216
Mədəniyyətdən məqsəd rifahiyyət və səadətə nail olmaq isə, təbii, onu hər kəs
alqışlar, hər kəs sevər, hər kəs istər.
Bir mədrəsənişin tələbə, bir gənc xoca ki, yeni-yeni xocalığa hazırlanıyor, şübhəsiz ki,
məs’ud yaşamaq için sairlərdən daha ziyadə daireyi-mədəniyyətə girmək istər. Xar və
zəbun qalmaq istəməz.
Daha açıq tə’bir ilə – onlar Molla Nəsrəddinin “tavlamıxda bağlanıb qalmış buzovuna
bənzər”, mıxdan açılınca dört əlli, dört ayaqlı qaçmaq istərlər. Onları həyati-mədəniyyəyə
alışdırmaq için beş-altı aylıq rəhbərlik kifayət edər. Lakin şu rəhbərlikdə mülayimət və
məhəbbətdən əsla uzaq bulunmamalıdır. Onları inadla, məzəmmət ilə deyil, qardaş kibi
sevə-sevə daireyi-ittihada çağırmalıdır.
Mümkün dərəcədə hər şəhərdə, hər qəsəbədə bir qaç ə’zadan mürəkkəb bir cəmiyyət
təşkil edilməlidir. Bə’zi şəhərlərimizdə olan nəşri-maarif cəmiyyətləri kibi vaqt qaib
etmədən qəflət, cəhalət uçurumlarında yuvarlanan o biçarələri müəllimliyə təşviq etməli,
çalışdırmalı, bə’zi ufaq-təfək məsarifi dəröhdə etməlidir. Müxtəsərcə qiraət, hesab, türk
tarixi, islam tarixi, coğrafiya, qəvaidi-lisan kibi bir taqım mühüm, fəqət qolay şeyləri az
bir zamanda öyrədib pərvaz eyləməlidir.
Keçən həftələrdə Ə.T. əfəndilərinin bu məsələyə dair yürütdükləri mütaliəyi hər kəs
oquyub, görmüşdür. Onun için pək də təfsilə hacət yoq zənn edərim.
Fəqət burasını bilməli ki, bu hal inqilabi bir haldır. Bu üsul dəvam etsə-etsə ancaq iki-
üç sənə dəvam edə bilir. Pək ziyadə uzanması arzu ediləcək dərəcədə fayda verməz, çünki
bu qısım müəllimlərin beş-on aylıq təhsili ibtidai məktəbləri yarım-yamalaq idarə edə
bilir, çocuğu az-çoq qiraət, kitabət, tarix, lisan... və sairə kibi şeylər ilə müstəfid edərsə də,
fəqət bir çoq nöqteyi-nəzərdən nəticə qüsurlu çıqa bilir.
Beş aylıq təcəddüd, iyirmi beş illik mevhumat ilə paslanmış dimağları (beyinləri) hiç
də silib təmizləyəməz. Bəhərhal əski küp yenə az-çoq sızmağa başlar. İcab edən fəzali-
əxlaqiyyəyi, hissiyyatimilliyyəyi tələbəyə təlqin edəməyib, xoş bir qayəyə varamazlar.
Çünki o kibi fəzilətlər tədrici təkamül bir təhsilə möhtacdır.
Sür’ətlə alovlanan hər şey, hər əməl, hər duyğu səbat göstərməzsə pək çabuq sönər,
yaşayamaz, sür’ətlə münqəriz olur, yarım-yırtıq, qırıq-tökük işlər daima nəticəsiz qalır.
217
Təcrübəkar müəllimlərə, həqiqətaşina xocalara malik olmaq için er-gec iki böyük
müəssisəyə ehtiyacımız var ki, biri milli bir darülmüəllimin, digər də ruhani bir
darülelmdən ibarətdir.
Bu xüsusda fəzilətpərvər şeyxülislam həzrətlərinin keçənlərdə “Həqiqət”də bir
məqalələri də var idi.
O məqalə, Qafqasyada ciddi və həqiqi bir darülelm tə’sisini tövsiyə ediyordu. Və
orada tə’qib ediləcək proqramı da ayrıca göstəriyordu. Məzkur proqramı bəyənənlər pək
çoq oldu. Fəqət öylə bir mütaliəyi-haq bəyanına tə’qib edilmədi. Cavabsız qaldı, əqim
qaldı, nəticəsiz qaldı...
Bəli, bin dürlü hava və həvəsə qarşı pərəstiş edən milyonlar, bir çoq rəzilanə, səfilanə
işlərdə kül olub gedən altınlar, öylə bir nidayihəqiqətə qarşı susdu, qaldı. Səs vermədi, lal
oldu.
İllərcə ərz olunduğu kibi hər şey öz yerində, öz vaqtında yapılacaq. Qış keçib
gedəcək, yüzü qaralıq kömürə qalacaqdır.
Lakin anlaşıldığına görə bu iki darülelm, şimdilik ayrı-ayrı açılamıyacaq. Camaatda
az-çoq həvəs varsa da para (?) cənabları pək də aldırmıyor, müsaidə etmiyor, daha
doğrusu, məsləhət görmüyor.
Zatən Ərdəbil dəlləkləri baş ucunda hazır; kəndini zəhmətə, məşəqqətə, məsrəfə
soqmaq fəzlə deyilmi ya?
Bununla bərabər hər halda bizim için alim və müəllim yetişdirəcək müntəzəm və
mürəttəb bir müəssisə lazımdır.
Azacıq himmət, qeyrət edilərsə bu iki arzunu bir nöqtədə birləşdirərik. İki bostanı bir
ırmaqdan sirab edə bilərik. Müntəzəm bir darülmüəllimin tə’sis edilsə müəllim qıtlığı
çəkməkdən qurtularıq.
Sınıflar tə’qib edildikcə edilir. Səkiz-doquz sənə dərsə dəvam olunur. Müəllimliyə
istihqaq qazanıldığı təqdirdə tə’lim və tədrisə həvəskar olanlar müəllimliyinə gedər.
Axund (alim) olmaq arzusunda olanlar isə iki-üç sənə dəxi ayrıca darülmüəllimin
proqramına ilavə olunmuş, ilahiyyat şö’bəsinə dəvam edər. Dünya və axirət elmlərini
mükəmməlcə təhsil etmiş olur. Və həqiqi, mühakiməli, doğru bir mə’lumata malik olunur.
İştə o zaman haqqilə alim adına layiq alimlər görərik. Və müəllim qıtlığı çəkməkdən də
azad olarıq.
Hüseyn Cavid
218
NAKAMLIQ
Böyük bir ziya’i-əbədi
Bu gün qara topraq əcəlin pənceyi-qəhri Qafqasiyanın Rusiya türklərinin, daha
doğrusu, bütün türk ünsüri-nəcibinin yorulmayan, qəhrəman və çalışqan bir evladını
ağuşi-əbədisinə alıyor.
Mirzə Abdulla Məhəmmədzadə, A.Sur, Abdulla Tofiq imzalarını qəzetə sütunlarında
görüb bilməyən pək az qare bulunur zənn edərim.
İştə o fəal gənc getdi. Nakam olaraq tərki-həyat etdi!
Gəncədə məbadiyi-ülumu təhsil etdikdən sonra üç sənədən ziyadə İstanbulda ikmali-
təhsil ilə məşğul olub tarix və ədəbiyyatda böyük bir ləyaqət göstərmiş olan bu dəyərli
cavan əfsus! binlərcə əfsus ki, dünyadan kam almayaraq, arzularına yetişməyərək
millətinə, vətəninə lazım olan ən qiymətli bir zamanında millətini, vətənini tərk etdi,
yalnız və yalnız ailə və arqadaşlarının, əhibba və vətəndaşlarının yürəyinə unudulmaz bir
həsrət qoyub getdi.
Mərhum müşarileyh yaşasaydı ədəbiyyatımıza pək böyük mənfəətlər, pək qiymətli
əsərlər bəxş edəcəkdi. Zatən göstərdiyi nümunələr istiqbalının nə dərəcədə parlaq
olduğunu müdəqqiq qarelərə təslim etdirmişdir zənn edərim.
Fazili-hünərvər, ədibi-siyasətpərvər İbrahimov Sənətullabəy əfəndinin mərhum
(A.Sur) haqqında yazmış olduğu mütaliatı hər kəs oquyub düşünmüşdür zənn edərim.
Onun türk dilinə, türk ədəbiyyatına olan xidmətləri pək parlaq olacaqdı, əfsus ki, kəndisi
söndü, getdi...
Əvət, şu bir sənə zərfində Qafqas, ulu Qafqas, sevgili evladlarından üç qiymətli vücud
qayb etdi.
Birincisi möhtərəm şair mərhum Sabir həzrətləri idi. Mirimumileyhi Tiflisdən
Şamaxıya, yə’ni məzari-ədəmə doğru yollandığı sırada görmüşdüm. O lətif və düşgün
sima hala gözümün önündə təcəssüm edib duruyor. Qafqas öylə nadir vücudə bir də pək
çətinliklə malik ola bilir.
İkincisi vətənpərvər üləmamızdan hacı molla Ruhulla həzrətləri idi ki, ziyayi-
təhəmmülgüdazı islam ruhilə bəslənmiş hər bir vətəndaşını məhzun və dilxun etdi.
Dostları ilə paylaş: |