9)
müəssisələrin və təşkilatların yerli və beynəlxalq daşımaları həyata keçirən, yaxud dəmir
yolların və şosse yollarının, müvafiq nəqliyyat vasitələrinin, habelə neft kəmərlərinin, qaz
kəmərlərinin, rabitə və elektrik xəttlərinin təmirini və istismarını təmin edən daimi heyəti
sərhədboyu zonaya xidmət zərurəti olduqda, bu heyət üçün müəyyən edilmiş əmək vəzifələri və iş
sahələri (reyslər, marşrutlar) çərçivəsində, özlərinin xidmət vəsiqələrinə əsasən daxil olurlar;
10)
sərhədboyu
zonada
yerləşən
sanatoriyalara,
istirahət
evlərinə,
pansionatlara,
turist bazalarına və dikər müalicə-sağlamlaşdırma idarələrinə gedən vətəndaşlar onların
şəxsiyyətini təsdiq edən sənədlərə və yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydə alınmış
putyovkalara (kursovkalara) əsasən daxil olurlar;
11)
Azərbaycan Respublikasında daimi yaşayan və ya respublikaya müvəqqəti kələn əcnəbi
vətəndaşlar və vətəndaşlığı olmayan. şəxslər ümumən müəyyən edilmiş qaydada sərhədboyu
zonaya daxil olur və orada qalırlar;
12)
nəqliyyat müəssisələri və təşkilatları şəxsiyyəti təsdiq edən sənədlər və sərhədboyu zonaya
daxil olmaq hüququna dair buraxılışlar təqdim edildikdən sonra vətəndaşlara sərhədboyu zonada
yerləşən məntəqələrə biletlər satır və xidməti yol sənədləri verirlər;
sərhədboyu zonaya daxil olmaq hüququna dair müvafiq sənədləri olmayan sərnişinlərə bilet
satılmasına yol vermiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə
məsuliyyət daşıyırlar;
13)
sərhədboyu zonadan qatarlarda, avtobuslarda tranzitlə gedən sərnişinlərin tranzitlə keçib
getdikləri sərhədboyu zonada dayanması qadağandır;
14)
sərhədboyu zonada ov qaydası sərhəd qarovulu ilə razılaşdırılır. Sərhədboyu zolaqda,
eləcə də Azərbaycan Respublikasının dövlət sərhədi ilə sərhəd qarovulunun texniki çəpərlər xətti
arasındakı ərazi zolağında ov etmək qadağandır;
15)
sərhədboyu zolaqda və Azərbaycan Respublikasının dövlət sərhədi ilə sərhəd
qarovulunun texniki çəpər xətti arasındakı ərazi zolağında hər cür tikinti, meşəqırma və başqa
işlər sərhəd qarovulunun razılığı ilə həyata keçirilir; Azərbaycan Respublikasının dövlətlərarası
müqavilələrinə əsasən aparılan tikinti işləri və təbii fəlakətlərin ləğv edilməsi, xüsusilə təhlükəli
yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülməsi ilə bağlı olan işlər istisna təşkil edir.
16)
sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və
ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin
aparılması, mal-qaranın saxlanılması və otarılması, kütləvi-ictimai tədbirlərin keçirilməsi
qadağandır.
[26]
M a d d ə 2 5 .
Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhədboyu rejimin
xüsusiyyətləri
1)
Azərbaycan Respublikasının sərhədboyu zonasında yerləşən ərazi və daxili sularına,
habelə oradakı adalara sərhəd qoşunları nəzarət edir;
[27]
2)
sərhədboyu zonanın ərazisində müəssisələrə, idarələrə, təşkilatlara və vətəndaşlara məxsus
balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmiləri, motorlu və motorsuz başqa gəmilər belə
gəmilərə nəzarət edən orqanlarda müəyyənləşdirilmiş qaydada qeydə alınmaqdan əlavə, sərhəd
qarovulunun ən yaxın bölməsində də qeydə alınmalı, gəmi sahibinin qeydiyyat sənədlərinə bu
barədə xüsusi ştamp vurulmalıdır;
göstərilən gəmilər müəyyən edilmiş yanalma körpülərinə, yerləşmə məntəqələrinə təhkim
edilməli və dayanacaq üçün daimi yerlərə malik olmalıdır;
bu gəmilərin mənsubiyyətini nişanlamaq üçün onların havadan görünən yerlərinə tanınma
nişanları vurulur, gövdələrinə isə müəyyənləşdirilmiş qaydada qeydiyyat nömrələri yazılır;
3) vətəndaşları sərhəd qarovulu tərəfindən qorunan dəniz sahilboyuna, sərhədboyu çayların
göllərin və başqa sututarların sahillərinə müəyyən müddət üçün gətirmiş motorlu və motorsuz
gəmilərin sahibləri öz gəmilərini sərhəd qarovulunun ən yaxındakı bölməsində qeydə aldırmalı və
təyin edilmiş yanalma körpülərində və yerləşmə məntəqələrində saxlamalıdır;
4)
təyin edilmiş yanalma körpülərindən, yerləşmə məntəqələrindən və xüsusi ayrılmış
başqa yerlərdən kənarda motorlu və motorsuz gəmilərin saxlanması və dayanması, adamların
minib-düşməsi, yük vurulub-boşaldılması, fəlakət və qəza halları istisna olmaqla, qadağandır;
5)
sənədlərin rəsmiləşdirilməsi qaydasını, motorlu və motorsuz gəmilərin dənizə,
sərhədboyu çayların, çöllərində başqa sututarların sularına çıxması qaydasını, Azərbaycan
Respublikasının ərazi və daxili sularında hərəkəti qaydasını, eləcə də göstərilən gəmilər üçün
yanalma körpülərinin və yerləşmə məntəqələrinin düzəldilməsi qaydasını müvafiq icra
hakimiyyəti orqanı sərhəd qoşunlarının təqdimatı üzrə müəyyən edir;
[28]
6)
sərhədboyu çaylarda, çöllərdə və başqa sututarlarda balıq ovu sərhəd qarovulunun icazəsi
ilə, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydalara müvafiq surətdə aparılır.
[29]
7) dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış
motorlu və motorsuz gəmilərdə, yalnız günün işıqlı vaxtında, sərhəd qarovulunun verdiyi
vəsiqələr üzrə, təyin edilmiş yanalma körpülərinə və yerləşmə məntəqələrinə qaranlıq düşənədək
qayıtmaq şərti ilə yol verilir;
dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa. yol verilir;
8)
sərhəd qarovulunun qoruduğu dəniz sahilboyunda, sərhədboyu çayların, göllərin, başqa
sututarların sahillərində çimmək yerlərini, onların düzəldilməsi və işlədilməsi qaydasını yerli
idarəetmə orqanları sərhəd qarovulu ilə razılaşdırmaqla müəyyən edirlər;
9)
Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhəd qarovulu gəmilərinin
(katerlərinin) zərurət olduqda gecə vaxtı, fənəri yandırmadan üzməsinə icazə verilir. Belə hallarda
gəmilərin (katerlərin) komandirləri başqa gəmilərlə toqquşmanın qarşısını alan tədbirlər
görməlidirlər.
M a d d ə 2 6 . Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejim
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhəd qoşunları nəzarət-
buraxılış məntəqələrinin və gömrük idarələrinin xidmət fəaliyyəti üçün şərait yaratmaq və bu
şəraiti saxlamaq məqsədilə şəxslərin və nəqliyyat vasitələrinin həmin məntəqələrdə olması və
hərəkət etməsi qaydasını, habelə şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və başqa əmlakın
Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması ilə bağlı dikər fəaliyyətin qaydasını
tənzimləyən rejim müəyyən edilir.
[30]
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimi tənzimləyən
qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının dövlət
sərhədindən buraxılışın həyata keçirildiyi aeroportların (aerodromların), dəniz limanlarının,
dəmiryolu və avtomobil vağzallarının və stansiyalarının rəisləri müvafiq icra hakimiyyəti
orqanının müəyyənləşdirdiyi qaydalara əsasən və həmin qayda-ların icrası üçün yerli şəraiti
nəzərə alaraq, sərhəd qarovulu və daxili işlər orqanları ilə razılaşdırmaqla öz əmrlərini
(təlimatlarını) verirlər.
[31]