H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə39/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   35   36   37   38   39   40   41   42   ...   225

Bununla  bərabər  belə  “sürüşkən”  müqavilələrin  icrası  zamanı 

tərəflərin  hüquqi  bərabərliyini  qorumağa  meyl  edilməli,  beynəlxalq 

normalar qorunmalıdır. 

İnzibati  miüfavihlər  -  Beynəlxalq  münasibətlərdə  dövləti  təmsil 

etməkdə  hüququ  olmayan  vəzifəli  şəxslər,  idarələr,  təşkilatlar  arasında 

bağlanan  beynəlxalq  müqavilələrdir.  Belə  müqavilələr  müxtəlif 

təşkilatların  öz  kompetensiyaları  daxilində  xüsusi  məsələlərə  dair 

qarşılıqlı  tənzimləmə  fəaliyyətini  nəzərdə  tutur.  Hüquqi  ədəbiyyatda, 

məsələn,  Rusiyada,  Azərbaycanda  bu  növ  müqavilələr  inzibati 

müqavilələr (rusca: 

administrativnıe 

soqlaşeniya) adlanır. ABŞ hüquqi ədəbiyyatında belə müqavilələr icraçı 

miiqavihhr (executive agreements) kateqoriyasına daxil edilirlər. Buraya 

icra  hakimiyyəti  olan  federal  orqanların  senatın  razılığı  olmadan 

bağladığları müqavilələr daxildir. 

Bu beynəlxalq müqavilələr anlayışında yeni hal deyil. Bu hal hələ 

XX  əsrin  əvvəllərində  hüquqşünasların  diqqətini  cəlb  etmişdi.  Elə  o 

zamandan  bu  növ  inzibati  müqavilələr  beynəlxalq  müqavilələrə  aid 

edilmişdi.  Səfirliklər,  Konsulluqlar  öz  ölkələri  ilə  olduqları  ölkə 

təşkilatları, şirkətləri və s. arasında belə müqavilələrin bağlanmasında fəal 

iştirak  edirlər.  Son  illərdə  bu  barədə  xeyli  yazılmışdır.  Bu  onunla  izah 

olunur  ki,  beynəlxalq  münasibətlərin  ən  müxtəlif  məsələlərinin  tənzim 

olunması  üçün  bu  növ  müqavilələrdən  istifadə  olunması  ehtiyacı 

artmışdır. Hətta indi bir sıra hüquqşünaslar belə fikir söyləyirlər ki, idarə 

və  orqanlararası  müqavilələr  beynəlxalq  hüquqda  və  beynəlxalq 

müqavilələr formalarında mərkəzi yer tutacaq lar. 

Məsələn, Rusiya Federasiyası “Müqavilələr haqqında Qa- nun”da 

“idarələrarası müqavilə xarakterili” müqavilələri beynəlxalq müqavilələr 

sırasına daxil edir. 

Lakin  qeyd  olunur  ki,  ancaq  o  idarələr  ki,  dövləti  təmsil  edir, 

onların müqavilələri beynəlxalq müqavilə sayıla bilər. Onların rolu belə 

müəyyənləşdirilib:  Federal  nazir,  icra  hakimiyyətinin  baş  federal  orqan 

rəhbəri müzakirələr aparmaq və Rusiya Federa- 

120 



siyasinin  idarədaxili  xarakterli  müqavilələr  bağlamaq  hUqııqıı  vardır; 

bunun üçün əlavə səlahiyyət verilməsinə ehtiyac yoxdur (Maddə 3, bənd 

12). Göstərilən vəzifəli şəxslər öz səlahiyyətləri daxilində belə xarakterli 

müqavilələri imzalayırlar (Maddə 3, bənd 20



).

 

Artıq bir sıra ölkələr belə inzibati müqavilələrə üstünlük verməklə 



öz  ölkələrinin  bir  sıra  siyasi,  iqtisadi,  mədəni,  texniki,  elmi  və  s. 

problemlərini daha operativ həll etmək imkanı qazanırlar. 

AR  qanunları  da  buna  imkan  verir,  çünki  bu  daha  demokratik 

beynəlxalq münasibətlərin tənzimlənmə formasıdır. 

Bərmək - Azərenerji, Azərneft - Beynəlxalq neft əməliyyat şirkəti, 

Azərbaycan  Hava  Yolları  Dövlət  Konserni  ilə  bir  sıra  Şərq  və  Qərb 

ölkələri şirkətləri ilə, Səhiyyə, 'fəhsil nazirlikləri. Şəhər meriyası və s-nin 

müqavilələrlə  əlaqələrinin  əhəmiyyəti  danılmazdır.  Səfirliklər  və 

diplomatik nümayəndəliklər işlədikləri ölkələrin idarə və təşkilatları ilə 

öz  ölkələrinin  müvafiq  subyektləri  arasında  belə  müqavilələrin 

bağlanmasına kömək etməlidirlər. 

Hüquqşünaslar  və  beynəlxalq  münasibətlər  üzrə  çalışanlar  belə 

hesab  edirlər  ki,  bu  formalı  müqavilələr  zamanın  ruhuna  və  tələbinə 

uyğundur. 



Müqavilənin strukturu 

Müasir  hüquqşünaslar  və  beynəlxalq  münasibət  məsələləri 

alimləri, mütəxəssislərini müqavilələrin hüquqi strukturu çox cəlb edir. 

Bu müqavilələr üçün daha aktualdır. Struktura müqavilə elementlərinin 



qaydasını, onların yerləşməsini, qarşılıqlı əlaqələrinin xarakterini, bir 

sözlə müqavilənin daxili quruluşunu ehtiva edir. 

Müqavilənin vahidliyi prinsipi xeyli vaxtdır beynəlxalq hüquqda 

öz əksini tapmışdır. Bu prinsipə müvafiq olaraq müqavilə vahid tamdır və 

vahid  normalar  sistemi  kimi  qəbul  olunmuşdur,  onların  hamısı 

məcburidir  və  yerinə  yetirilməlidir.  Müqaviləyə  ancaq  belə  münasibət 

ədalətli  münasibətdir  -  vicdanlı  yanaşmadır,  elə  buna  görə  bütün 

beynəlxalq müqavilələrin bütün şərtləri 



121 


vicdanla yerinə yetirilməlidir. 

Müqavilələrin vahidliyi prinsipi beynəlxalq müqavilələr haqqında 

Vyana  Konvensiyası  ilə  bərkidilmiş  -  əsaslandırılmışdır.  Bu,  xüsusilə 

müqavilənin  məcburi  hissəsinə  və  müqavilənin  şərtlərini  əsaslandıran 

hissələrə  aiddir  (17,44-cü  maddələr).  Dövlətin  müqavilənin  ona  aid 

hissəsinin məcburiliyinə razılığı o zaman mümkün olur ki, bu müqavilə 

ilə şərtləndirilir və yaxud bununla müqavilədə iştirak edən başqa dövlətlər 

razıdırlar.  Müqavilənin  denonsasiyası,  ondan  çıxmaq  və  yaxud  onun 



fəaliyyətini dayandırmaq ancaq bütün müqaviləyə aid ola bilər. Əlbətdə, 

bu  onda  olur  ki,  müqavilə  başqa  şərtlər  nəzərə  almır,  yaxud  onun 

iştirakçıları başqa təkliflə çıxış etmirlər. 

Müqavilənin vahidliyi - bütöblüyünün mühüm praktik əhəmiyyəti 

vardır.  Bu  əsasən  çox  vaxt  mətnin  tərtibi,  müqavilənin  icrası  zamanı 

ortaya çıxır. Bu cəhətdən dənizçiliyə dair Kon- venvensiyanı hazırlayan 

konfransın işini misal gətirirlər (1982 il). 

Müqavilənin  bütövlüyü  -  vahidliyi  prinsipinin  nəinki  təkcə 

hüquqi, həm də siyasi əsası vardır. 

Müqavi  lələdə  tərəflərə  dair  daha  vacib  və  vacib  olmayan 

məsələlər vardır. Bunlardan bəziləri tərəflərdən biri üçün çox vacib ola 

bilər,  0  biri  tərəf  üçün  isə  -  az  vacib.  Müqavilə  həmişə  əməli  olaraq 

kompomisin  nəticəsidir.  Ona  görə  də  çox  vacibdir  ki,  müqavilənin 

bütövlüyü - vahidliyi qorunub saxlansın. Cünki hansı məsələninsə birinə 

vacibliyi başqa qeyri-vacib məsələ ilə kompensasiya olunur. 

Müqavilə  vahid  sistem,  tənzimlənmiş  məqsədləri  ifadə  edən 

müəyyən  komponentlərdən  ibarətdir.  Bunlara  -  yəni  həmin 

komponentlərə  aşağıdakılar  daxildir;  müqavilənin  adı,  ya  titulu; 



preambula;  mərkəzi  -əsas  hissə;  qərar  hissəsi  sonluğu;  əlavələr.  Bu 

komponentlərin hamısının olması vacib deyildir və onlardan birinin və ya 

digərinin  olmaması  müqavilənin  hüquqi  qüvvəsinə  təsir  etmir.  Bütün 

müqavilələrin əlavəsinin olması vacib deyil. Bir çox müqavilələrin bəzi 

məsələlər haqqında preambulası olmur. Bununla belə əməli əhəmiyyətini 

nəzərə alaraq bu komponentlərin 



122 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə