61
Natəvanın dediyi kimi özünü həyatın axarına buraxmaqdan başqa çarəsi
qalmamışdı.ünün qabağından Röyalla keçirdiyi intim anlar gəlib keçdi. “Allah
eləməsin, o manyakdan uşağa qalım...”-deyə pıçıldadı.
*****
Həftənin axırıncı günüydü. Fidan fikir-zikir içindəydi, qəm dəryasına
batmışdı, birdən qapı bərkdən döyüldü. Fidan qapını açmağına peşman oldu:
- Mənə pul lazımdı, gözəlim mənim...
Fidan qaşqabaqlı surətdə başını buladı:
- Əvvəla, salaməleykim, ikincisi, sən de, pulu hardan, kimdən tapım?
- Üçüncüsü və sonuncusu, bilmirəm, hardan tapırsan, tap, bir nəfərə pul
verməliyəm, məni aşağıda gözləyir, xahiş edirəm...
- Sən axı yaxşı bilirsən, mənim pulum yoxdu, o üç yüz dollara görə...
Röyal sözünü kəsib:
- Cəhənnəm olsun, o üç yüz dollar! Get, çantanı bura gətir...
Gözlərinin içindən sanki o deyil, yarıyuxulu, mürgülü başqa bir məxluq peyda olub
key-key baxırdı Fidana. Bəlkə bu, adına cin, şeytan deyilənin özüydü. Bu durumda
dünya gözəli olan ən şirindil, ən hiyləgər qadın belə onu sakitləşdirib ovundura
bilməzdi.
- Vəziyyəti qəlizləşdirmə, çıx get! Bilmirsən, bilmək də istəmirsən ki, məni
qarşıda hansı müsibət gözləyir. Bu gün sənə verdiyim o üç yüz dolları
qaytarmasam, gedib yad bir kişinin altına yıxılmalıyam, başa düşürsən, axı məni
sevdiyini söyləyirdin, məgər sənin üçün həyatda müqəddəs heç kim, heç nə
qalmayıb? Ananın, sevdiyin qadının qədd-qaməti heçdirmi səninçün? Məgər bu
dünya o bir parça zəhrimarın dumanından aldığın yalançı ləzzətdən ibarətdir? O
yalançı həzz keçib-gedəndən sonra gör nə hala düşürsən? Niyə özünü göz görə-
görə məhv edirsən, Röyal, niyə?
Röyal rişxəndlə:
- Hə, mnə nə qədər istəyirsən ağıl ver, haqqın var, de ki, o zəhrimar çörəyi-
suyu əvəz edib, mənimçün, de ki, bir qram narkotik zibili əldə etmək üçün mənim
kimilər lap öz anasını, arvadını da pula satar. Ancaq mənə bu dəqiqə pul lazım
62
olduğunu da unutma! Düz deyirsən, səni sevirdim, amma necə deyərlər, bu “qara”
da məni sevir, onun sevgisi mənim sevgimdən güclüdü. Bu həyat nədir axı? Səncə,
hamımız üçün ölümü gözləmək səhnəsi deyilmi, çox gözəl, füsunkar dediyimiz bu
həyat? Çəkən üçün də, çəkməyən üçün də... Bu səhnənin yalnız bir qalibi var.
Gülüzlüm, mənim, onun da adı Ölümdü. Istər ağ olsun, istər qarası, bəlkə yaşılı,
mavisi də olur, amma sən də unutma, ölüm elə ölümdür.
- Röyal, mən doyunca yaşamaq, sevmək, oğlumu böyütmək istəyirəm. Söz
vermişdin, dil tökmüşdün, diz çökmüşdün, yalan danışmayacaqsan, köhnə
vərdişindən əl çəkəcəksən, son günlər müxtəlif bəhanələlərlə evə gəlməyəndə,
sanırdım ki, xroniki yalançılıq xəstəliyinə tutulmusan. Demə, sənin içindəki tərki-
dünyalıq həvəsi ondan da güclüymüş, bu həvəs vərdişə çevriləndə fəlakət baş verir.
Eynən intihar kimi...
- Mən pis oğlanam, ona görə də məndən təzədən adam olacağına boş yerə
ümid bəsləmə...
- Sən elə bilirsən, qadın üçün həyatda ən qorxulu şey ərsiz, kişisiz
qalmasıdır? Ac-susuz, pal-paltarsız qalmaq, tənhalığın ağrı-acısı ürəyini yandıra-
yandıra kirayədə ömür-gün keçirtmək nə qədər ağır olsa da, Əfqan kimi dələduza,
sənin kimi islaholunmaz narkomana rast gəlməkdən yaxşıdır... Mən onun
köləliyindən qurtuldum, sənin əsirin oldum. Bir qadın üçün ən dəhşətli şey
ehtirasların quluna dönüb, özünün öz gözündən düşməsi, daxilinə, keçmişinə
xəyanətidir. Mən bu gün sənə görə qəm-kədərlə gözlərimi dolandırıb, göz
yaşlarımı içimə axıda-axıda harın, pullu bir kişiylə sevişməyi bir az əvvəl
fədakarlıq, az qala qəhrəmanlıq sayırdım, indisə bədbəxtlik...
Röyalın yenidən gic damarı tutdu, elə bil gözlərində uyuyan şeytan
yuxusundan oyanıb bağırdı:
- Yaxşı, bəsdir, - səsini qonşular eşitməsin deyə aşağı saldı,-onsuz da
ürəyimdə kövrək hissiyyatım qalmayıb, deyirsən, pulun yoxdu, amma sən
bayaqdan gözəl-gözəl nitq söyləyirsən, mən də o zərif əllərinə, barmaqlarına
baxıram, orda axtardığım puldan da artıq pul görürəm, çıxart ver, gedim. Dostlarım
pul əvəzinə, üzüyə də qane olarlar, hələ bəlkə qalığını da qaytardılar.
63
- Sən nə danışırsan, vermərəm, bu üzük nənəmdən yadigardı.
- Sevimli nənəni o dünyada pərişan eləmək istəmirsənsə, lal-dinməz çıxart
ver, gedim, yoxsa, o gözəl barmağın şikəst olar, mən qan görən kimi əsəblərim
sakitləşir.
- Manyak, əclaf, sənin biqeyrət Əfqandan heç nəyin əskik deyil, o, atamı
aldadıb, babamdan miras qalan evi satdı, sən də məni aldadıb, üstəlik hədə-qorxu
gəlməklə nənəmdən yadigar qalan yeganə qiymətli üzüyümü almaq istəyirsən. Bir
çimdik ağ tozdan ötrümü? Bu üzük...
Hay-küy səsinə uşaq səksənib zarın-zarın ağlamağa başladı.
Röyal havalı-havalı bir əli ilə başını tutub, o biri əlini divara çırpdı:
- Bu üzük, bu üzük, hər halda sənin o gorbagor nənən nə padşah qızı olub, nə
də xan-bəy arvadı... Sənə dedim ki, çıxart ver, vəssalam-şüttəmam.
Hirslə Fidanın üzərinə yeridi. Fidan dal-dalı çəkilib, divara qısıldı. Özünü
necə müdafiə edəcəyini bilmirdi. Röyalın birinci şilləsi başını gicəlləndirdi, ikincisi
yerə sərdi. Müqavimət göstərirdi, sıxılmış ovcunu açmaq istəyən Röyalı inəsindən
itələdi. Bu zaman Röyalın gözü qızdı, daha da quduzlaşdı, yumruqlarını işə salıb,
huşunu itirənəcən Fidanı döydü.
*****
Uşaq yatağından düşdü, döşəmədə huşsuz vəziyyətdə hərəkətsiz qalan
anasının yanına yüyürdü. Ağlamağına ara verdi:
- Ana, ana, duy, su vey, su, su...-deyə onun saçından dartışdırırdı. Fidan
özünə gəlib, birinci boş qalmış barmağına baxdı. Sonra uşağa su verib, güzgü
qabağında üzünün, alnının göyərib-şişmiş yerlərinə buz qoyub için-için ağladı.
Bu zaman mobil telefonu zəng çaldı. Fidan birtəhər toxtayıb, ekrana baxdı.
Zəng edən hamamçı Rozaydı. “Keçi can hayında, qəssab piy axtarır”-pıçıldayıb
barmağının ucuyla yaşıl düyməni basdı. Başqa bir barmağı da telefonun
səsgücləndiricisinə toxundu:
- Ay qız, harda qaldın, mən səninçün yaxşı çay, şirniyyat süfrəsi açmışam,
adamın da başımı xarab edib, zəngimi gözləyir...
Dostları ilə paylaş: |