yarıdan çox ölkələri, o cümlədən Azərbaycan Respublikası Vatikanla
diplomatik - siyasi əlaqələr yaratmış, onun beynəlxalq hüququn tam
hüquqlu subyekti olduğunu qəbul etmişlər. Bu kiçik dövlətin bu statusu
beynəlxalq müqavilələrin kodifikasiyası ilə məşqul olan BMT-nin
Beynəlxalq hüquq Komissiyası tərəfindən də qəbul olunmuşdur.
Vatikan hüquqi subyektivliyi spesifik xarakter daşıyır. Beynəlxalq
hüquqa müvafiq olaraq Vatikan dövləti beynəlxalq hüququn subyektidir,
onun katolik kilsəsi yox. Lakin əməldə məhz katolik kilsəsinin
problemləri Konkordatlarla həll olunur. Beynəlxalq münasibətlərdə
Vatikan “Müqəddəs taxt” adı ilə çıxış edir. Qeyri katolik dövlətlər (məs.,
provoslav dövlətlər) göstərirlər ki, söhbət katolik kilsəsinin hüquqi
subyektliyindən getmir, Vatikan dövlətindən gedir. 1984-cü ildə
Vatikanla diplomatik münasibətlər yaradan ABŞ elan edir ki, o, çoxdan
Müqəddəs taxtın müstəqil hüquqi subyekt olduğunu qəbul etmişdir, bu
hüquqi subyektlik katolik kilsəsinə aid deyildir. Lakin əməldə katolik
kilsəsinin başçısının adətən bir qayda olaraq Vatikan dövlətinin başçısı
olduğunu nəzərə alsaq ABŞ-ın katolik kilsəsi haqqındakı fikri (kilsənin
qeyri-hüquqi subyekt olması) tamamilə şərtidir.
Konkordat bir ölkə ilə öz daxilində olan kilsə ilə də bağlana
bilər.
2001-ci ilin aprelində Gürcüstan höküməti Gürcüstanın Avtokefal
provoslav Apostol kilsəsi ilə Konkordat bağlayır. Bu Konkordatla kilsə ilə
dövlətin münasibətlərinin tənzimlənməsi məsələləri şərh olunur. Belə
müqavilə beynəlxalq müqavilə sayılmır. Bu ancaq olsa-olsa dövlətdaxili
hüquqi akt .sayıla bilər.
Ayrı-ayrılıqda yuxarıda göstərilən bu müqavilə formalarını
bir-birindən ayırmaq və onların hüquqi fərqlərini və oxşarlıqlarını ayırd
etmək diplomatlardan başqa xüsusilə hüquqşünaslar, o cümlədən də
beynəlxalq hüquq, iqtisadi məsələlər, gömrükçülər, menecerlər,
beynəlxalq aləmə çıxan işgüzar adamlar və s. üçün vacib və zəruridir.
Əvvəldə dediyimiz kimi beynəlxalq müqavilələr Saziş,
117
Konvensiya,
Xartiya,
Nizamnamə, Deklarasiya, Memorandum,
Modus-Vivendi, Nota mübadiləsi. Pakt, Traktat, Birgə rəsmi məlumat.
Qəti akt. Proqram, İnzibati saziş və s. -də adlanır.
Smhhşdirilmiş formatı miiqavUəhr
Sadələşdirilmiş formalı müqavilələr ən çox ra.st gəlinən müqavilə
formasıdır. Sadələşdirilmiş müqavilə forması elə müqavilələrə aid edilir
ki, onlar sadə şəkildə başqa tərəflə bağlanır. Belə müqavilə parlamentlə
razılaşdırılmadan icra hakimiyyəti tərəfindən bağlanır. Müqavilənin bu
forması yuxarıda qeyd etdiyimiz ümum i xarakteri i dövlətlərarası
müqaviləyə aid edilmir. Bu məsələ beynəlxalq müqavilələri kodifıkasiya
edən BMT-nin beynəlxalq hüquq Komissiyası tərəfindən də qeyd
olunmuşdur.
Sadələşdirilmiş müqavilə formaları istər siyasi, istərsə də
konstitusiya - hüquqi cəhətdən bir sıra problemlər yaradır. Məsələn, bu
forma əsasında aşağıdakı müqavilələrin bağlandığı məlumdur:
1938-ci ildə Münxen müqaviləsi;
1950-ci ildə ABŞ hərbi bazalarının Mərakeşdə yerləşdirilməsi
müqaviləsi;
1955-
ci ildə Mərakeşə müstəqillik verilməsi haqqında
müqavilə;
1956-
cı ildə Tunisin müstəqilliyini tanımaq haqqında
müqavilə;
1954-cü ildə ABŞ, Fransa və İngiltərənin Hindçində birgə
fəaliyyət müqaviləsi.
Bu müqavilələri nəzərdən keçjrən fransız hüquqşünası J.Şaye
yazır: “Onların hamısı öz məzmununa görə ən təntənəli formada
bağlanmış müqavilələrlə gəribə bir şəkildə yaxınlıq təşkil edir”.
Sadələşdirilmiş müqavilə formasının necə siyasi mahiyyət daşıya
bilməsinə aşağıdakı misalı göstərmək olar: “Soyuq müharibə” illərində
ABŞ 3 ölkə başçıları olan Ruzvelt, Çerçil və Stalinin (Yalta) və XİN-nin
(Potsdam) (qanunverici orqanların təsdiq etmədiyi) imzaladıqları və
sadələşdirilmiş müqavilə formasına aid edilən Yalta və Potsdam
müqavilələrinin hüquqi
118
qüvvəsi olmadiğı tələbi ilə çıxış edir.
Lakin bu barədə SSRİ-nin aşağıdakı bəyanatı mübahisəyə son
qoyur: “Göstərilən müqavilələr tarixi mahiyyətinə görə siyasi və
beynəlxalq - hüquqi aktlardırlar”.
Sadələşdirilmiş müqavilə formalarından daha çox zərər çəkmiş
ölkələr bu barədə öz Konstitusiyalarına xüsusi maddələr daxil etmişlər.
Məsələn, Mali Respublikasının Konstitusiyasının 38- ci maddəsində
göstərilir ki, “Bu maddədə göstərilmiş sadələşdirilmiş formada
imzalanmış müqavilələr bu və ya başqa məsələyə aid olduğundan asılı
olmayaraq ancaq qanuna əsasən qəbul oluna bilər”.
Rusiya Federasiyası 1995-ci ildə öz ölkəsinin beynəlxalq
müqavilələrinə dair Federal qanun qəbul etmişdir. Bu Qanunla Rusiya
mütləq ratifikasiyadan keçməli müqavilələrin siyahısını təsdiq etmişdir ki,
buraya Sadələşdirilmiş müqavilələr də daxil edilmişdir (həmin Qanunun
15-ci maddəsinə bax.). Lakin bu məsələnin tam həllinə kömək edə bilmir.
Çox vaxt hansı müqavilənin hansı ardıcıllıqla qəbul olunmasını müəyyən
etmək olmur. İcra hakimiyyətinin də öz Konstitusiya hüquqları olduğunu
unutmaq olmaz.
Beləliklə müqavilələrin adlarında vahid formanın olmadığı göz
qabağındadır. Hansı məzmunlu müqavilənin hansı adla adlanması
haqqında bəzən mübahisəli məsələlər ortalığa çıxır. Yuxanda adlarını
çəkdiyimiz və haqqında bəhs etdiyimiz müqavilə formaları ən çox
yayılmış beynəlxalq müqavilə formasıdır.
Bununla bərabər bəzən qeyri-tipik müqavilə formalarına da təsadüf
etmək olur. Buna az halda da olsa rast gəlinir. Məsələn, 1979-cu ildə ABŞ
ilə Avstriya arasında bağlanmış və BMT tərəfindən qeydiyyatdan
keçirilmiş müqavilə mövcuddur: “Avtomobillərə təyin olunan vergilərə
dair müqavilələrin müzakirəsi üçün razılaşdırılmış qeydlər”. Elə bu
müqavilənin adından göründüyü kimi tərəflər bir - birindən bu müqaviləni
dəqiq yerinə yetirməyi tələb etməkdən acizdirlər. Bu, ölkənin dəyişən
vergi qanunları ilə dəyişən müqavilədir.
119
Dostları ilə paylaş: |