ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

 

68 


(Vəhid 

və 

Sistanidən 

başqa) 

Bütün 

müctəhidlərin  rə`yi:  Əgər  istifadə  olunacağı  gözlənilirsə 

və şəxsin şə`ninə uyğundursa, xümsü yoxdur. Baxmayaraq 

ki, təsadüf nəticəsində bir il istifadə olunmayıb.

1

 



Vəhid və Sistani: Xümsü verilməlidir.

2

 



Qeyd:  Mərcelərin  risalə  və  istiftaatlarında  qeyd 

olunmuş  cavab  kitab  barəsindədir.  Lakin  bu  cəhətdən 

kompüterlə kitab arasında heç bir fərq yoxdur. 

KASET VƏ CD-NİN XÜMSÜ 

Sual 90: CD və kasetə xüms düşürmü? 

Bütün  müctəhidlərin  rə`yi:  Əgər  CD  və  kasetə 

ehtiyac duyularsa, xümsü yoxdur.

3

 

Qeyd 1: Əgər CD və kaset xüms ilinin sonunadək 



istifadə olunmazsa, ona xüms düşür. 

Qeyd  2:  Əxlaqsız  və  qadağa  qoyulmuş  CD    və 

kasetlər haramdır. Bu növ CD və kasetlərə xüms düşür. 



Qeyd  3:  Risalələrdə  CD  və  kaset  barəsində 

danışılmasa  da,  qeyd  olunmuş  qayda  hazırkı  suala  da 

tətbiq olunur. 

                  

 

1

 



İmam (r), “İstiftaat”, 1-ci cild, səh.91; Xamenei, “Əcvibə”, səh.899; 

Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.734; Təbrizi, “İstiftaat”, 

səh.888; Nuri, “İstiftaat”, 1-ci cild, səh.267; Safi, “Camiul-əhkam”, 1-

ci cild, səh.704; Məkarim, “Tovzihul-məsail”, 1507-ci məsələ; 

Behcət, “Tovzihul-məsail”, 1376-cı məsələ. 

2

 Sistani və Vəhidin katibliyi. 



3

 

“Ürvətül-vüsqa”, 61-ci məsələ; Xamenei, “Əcvibə”, səh.899. 




 

69 


ON BEŞİNCİ FƏSİL 

XÜMSÜN ÖDƏNMƏSİ 

XÜMSÜN ÖDƏNMƏ YERİ 

Sual 91: Xümsü kimə verməliyik? 

İmam  (r):  Öz  mərceye  təqlidinə  (təqlid  etdiyi 

müctəhidə)  və  ya  onunla  məsrəfdə  kəmiyyət  və  keyfiyət 

baxımından eyni nəzərdə olan müctəhidə ödəməlidir. Eyni 

zamanda  mərce  təqlidinin  icazə  verdiyi  yerlərə  sərf  edə 

bilər.

1

 



Xamenei:  Gərək  xümsü  müsəlmanların  vəliyyi 

əmrinə  (rəhbərinə)  ya  da  onun  vəkilinə  versin.  Əgər  öz 

mərce  təqlidinin  fətvasına  əməl  etsə  də,  vəzifəsi 

boynundan götürülər.

2

 

Fazil,  Nuri,  Məkarim,  Behcət  və  Vəhid:  İmamın 



(ə)  payını  öz  mərce  təqlidinə,  ya  da  onunla  məsrəfdə 

kəmiyyət  və  keyfiyyət  baxımından  eyni  nəzərdə  olan 

müctəhidə  verməlidir.  Eyni  zamanda  mərceye  təqlidinin 

icazə  verdiyi  yerlərə  sərf  edə  bilər.  Seyidlərin  payını  isə 

vacib  ehtiyata  əsasən  öz  mərceye  təqlidinə,  ya  da  onun 

icazəsi ilə seyidlərə verməlidir.

3

 

Təbrizi: İmamın (ə) səhmini öz mərceye təqlidinə 



və ya onun icazə verdiyi yerlərə çatdırmalıdır. Əgər başqa 

müctəhidə vermək istəsə vacib ehtiyata əsasən öz mərceye 

təqlidindən  icazə  almalıdır.  Seyidlərin  payını  isə  onların 

özünə vermək olar.

4

 

                  



 

1

 



“Tovzihul-məsaili mərace”, 1834-cü məsələ. 

2

 Xamenei, “Əcvibə”, səh.1004, 1002. 



3

 

“Tovzihul-məsaili mərace”, 1834-cü məsələ; Nuri, “Tovzihul-



məsail”, 1830-cu məsələ; Vəhid, “Tovzihul-məsail”, 1843-cü məsələ. 

4

 



“Tovzihul-məsaili mərace”, 1834-cü məsələ. 


 

70 


Sistani:  İmamın  (ə)  səhmini  öz  mərceye  təqlidinə 

və  ya  onun  icazə  verdiyi  yerlərə  çatdırmalıdır.  Vacib 

ehtiyata  əsasən  o  ə`ləm  və  bütün  cəhətlərdən  agah  mərce 

olmalıdır.  Seyidlərin  səhmini  isə  onların  özünə  vermək 

olar.

1

 



Safi:  İmamın  (ə)  səhmini  öz  mərceye  təqlidinə  və 

ya  məsrəfdə  kəmiyyət  və  keyfiyyət  cəhətdən  onunla  eyni 

nəzərdə  olan  müctəhidə  verməlidir.  Eyni  zamanda 

mərceye  təqlidinin  icazə  verdiyi  yerlərə  sərf  edə  bilər. 

Seyidlərin payını onların özünə vermək olar.

2

 



Qeyd:  Xüms  iki  hissəyə  bölünür.  Onun  yarısı 

imamın  (ə)  səhmi,  yarısı  isə  seyidlərin  səhmidir.  Böyük 

ayətullahlar  Sistani,  Təbrizi  və  Safi  seyidlərin  səhmini 

ödəməkdə müctəhid icazəsini lazım bilmirlər. 



XÜMS VƏ XEYİR İŞLƏR 

Sual 

92:  Məsələni  bilməmək  və  cahillik 

səbəbindən  bir  şəxs  seyidlərin  və  mə`sum  imamın  (ə) 

səhmini xeyir bir işə sərf edib.  Lakin bu işi camiuş-şərait 

müctəhidin icazəsi olmadan edib. Bu şəxs nə etməlidir? 



Bütün  müctəhidlərin  rə`yi: Öz  mərceye  təqlidinə 

və ya onun nümayəndəsinə bu işini xatırlatmalıdır. Əgər o 

məsləhət  görərsə  bu  şəxs  vəzifəsini  ödəmiş  hesab 

olunacaq.

3

 

İmamın  səhmi  məsələsi  camiuş-şərait  müctəhiddən 



asılı  olduğu  üçün  bu  işdə  elm  və  cəhlin  heç  bir  tə`siri 

yoxdur.  Bu  iş  müctəhidin  öhdəsinə  buraxılmalıdır.  Əgər 

                  

 

1



 

Həmin mənbə. 

2

 

Həmin mənbə. 



3

 

“Tovzihul-məsaili mərace”, 1834-cü məsələ; Nuri, “Tovzihul-



məsail”, 1830-cu məsələ; Vəhid, “Tovzihul-məsail”, 1843-cü məsələ. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə