67
Özünə yer tapa bilmirdi. Evin içində o küncdən bu küncünə gedir, bu küncündən o
küncünə gedir, rabitəsiz halda vurnuxurdu... Geyinib mətbəxə keçmək istədi,
birdən gözləri televizorun yanındakı büllur güldana sataşdı. Güldanın içində ilk
dəfə Röyalın gətirdiyi çiçək dəstəsindən quruyub qaralmış ləçəklər qalmışdı.
Büllur qabı hər dəfə silib təmizləyəndə, getdikcə gül ləçəyindən çox tütün
yarpağına bənzəyən o çürüntünü atmaq istəsə də, əli gəlməmişdi. Indi güldanı
aparıb yaxşı-yaxşı yudu, təmizləyə-təmizləyə Röyaldan da bu dünyada bir iz
qalmayacağını düşündü. Sonra güldanı silib yerinə qoydu, ağlına daha bir fikir
gəldi: “Görəsən, bu qabı satmaq istəsə, müştəri nə qədər pul verər?”
*****
Bir neçə gündən sonra oğluyla oturub televizora baxanda, gözləri ekranın aşağı
hissəsində qaçan sətirlərə sataşdı. “Fidan, hardasan, mənə cavab ver... səni sevən
kəs... Fidan, Fidan, Qara, Qara-23...” Başqa sətirdə isə kiminsə arzusu ifadəsini
tapmışdı: “Gözəl, sədaqətli, peşəsi həkim, evi, maşını olan 35-40 yaş arası bir
qadınla tanış olmaq istəyirəm. Imza: Kasıb oğlan...” Bir azdan Qarabalanın yazıb
göndərdiyi sətirlər təkrar göründü.
- Qəribədir, görəsən, o bədbəxt belə şeylərə pulu hardan tapır? – Fidan uşağın
oyuncaq kimi fırlatdığı sınmış cib telefonuna baxıb təıəssüflə başını yellətdi.
Dünyada onun ən çox dözmədiyi, hövsələsi çatmadığı şey riyakarlıq idi. bu qisim
adamlar həyasızcasına soxulur, hətta, ekran-efir məkanından da öz məqsədləri
üçün istifadə edirlər.
Qapının zəngi çalındı. Fidanın boğazı qurudu. “Yəqin odur, həyasıza bax, yenə pul
istəməyə gəlib, bəlkə heç o deyil?”. Qapı hər dəfə döyüləndə, telefon zəng çalanda
az qala dəli olmaq dərəcəsinə çatırdı.
Qorxu qara quş kimi səksəkəli ürəyini pəncəsinə alıb göy üzünə qaldırmışdı.
Fidanın ayaqları yerə dəymirdi. Nəfəsini içinə çəkib gözlükdən içəri boylandı.
Şükürlər olsun, gələn o deyildi, Mehman ustanın sürücüsü idi. yenə əli dolu
gəlmişdi. Fidanın həyəcanı sovuşdu, üzünə qəlbinin dərinliyindən doğan gizli
süvincin işığı düşdü:
- Xoş gəlmisiz əmican, bağışlayın, bir az qapını gec açdım.
68
- Elə bildim evdə yoxsan, az qalmışdı, qayıdıb gedirdim.
- Siz içəri keçin, bunları özüm apararam.
Kişi dəhlizdə ayaqqabılarını soyunub çıxartdı, sonra qoltuğunda tutduğu kağız
qovluğu Fidana uzatdı,-Dayan qızım, sən bunu al, mən bu ayın-oyunu özüm
mətbəxə daşıyaram.
Fidan əlindəki qovluğu qeyri-ixtiyarı yellədə-yellədə kişinin arxasınca getdi.
Kürəyini soyuducunun qapısına söykəyib:
- Gəlin, qonaq otağına keçək, - dedi – siz Allah, əyləşin, sonra mən özüm
bunları yerbəyer edərəm.
- Elə bura da pis deyil, qızım, mən tez gedəcəyəm.
Əl-üzünə su vuran dünyagörmüş kişi diqqətlə Fidana baxdı:
- Hə, yaxın gəl görüm, gözümə birtəhər dəyirsən, yaman sınızmısan, bəlkə
səni incidib-eləyən var?
- Yox, elə belə...
- Nə elə belə? De, qorxma, qədeş bilsə, səni incidən hər kimdisə, dəxli
yoxdu, ağzının payını verər... Allahın köməyi, ağlının gücü ilə özündən deyən
oğlanları yerində oturtmağa gücü çatar. Al, sənə pul da göndərib, dedi, birdən
Fidan xanımın pula ehtiyacı olar. Düz beş yüz manatdır...
Fidan sürücünün əlindəki yüzlüklərə baxıb təəəccübdən heykəl kimi donub
qaldı, sevincindən ağlasınmı-gülsünmü ağlı kəsmirdi, amma üzünə işıq salan daxili
sevincini gizlədə bilmədi, həyəcanla iki əlini irəli uzadıb pulu ovuclarına basdı:
- Allah sizi sevindirsin, əmican, bu lap yerinə düşdü, hə bir nəfər qonşu
arvad... – birdən üzündəki işıq yox oldu, elə bil günəşin qabağını qara bulud aldı,-
hə, yaman məni sıxma-boğmaya salmışdı, axı...-tez özünü ələ alıb, sözünə düzəliş
verdi: - hə, uşaq zəhərlənmişdi, təcili yardım çağırdım, dərman almağa qarıdan bir
az əlborcu götürmüşdüm, gecikdirdiyimə görə bir az əvvəl gəlib ağzına gələni
deyib getdi. Yaman pərt idim. Onun qorxusundan çölə-bayıra da çıxa bilmirdim.
Allah Mehman ustadan və sizdən razı olsun, Tanrı ömrünüzü uzun eləsin, sizə
qıymasın.
69
- Bu harasıdır hələ, sənə bir şad xəbərim də var. Hərçənd buna şad xəbər
demək olar-olmaz, orasını mən bilmirəm, əlqərəz o yalançı-fırıldaqçı gədəni
tutublar. Necə deyərlər, “çoxbilmiş quş dimdiyindən tələyə düşər”. Bu qovluğu aç,
orda vəkilin sənin adından yazdığı sənədi imzala...
Fidan tez qonaq otağından qələm gətirməyə getdi. Bu zaman kişi durub
soyuducunun qapısını açdı. Və gözlərinə inanmadı, soyuducu bomboş idi.
Fidan qayıdıb, gələnəcən, keçib yerində oturdu.
Qız sənədi imzalayan kimi kişi qovluğu götürüb:
- Hə, mən gedim, - elə bil səsi quyunun dibindən gəldi.
Fidanın sevincindən ruhu təzələnmiş, ovqatı durulmuş, qulaqları tutulmuşdu.
Qəlbindən “Məni qınayan olmasa, elə bu saat gedib, Mehman ustanın əllərindən,
ayaqlarından öpərdim...” fikri keçdi.
- Qızım, - deyə kişi səsini qaldırdı, - fikrin-xəyalın haralara uçub, deyirəm, mən
getmək istəyirəm. Bir istəyin-filanın varsa, söylə, çəkinmə.
- Nə tez, əmican? Mən heç Mehman ustanın hal-əhvalını əməlli-başlı xəbər ala
bilmədim...
Kişi dərindən köks ötürüb, sözlü adam kimi başını tərpətdi. Yəni əhvalı yaxşıdı,
sonra ilk dəfədi ki, bir qadına uzaqdan-uzağa da olsa, ilgi, diqqət-qayğı
göstərdiyinin şahidi oluram. Məndən olsa, uşağı da götür, bir dəfə özün bağa gəl.
Həm ona təşəkkürünü bildir, həm də ki, iki-üç gün qalıb dincəl. Bu dörd divar
arasında qalmaqdan rəngi-ruhunuz saralıb, uşaqçün də yaxşı olar, gen bol-həyət-
bacada ürəyi istədiyi kimi qaçıb-oynayar...
- Əmi, siz elə bir ürək oxuyursuz...
- Ürək-zad oxuyan deyiləm, mənim balam, insanam, həyatın qalın kitabını hər
adam oxuya bilmir, ona görə sənə çətindir.
- Bir həftə mənə möhlət verin, o deyingən qarıdan özgə borclu olduğum adamlar
var.
- Yaxşı, sən o acıdil qarıya gətirdiyim tumsuz, şirin üzümdən pay ver, qoy,
doyunca yesin, bəlkə dili şirinləşə... Bir həftədən sonra şəhərdə vacib işim
Dostları ilə paylaş: |