ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   18   19   20   21   22   23   24   25   26

 

78 


onun  xüms  ilinin  başlanğıcıdır.  Əgər  onun  qazancı  ilin 

xərcindən artıq qalarsa, xümsü verilməlidir.

1

 

XÜMS İLİNİ DƏYİŞMƏK 



Sual  107:  Xüms  ilinin  hesab  vaxtını  dəyişmək 

olarmı? 


(Xameneidən başqa) Bütün müctəhidlərin rə`yi: 

İlin  hesabını  istənilən  qədər  önə  salmaq  olar.  Lakin  şər`i 

hakimin icazəsi olmadan onu tə`xirə salmaq olmaz.

2

 



Xamenei:  Şər`i  hakimin  icazəsi  olmadan  xüms 

ilini önə və ya tə`xirə salmaq olmaz.

3

 

Qeyd:  Əlbəttə  xüms  sahiblərinə  zərəri  olmayan 



halda xüms ilini önə salmaq olar. Məsələn, ilin ortalarında 

qazancının  xümsünü  ayırarsa,  xüms  ili  üçün  başlanğıc 

götürə bilər və bir il ötdükdən sonra ilin hesabını aparar. 

SUBAY ŞƏXSİN XÜMS İLİ 

Sual  108:  Valideynləri  ilə  yaşayan  subay 

cavanlara xüms ilini tə`yin etmək vacibdirmi? 



Bütün  müctəhidlərin  rə`yi:  Əgər  subay  cavanın 

şəxsi  gəliri  (az  miqdarda  olsa  da)  olarsa,  ona  xüms  ili 

tə`yin  edib  illik  gəlirini  hesablamaq  vacibdir.  Əgər 

                  

 

1

 



“Tovzihul-məsaili mərace”, 1765-ci məsələ; Nuri, “Tovzihul-

məsail”, 1761-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, 1773-cü məsələ. 

2

 

Məkarim, “İstiftaat”, 1-ci cild, səh.353; Fazil, “Camiul-məsail”, 1-ci 



cild, səh.809; Nuri, “İstiftaat”, 2-ci cild, səh.320; Sistani, “Əl-

məsailul-müntəxəbə”, 611-ci məsələ; Safi, “Camiul-əhkam”, 1-ci cild, 

səh.620; İmam (r), Behcət və Təbrizinin katibliyi. 

3

 Xamenei, “Əcvibə”, səh.1000. 




 

79 


qazancından  bir  ilin  sonunadək  artıq  qalarsa,  xümsünü 

verməlidir.

1

 

Qeyd: Hədiyyə, mükafat və bu kimi digər gəlirlərə 



xüms  düşdüyü  hesab  olunan  halda  uyğun  xümsü  gənclər 

də ödəməlidir. 



YETKİNLİK YAŞINA ÇATMAMIŞ ŞƏXSLƏRİN XÜMS 

İLİ 

Sual  109:  Sərmayəsi  olan  və  qazanc  əldə  edən 

yetkinlik yaşına çatmamış cavanlara xüms vacibdirmi? 



İmam  (r),  Xamenei,  Məkarim  və  Behcət:  Vacib 

ehtiyata  əsasən  yetkinlik  yaşına  çatdıqdan  sonra  onun 

xümsünü verməlidir.

2

 



Təbrizi:  Xeyr,  yetkinlik  yaşına  çatdıqdan  sonra 

onun xümsünü vermək vacib deyil.

3

 

Sistani,  Fazil,  Safi,  Nuri  və  Vəhid:  Bəli,  xümsü 



vermək  onun  valideyninə  vacibdir.  Əgər  valideyn  onun 

xümsünü  verməzsə,  yetkinlik  yaşına  çatdıqdan  sonra uşaq 

özü bu xümsü ödəməlidir.

4

 



YOXSUL ŞƏXSİN XÜMS İLİ 

Sual 110: İllik xərcindən az gəlir əldə edən şəxsin 

ilin sonunda bir qədər pulu və ya yeməyi artıq qalarsa, ona 

xüms ili tə`yin etmək və xüms vermək vacibdirmi? 

                  

 

1

 Xamenei, “Əcvibə”, səh.996; “Tovzihul-məsail mərace”, 1752-ci 



məsələ; Nuri, “Tovzihul-məsail”, 1748-ci məsələ; Vəhid, “Tovzihul-

məsail”, 1760-cı məsələ. 

2

 

“Tovzihul-məsaili mərace”, 1794-cü məsələ; Xamenei, “Əcvibə”, 



səh.1035. 

3

 



Təbrizi, “Tovzihul-məsail”, 1802-ci məsələ. 

4

 



“Tovzihul-məsaili mərace”, 1794-cü məsələ; Nuri, “İstiftaat”, 2-ci 

cild, səh.382; Vəhid, “Tovzihul-məsail”, 1802-ci məsələ. 




 

80 


İmam  (r),  Xamenei,  Fazil,  Məkarim,  Safi, 

Təbrizi,  Sistani  və  Vəhid:  Bəli,  əgər  onun  qazancı  il 

ərzində  ehtiyaclarına  sərf  olmazsa  və  xüms  ilindən  artıq 

qalarsa, xümsü verilməlidir.

1

 



Behcət və Nuri: Xeyr. Əgər ilin sonunda pul və ya 

məunə  xərclərindən  olan  bə`zi  şeylər  artıq  qalarsa,  onları 

öz ehtiyaclarına sərf edə bilər. Bu şeylərə xüms düşmür.

2

 



BİR NEÇƏ SƏNƏTİ OLAN ŞƏXSİN XÜMS İLİ 

Sual  111:  Mənim  iki  sənətim  var.  Həm  dərs 

deyirəm,  həm  də  maşınla  işləyirəm.  Sənətlərimin  hər  biri 

üçün ayrıca hesab vaxtı tə`yin edə bilərəmmi? 

(Məkarimdən başqa) Bütün müctəhidlərin rə`yi: 

Bəli.


3

 

Məkarim: Xeyr,  gərək  hər iki sənətin  gəlirini ilin 

sonunda birlikdə hesab etsin.

4

 



                  

 

1



 Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.807; Xamenei, “Əcvibə”, 

səh.996; Məkarim, “İstiftaat”, 1-ci cild, səh.308; İmam (r), Təbrizi, 

Safi, Sistani və Vəhidin katibliyi. 

2

 Nuri, “İstiftaat”, 2-ci cild, səh.318; Behcət, “Tovzihul-məsail”, 



1400-cü məsələ. 

3

 



İmam (r), “Təhrirul-vəsilə”, 1-ci cild, “Əl-Xamis”, 12-ci məsələ; 

Nuri, “İstiftaat”, 2-ci cild, səh.319; Xamenei, “Əcvibə”, səh.964; Safi, 

“Camiul-əhkam”, 1-ci cild, səh.597; Təbrizi, “Siratun-nəcat”, 2-ci 

cild, səh.559; Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.810; “Tovzihul-

məsaili mərace”, 1773-cü məsələ; Behcət, “Vəsilətun-nicat”, 1384-cü 

məsələ; Sistaninin katibliyi. 

4

 

“Tovzihul-məsaili mərace”, 1773-cü məsələ. 




 

81 


ON SƏKKİZİNCİ FƏSİL 

XÜMSÜN HESABLANMASI 

XÜMSÜN HESABLANMASI 

Sual 112: Xümsün hesablanma yolunu bildirin. 

Əkinçilər,  işçilər,  fəhlələr,  tacirlər  və  hər  bir  qazanc 

əldə edən şəxs üçün özünə xüms ili tə`yin etmək vacibdir. 

Xüms aşağıdakı şəkildə hesablanmalıdır: 

Birinci  qazancdan  (əlbəttə  xüms ilinin başlanmasında 

mərcelər  arasında  fikir  ayrılığı  var.  Müraciət  edin:  Xüms 

ilinin zamanı bölməsinə) bir il ötdükdən sonra, həmin gün 

ilin hesab günüdür. Məunə xərclərindən istifadə olunduqda 

əsası  aradan  gedən  (məsələn,  yemək,  yuyucu  maddələr, 

dəftər, qələm və sair) hər bir şey xüms ilindən artıq qalarsa 

və  bazarda  dəyəri  olarsa,  günün  qiyməti  ilə  xümsü 

verilməlidir.  Məunə  xərclərindən  olan,  lakin  istifadə 

olunduqda  əsası  aradan  getməyən  (məsələn,  xalça, 

soyuducu,  nəqliyyat  vasitəsi  və  sair)  şeylərə  bir  il 

ötdükdən sonra xüms düşmür.

1

 



Misal: Bir işçi 2000-ci ilin may ayının axırında birinci 

maaşını  alır.  Onun  illik  hesabı  2001-ci  il  may  ayının 

axırına  düşür.  Bu  tarixdə  10  kq  dügü,  5  kq  ləpə  və  50 

manat pul artıq qalır. O bu şeylərin hər birinin beşdə birini 

ayırıb  xüms  verə  bilər.  Bu  şeylərin  qiymətini  günün 

qiyməti  ilə  hesab  edib,  beşdə  bir  hissəsini  nağd  pul 

şəklində ödəməyə icazə verilir. 

Qeyd 1: Sənəti və ya işi olmayan bir kəs təsadüfən 

müamilə  edib  qazanc  əldə  edərsə  (qazanc  əldə  etdiyi 

                  

 

1



 

“Ürvətül-vüsqa”, 2-ci cild, babul xüms, 67-ci məsələ. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə