I9az titul+шмуц



Yüklə 4,16 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix14.10.2017
ölçüsü4,16 Kb.
#4961
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   39

 
 

21
 
 
 
•   I  fəsil  •  
Kodlaşdırma 

istifadə olunur. Belə kodlaşdırma sistemi CMYK adlanır ("smik" kimi oxunur); qara 
rəng K hərfi ilə göstərilib ki, göy rəngdən ayrılsın. 
Çox yüksək dəqiqlik tələb olunmadıqda rəngi göstərmək üçün daha az sayda bitdən 
istifadə olunur. Məsələn, görüntülərin 16 bitlik ikilik ədədlər vasitəsilə kodlaşdırılması 
High  Color
 
adlanır.  Belə  görüntülərin  həcmi  (diskdə  tutduğu  yer)  tam  rəngli  (
True 
Color
) görüntülərlə müqayisədə daha az olur (əlbəttə, keyfiyyət də aşağı olur).  
 
 
 
 
  
1.  Hansı rənglərə əsas rənglər deyilir? 
2.  Sağdakı  şəkildə  "1"  olan  damaları  dəftər 
vərəqində  rəngləməklə  hansı  görüntünün 
alındığını müəyyən edin. 
3.  Ölçüsü 32 × 32 piksel olan rastr görüntünün 
yaddaşda  saxlanması  üçün  512  bayt  yer 
ayrılıb. Görüntünün rənglər palitrasında ən 
çoxu neçə rəng ola bilər? 
4.  256  rəngli  görüntünün  ölçüsü  1024  ×  640 
pikseldir. Qrafik faylın həcmini hesablayın. 
5.  16  bitlik  kodlaşdırmada  640  ×  480  ölçülü 
görüntünün həcmi nə qədər olacaq?   
 
 
 
Paint qrafik redaktorunda BMP formatında olan hər hansı rəngli şəkil açın. Həmin şəkli 
müxtəlif  kodlaşdırma  (Monochrome  Bitmap,  16  Color  Bitmap,  256  Bitmap,  24-bit 
Bitmap)  sxemlərində  saxlayın.  Paint  proqramını  qapadın  və  faylları  saxladığınız 
qovluğa keçin. Saxlanmış faylların ölçülərini müqayisə edin və onlar arasındakı fərqin 
səbəbini izah etməyə çalışın.
 
 
 
Araşdıraq- 
          öyrәnәk  
 
Öyrәndiklәrinizi  
yoxlayın
 
LAYİHƏ


 
 
22 
 
 
 S
ƏS İNFORMASİYASININ KODLAŞDIRILMASI 
 
 
 
 
Mətn redaktorunda belə bir cədvəl hazırlayın. Hər bir qurğu haqqında bildiklərinizi uyğun 
xanalara yazın. 
 
Qurğu 
Funksiyası, iş prinsipi 
Mikrofon 
 
Səsucaldanlar 
 
Səs kartı 
 
 
Nәticәni müzakirә edәk: 
– Kompüterdə bu qurğular arasında birləşmə necə qurulur? 
 
 
Kompüterlər, eləcə də müasir elektron qurğuların əksəriyyəti (foto və videoka-
meralar, mobil telefonlar və s.) rәqәmsal qurğulardır. Çünki kompüterdə saxlanılan 
və emal olunan hər şey ədədlərdir (rəqəmlərdir).  
Kəsilməz dəyişilən fiziki kəmiyyətlər haqqında danışarkən analoq terminindən 
istifadə olunur. Məsələn, danışıq zamanı ağızın yaratdığı səs dalğaları analoq təbiət-
lidir.  Bu  dalğaları  mikrofon  elektrik  siqnalına  çevirə  bilər.  Bu  elektrik  siqnalı  da 
analoqdur.  
 
            
 
 
Kompüter  rəqəmsal  qurğu  olduğundan  onun  analoq  qurğularla  işləyə  bilməsi 
üçün  bir  çeviricinin  olması  vacibdir.  Belə  çevirici  kompüterin  sәs  kartında  yer-
ləşdirilmişdir.  Səs  kartı  mikrofondan  daxil  olan  elektrik  siqnallarını  (analoq  siq-
nalları)  rəqəmsal  şəklə  çevirmək  üçün  analoq-rәqәm  çeviricisindәn  (analog-to-
digital converter, ADC) istifadə edir.  
 
 
 
 
F ә a l i y y ә t
 
1


Fiziki baxımdan səs nədir? 

Kompüterin səslə işləyən hansı qurğuları var? 
 
 
Analoq sәs dalğaları
Analoq elektrik siqnalı
Analoq siqnallar
Rәqәmsal 
verilәnlәr 
LAYİHƏ


 
 

23
 
 
 
•   I  fəsil  •  
Kodlaşdırma 

Kompüterin səs kartında əks çevirməni, yəni rəqəmsal verilənləri analoq siqnal-
lara  (səsə)  çevirən  qurğu  da  olur.  Rәqәm-analoq  çeviricisi  (digital-to-analog 
converter,  DAC)  adlandırılan  bu  qurğu  qəbul  etdiyi  rəqəmsal  verilənləri  analoq 
siqnallara çevirərək qulaqlığa, yaxud səsucaldanlara ötürür. Bu qurğular isə həmin 
analoq siqnalları səs şəklində çıxışa verir. 
 
 
 
Rəqəm-analoq çeviricisi, eləcə də analoq-rəqəm çeviricisi başqa qurğularda da 
olur. Məsələn, kompakt-disk pleyerində (MP3-pleyerində) rəqəm-analoq çeviricisi 
qoyulub ki, o da diskdən oxuduğu rəqəmsal verilənləri musiqi şəklində səsləndirilən 
analoq siqnala çevirir.
  
 
 
 
 
Səsin  bu  üsulla  kodlaşdırılmasında  müəyyən  xətalar  olur,  çünki  rəqəm-analoq 
çeviricisindən alınan siqnal orijinal siqnaldan bir qədər fərqlənir. Bu fərqi, əsasən, 
yüksəkkeyfiyyətli orkestr musiqisinin yazılması və səsləndirilməsi zamanı duymaq 
mümkündür.  
Kompüterdə  başqa  verilənlər  kimi  səslər  də  fayllarda  saxlanılır.  Kompüterdə 
əsasən üç növ səs faylından (audiofayldan) istifadə olunur: wavmp3 və midi
WAV.  Bu  formatlı  fayl  rəqəmli  şəkildə  musiqi  parçalarından  ibarət  olan  səs 
faylıdır. Wav (ingiliscə wave – dalğa) fayllarında əslində Windows’da eşitdiyiniz, 
eləcə də özünüz yazdırdığınız bütün səslər saxlanılır. 
MP3.  Bu  fayllar  diskdə  az  yer  tutması  üçün 
sıxılmış  səs fayllarıdır. MP3 faylının hər dəqiqəsi 
təxminən 1 Mbaytdır. Demək olar ki, istənilən səsi 
mp3 formatına çevirmək olar. 
MIDI.  MIDI  fayllarında  notlar  və  həmin  not-
ların səsləndirildiyi musiqi alətləri haqqında infor-
masiya olur. Sintezator melodiyanı notlarla işləyən 
musiqiçi kimi səsləndirir. 
 
Pleyerdәki verilәnlәr 
rәqәmsaldır  
Qulağa ötürülәn musiqi 
analoqdur 
• 
Analoq siqnal
• 
Rəqəmsal siqnal 
• 
Analoq-rəqəm çeviricisi 
• 
Rəqəm-analoq çeviricisi 
• 
Səs kartı
 
• 
Fonoqraf 
S ö z l ü k  
Analoq siqnal
 
Rәqәmsal 
verilәnlәr 
LAYİHƏ


Yüklə 4,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə