H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə41/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   37   38   39   40   41   42   43   44   ...   225

Əgər  müqavilələr  çoxtərəflidirsə  -  yəni  iştirakçılar  bir  neçə 

ölkədirsə,  o  zaman  onların  adları  əlifba  sırası  ilə  sadalanır.  Bu  zaman 

əlifba da tərəflərin özü tərəfindən təyin olunur: fransız, ingilis, rus (MDB 

ölkələri üçün). 

Diplomatik  təcrübədə  çox  vaxt  müqavilə,  qəbul  olunduğu  yerin 

adı  və  tarixi  ilə  adlanır.  Nadir  hallarda  onu  imzalayanın  adı,  ya  da 

inisialiarmı  qoymuş  şəxsin  adı  ilə  adlanır.  Məs.,  “1990-cı  il  Moskva 

müqaviləsi”, yer adı ilə : “Yalta müqaviləsi”, şəxslərin adı ilə: “1933-cü il 

Litvinov-Ruzvelt müqaviləsi”. Bəzən müqavilənin adı qısaldılmış da ola 

bilər.  Bu  zaman  müqavilənin  qısaldılmış  adı  müqavilənin  mətnində 

göstərilir.  Məsələn,  1926-cı  ildə  SSRİ  ilə  Yəmən  arasında  bağlanmış 

dostluq,  əməkdaşlıq  və  ticarət  müqaviləsinin  mətndəki  gələcək  adı 

göstərilir (mətnin içində): Bu Müqavilə bundan sonra “Səna Müqaviləsi” 

adlanacaqdır (Səna Yəmənin paytaxtı idi). 

Bəzi  beynəlxalq  təşkilatlar  müqavilənin  formasına  xüsusi 

əhəmiyyət verirlər. Məsələn, Beynəlxalq Əmək təşkilatının bu sahədəki 

təcrübəsi buna misal ola bilər. 

Bu  beynəlxalq  təşkilat  belə  təcrübəni  yaymağa  müvəffəq  olub: 

müqavilənin qısaldılmış adını mətnin içində vermək. Məsələn, qadınların 

yeraltı  obyektlərdə  -  şaxtalarda,  yeraltı  qurqularda  işləməsinə  dair 

1935-ci  il  Konvensiyasının  preambulasında  göstərilir  ki,  bu 

Konvensiyaya istinad edilərkən və ya ondan sitat gətirilərkən onun adını 

qısaldılmış olaraq belə göstərmək olar: Qadınların yeraltı işləri haqqında 

Konvensiya. 

Çox vaxt müqavilələrin qeyri-rəsmi adı geniş istifadə olunur. Buna 

nəinki  təkcə  kütləvi  informasiya  vasitələrində  (KİV),  həm  də  rəsmi 

diplomatik  sənədlərdə,  hətta  dövlətlərin normativ  aktlarında  da  təsadüf 

olunur. 


Müqavilə və preambula 

Preambula  müqavilənin  giriş  hissəsinə  deyilir.  Preambula 

müqavilənin məcburi hissəsi deyildir. Preambulanın müqavilənin hüquqi 

qüvvəsinə heç bir təsiri yoxdur. Bəzi ikincidərəcəli 



126 


məsəlolorə aid olan çoxlu müqavilələr vardır ki, heç preambıılası yoxdur. 

Adələn  əsas  müqaviləyə  əlavə  olan  razılaşmalarda  preambula  olmur. 

Çünki  vacib,  zəruri  mətləblər  artıq  əsas  müqavilənin  preambulasmda 

verilmişdir. 

Bununla  bərabər  vacib,  xüsusilə  siyasi  müqavilələrdə 

preambulanm  olması  zəruri  sayılır  və  müqavilədə  mühüm  rol  oynayır. 

Onun əsas vəzifəsi müqavilədə vacib məqsədləri əks etdirmək, müqavilə 

məqsədlərini  və  onun  bağlanması  motivlərini  açıqlamaqdır.  Preambula 

həmçinin  tərəllərin  formal-hüquqi  mətləbləri,  onları  təmsil  edən 

orqanları, vəkillərini, səlahiyyətli şəxslərini də açıqlamaqa xidmət edir. 

Diplomatik təcrübədə bəzən preambula müqavilənin əsas qayə və 

məqsədini gizlətməyə, örtbastır etməyə xidmət edir. Ona görə də çox vaxt 

deyirlər  ki,  preambulanm  hüquqi  qüvvəsi  yoxdur.  Lakin  belə  yanaşma 

beynəlxalq  hüquqa  müvafiq  gəlmir.  Beynəlxalq  Məhkəmə  dəfələrlə 

preambulanm  hüquqi  əhəmiyyətini  qeyd  etmiş,  0  cümlədən  hər  hansı 

aktın,  müqavilənin  əhəmiyyətində  preambulanm  hüquqi  rolunu 

göstərmişdir. 1962 ildə Beynəlxalq Məhkəmə Cənub Qərbi Afrikaya dair 

işlə  əlaqədar  qərara  almışdı:  “Mandat  həm  əməli,  həm  də  hüquqi 

cəhətdən  beynəlxalq  müqavilədir,  əgər  o,  müqavilə  və  ya  Konvensiya 

xarakteri daşıyırsa. Mandatın preambulasının özü onun belə bir xarakteri 

haqqında  dəlalət  edir”.  Beynəlxalq  Məhkəmə  müqavilənin  şərhi  üçün 

preambulaya xüsusi əhəmiyyət vermişdir və bunu xüsusi qeyd etmişdir.' 

Hüquq  ədəbiyyatında  preambulanm  roluna  dair  də  çoxlu 

mülahizələr vardır. 

Preambulanm əhəmiyyətini inkar etmək beynəlxalq təcrübəyə də 

uyğun  gəlmir.  1945-ci  ildə  San-Fransisko  konfransında  BM'f-nin 

Nizamnaməsi  hazırlanarkən  qəbul  olunmuş  qətnamədə  göstərilirdi  ki. 

Nizamnamənin preambulasının hüquqi gücü maddələrin hüquqi gücü ilə 

eyniyyət təşkil edir. 

Эвинтоп Л. Многосторонние договоры в современном международном праве. Киев. 

1979. сгр.40 

127 



Bəzən  “razılaşan  tərəflər”  ifadəsi  də  işlənmir.  Sadəcə  olaraq 

“Tərəflər”göstərilir.  Öləkələrin  adı  tam  adı  ilə  hər  maddədə  çəkilir. 

Məsələn, RF ilə AFR arasında 1990 ildə bağlanmış mehriban qonşuluq, 

həmkarlıq və əməkdaşlıq haqqında Müqavilə buna misaldır. AR ilə AFA 

arasındakı müqavilədə mətnin bütün maddələrində tərəflərin tam adı hər 

dəfə  yazılmışdır:  Azərbaycan  Respublikası,  Almaniya  Federativ 

Respublikası. 

Titulda  olduğu  kimi  preambulada  da  iştirak  edən  dövlətlərin  və 

onların  orqanlarının  tam  adlarının  yazılması  vacib  sayılır.  Yüksək 

səviyyəli  danışıqlar  nəticəsində  əmələ  gəlmiş  Müqavilələrdə  çox  vaxt 

ancaq  dövlətin  adı  göstərilir.  Hər  iki  tərəf  bərabər  hüquqlu  orqanlarla 

təmsil olunmalıdırlar. Bundan ancaq bəzi hallarda kənara çıxmaq olar. Bu 

o zaman olur ki, dövlət başçısı həm də hökümət başçısı vəzifəsini yerinə 

yetirir. Məsələn, 1944-cü ildə Sovet - Fransa müqaviləsində tərəflər belə 

təmsil  olunub:  Bir  tərəfdən  -  SSRİ  Ali  Sovetinin  Prezidiumu,  o  biri 

tərəfdən - Fransa Respublikasının Müvəqqəti höküməti. Qeyd etdiyimiz 

1-ci formula preambulanın vacib hissəsidir. 

Preamhulamn 2-ci formulu - tarixi ekskurs {narratio) adlanır. Bu 

hissədə  bu  müqavilənin  vacibliyini  əsaslandıran  tarixi  zərurət,  keçmiş 

müqavilələrə bir nəzər, bundan əvvəlki ikitərəfli münasibətlərə baxış, bu 

müqavilənin  özündən  əvvəlki  müqavilələrlə  müqayisəsi  və  s.  öz  əksini 

tapır.  Bu  müqavilənin  bu  formulunda  keçmiş  müqavilələrin  ləğv 

olunması,  hansılarınsa  fəaliyyətinin  dayandırılması,  yerinə  yetirildiyi 

üçün artıq əhəmiyyətini itirdiyi qeyd olunur. 

Bu  cür  müddəalar  hüquqi  əhəmiyyət  kəsb  edə  bilər.  Bəzən  elə 

hallar  da  olur  ki,  müqavilə  ləğv  olunmayıb,  sadəcə  olaraq  “unudulub”. 

Preambulada  onun  adının  çəkilməsilə  tərəflərin  onu  davam  etdirmək 

niyyətində olduqlarını göstərir, bir növ onu yada salır, “dirildirlər”. Belə 

halda mövcud müqavilə ilə keçmiş müqavilələr arasında əlaqə yaranır. 



Preambulanın 3-cü formulu - müqavilənin bağlanması motivləri 

və onun məqsədlərinin izahıdır (arenga). Bu formula əsas 

130 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə