H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə49/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   45   46   47   48   49   50   51   52   ...   225

kodifikasiyası  ilə  məşqul  olan  Beynəlxalq  hüquq  Komissiyasının 

protokolu ilə təsdiqlənmişdir. Müqavilələrdə tərəflərin təkcə imza atması 

kifayətdir və ona hüquqi status verir. 

Beləliklə,  yekun  qərarlarının  bütün  mahiyətlərinə  baxmayaraq, 

onlardan  bəzilərinin  qismən,  ya  da  tam  yoxluğu  müqavilənin  hüquqi 

qüvvəsinə  mənfi  təsir  göstərmir.  Onların  olmaması  bəzən  əməldə 

müqavilənin  işlənməsi,  yerinə  yetirilməsi  üçün  qismən  çətinliklər, 

anlaşılmazlıqlar yarada bilir. Ona görə də yekun hissəsinin Müqavilənin 

yerinə  yetirilməsi  üçün  lazım  olan  bütün  elementlərin  olmasının 

vacibliyini inkar etmək olmaz. 



Müqavih w əlavələr 

Beynəlxalq  münasibətlərin  inkişafı  onların  genişlənməsinə  və 

intensifıkasiyasına səbəb olur. Bu isə dünya ölkələrarası münasibətlərdə 

daha çox dəqiqlik tələb edir, onların düzgün tənzimlənməsini ön plana 

çəkir.  Problemlərin  həlli  vasitələrindən  biri  də  əlavələrdir.  Bu  gün 

əlavələrin  rolunun  yüksəldiyini  onunla  izah  etmək  olar  ki,  beynəlxalq 

müqavilələrin əlavələri və müxtəlifliyi də (həcmə və s. görə) artır. 

Müqaviləyə  əsas  mətləblər  daxil  edilir;  əlavə  məsələlər,  daha 

konkretləşdirən  mövzular  və  məsələlər,  dəqiq  qərarlar  isə  əlavələrdə 

verilir. Bu imkan verir ki, müqavilənin əsas mətni çox yüklənməsin, əsas 

mətn  ümumi  məsələləri  əhatə  edir.  Müəyyən,  konkret  qərarlarla  əsas 

məsələlər əsas mətndə ifadə olunur. Əsas məzmun isə daha geniş şərhi ilə 

əlavələrdə verilir. 

Bəzən  müqavilə  sadəcə  protokol  qərarlarından  ibarət  olur,  əsas 

mətləb  isə  əlavələrdə  şərh  olunur.  Məsələn,  dənizdə  axtarışlar  və 

xilasetmələrə  dair  1979  il  Beynəlxalq  Konvensiyanı  buna  misal 

göstərmək olar. Buna az təsadüf olunur. 

Çox  vaxt  əlavələr  müqavilənin  mütləq  qüvvəsi  statusuna  malik 

olur.  Lakin  bu  məsələ  avtomatik,  mexaniki  şəkildə  deyil,  tərəflərin 

açıq-aşkar  meyli  və  arzusu  ilə  həyata  keçirilir.  Ya  əlavədə,  ya  da  əsas 

mətnin özündə göstərilir ki, əlavə (və ya əlavələr) müqavilənin ayrılmaz 

hissəsidir, buradakı müddəalar müqavilənin 



139 


Müahidələr öz müqəddəratını təyin etmək hüququnun və onunla 

bağlı xalqlarının öz təbii sərvətlərinə azad sahib olmaq hüququnun təsbit 

edilməsi - mütərəqqi qüvvələrin böyük nailiyyətidir. 

Müahidələrə  əsasən,  dövlətlər  özləri  tərəfindən  görülmüş 

tədbirlərin  və  müahidələrdə  nəzərdə  tutulmuş  hüquqların  həyata 

keçirilməsi  sahəsində  əldə  edilmiş  tərəqqiyə  dair  hesabatlar  təqdim 

etməyi  öhdələrinə  götürürlər.  Məruzələr  BMT-nin  İqtisadi  və  Sosial 

Şurasında  nəzərdən  keçirilir;  bu  məqsədlə  bu  Şura  çərçivəsində  xüsusi 

işçi qrupu fəaliyyət göstərir. (“DEL”). 

İNSAN HAQLARINA DAİR ÜMUMİ BƏYANNAMƏ 

(1948).  BMT  Baş  Məclisi  tərəfindən  qəbul  edilmiş,  BMT 

Nizamnaməsinin  insan  haqqlarına  dair  müddəaları  nəzərə  alınmaqla 

işlənib hazırlanmış və bütün xalqların və dövlətlərin həyatında zəruri olan 

sənəd kimi 10.XI1.1948-də elan edilmişdir. 

Bəyannamə  insan  haqlarına  dair  ilk  xüsusi  beynəlxalq  sənəddir; 

burada insanın əsas hüquq və azadlıqlarına hamılıqla hörmət olunmasının 

zəruriliyi  qeyd  edilir,  onların  mündəricəsi  verilir:  bütün  insanların  hər 

hansı  şəkildə  ayrı-seçkiliyə  məruz  qalmamaqla  bərabərliyi,  yaşamaq, 

sərbəstlik və şəxsi toxunulmazlıq hüququ, şərəf və ləyaqətinin, mənzilinin 

toxunulmazlığı hüququ, hər bir şəxsin hüquqlarının məhkəmədə qərəzsiz 

müdafiə  olunması  hüququ,  mülki  və  siyasi  hüququ,  vətəndaşlıq  və 

sığınma hüququ, şəxsi əmlaka malikolma hüququ, izdivac, fikri sərbəst 

bəyan  etmək  hüququ,  vicdan,  din  və  əqidə  azadlığı,  dinc  yığıncaqlar 

keçirmək  və  assosiasiyalar  yaratmaq  hüququ,  gizli  səsvermə  zamanı 

hamılıqla  bərabər  şəkildə  seçkilərdə  iştirak  etmək  hüququ,  işləmək 

hüququ  və  bərabər  əməyə  görə  bərabər  zəhmət  haqqı  almaq  hüququ, 

həmkarlar  təşkilatları  yaratmaq,  istirahət  etmək,  sosial  təminat,  təhsil 

almaq və cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ. 

Bəyannamə  dövlətlər  üçün  tövsiyə  xarakteri  daşıyır.  İştirakçı 

dövlətlər üçün hüquqi baxımdan icbari olan İnsan haqlarına dair 1966 il 

Müahidələri bu Bəyannamə əsasında işlənib hazırlanmışdır. 



210 


və  onlara  görə  cəza  verilməsinə  dair  1973  il  Konvensiyanın 

hazırlanmasında iştirak etmişdir. (“DEL”). 



İNSAN HAQLARI KOMİTƏSİ. Mülki və siyasi hüquqlara dair 

1966  il  Beynəlxalq  Müahidənin  müddəalarına  müvafiq  olaraq 

yaradılmışdır.  İnsan  haqları  komitəsi  18  nəfər  üzvdən  ibarətdir;  üzvlər 

sözügedən müahidənin iştirakçısı olan ölkələr tərəfindən öz vətəndaşları 

arasından 7 il müddətinə seçilirlər. 

İnsan  haqları  komitəsinin  üzvləri  öz  vəzifələrini  dövlətlərin 

təmsilçiləri kimi deyil, fərdi şəxs qismində yerinə yetirirlər. İnsan haqları 

komitəsinin özünəxas prosedura qaydaları vardır. Üzvlərin seçilməsində 

ədalətli  coğrafi  bölgüyə,  habelə  “müxtəlif  formalı  sivilizasiyaların  və 

başlıca hüquqi sistemlərin” təmsilçiliyinə diqqət yetirilir. 

İnsan  haqları  komitəsi  müahidə  tərəfindən  tanınan  hüquqlarının 

həyata  keçirilməsi  istiqamətində  gördükləri  tədbirlər  haqqında 

məruzələrini öyrənib təhlil edir. 

İnsan haqları komitəsi ildə 3 sessiya keçirir və BMT-nin İqtisadi və 

Sosial Şurası xəttilə BMT Baş Məclisinə öz işi barədə illik hesabat verir. 

İNSAN HAQLARINA DAİR 1966-cı İL MÜAHİDƏLƏRİ. 

İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq müahidəni və mülki- 

siyasi  hüquqlara  dair  beynəlxalq  müahidəni  ehtiva  edir.  BMT  Məclisi 

tərəfindən 16.XI.l996-da qəbul edilib. Beynəlxalq müqavilə gücündə olan 

bu müahidələr insan haqlarına dair 1948 il İnsan haqlarına dair Ümumİ 

Bəyannaməsi ilə müqayisədə irəliyə doğru çox mühüm addımdır., çünki 

Ümumi  Bəyannamə  dövlətlərin  və  xalqların  yerinə  yetirməyə  cəhd 

göstərməli olduqları vəzifələri yalnız bəyan etməklə kifayətlənirdi. 

Müahidələr insan haqları sahəsində digər sazişlər kimi bilavasitə 

fərdlərə  hüquqlar  vermək  təəhüdlərini  müəyyən  edir,  hər  bir  iştirakçı 

dövlət  tərəfindən  müvafiq  milli  qanunvericilik  və  digər  tədbirlərin 

görülməsi ilə həyata keçirilir. 



209 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə