190
parçalanmasını tələfatın artmasında, Sabiq Sovet İttifaqı və
Yuqoslaviyanın süqutunu isə, quruluşun bağlı olduğu və bu
dərəcənin artmasından irəli gəldiyini hesab edir.
Kohen 1991-ci ildə verilən tələfatlar əsasında dünya ölkələrini bir
neçə hissəyə bölmüşdür. Onlardan bəziləri Şimali Amerika kimi ən
az, Cənubi Amerika və Cənubi Afrika kimi ölkələr də özünün ən
yüksək səviyyəsinə çatmışdır. O, bu on amili əsas götürərək, inkişaf
və tənəzzülü onunla müqaisə edir:
1.
Әldə olunan pulun miqdarı;
2.
Kənd Təsərrüfatı məhsullarının istehsalı;
3.
İstehsal olunan mallar;
4.
İxracat;
5.
İnkişaf məqsədilə aparılan təhqiqatlar;
6.
Alimlərin sayı;
7.
Mühəndislər;
8.
Xarici bocların çoxalması;
9.
Elmi mübadilə;
10.
Edilən ixtiralar.
Bütün bunlar isə ya ən yüksək, ya yüksək, ya orta və ya aşağı
səviyyədə ola bilər.
DÜNYANİN GEOPOLİTİK QURULUŞU
Kohen dünyanın coğrafi və atmosfer (ərazi) baxımından
özünəməxsus geopolitik quruluşu barədə açıqlama verir. Bu quruluş
özünün ən yüksək dərəcəsində iqtisadi və ticari cərəyanlarda xüsusi
diqqət yetirilən iki böyük geopolitik əhatə dairəsinə bölünür. O, bu
əhatə dairələrindən birini dünya ticarətinin demək olar ki 70%-ni öz
ixtiyarında saxlayan dənizdən, digərini isə dünya ticarətinin 10%-ni
öz ixtiyarında saxlayan qitədən asılı olduğunu hesab edir. Kohen
belə bir əqidədə olmuşdur ki, geopolitik əhatə dairələrinin hər biri
bir neçə daxili və tarixi bağlılıqlar əsasında özünəməxsus
xüsusiyyətə malik olan geopolitik məntəqələrə yiyələnirlər. Quru
geopolitik əhatə dairəsi dedikdə, o, Avrasiyanın böyük bir hissəsini
və iki başqa geopolitik məntəqəni nəzərdə tutur:
191
1.
Sabiq Sovet İttifaqının ərazisi olan Harteld (dünyanın ürəyi) və
Sibir;
2.
Çin, Monqolustan və Şimali Koreyanın ərazilərinə daxil olan
Şərqi Asiya.
Dəniz geopolitik əhatə dairəsi isə altı məntəqədən ibarət olan bir
çox Qərbi Avropa, Amerika, Afrika, Şərqi Asiya ölkələrinə şamil
olur. Onlar aşağıdakılardan ibarətdir:
1.
Qərbi və mərkəzi Avropa;
2.
Şimal hövzəsi (neft hövzəsi);
3.
Cənubi Amerika;
4.
Mərkəzi Amerikada Karib hövzəsi;
5.
Avstraliya, Okeaniya və Asiyanın sahil əraziləri;
6.
Cənubi Afrika (yeni məntəqə).
Kohenin nöqteyi-nəzərindən, hər bir geopolitik məntəqə
daxilində yüksək geopolitik mövqeə malik olan və məntəqəyə
rəhbərlik edən regional qüvvələr fəaliyyət göstərir. Həmçinin, o belə
bir əqidədə idi ki, qeyd olunan əhatə dairəsində beş qüdrətli ölkə
yerləşmişdir və onlar Amerika, Rusiya, Çin, Yaponiya və Avropa
birliyindən ibarətdirlər.
Kohen qeyd olunan iki geopolitik əhatə dairəsindən xaricdə
özünəməxsus xüsusiyyətə malik olan üç başqa məntəqəni təklif
etmişdir və onlar aşağıdakılardan ibarətdir:
1.
Cənubi Asiya;
Müstəqil məntəqə olan bu ərazidə Hindistan qüdrətli ölkə hesab
olunur. Bu geopolitik məntəqə hal-hazırda dünya ticarətinin 8-10%-
ni öz ixtiyarında saxlayır.
2.
Şərqi Avropa;
Kohen bu məntəqədə yerləşən dövlətləri "Qapı” (darvaza)
ölkələri adlandırır. Quru və dəniz geopolitik əhatə dairəsində
yerləşən bu məntəqə, gələcəkdə əlaqələndirici funksiyaya malik
olacaqdır.
3.
Orta şərq məntəqəsi;
Kohen bu məntəqəyə "sındırıcı kəmər"
1
adı vermişdir. Onun
əqidəsinə görə, bu məntəqə yuxarıda adları çəkilən mühüm
geopolitik əhatə dairələrinin rəqabət mərkəzinə çevrilmişdir.
1
Sarter Belt
192
Kohen özünün əvvəlki nəzəriyyəsində Şərqi Asiyanın cənubunu
və Cənubi Afrikanı da "sındırıcı kəmər" adlandırmışdır. Lakin belə
bir əqidə də olmuşdur ki, Soyuq Müharibədən sonra bu iki məntəqə
dəniz geopolitik əhatə dairəsinə üz tutmuş öz sındırıcı xüsusiyyətini
itirmişlər. Bunun üçün də o hal-hazırda yalnız Orta şərqi "sındırıcı
kəmər" hesab edir. Kohen irəli sürdüyü nəzəriyyədə daxili və xarici
amilləri müəssir hesab edir.
Xarici amillər bir çox hallarda geostratejik əhatə dairəsində
fəaliyyət göstərən qüvvələri müşahidə edir və bu qüvvələr, ABŞ,
Rusiya və Avropa dövlətlərinə şamil olur. Tədriclə, Çin və Hindistan
da onlara əlavə olunacaqlar.
Daxili amillər ümumilikdə Orta şərqdə - İran, Türkiyə, İraq,
Suriya, İsrail və Misir kimi dövlətlərin daxili ziddiyyətlərini
müşahidə edir.
Kohen Orta şərqin meydana gəlib və sındırıcı xüsusiyyətə malik
olmasında fərdi və ya kütləvi fəaliyyətləri müssir hesab edir və onun
həll olunması üçün lazımi tövsiyələr verir
1
:
1.
Məntəqədə dövlətləri bir-birlərinə yaxınlaşdıracaq ticari birliyi
yaradıb, onların fəaliyyətini genişləndirmək;
2.
Orta şərqdə kütləvi qırğın silahlarının məhv olunması;
3.
Orta şərqdə yüngül silahların çoxalması;
4.
Məntəqədə bir ölkənin başqa ölkəyə təcavüz etməsinin qarşısını
almaq məqsədilə, Amerikanın onların işlərinə müdaxilə etməsi;
Kohen dünyanın bəzi məntəqələri barədə verdiyi proqnozları
belə açıqlayır:
1.
Orta şərq keçmişdə olduğu kimi sındırıcı kəmər olaraq
qalacaqdır;
2.
Müttəhid Avropa, bəlkə də, NATO-nun bir hissəsi olaraq
qalacaqdır;
3.
Rusiya əvvəlki bağlılıqlar əsasında müştərək mənafeli ölkələrdə
öz nüfuzunu artıracaq və Sovet İttifaqının başqa bir forması
yenidən qorunub-saxlanılacaqdır;
1
Belə nəzərə çarpır ki, bu tövsiyələr və çıxış yolları Amerika dövlətinin diqqət
mərkəzində olmuşdur. Çünki, Amerikanın məntəqədə Orta şərq barədə tətbiq
etdiyi siyasət məhz bu nəzəriyyə əsasında qurulmuşdur.
Dostları ilə paylaş: |