beynəlxalq sosyalist sisteminin məhv olmasına gətirib çıxarmış
dəyişikliklər bir çox mütəxəssisləri yuxarıdakı kriteriyalardan əl çəkərək
aşağıdakı kriteriyanı müasir beynəlxalq münasibətlərdəki təsnifatda əsas
götünnəyə gətirib çıxardı: sinfi kriteriyadan tamamilə əl çəkməli və
ümumisivilizasiya kriteriyasma keçməli. Bu kriteriyanı da 2 yerə bölənlər
var: qüvvələr balansına əsalanan l-ci kriteriya, maraqlar balansına
əsaslanan 2-ci kriteriya.
Buraya geosiyasi maraqlar (bu da qlobal-dünya, regional- Avropa,
Asiya və s., Subregional-məsələn, Qərib dənizi, Xəzər dənizi ölkələri
maraqlarına bölünür), yüksək, aşağı və orta səviyyəli münasibətlər,
stabillik və qeyri-stabillik, etimad və düşmənçilik, həmkarlıq və konflikt,
sülh və müharibə və s. kimi beynəlxalq münasibətlər göstəriciləri də
daxildir.
Bütün bu məsələlərdə “dünya siyasəti” məfhumu da az rol
oynamır. A.Y.Bovinc və V.P.Lukinə görə “dünya siyasəti”-bu dövlətlərin
beynəlxalq səhnədə fəaliyyəti, qarşılıqlı hərəkətidir; Beynəlxalq
münasibətləri isə, onların fikrincə, dövlət siyasəti yaradır: dövlət siyasəti
belə münasibətlər üçün münbit zəmin kimidir. Xarici və beynəlxalq
siyasət arasında da fərq vardır. Ölkənin xarici siyasətini XİN-yi yerinə
yetirir: konkret, əməli siyasəti ilə - milli maraqlara cavab verən və
müəyyən idarələrdə hazırlanan siyasəti həyata keçirməklə. Beynəlxalq
münasibətlərin qeyri - dövlət iştirakçıları isə müxtəlif milli
korporasiyalar, beynəlxalq mafioz qruplar, dini - konfessonal cəmiyyətlər
- məsələn, katolik kilsə, islam və s.
Daxili siyasətlə xarici siyasətin qarşılıqlı əlaqəsi məsələsi də
mühümdür; bu barədə müxtəlif beynəlxalq münasibətlər elmi sahəsindəki
cərəyanlar: klassizm, siyasi idealizm, marksizm, onların yeni növləri olan
neorealizm, neomarksizm, strukturizm və transmilli və s. arasında
münasibətlər vardır.
Bəzən belə sual doğur: Beynəlxalq münasibətlər bir elm kimi
müstəqildir, ya politologiyanın bir hissəsidir? Suala müsbət cavab
verənlər var: siyasi qarşılıqlı əlaqələr beynəlxalq münasibətlərin ayrılmaz
hissəsi olduğu üçün bu sahə ilə politologiya məşğul olur.
151
arasında olan iqtisadi, siyasi, ideoloji, hüquqi, diplomatik və başqa
əlaqələr toplusudur. Başqa sözlə beynəlxalq fəaliyyətə cəlb olunmuş
qüvvələr arasında yaranan münasibətlərdir. Daha geniş mənada isə xalqlar
arasında yaranan münasibətlərdir. Beynəlxalq münasibətlər insan
cəmiyyətini formalaşdıran inteqrasiya əlaqələrinin cəmi, toplusudur.
R.Aron yazır ki, beynəlxalq münasibətləri idmanla, məsələn, futbolla
müqayisə etmək olar. Kim nə vaxt istəsə qol vurur. Hakimə məhəl
qoymur, oyunu pozur. Beynəlxalq münasibətlərdə də hansı ölkə bu
münasibətlərin onun maraqlarına cavab vermədiyini gördükdə oyunun
şərtlərini - beynəlxalq müqaviləni pozur, hətta bu “oyuna” nəzarət etməli
olan hakimin - məsələn, BM'f-nin qərarlarına məhəl qoymur.
Ermənistanın Dağlıq Qarabağ, Ermənistan - Azərbaycan münaqişəsinə
dair məlum dörd qətnaməsinin heç birini yerinə yetirmədiyi kimi. Əgər
R.Aron beynəlxalq münasibətləri dövlətlərarsı münasibətlər hesab edirsə,
amerikan tədqiqatçısı D.Kaporazo beynəlxalq münasibətləi müasir dövrdə
dövlətlər arasında deyil, siniflər, sosyal-iqtisadi qruplar və siaysi qüvvələr
arasındakı münasibətlər hesab edir. Başqa amerika alimi S.Rozenau isə
beynəlxalq münasibətləri dövlətlər, siyasi qruplar və təşkilatlararası
münasibətlər deyil, ayrı-ayrı şəxslər arasındakı münasibətlər hesab edir. '
Hər halda beynəlxalq münasibətlərdə iki kriteriyadan birinə
üstünlük vermək tendensiyası davam edir: biri - iştirakçıların spesifikası,
o biri isə beynəlxalq münasibətlərin xüsusi təbiəti. Hər iki tərəf bir-birini
qəbul etməsə də hər iki fikirdə öz müsbət cəhətləri və nöqsanları vardır.
Bu iki fikirə əlavə olaraq məşhur fransız tədqiqatçısı M.Meri bura üçüncü
bir kriteriya da əlavə edərək onu “lokalizasiya kriteriyası” adlandırıb.
Bununla o, beynəlxalq münasibətləri təyin edən müqavilələrin
kəsilməsində yaranan axınını məcmunu, ya da sərhədlərin kəsişməsindəki
axının məcmusunu nəzərdə tutur. Belə münasibət suveren dövlətlərin
bütün münasibət formalarım əhatə edir.
90-cı illərin əvvəllərində Şərqi Avropada baş vrmiş və
UbiraıiKOH IIA. MoKAyHapoiUiı.ıe
OIHOIIICIIHH
.
M..
1996, cxp. 48-50.
150
magistral (dönməzlik tələb edən) və ikinci dərəcəli elmi tədqiqləri təyin
etmək;
5.
Kompleks kriteriyalara istinad etməklə beynəlxalq
münasibətləri qurmaq. Məsələn, Kanada alimi Baqat Koraniyə görə
“klassik” və “modernist” üsullardan çıxış edərək “liberal - plyuralist” və
“materialis - strukturalist” münasibətlər sistemində siyasi realizm (Q,
Morgentaiı, R. Aron), klassik marksizm (K. Marks, F. Engels, V. Lenin),
neomarksizm (S Əmin, A. Frank, F. Kardozo) və s. nəzəriyyələrin əsas
problemlərinin məğzini önə çəkib beynəlxalq münasibətlərə tətbiq etmək
olar.
Beynəlxalq münasibətlər nəzəriyyəsinin nəzəri əsaslan haqqında
ilkin olaraq ABŞ-da təşəbbüs göstərilərək elmi əsaslandırılmış çoxlu
əməli işlər görülsə də beynəlxalq münasibətlər elm sahəsinin bu mühüm
qol u-beynə 1 xalq münasibətlər nəzəriyyəsi haqqında faransız alimlərinin
işləri daha təqbirə layiqdir.
80-ci illərin əvvəlində Avropada beynəlxalq münasibətlər
nəzəriyyəsində Fransa alimləri köklü işlər görürlər. Sorbon universitetinin
professoru M.Meri 1983-cü ildə yazır ki, Fransada beynəlxalq
münasibətlər nəzəriyyəsi elmi cavan olsa da əsasən üç istiqamətdə
irəliləmişdir:
1.
“empirik-təsviri yanaşma” üsulu ilə (Şari Zorqbib, Serj
Dreyfyus, Tilipp Moro-Defars və s. əsərləri).
2.
Marksist nəzəriyyədən ruhlananlar (Pyer Fransa Qonidek,
Şari Şomon, Nansi, Reyms).
3.
Sosioloji yanaşma ilə (R.Aron).
Beynəlxalq münasibətlərin obyekt və predmeti.
Beynəlxalq münasibətlər ictimai həyatın müxtəlif sahələrini əhatə
edir- iqtisadi münasibətlərdən tutmuş idman yarışlarına qədər sahələr bura
daxildir. Bu sahələrdə dövlətlər, qeyri-dövlət subyektləri və şəxsi fərdlər
fəaliyyət göstərir. Bəs bunları birləşdirən nədir? Bir mənalı demək
olar-siyasi münasibətlər. Beynəlxalq münasibətlər dövlətlər və dövlətlər
sistemi arasında əsas siniflər, ictimai, siyasi, sosyal qüvvələr, təşkilatlar
və ictimai hərəkatlar
149
Dostları ilə paylaş: |