İBTİDAİ İcma quruluşU


  Azərbaycan  kəndlilərinin



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə38/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

1887 

Azərbaycan  kəndlilərinin    hərbi  vergi    adlı  mükəlləfiyyət    daşımağa  başlaması.  Hərbi  vergi  orduya  

səfərbəyliyə  alınmalı şəxslərin  üç illik  orta qazancı nəzərə alınmaqla hesablanırdı 

1887 

İlk rus-Azərbaycan  məktəblərinin açılması 



1887 

İlk dəfə  Bakıda ticarətin yarmarka formasının təşkil edilməsi 



1887 

 

Tiflisdə “Qafqaz ipəkçilik stansiyası”nın açılması 



1889 

Bakıda  konka nəqliyyatının fəaliyyətə başlaması 



XIX əsrin 80-cı illəri 

Bakı neft sənayesinə rus və Rotşildin   simasında fransız kapitalının nüfuz etməsi 



XIX əsrin 80-90-cı illəri 

Qaçaq  Nağı,  Dəli  Alı,  Qaçaq  Nəbi  (Zəngəzur  qəzasında)  və  Qaçaq  Kərəmin  (Qazax  qəzasında,  Gürcüstan, 

Şimali Qafqaz və Osmanlı imperiyası ərazisində) qaçaqçılıq fəaliyyəti göstərməsi 

XIX əsrin 80-90-cı illəri 

Bakıda  rus  dilində “Kaspi”, “Bakinskoye izvestiya” və “Baku”  qəzetlərinin  işıq  üzü görməsi 



XIX əsrin 90-cı illəri 

Neftin fontan üsulu ilə çıxarılmasına marağın  azalması 



XIX əsrin 90-cı illəri 

Bakıda Vişau şirkətinin timsalında  ingilis kapitalının Bakı neft sənayesinə nüfuz etməsi 



XIX əsrin sonları 

Neft sənayesində inhisarların meydana gəlməsi 



XIX-XX əsrlərin qovşağı 

Neft çıxarılmasında Bakının dünyada birinci yerə çıxması 



1890 

 

H.Z.Tağıyevin “Kaspi”  gəmiçilik cəmiyyətini ələ keçirərək, on gəmidən ibarət şirkət yaratması 



1890  3 dekabr 

“Sudan istifadə haqqında Əsasnamə” qəbul olunması və “Qafqaz Su Müfəttişliyinin yaradılması 



1892 

Çar  tərəfindən  Azərbaycanda  yeni  şəhər  əsasnaməsinin  təsdiq  olunması.  Bu  əsasnamə      Gəncə  şəhərinə    də 

şamil edilirdi. Bu şəhər islahatı 1878-ci il islahatının yuxarı dairələri təmin etmədiyi üçün keçrilmişdi 

1893   

Neft    sənayeçilərinin  Peterbuqrda  keçrilən  müşavirəsində  “Bakı  ağ  neft  zavodçuları  ittifaqı”  adlı  intisar 

birliyinin  yaradılması.  Bu  inhisarın  yaradılması  nəticəsində  ağ  neft  istehsalçıları  ilk  dəfə  olaraq  Amerikanın 

“Standart  oyl”  şirkəti  ilə  dünya  ağ  neft  bazarını  bölüşdürməyə  nail  oldular.  Lakin,  1897-ci  ildə    daxili 

çəkişmələr üzündən “ittifaq” dağıldı 

1893   

 “Simens qardaşları və K

0

”  səhmdar cəmiyyəti ilə bağlanmış müqavilə üzrə bu  cəmiyyətin “Nobel qardaşları” 



inhisarının neft ayırma zavodları üçün hər il 80-200 min pud  kükürd kolçedanı verməsi 

1894 

Naxçıvan və Ordubadda yazı taxtası və məktəb partaları olan Azərbaycan məktəbləri açılması 



1894 

Bakıda ilk milli qiraətxanaların  açılması 



1895  avqust 

Bakı tütün fabrikinin fəhlələrinin fəhlə  hərəkatı  tarixində  ilk  mütəşəkkil tətil keçirməsi 



1895 

Bakı Artistlər cəmiyyətinin təsis edilməsi 



1896 

Bakıda kişi gimnaziyasının  fəaliyyətə  başlaması 



1896 

 

H.Z.Tağıyevin “Yevlax mülkü”nü satın alması 



1896 

Azərbaycan səhnəsində  N.V.Qoqolun “Müffətiş” piyesinin tamaşaya qoyulması 



1896 

A.Əliverdibəyovun “Rəsmli musiqi tarixi” əsəri ilə Azərbaycan musiqi tarixini yazması 



1897   

H.Z. Tağıyevin neft mədənlərini  ingilis kapitalistlərinə satması və “Lifli maddələr emal edən Qafqaz səhmdar 

cəmiyyəti”ni təsis etməsi 

1898-1900 

Memar İ.V.Qoslavskinin layinəsi üzrə H.Z.Tağıyevin müsəlman qızı məktəbinin binasının inşa edilməsi 



1900     

 

H.Z.Tağıyevin toxuculuq fabrikinin işə salınması 



1900 

Biləcəri-Metrovs-Maxaçqala  dəmir  yolu  xəttinin  istifadəyə  verilməsi  və  Bakının  Ümumirusiya  bazarına 

bilavasitə çıxmaq imkanı əldə etməsi  

 

 

CƏNUBİ AZƏRBAYCAN XIX ƏSRDƏ 

 

1797-1934 

Fətəli şahın iranda hakimiyyəti. Fətəli şahın dövründən başlayaraq, Qacar şahlarının daxili və xarici  siyasətində 

Cənubi  Azərbaycan    xüsusi  yer  tuturdu.    Fətəli  şah  zamanında  Cənubi  Azərbaycan  “vəliəhdneşin”  hesab 

edilmiş, Təbriz isə  həmişə  rəsmi vəliəhdlərin  iqamətgahı  olmuşdur. İlk Qacar şahları  dövründə Təbriz şəhəri 

bir  növ  ikinci  paytaxt  hesab  edildiyi  üçün  xarici  ölkələrin  diplomatik  nümayəndəliklərinin  iqamətgahı  da 

burada yerləşirdi 



XIX əsrin I yarısı 

Gülüstan müqaviləsindən  sonra İran hökuməti tərəfindən Urmiya, Maku, Nəmin və Gərgər  xanlıqlarının daxili  

müstəqilliklərini saxlaması 

1833-1851-ci illər 

Təbrizdən  Şimali  Azərbaycanavə  Rusiyaya  xeyli  məhsullar  ixrac    edilməsi.  Rusiyaya  ixrac  edilən    malların 

mühüm hissəsini sənətkarlıq məhsulları təşkil edirdi. Şimali Azərbaycandan isə buraya zəfəran, ağ neft, ipək və 

mis göndərilirdi 



XIX əsrin 30-50-ci illəri 

Cənubi Azərbaycanda pambıq və tütün əkilməyə başlanılması. 1837-1840-cı illərin məlumatlarına görə Cənubi 

Azərbaycanda  ən  yaxşı  keyfiyyətli  pambıq  Xoy  mahalında  becərilirdi.  Marağa  və  Urmiya  bölgələrində  isə 

yüksək keyfiyyətli  kişmiş hazırlanırdı 



XIX əsrin 30-50-ci illəri 

Xoy, Urmiya və Qaradağda şüşə qablar istehsal edən müəssisələrin mövcud olması 



XIX əsrin ortaları 

Cənubi Azərbaycanda torpaqların böyük hissəsinin dövlətin mülkiyyətinə keçməsi 



1848-1852 

Cənibi Azərbaycanda Babilər hərəkatı baş verməsi. Babilər hərəkatı mövcud siyasi-inzibati  quruluşda  narazı 

qüvvələrin  hərəkatı  olub  ölkənin  kapitalizmə  keçid  dövrü  ərəfəsində    baş  verən  il  siyasi  çıxışlardan  idi. 

Hərəkatının  mərəkəzi  Cənubi  Azərbaycan,  hərəkatın  banisi  isə  Seyid  Əli  Məhəmməd  idi.  Feodallara,  ali 

ruhanilərə  və  xarici    kapitala  qarşı  çevrilmiş  Babilər  hərəkatı    tacir,  sənətkar  və  kəndlilərin    arzuların  əks 

etdirdi.  Babin təlimində kişilərələ qadınlar  arasında bərabərlik elan  edilirdi 



1850 may-dekabr 

Babilər hərəkatının ən coşğun  dövrü. Zənan şəhərində üsyan 




Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə