Bununla bərabər belə “sürüşkən” müqavilələrin icrası zamanı
tərəflərin hüquqi bərabərliyini qorumağa meyl edilməli, beynəlxalq
normalar qorunmalıdır.
İnzibati miüfavihlər - Beynəlxalq münasibətlərdə dövləti təmsil
etməkdə hüququ olmayan vəzifəli şəxslər, idarələr, təşkilatlar arasında
bağlanan beynəlxalq müqavilələrdir. Belə müqavilələr müxtəlif
təşkilatların öz kompetensiyaları daxilində xüsusi məsələlərə dair
qarşılıqlı tənzimləmə fəaliyyətini nəzərdə tutur. Hüquqi ədəbiyyatda,
məsələn, Rusiyada, Azərbaycanda bu növ müqavilələr inzibati
müqavilələr (rusca:
administrativnıe
soqlaşeniya) adlanır. ABŞ hüquqi ədəbiyyatında belə müqavilələr icraçı
miiqavihhr (executive agreements) kateqoriyasına daxil edilirlər. Buraya
icra hakimiyyəti olan federal orqanların senatın razılığı olmadan
bağladığları müqavilələr daxildir.
Bu beynəlxalq müqavilələr anlayışında yeni hal deyil. Bu hal hələ
XX əsrin əvvəllərində hüquqşünasların diqqətini cəlb etmişdi. Elə o
zamandan bu növ inzibati müqavilələr beynəlxalq müqavilələrə aid
edilmişdi. Səfirliklər, Konsulluqlar öz ölkələri ilə olduqları ölkə
təşkilatları, şirkətləri və s. arasında belə müqavilələrin bağlanmasında fəal
iştirak edirlər. Son illərdə bu barədə xeyli yazılmışdır. Bu onunla izah
olunur ki, beynəlxalq münasibətlərin ən müxtəlif məsələlərinin tənzim
olunması üçün bu növ müqavilələrdən istifadə olunması ehtiyacı
artmışdır. Hətta indi bir sıra hüquqşünaslar belə fikir söyləyirlər ki, idarə
və orqanlararası müqavilələr beynəlxalq hüquqda və beynəlxalq
müqavilələr formalarında mərkəzi yer tutacaq lar.
Məsələn, Rusiya Federasiyası “Müqavilələr haqqında Qa- nun”da
“idarələrarası müqavilə xarakterili” müqavilələri beynəlxalq müqavilələr
sırasına daxil edir.
Lakin qeyd olunur ki, ancaq o idarələr ki, dövləti təmsil edir,
onların müqavilələri beynəlxalq müqavilə sayıla bilər. Onların rolu belə
müəyyənləşdirilib: Federal nazir, icra hakimiyyətinin baş federal orqan
rəhbəri müzakirələr aparmaq və Rusiya Federa-
120
siyasinin idarədaxili xarakterli müqavilələr bağlamaq hUqııqıı vardır;
bunun üçün əlavə səlahiyyət verilməsinə ehtiyac yoxdur (Maddə 3, bənd
12). Göstərilən vəzifəli şəxslər öz səlahiyyətləri daxilində belə xarakterli
müqavilələri imzalayırlar (Maddə 3, bənd 20
).
Artıq bir sıra ölkələr belə inzibati müqavilələrə üstünlük verməklə
öz ölkələrinin bir sıra siyasi, iqtisadi, mədəni, texniki, elmi və s.
problemlərini daha operativ həll etmək imkanı qazanırlar.
AR qanunları da buna imkan verir, çünki bu daha demokratik
beynəlxalq münasibətlərin tənzimlənmə formasıdır.
Bərmək - Azərenerji, Azərneft - Beynəlxalq neft əməliyyat şirkəti,
Azərbaycan Hava Yolları Dövlət Konserni ilə bir sıra Şərq və Qərb
ölkələri şirkətləri ilə, Səhiyyə, 'fəhsil nazirlikləri. Şəhər meriyası və s-nin
müqavilələrlə əlaqələrinin əhəmiyyəti danılmazdır. Səfirliklər və
diplomatik nümayəndəliklər işlədikləri ölkələrin idarə və təşkilatları ilə
öz ölkələrinin müvafiq subyektləri arasında belə müqavilələrin
bağlanmasına kömək etməlidirlər.
Hüquqşünaslar və beynəlxalq münasibətlər üzrə çalışanlar belə
hesab edirlər ki, bu formalı müqavilələr zamanın ruhuna və tələbinə
uyğundur.
Müqavilənin strukturu
Müasir hüquqşünaslar və beynəlxalq münasibət məsələləri
alimləri, mütəxəssislərini müqavilələrin hüquqi strukturu çox cəlb edir.
Bu müqavilələr üçün daha aktualdır. Struktura müqavilə elementlərinin
qaydasını, onların yerləşməsini, qarşılıqlı əlaqələrinin xarakterini, bir
sözlə müqavilənin daxili quruluşunu ehtiva edir.
Müqavilənin vahidliyi prinsipi xeyli vaxtdır beynəlxalq hüquqda
öz əksini tapmışdır. Bu prinsipə müvafiq olaraq müqavilə vahid tamdır və
vahid normalar sistemi kimi qəbul olunmuşdur, onların hamısı
məcburidir və yerinə yetirilməlidir. Müqaviləyə ancaq belə münasibət
ədalətli münasibətdir - vicdanlı yanaşmadır, elə buna görə bütün
beynəlxalq müqavilələrin bütün şərtləri
121
vicdanla yerinə yetirilməlidir.
Müqavilələrin vahidliyi prinsipi beynəlxalq müqavilələr haqqında
Vyana Konvensiyası ilə bərkidilmiş - əsaslandırılmışdır. Bu, xüsusilə
müqavilənin məcburi hissəsinə və müqavilənin şərtlərini əsaslandıran
hissələrə aiddir (17,44-cü maddələr). Dövlətin müqavilənin ona aid
hissəsinin məcburiliyinə razılığı o zaman mümkün olur ki, bu müqavilə
ilə şərtləndirilir və yaxud bununla müqavilədə iştirak edən başqa dövlətlər
razıdırlar. Müqavilənin denonsasiyası, ondan çıxmaq və yaxud onun
fəaliyyətini dayandırmaq ancaq bütün müqaviləyə aid ola bilər. Əlbətdə,
bu onda olur ki, müqavilə başqa şərtlər nəzərə almır, yaxud onun
iştirakçıları başqa təkliflə çıxış etmirlər.
Müqavilənin vahidliyi - bütöblüyünün mühüm praktik əhəmiyyəti
vardır. Bu əsasən çox vaxt mətnin tərtibi, müqavilənin icrası zamanı
ortaya çıxır. Bu cəhətdən dənizçiliyə dair Kon- venvensiyanı hazırlayan
konfransın işini misal gətirirlər (1982 il).
Müqavilənin bütövlüyü - vahidliyi prinsipinin nəinki təkcə
hüquqi, həm də siyasi əsası vardır.
Müqavi lələdə tərəflərə dair daha vacib və vacib olmayan
məsələlər vardır. Bunlardan bəziləri tərəflərdən biri üçün çox vacib ola
bilər, 0 biri tərəf üçün isə - az vacib. Müqavilə həmişə əməli olaraq
kompomisin nəticəsidir. Ona görə də çox vacibdir ki, müqavilənin
bütövlüyü - vahidliyi qorunub saxlansın. Cünki hansı məsələninsə birinə
vacibliyi başqa qeyri-vacib məsələ ilə kompensasiya olunur.
Müqavilə vahid sistem, tənzimlənmiş məqsədləri ifadə edən
müəyyən komponentlərdən ibarətdir. Bunlara - yəni həmin
komponentlərə aşağıdakılar daxildir; müqavilənin adı, ya titulu;
preambula; mərkəzi -əsas hissə; qərar hissəsi sonluğu; əlavələr. Bu
komponentlərin hamısının olması vacib deyildir və onlardan birinin və ya
digərinin olmaması müqavilənin hüquqi qüvvəsinə təsir etmir. Bütün
müqavilələrin əlavəsinin olması vacib deyil. Bir çox müqavilələrin bəzi
məsələlər haqqında preambulası olmur. Bununla belə əməli əhəmiyyətini
nəzərə alaraq bu komponentlərin
122
Dostları ilə paylaş: |