Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə55/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

 
166 
İraqla Suriyadakı su böhranını buna başqa bir misal çəkmək olar. 
Belə ki Fərat çayının mənbəsinə toxunulmaqla, bu ölkələrin Türkiyə 
ilə  olan  əlaqələrinin  pozulmasına  səbəb  ola  bilər.  Yaranmış  belə  bir 
şəraitdə  İraqla  Suriya  arasındakı  münasibətlər  yaxşılaşıb,  onların 
birləşmələri ilə nəticələnə bilər. 
Mümkün  qədər  çox  qüdrətin  əldə  olunmasından  ən  başlıca 
məqsəd, bir çox hallarda milli mənafe və milli təhlükəsizliyin təmin 
olunmasıdır.  Buna  görə  də  müasir  geopolitologiya  elmi  dövlət  və 
ölkələrin  qüdrət  və  iqtidara  can  atma  səbəblərini,  onun  sabit  və 
dəyişgən  amillərini,  dövlətlərin  beynəlmiləl  səhnədə  rəftar  və 
davranışlarına 
qoyduğu 
təsiri, 
habelə 
dövlətlərin 
dünya 
səviyyəsində  malik  olduqları  mövqeiyyət  barədə  təhlil  və 
araşdırmalar  aparır.  Geopolitologiya,  qarşıdurma,  birlik  və  ayrılıq, 
iqtidar  və  qüdrət,  nüfuz  dairəsi,  rəqabət,  qərara  gəlmək,  böhran, 
nəzarət,  nüfuz  və  hegemonluq,  sülh  və  həmkarlıq,  ətraf  mühit  və 
təbii  mənbələr,  ərazi,  milli  mənafe,  regional  əlaqələr,  təhlükəsizlik, 
milli  birlik,  milli  iqtidar,  strategiya  və  s.  məsələləri  özünün  diqqət 
mərkəzində saxlayaraq, onlar barədə dəqiq araşdırmalar aparır. 
(3-2-1) GEOPOLİTOLOGİYANİN TӘRİF VӘ MӘFHUMU 
XX  əsrin  əvvəllərində  geopolitik  məsələlər  o  qədər  geniş  inkişaf 
etməyə  başlamışdır  ki,  hətta  siyasi  coğrafiyanı  da  öz  təsiri  altına 
almışdır. 
Geopolitologiya 
məktəbi 
Almaniyada 
iki 
dünya 
müharibələri arasında böyük nüfuz və qüdrət əldə edərək, Almaniya 
dövlətinin  siyasətinin  formalaşması,  eləcə  də  dünya  müharibəsinə 
böyük təsir qoyur.  
İsveçli Rudolf Kelen (1861-1922) 1916-cı ildə ilk dəfə olaraq "canlı 
varlıq  olan  dövlət"-  nəzəriyyəsini  irəli  sürərək,  geopolitologiya 
kəlməsindən  istifadə  etmişdir.  Alman  coğrafiyaşünası  Ratzelin 
nəzəriyyələrindən  mütəəssir  olan  Kelen,  irəli  sürdüyü  nəzəriyyədə 
digər terminlərdən də istifadə edir.  
Geopolitologiya  bir  elm  kimi  XX  əsrin  əvvəllərində  meydana 
gəlmiş və irəli sürülən məşhur nəzəriyyələr sayəsində inkişaf edərək 
daha  da  genişlənmişdir.  İİ  Dünya  Müharbəsi  başa  çatdıqdan  sonra 
geopolitik mütaliələr zahirdə nəticəsiz qalır, lakin geopolitik mütaliə 
və  məfhumlar  iki  qüdrətli  ölkənin,  yəni  ABŞ  və  Sovet  İttifaqının 


 
167 
diqqət  mərkəzinə  çevrilir.  Belə  ki,  üç  ildən  sonra  geopolitologiya 
kəlməsi  Kesincer,  Berjinski,  Kevini  Qeri,  Kohen  və  digər  Amerikan 
siyasətçiləri  tərəfindən  geniş  şəkildə  istifadə  olunmağa  başlamış  və 
tez bir zamanda  dillərə düşmüşdür. 80-cı  ildən sonra isə  zindandan 
azadlığa  çıxmış  insan  kimi  azad  nəfəs  almağa  başlamış  və 
genişlənərək  siyasət,  universitet  və  mədəniyyə  ocaqlarında,  habelə 
kütləvi  informasiya  vasitələrində  öz  əksini  tapmağa  başlamışdır. 
Bütün  bunlarla  yanaşı  Paris,  London  və  digər  ölkələrdə  xüsusi 
gopolitologiji  müəssisələr  təsis  olunmuşdur.  Böyük  əhəmiyyətə 
malik  olduğu  üçün  universitet  və  elmi  ocaqlardan  əvvəl  siyasət  və 
diplomatik  mərkəzlərdə  görkəmli  geopolitologiya  mütəxəssisləri 
tərəfindən istifadə olunmuşdur. Bu proseslərin getdiyi dövrdə siyasi 
coğrafiyanın bu şaxəsinə xas olan ədəbiyyat tez bir zamanda inkişaf 
etməyə  başlamış  və  onun  daxilində  enerji,  su,  məlumat  və  nüvə 
geopolitologiyası və sair yeni ixtisaslar meydana gəlmişdir. Bir sözlə, 
geopolitologiya  bir  elm  kimi  son  illərdə  özünün  nəzəri  və  əməli 
formasında  diqqət  mərkəzinə  çevrilmişdir.  Bütün  bunlar  isə 
gopolitologiyanın  nəzəri  və  akademik  əhatə  dairəsinin  diqqət 
mərkəzində  olmadığı  bir  halda  baş  verir.  Lakin  indinin  özündə  də 
bir çox suallar bizim üçün qaranlıq olaraq qalmaqdadır. O cümlədən; 
geopolitologiya  elmdir  yoxsa  sənət?  Baxışdır,  yoxsa  məktəb? 
Müstəqildir,  yoxsa  asılı?  Bir  sözlə  əsas  mahiyyəti  nədən  ibarətdir? 
Lakin  məlum  olan  budur  ki,  bu  elm  yenidən  ayağa  qalxmış  və 
günbəgün dünyada özünə daha yüksək mövqe tapmaqdadır. Nəzəri 
baxımdan  da  siyasi  coğrafiyanın  bir  şaxəsini  təşkil  edir.  Hərçənd 
beynəlmiləl  əlaqələrdə,  iqtisadiyyat,  politologiya  və  sair  elmlərdə 
haqqında  söhbət  açılan  mövzularda  da  geopolitik  məsələlərə  işarə 
olunur.  
İndiyədək geopolitologiyanın tərif və mənası müxtəlif ibarətlərlə 
bəyan olunmuşdur. Onlardan ən mühümlərinə işarə edirik: 
1.
 
Geopolitologiya - qüdrətə yiyələnmək elmidir
2.
 
Geopolitologiya - rəqabət və nüfuz dairəsinin genişlənmə elmidir
3.
 
Geopolitologiya  -  coğrafi  amillərin,  dövlətlərin  siyasət  və 
beynəlmiləl əlaqələr elmidir; 
4.
 
Geopolitologiya - böhranlı məntəqələr elmidir; 
5.
 
Geopolitologiya - məntəqə və məntəqə xarici siyasi təhlil elmidir; 


 
168 
6.
 
Geopolitologiya  -  sərhəd  uğrunda  mübarizə  və  qarşıdurma 
elmidir; 
7.
 
Geopolitologiya - strateji məntəqələrə nəzarət elmidir
8.
 
Geopolitologiya - bir dövlətin başqa bir dövlətə siyasi hakimiyyət 
və hökmüranlıq elmidir; 
9.
 
Geopolitologiya  -  qüdrət  və  onun  bərabərlik,  hökmüranlıq  və 
hökmüranlığa  tabeçilik  nəticəsində  dəyişikliyə  məruz  qalma 
əsasında dövlətlərarası əlaqələr elmidir; 
10.
 
Geopolitologiyanın  iqtisadi  əlaqələr  və  ümumdünya  qüdrət 
qurluşu  və  dəyişilmə  mənasına  malik  olması  iqtisadi  gedişatdan 
irəli gəlir; 
11.
 
Geopolitologiya  -  həyat  əhəmiyyətli  təbii  mənbələrin  tələbat  və 
tələbatçıya çatdırmaq arasında olan həmahəngsizlik elmidir.  
Bu  mənadakı  yemək,  su,  enerji,  dəmir  və  sair  mənbələr  yer 
üzündə bəşəriyyətin ehtiyac və istəklərinə uyğun olaraq bölünməmiş 
buna  görə  də,  dövlətlərarası  ixtilaf  və  keşməkeşlər  meydana 
gəlmişdir. 
12.
 
Geopolitologiya  -  ümumdünya  qüdrət  qurluşunun  dəyişgənlik 
elmidir.  
Göründüyü kimi, geopolitologiya barədə müxtəlif və bir-birindən 
fərqli təriflər verilmişdir və bu da onun müxtəlif elmi xüsusiyyətlərə 
malik  olmasından  xəbər  verir.  Lakin  ümid  bəsləmək  olar  ki, 
universitet  və  digər  elmi  ocaqlarda  elmin  bu  sahəsinə  daha  çox 
diqqət  yetirməklə,  mövcud  çatışmamazlıqları  aradan  qaldırılmış 
olsun. Geopolitologiya barədə digər təriflər də deyilir. 
Robert  Straveş  Hop  1942-ci  ildə  geopolitologiyanı  belə  tərif 
etmişdir:  "Geopolitologiya  -  nəyə  yiyələnməli  olduğumuzu  və  nəyə 
yiyələnməli  olmadığımızı  bizə  bəyan  edən  əsaslı  bir  plan  və 
bələdçidir.  O  bizə  qələbənin  ən  sadə  yolu  olan  hərbi  strategiyanın 
nədən ibarət olduğunu bəyan edir". 
Qraham  Foller  bu  barədə  deyir:  "Geopolitologiya  -  qədim 
fənnlərdən  birinin  bir  qolunu  təşkil  edir  və  dövlətlərin  rəftar  və 
davranışlarının  təyinedici  amili  və  özünün  müasir  forması  olan 
coğrafiyaya xüsusi diqqət yetirir". 
Doktor  İzzət  İlahi  İzzəti  deyir:  "Geopolitologiya,  əslində  coğrafi 
amillərin  siyasətin  üzərinə  qoyduğu  təsir  və  nəticələrdən,  başqa 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə