Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   19   20   21   22   23   24   25   26   27

 

76 


- Məşdinin xətrini öz atam kimi istəyirəm, o da bu istəkdən sui-istifadə edib 

mənə lap dədəlik eləyir, ha, - dedi. 

Fidan məmnun-məmnun Mehman ustanın üzünə baxıb gülümsündü:  

- O, mələk kimi saf, təmiz adamdı. 

- Yəqin mələk dediyin bu şəxs sənə haqqımda az-çox nəsə danışıb, istərdim, 

mənə özün barədə danışasan... 

Mehman usta ilk dəfə göründüyündən daha cazibədar, yaraşıqlı görünürdü. 

Fidan öz taleyi haqda danışa-danışa hərdən onun gözlərinə baxır, söylədiyi fikrə, 

üzləşdiyi ağrı-acılara münasibətini öyrənməyə çalışırdı. Olub-keçənləri ardıcıllıqla, 

olduğu kimi nağıl eləmək susmaqdan da çətinmiş. Bu söhbətlərdə qızını sevmədiyi 

adama ərə getməyə məcbur edən sadəlövh ata-ananın, çətin günlərində ona arxa-

dayaq durmaq əvəzinə, əcnəbi iş adamının məşuqəsi olmağı təklif edən yelbeyin 

rəfiqənin, narkomaniyanın caynağından qurtarmaq üçün zinət əşyalarını satıb 

müalicə etdirdiyi üzüdönük əsmər bənizli oğlanın, verdiyi borc pulun qarşılığında 

ələ aldığı qız-gəlini əxlaqsız yuvasına sürükləyən qonşu sələməçi qadının da obrazı 

vardı... “İlahi, mən günah işlədirəm. Bunları yerli-yataqlı öyrənəndən sonra bu 

kişinin məndən zəndi-zəhləsi getməzmi, axı bunları öyrənmək nəyinə lazımdı. 

Ailəmizin o dələduz Əfqan tərəfindən aldadıldığını bilmək kifayət deyildimi?”. 

Öz qadın qəlbinin dərinliklərində, düşüncələrində təzədən doğulub, dirçələn 

Fidan bircə onunla təsəlli tapırdı ki, Allah Mehman ustanı qabağına təkcə xeyirxah 

bir insan kimi deyil, dar ayaqda pənah, dayaq, ömrünə yaxın həmdəm, dərdinə 

şərik etibarlı dost kimi çıxarıb. Mehman usta onu səbrlə, təmkinlə dinləyirdi. 

Bəzən həyəcanla köks ötürüb asta-asta sifətini dəyişir, bəzən də eitdiklərinə bərk 

təəssüflənirmiş kimi başını bulayırdı.  

“Hə, Fidan, tərəddüd eləmədən danış, dünya xali deyil, ürək-göbəyini əbəs yerə 

yemə, erkən gəncliyini zindanda keçirib, saçlarını ağartmış bu namus-qeyrət 

dağarcığına ürək q ızdırmaq olar!... Bundan sonrakı həyatını onsuz keçirməyi 

ağlının ucundan belə keçirmə, Məşdi demişkən, həbsxanadan çıxandan sonra heç 

bir qadına göstərmədiyi xoş qılığı, ilgini sənə göstərir, məhz onub xeyirxahlığı 



 

77 


sayəsində pis yola düşməkdən qurtuldun, deməli, sənin başına gələnləri bilməyə də 

bu kişinin haqqı çatır” – Fidan öz-özünə danışır, ürəyində götür-qoy edirdi.  

Yox, yox, daha o, məktəbli qızlar kimi xəyala qapılmırdı, bəsit düşüncələr ümidi 

ilə yaşamırdı. Bu dəfə Tanrının rastına çıxartdığı kişi ilə münasibəti səhrada yalnız 

gözlə görünən, ələ gəlməyən ilğıma bənzəmirdi. Ona görə də başına gələnləri 

olduğu kimi, heç nəyi gizlətmədən, əskiltmədən danışmağa çalışırdı. Bəzən 

kövrəlsə də, göz yaşlarını güclə saxlayır, özünü ələ alıb, çətin də olsa, söhbətinin 

davamını gətirməyi bacarırdı.  

Danışdıqca, qızışır, dənizdən əsən xəfif meh saçlarına asta-asta tumar çəkir, 

içində sönmüş ümid ocağını yenidən közərdirdi. 

Fidan acı hekayətini danışıb qurtaran kimi çiyinləri əsdi, bayaqdan bəri 

kipriklərinin ucunda zorla saxladığı gildir-gildir göz yaşları yanaqlarından süzülüb 

sinəsində gölləndi.  

Mehman usta təsəlli verməyə, ovundurmağa çalışdı. 

- Özünü ələ al! – dedi, - elə hesab elə ki, pis yuxu görmüsən, keçib gedib... 

Burada ürəyin istədiyi qədər qala bilərsən. İşləmək, ya da təhsilini davam etdirmək 

sitəsən, mən sənə yardımçı olaram, arada-bir anana zəng vur, nigaran qalmasın.  

İstəyirdi desin ki, “Mənim səninlə oxşar cəhətlərim var, mən bir pozğun qadının 

günahı ucbatından az qala bütün qadınlara etibarımı itirmişəm, sən həyatında iki 

etibarsız, zalım kişiyə rast gəlmisən, beləcə, ikimizin də könül dünyası nifrətlə 

zəhərlənib – hər ikimiz bizimlə amansız rəftar edən, qəflətən alçaldan taleyin 

istəklərinə nifrət edə-edə küskün həyatla barışmış, bu nifrət sevigimizi içimizdə 

boğmağa, bizi guşənişin həyat sürməyə gətirin çıxarıb. Axı, sevgi təkcə ani 

həzzdən, ehtirasdan ibarət duyğu deyil ki Əsl sevgi...”. Fikrini nə qədər kərəkurd 

etdisə, sevgi, məhəbbət barədə ağlına özgə heç bir orijinal fikir gəlmədi.  

... Son vaxtlar gecə yuxuları tez-tez çəkilir, qaçaq düşürdü. Bəzən səhərəcən 

gözünə yuxu getmirdi. Tək-tənha qalmağa, qadınsız yaşamağa vərdiş eləsə də, qəlb 

sirdaşına ehtiyac hissi duyurdu. Fidanın faciəvi hekayətinə qulaq asa-asa öz 

qəlbinin də səsini dinləyirdi: “Bəzən insanın bədən üzvlərini maşın hissələrinə 

bənzədirlər. Bəlkə də haqlıdırlar. Sevgi, məhəbbət hissləri də təzəlik tələb edir, 




 

78 


əgər onu vaxtında cilalamasan, pas atacaq. Qanun qarşısında cəzamın müddəti başa 

çatıb, amma özüm-özümə cəza verməkdən çəkinmirəm, üç ildir ki, azadlığa 

çıxmışam, qadın dünyasından isə iraq düşmüşəm...” 

 

 



Fidan oğluyla onlar üçün ayrılmış yataq otağına keçəndə həm Mehman ustayla, 

həm də kişiylə sağollaşdı: 

- Gecəniz xeyrə qalsın! 

- Xeyirə qarşı.  

- Yuxunuz şirin olsun, qızım... 

Xeyirə qarşı gedirdi, şərə lənət çarpayıya uzanıb gözlərini bərk-bərk yumdu, 

yanaqlarına süzülən göz yaşları yastığını islatdı, o gecə şirin yuxuya gedə bilmədi, 

əvəzində şirin xəyallara dalıb, sabahın açılmasını səbirsizliklə gözləyirdi. 

Mehmanın “burada ürəyin istədiyi qədər qala bilərsən...”, sözləri dönə-dönə 

qulaqlarında əks-səda tapdı. Səhər erkən durub ev-eşiyə yaxşı-yaxşı əl 

gəzdirəcəkdi, səliqə-sahman yaradacaqdı... “Mən bu evdə qulluqçu olmağa da 

razıyam, təi şərdən-şürədən uzaq olum”.  

 

* * *  


 

Bir həftə keçməmiş Fidanın xarici görkəmi tamam dəyişdi, yanaqları ətlə dolub 

yumrulandı, sinəsi qabardı, rəngi duruldu, qaşlarına, üz-gözünə əl gəzdirdi. Rahat 

həyat şəraiti, nikbin ovqat, hər cür dedi-qodudan uzaq xoş mühit qısa müddətə qızı 

dəyişdirdi, əvvəlki görkəminə qaytardı.  

“Bir az kökəlsən, yenə əvvəlki kimi gözəgəlimli, diqqətçəkən xanım-xatın qız 

olacaqsan!” – bu sözləri qırmızı-qırmızı hamamçı Roza həris-həris söyləmişdi. İndi 

o, qəlbində “getsin o günlər, bir də gəlməsin” – deyirdi.  

Bir gün isə Mehman ustayla Məşdi kişi nahar vaxtı evə dönəndə uşağa da, ona 

da xelyi pal-paltar alıb gətirdilər.  




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə