ХүМСҮН ҺӨкмләРИ


Sistani,  Behcət,  Fazil  və  Nuri



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   18   19   20   21   22   23   24   25   26

 

85 


Sistani,  Behcət,  Fazil  və  Nuri:  Xümsü  verilmiş 

ərzaqı bu il artıq qalmış ərzaqdan çıxa bilər. Qeyd olunmuş 

halda  yalnız  10  kq  dügü,  bir  qutu  yağ  və  bir  qutu  çayın 

xümsü verilməlidir.

1

 

ƏMLAKIN XÜMSÜ 



Sual  116:  Xüms  ilinin  sonunda  bir  qədər  ərzaq 

artıq qalmışdır.  Bu ərzağın xümsü hazırkı qiymətlə hesab 

olunmalıdır,  yoxsa  alış  qiyməti  ilə  hesab  etmək  kifayət 

edər? 


Bütün  müctəhidlərin  rə`yi:  Hazırkı  qiymətlə 

hesab olunmalıdır.

2

 

Sual  117:  Bir  şəxsin  iki  növ  bir-birindən  fərqli 



malı var. (Birinin xümsü verilib o birisinin verilməyib). Bu 

şəxs  öz  illik  xərcini  yalnız  xümsü  verilməmiş  pul  ilə 

tə`min edib, xümsü verilmiş pulu ehtiyata saxlaya bilərmi? 

Bütün  müctəhidlərin  rə`yi:  Bəli.  Bu  işə  icazə 

verilir.


3

 

BORCUN XÜMSÜ 



Sual  118:  Bir  şəxs  dolanışıq  ehtiyacları  üçün  bir 

miqdar  borc  götürüb  istifadə  edir.  Bu  şəxs  ilin  sonunda 

borclu olduğu məbləği gəlirindən çıxa bilərmi? 

                  

 

1

 Fazil, “Camiul-məsail”, 2-ci cild, səh.486 və 487; 1-ci cild, 



səh.789; Nuri, “İstiftaat”, 1-ci cild, səh.295; 2-ci cild, səh.314; Sistani 

və Behcətin katibliyi. 

2

 

“Tovzihul-məsaili mərace”, 178-ci məsələ; Nuri, “Tovzihul-



məsail”, 1776-cı məsələ; Vəhid, “Tovzihul-məsail”, 1788-ci məsələ; 

Xamenei, “Əcvibə”, səh.862; Behcətin katibliyi. 

3

 

“Tovzihul-məsaili mərace”, 1779-cu məsələ; Nuri, “Tovzihul-



məsail”, 1775-ci məsələ; Xamenei, “Əcvibə”, səh.1025; Vəhid, 

“Tovzihul-məsail”, 1787-ci məsələ. 




 

86 


İmam  (r),  Məkarim,  Nuri  və  Sistani:  Əgər 

sonrakı  ilin  ehtiyacları  üçün  borc  götürübsə,  bu  məbləği 

ilin  gəlirindən  çıxa  bilər.  Lakin  onun  götürdüyü  borc 

əvvəlki  illərin  ehtiyacı  üçün  olubsa,  bu  məbləği  ilin 

gəlirindən  çıxmaq  olmaz.  Lakin  öz  borcunu  ilin  gəliri  ilə 

ödəyə bilər ki, bu məbləğə xüms düşməsin.

1

 

Təbrizi və Vəhid: Əgər öz borcunu ilin sonunadək 



ödəməzsə,  bu  məbləği  ilin  gəlirindən  çıxa  bilməz.  Əgər 

qazanc əldə ediləndən sonra borc götürülərsə, bu işə icazə 

verilir.

2

 



Fazil,  Behcət,  Xamenei  və  Safi:  Bəli.  Xüms 

düşür.  Və  öz  borcunu  ilin  gəlirindən  çıxa  bilməz.  Öz 

borcunu  ilin  gəliri  ilə  ödəyə  bilər  ki,  bu  məbləğə  xüms 

düşməsin.

3

 

Qeyd: Mərcelərin risalələrindəki tərkiblərdə “kəsr” 



sözü  ilə  “əda”  sözü  arasında  fərq  var  və  bu  sözləri  bir-

birləri ilə qatışdırmaq olmaz. 



HİSSƏ-HİSSƏ ÖDƏNƏN BORCUN XÜMSÜ 

Sual  119:  Bir  şəxs  dolanışıq  xərclərini  uzun 

müddət ərzində (məsələn, 3 il) hissə-hissə ödənən borc ilə 

tə`min  edir.  Bu  şəxs  xüms  ilinin  sonunda  bütün  borcunu 

ilin gəlirindən çıxa bilərmi? 

                  

 

1



 

“Tovzihul-məsaili mərace”, 1786 və 1787-ci məsələ; Nuri, 

“Tovzihul-məsail”, 1783 və 1782-ci məsələ. 

2

 



Təbrizi, “Tovzihul-məsail”, 1795-ci məsələ; Vəhid, “Tovzihul-

məsail”, 1794-cü məsələ. 

3

 

“Tovzihul-məsaili mərace”, 1786 və 1787-ci məsələ; Behcət, 



“Tovhizul-məsail”, 1406 və 1407-ci məsələ; Xamenei, “Əcvibə”, 

səh.864; Safi, “Tovzihul-məsail”, 1795 və 1796-cı məsələ. 




 

87 


İmam  (r),  Məkarim,  Nuri  və  Sistani:  Xeyr. 

Yalnız  borcun  bu  il  ödənməli  olan  hissəsi  ilin  xərcindən 

hesab olunur.

1

 



Fazil,  Xamenei,  Safi,  Behcət  və  Təbrizi:  Xeyr. 

Yalnız həmin il ödənən hissələr (borc şəklində ödənən) ilin 

xərclərindən hesab olunur və illik gəlirdən çıxılır.

2

 



ÖLMÜŞ ŞƏXSİN ƏMLAKININ XÜMSÜ 

Sual  120:  İş  qazancı  olan  bir  şəxs  ilin  ortasında 

dünyadan  gedir.  Onun  əmlakının  xümsünü  necə  hesab 

etməlidirlər? 

Bütün  müctəhidlərin  rə`yi:  Əgər  üzərində  xüms 

gələn əmlakı olarsa ölən kimi ilin sonunu gözləmədən bu 

əmlakın xümsü verilməlidir.

3

 



                  

 

1



 

İmam (r), “İstiftaat”, 1-ci cild, səh.167; Nuri, “Tovzihul-məsail”, 

1782-ci məsələ; “İstiftaat”, 2-ci cild, səh.332; Sistani, “Tovzihul-

məsail”, 1756-cı məsələ; Məkarim, “Tovzihul-məsail”, 1514-cı 

məsələ. 

2

 Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.845; Xamenei, “Əcvibə”, 



səh.868; Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.729 və 730; Behcət, 

“Tovzihul-məsail”, 1406 və 1407-ci məsələ; Təbrizi, “İstiftaat”, 

səh.875. 

3

 



“Tovzihul-məsaili mərace”, 1767-ci məsələ; Nuri, , “Tovzihul-

məsail”, 1763-cü məsələ; Xamenei, “Əcvibə”, səh.863; Vəhid, 

“Tovzihul-məsail”, 1775-ci məsələ. 



 

88 


ON DOQQUZUNCU FƏSİL 

XÜMSDƏN QAÇMAQ 

XÜMS VƏ DOLANIŞIQ XƏRCLƏRİ 

Sual 

121:  Əgər  (xüms  verməmək  üçün) 

qazancımızı elə bir şəkildə xərcləsək ki, ilin sonuna heç bir 

şey qalmasın, yenə də xüms düşürmü? 

Bütün  müctəhidlərin  rə`yi:  Əgər  öz  şə`ninə 

uyğun və israf etmədən xərcləyərsə, xümsü yoxdur.

1

 

XÜMS VƏ BAĞIŞLAMA 



Sual  122:  İl  tamamlanmadan  öncə  öz  əmlakını 

xümsdən  qaçmaq  məqsədi  ilə  həyat  yoldaşına  bağışlayır; 

xüms  ili  tamamlandıqdan  sonra  isə  o  yenidən  həmin  pulu 

ərinə bağışlayır. Bu işə icazə verilirmi? 



(Məkarimdən başqa) Bütün müctəhidlərin rə`yi: 

Xeyr. Gərək ilin sonunda onun xümsünü versin.

2

 

Məkarim: Vacib ehtiyata əsasən ilin sonunda onun 



xümsünü verməlidir.

3

 



Sual  123:  Bir  şəxs  il  tamamlanmamışdan  öncə 

əmlakının  bir  hissəsini  üzərinə  xüms  gəlməməsi  üçün  öz 

həyat yoldaşına bağışlayır. Bu işə icazə verilirmi? 

                  

 

1

 



“Ürvətül-vüsqa”, 2-ci cild, 72-ci məsələ; “Tovzihul-məsaili 

mərace”, 1775-ci məsələ; Nuri, “Tovzihul-məsail”, 1771-ci məsələ; 

Xamenei, “Əcvibə”, səh.903. 

2

 



İmam (r), “İstiftaat”, 1-ci cild, səh.177; Nuri, “İstiftaat”, 2-ci cild, 

səh.352; Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.830; Təbrizi, “Siratun-

nəcat”, 2-ci cild, səh.850; Xamenei, “Əcvibə”, səh.856; Sistani, 

Behcət və Safinin katibliyi. 

3

 

Məkarim, “İstiftaat”, 2-ci cild, səh.850. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə