166
İraqla Suriyadakı su böhranını buna başqa bir misal çəkmək olar.
Belə ki Fərat çayının mənbəsinə toxunulmaqla, bu ölkələrin Türkiyə
ilə olan əlaqələrinin pozulmasına səbəb ola bilər. Yaranmış belə bir
şəraitdə İraqla Suriya arasındakı münasibətlər yaxşılaşıb, onların
birləşmələri ilə nəticələnə bilər.
Mümkün qədər çox qüdrətin əldə olunmasından ən başlıca
məqsəd, bir çox hallarda milli mənafe və milli təhlükəsizliyin təmin
olunmasıdır. Buna görə də müasir geopolitologiya elmi dövlət və
ölkələrin qüdrət və iqtidara can atma səbəblərini, onun sabit və
dəyişgən amillərini, dövlətlərin beynəlmiləl səhnədə rəftar və
davranışlarına
qoyduğu
təsiri,
habelə
dövlətlərin
dünya
səviyyəsində malik olduqları mövqeiyyət barədə təhlil və
araşdırmalar aparır. Geopolitologiya, qarşıdurma, birlik və ayrılıq,
iqtidar və qüdrət, nüfuz dairəsi, rəqabət, qərara gəlmək, böhran,
nəzarət, nüfuz və hegemonluq, sülh və həmkarlıq, ətraf mühit və
təbii mənbələr, ərazi, milli mənafe, regional əlaqələr, təhlükəsizlik,
milli birlik, milli iqtidar, strategiya və s. məsələləri özünün diqqət
mərkəzində saxlayaraq, onlar barədə dəqiq araşdırmalar aparır.
(3-2-1) GEOPOLİTOLOGİYANİN TӘRİF VӘ MӘFHUMU
XX əsrin əvvəllərində geopolitik məsələlər o qədər geniş inkişaf
etməyə başlamışdır ki, hətta siyasi coğrafiyanı da öz təsiri altına
almışdır.
Geopolitologiya
məktəbi
Almaniyada
iki
dünya
müharibələri arasında böyük nüfuz və qüdrət əldə edərək, Almaniya
dövlətinin siyasətinin formalaşması, eləcə də dünya müharibəsinə
böyük təsir qoyur.
İsveçli Rudolf Kelen (1861-1922) 1916-cı ildə ilk dəfə olaraq "canlı
varlıq olan dövlət"- nəzəriyyəsini irəli sürərək, geopolitologiya
kəlməsindən istifadə etmişdir. Alman coğrafiyaşünası Ratzelin
nəzəriyyələrindən mütəəssir olan Kelen, irəli sürdüyü nəzəriyyədə
digər terminlərdən də istifadə edir.
Geopolitologiya bir elm kimi XX əsrin əvvəllərində meydana
gəlmiş və irəli sürülən məşhur nəzəriyyələr sayəsində inkişaf edərək
daha da genişlənmişdir. İİ Dünya Müharbəsi başa çatdıqdan sonra
geopolitik mütaliələr zahirdə nəticəsiz qalır, lakin geopolitik mütaliə
və məfhumlar iki qüdrətli ölkənin, yəni ABŞ və Sovet İttifaqının
167
diqqət mərkəzinə çevrilir. Belə ki, üç ildən sonra geopolitologiya
kəlməsi Kesincer, Berjinski, Kevini Qeri, Kohen və digər Amerikan
siyasətçiləri tərəfindən geniş şəkildə istifadə olunmağa başlamış və
tez bir zamanda dillərə düşmüşdür. 80-cı ildən sonra isə zindandan
azadlığa çıxmış insan kimi azad nəfəs almağa başlamış və
genişlənərək siyasət, universitet və mədəniyyə ocaqlarında, habelə
kütləvi informasiya vasitələrində öz əksini tapmağa başlamışdır.
Bütün bunlarla yanaşı Paris, London və digər ölkələrdə xüsusi
gopolitologiji müəssisələr təsis olunmuşdur. Böyük əhəmiyyətə
malik olduğu üçün universitet və elmi ocaqlardan əvvəl siyasət və
diplomatik mərkəzlərdə görkəmli geopolitologiya mütəxəssisləri
tərəfindən istifadə olunmuşdur. Bu proseslərin getdiyi dövrdə siyasi
coğrafiyanın bu şaxəsinə xas olan ədəbiyyat tez bir zamanda inkişaf
etməyə başlamış və onun daxilində enerji, su, məlumat və nüvə
geopolitologiyası və sair yeni ixtisaslar meydana gəlmişdir. Bir sözlə,
geopolitologiya bir elm kimi son illərdə özünün nəzəri və əməli
formasında diqqət mərkəzinə çevrilmişdir. Bütün bunlar isə
gopolitologiyanın nəzəri və akademik əhatə dairəsinin diqqət
mərkəzində olmadığı bir halda baş verir. Lakin indinin özündə də
bir çox suallar bizim üçün qaranlıq olaraq qalmaqdadır. O cümlədən;
geopolitologiya elmdir yoxsa sənət? Baxışdır, yoxsa məktəb?
Müstəqildir, yoxsa asılı? Bir sözlə əsas mahiyyəti nədən ibarətdir?
Lakin məlum olan budur ki, bu elm yenidən ayağa qalxmış və
günbəgün dünyada özünə daha yüksək mövqe tapmaqdadır. Nəzəri
baxımdan da siyasi coğrafiyanın bir şaxəsini təşkil edir. Hərçənd
beynəlmiləl əlaqələrdə, iqtisadiyyat, politologiya və sair elmlərdə
haqqında söhbət açılan mövzularda da geopolitik məsələlərə işarə
olunur.
İndiyədək geopolitologiyanın tərif və mənası müxtəlif ibarətlərlə
bəyan olunmuşdur. Onlardan ən mühümlərinə işarə edirik:
1.
Geopolitologiya - qüdrətə yiyələnmək elmidir;
2.
Geopolitologiya - rəqabət və nüfuz dairəsinin genişlənmə elmidir;
3.
Geopolitologiya - coğrafi amillərin, dövlətlərin siyasət və
beynəlmiləl əlaqələr elmidir;
4.
Geopolitologiya - böhranlı məntəqələr elmidir;
5.
Geopolitologiya - məntəqə və məntəqə xarici siyasi təhlil elmidir;
168
6.
Geopolitologiya - sərhəd uğrunda mübarizə və qarşıdurma
elmidir;
7.
Geopolitologiya - strateji məntəqələrə nəzarət elmidir;
8.
Geopolitologiya - bir dövlətin başqa bir dövlətə siyasi hakimiyyət
və hökmüranlıq elmidir;
9.
Geopolitologiya - qüdrət və onun bərabərlik, hökmüranlıq və
hökmüranlığa tabeçilik nəticəsində dəyişikliyə məruz qalma
əsasında dövlətlərarası əlaqələr elmidir;
10.
Geopolitologiyanın iqtisadi əlaqələr və ümumdünya qüdrət
qurluşu və dəyişilmə mənasına malik olması iqtisadi gedişatdan
irəli gəlir;
11.
Geopolitologiya - həyat əhəmiyyətli təbii mənbələrin tələbat və
tələbatçıya çatdırmaq arasında olan həmahəngsizlik elmidir.
Bu mənadakı yemək, su, enerji, dəmir və sair mənbələr yer
üzündə bəşəriyyətin ehtiyac və istəklərinə uyğun olaraq bölünməmiş
buna görə də, dövlətlərarası ixtilaf və keşməkeşlər meydana
gəlmişdir.
12.
Geopolitologiya - ümumdünya qüdrət qurluşunun dəyişgənlik
elmidir.
Göründüyü kimi, geopolitologiya barədə müxtəlif və bir-birindən
fərqli təriflər verilmişdir və bu da onun müxtəlif elmi xüsusiyyətlərə
malik olmasından xəbər verir. Lakin ümid bəsləmək olar ki,
universitet və digər elmi ocaqlarda elmin bu sahəsinə daha çox
diqqət yetirməklə, mövcud çatışmamazlıqları aradan qaldırılmış
olsun. Geopolitologiya barədə digər təriflər də deyilir.
Robert Straveş Hop 1942-ci ildə geopolitologiyanı belə tərif
etmişdir: "Geopolitologiya - nəyə yiyələnməli olduğumuzu və nəyə
yiyələnməli olmadığımızı bizə bəyan edən əsaslı bir plan və
bələdçidir. O bizə qələbənin ən sadə yolu olan hərbi strategiyanın
nədən ibarət olduğunu bəyan edir".
Qraham Foller bu barədə deyir: "Geopolitologiya - qədim
fənnlərdən birinin bir qolunu təşkil edir və dövlətlərin rəftar və
davranışlarının təyinedici amili və özünün müasir forması olan
coğrafiyaya xüsusi diqqət yetirir".
Doktor İzzət İlahi İzzəti deyir: "Geopolitologiya, əslində coğrafi
amillərin siyasətin üzərinə qoyduğu təsir və nəticələrdən, başqa
Dostları ilə paylaş: |