İctimai elmlər
2009
Vətəndaşlıq (praktiki hüquq)
İstiqamət – vətəndaşlıq
1. Vətəndaşlığın sosial əsaslarını təhlil edir.
2. Qanuniliyin mədəni inkişafı haqqında öz mövqeyini hazırlayır və müdafiə edir.
3. Hüquqi dövlətin vətəndaş imkanlarını təhlil edir.
4. İctimaiyyət üçün faydalı işlərdə böyüklər və həmyaşıdları ilə əməkdaşlıq edir.
5. Demokratiyanın, qanunun aliliyi və dövlət idarəçiliyinin qarşılıqlı əlaqəsini
öyrənir.
Nəticələr və indikatorlar
Vət..XI-XII 1. Vətəndaşlığın sosial əsaslarını təhlil edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
Öz sinfinin nümunəsində (özünün və sinif yoldaşlarının maraqlarını təhlil etdikdən sonra)
•
insanın şəxsi və ictimai maraqlarını müzakirə edir; ümumi maraqları ayırır, hansıların nəzərə
alınması ictimai razılıq
üçün vacibdir;
Tarixi keçmişdən və ya müasir gerçəklikdən hər hansı bir ölkəni seçir və onun sosial
•
strukturunu təsvir edir; müxtəlif sosial qrupun hüquqi vəziyyətini, əlaqələrini və hər birinin
ictimai-siyasi həyatda rolunu
müzakirə edir; nəticələri sinif yoldaşları
ilə təhlil edir;
Sinif yoldaşları ilə birlikdə sosial qrupu seçir, hansına ki, onun fikrincə, cəmiyyətin dəstəyi
•
lazımdır; bu qrupun ümumi məqsəd və məsələlərini üzə çıxarır; sinif yoldaşları ilə birlikdə
sosial qrupa (və ya konkret nümayəndələrə) yardım tədbirlərini həyata keçirir;
”Bizim cəmiyyətimiz vətəndaş cəmiyyətidirmi?” mövzusunda debatlar planlaşdırır; rollardan
•
birini seçir (məs. mediator, nəzarətçi və ya mübahisə edən tərəf); iştirak zamanı öz mövqeyini
(nəzəri nizamnamələr və konkret nümunələr) əsaslandırır; opponentlərin qeydlərini nəzərə
alır və debatların son nəticələrini formalaşdırır.
Vət. XI-XII 2.
Qanuniliyin mədəni inkişafı haqqında öz mövqeyini
hazırlayır və müdafiə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
”Uşaqlar qanunu niyə pozurlar?” diskusiyasında iştirak edir; həddi-büluğa çatmamış
•
cinayətkarların hüquqlarını müzakirə edir və onların müdafiəsinin qanunverici zəmanətlərini
müzakirə edir; ”həmyaşıdlarıma nəyi məsləhət verərdim” mövzusunu yazır;
Müxtəlif növ (məs: oğurluq, qətl, korrupsiya, diskriminasiya, zorakılıq və sairə) cinayətin
•
səbəblərini və onların azaldılması yollarını müzakirə edir;
İ.E.XI-XII. - 5
İctimai elmlər
2009
”Qanunsuz bir gün” qrup işində iştirak edir; qanunsuzluğun cəmiyyət və insanlar üçün hansı
•
nəticələri gətirə biləcəyini təsvir edir; qrupun digər üzvləri ilə öz fikirlərini razılaşdırır;
ümumi fikirlərini sinif yoldaşlarına təqdim edir;
”Cəmiyyətimizin qanunilik mədəniyyəti varmı?” sinif diskusiyasında iştirak edir; bu məsələdə
•
yaşadığı yerin (yaxud ölkənin) insanlarının münasibətlərini qiymətləndirir; vətəndaşların,
qanunverici və hüquq mühafizəedici orqanların qarşılıqlı əlaqəsini müzakirə edir; sinifdə
aparılan diskusiyanın protokolunu və ya hesabatını yazır;
Vət.XI-XII 3. Hüquqi dövlətin vətəndaş imkanlarını təhlil edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
Qanunun qəbul edilmə və ya dəyişdirilmə qaydalarını müzakirə edir; adət və qanunların
•
ictimai nəzarət mexanizmlərini müzakirə edir və onları müqayisə edir.
”Hansı qaydalar daha güclüdür – yazılan və ya yazılmayan?” debatlarda iştirak edir; konkret
•
misalların (müasir həqiqət, bədii ədəbiyyat və ya tarix) müzakirə edilməsi ilə öz mövqeyini
əsaslandırır və qiymətləndirmə zamanı əsaslandığı meyarları ayırır;
Onun hüquqlarının pozulduğu halda, necə hərəkət etdiyini müzakirə edir və izah edir ki, öz
•
hüquqlarını müdafiə edərkən başqasının sərbəstliyində niyə hesabat verməlidir;
Gürcüstan vətəndaşının Konstitusiya qanunları və sərbəstliklərini müzakirə edir; uyğun
•
vətəndaş borclarını ayırır; hüquq-öhdəliklərin həyata keçirilməsinin konstitusiya vasitələrini
müzakirə edir;
Zaman xəttində onun üçün əhəmiyyətli hüququn tapılması və xüsusi öhdəliyinin əmələ
•
gəlməsi mərhələlərini qeyd edir; həmin xətdə o mərhələləri qeyd edir, nə zaman ki, onun
fərqli (əlavə və ya geniş) hüquq-borcları yaranacaqdır (məs. idarə etmə, seçkilərdə iştirak
etmək, evlənmək, hərbi xidmət və s.); ”Mənim hüquq və borclarım” adlı esse yazır.
Gürcütan Konstitusiyasında onun – vətəndaşın şəxsi, sosial-iqtisadi və siyasi hüquqları və
•
sərbəstliklərinin müdafiəsini təmin edən nizamnamələri axtarıb tapır və qruplaşdırır; sinif
yoldaşları ilə birlikdə bu məsələnin müzakirəsində vətəndaşın konstitusiya borclarını və
onlardan kənarlaşan zaman gözlənilən nəticələri təhlil edir.
İnsan hüquqlarını müdafiə edən beynəlxalq və ya milli sənəd və təşkilatları sadalayır;
•
Gürcüstanın və digər ölkələrin nümunəsində bu cür təşkilatların effektivliyini müzakirə
edir.
Vət..XI-XII 4.
İctimaiyyət üçün faydalı işlərdə böyüklər və həmyaşıdları
ilə əməkdaşlıq edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
”Məktəbdə nəyi əlavə edə bilərik?”sinif diskusiyasında iştirak edir, hansının məqsədi
•
məktəbin ehtiyacları və sinif yoldaşlarının uyğun imkanlarının dəqiqləşdirilməsidir; ötən
illərdə onun tərəfindən aparıln analoji işin nəticələrini nəzərə alır və özünün iş planını
hazırlayır və onu sinif yoldaşları ilə razılaşdırır; planlaşdırılmış fəallıqda (məs.: məktəbin
kitabxanasının və ya idman zalının doldurulması, kiçikyaşlıları ekskursiyaya aparmaqda
İ.E.XI-XII. - 6