyi  müstəhəb  ehtiyat  hesab  edirlər. 

                  

 

1



 

“Tovzihul-məsaili mərace”, 1765-ci məsələ; Nuri, “Tovzihul-

məsail”, 1761-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1773-cü məsələ. 

2

 



“Tvzihul-məsaili mərace”, 1797-ci məsələ; Vəhid, “Tövzihul-

məsail”, 1806-cı məsələ; Nuri, “Tovzihul-məsail”, 1793-cü məsələ; 

Xamenei, “Əcvibə”, səh.934, 927. 



 

83 


Ayətullah  Xamenei  isə  şər`i  hakimlə  müsalihə  etməyi 

vacib sayır. 



Qeyd  2:  Bə`zi  mərcelər  hədiyyə,  mükafat  və  sair 

gəlirlərin  iş  qazancı  hökmündə  olduğunu  hesab  edirlər. 

(hədiyyə bölməsinə müraciət edin) 

Qeyd  3:  Xüms  ilinin  başlanğıcı  və  hansı  tarixdə 

ilin  hesabının  aparılması  məsələsində  mərcelər  arasında 

fikir  ayrılığı  var.  (Xüms  ilinin  başlanğıcı  bölməsinə 

müraciət edin). 



XÜMSÜN ÇIXILMASI 

Sual 114: Sabit maaş alan (məsələn, işçi və fəhlə) 

və xümsü verilmiş pul ilə dolanışıq xərclərini tə`min edən 

şəxslər  dolanışığa  xərclədikləri  məbləği  sonrakı  ayların 

maaşından  çıxıb,  ilin  sonunda  artıq  qalan  miqdarın 

xümsünü verə bilərlərmi? 

Misal  üçün  100  000  manat  xümsü  verilmiş  pul 

dolanışığa  xərclənir.  Eyni  zamanda  120  000  manat  yeni 

maaş  alınır.  Xüms  ili  tamamlandıqda  yalnız  20  000 

manatın xümsünü ödəməyə icazə verilirmi? 

İmam  (r),  Məkarim,  Safi  və  Xamenei:  Xeyr. 

Xərclənən  məbləği  sonrakı  maaşlardan  çıxmaq  olmaz. 

Qeyd  olunmuş 

halda 


120  000  manatın  xümsü 

verilməlidir.

1

 

Sistani,  Behcət,  Fazil  və  Nuri:  Bəli.  Xərclənən 



məbləği  sonrakı  ayların  maaşından  çıxmaq  olar.  Qeyd 

                  

 

1

 



İmam (r), “İstiftaat”, 1-ci cild, xüms, səh.202 və 143; Xamenei, 

“Əcvibə”, səh.1025 və 1027; Safi, “Camiul-əhkam”, 2-ci cild, 

səh.613; Məkarim, “Tovzihul-məsail”, 1504-cü məsələ. 



 

84 


olunmuş halda, yalnız 20 000 manatın xümsünü ödəməyə 

icazə verilir.

1

 

Vəhid  və  Təbrizi:  Xümsü  verilmiş  pulu 



xərclənməmişdən  öncə  maaşını  alarsa  və  sonra  xümsü 

verilmiş  pulu  xərcləyərsə  xərclədiyi  məbləği  aldığı 

maaşdan  çıxa  bilər.  Lakin  xümsü  verilmiş  pulu 

dolanışığına xərclədikdən sonra maaşını alarsa bu xərcləri 

aldığı maaşdan çıxa bilməz.

2

 



Sual  115:  Xüms  ilinin  sonunda  bir  miqdar  ərzaq 

(məsələn  20  kq  dügü  3  paket  yağ  və  bir  qutu  çay)  artıq 

qalır  və  xümsü  verilir.  Sonra  bu  şeylər  il  ərzində  sərf 

olunur və yenidən bir miqdar ərzaq (məsələn, 50 kq dügü, 

beş  qutu  yağ  və  üç  qutu  çay)  alınır.  Bu  ərzaqın  az  bir 

hissəsi  istifadə  olunur.  Əgər  xüms  ilinin  sonunda  30  kq 

dügü,  4  qutu  yağ  və  iki  qutu  çay  qalarsa,  nə  qədər  xüms 

verilməlidir?  Artıq  qalmış  bütün  ərzaqa  xüms  düşürmü? 

Yoxsa keçən ildən qalmış ərzaq (xümsü verilmiş ərzaq) bu 

ərzaqlardan çıxılmalı və yalnız 10 kq düyü, bir qutu yağ və 

bir qutu çayın xümsü verilməlidir? 

İmam  (r),  Məkarim,  Təbrizi,  Safi  və  Xamenei: 

Keçən ildən artıq qalmış bütün ərzaqın xümsü verilməlidir. 

Xümsü  verilmiş  ərzaqı  bu  ilki    artıq  qalan  ərzaqdan 

çıxmaq olmaz. Beləliklə, qeyd olunmuş halda 30 kq dügü, 

4 qutu yağ və 2 qutu çayın xümsü verilməlidir.

3

 



                  

 

1



 Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.789; 2-ci cild, səh.287; Nuri, 

“İstiftaat”, 1-ci cild, səh.259; 2-ci cild, səh.314; Sistani və Behcətin 

katibliyi. 

2

 



Təbrizi, “Siratun-nəcat”, 1-ci cild, səh.507, 407; Vəhidin katibliyi. 

3

 



İmam (r), “İstiftaat”, 1-ci cild, xüms, səh.202 və 143; Xamenei, 

“Əcvibə”, səh.1025 və 1027; Safi, “Camiul-əhkam”, 2-ci cild, 

səh.613; Məkarim, “Tovzihul-məsail”, 1504-cü məsələ; Təbrizi, 

“Siratun-nəcat”, 1-ci cild, səh.507 və 407; Vəhidin katibliyi. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə