Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə53/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

 
159 
7.
 
Mərkəz  dairəsinin  təyin  olunmasında  əhalinin  əlinin  asanlıqla 
oraya çatması və oranın əhali tərəfindən qəbul olunmasına diqqət 
yetirmək lazımdır. 
COĞRAFİ ӘSASLAR  
BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ MÖVCUD ZİDDİYYӘTLӘR 
Adətən  dövlətlər,  daxili  və  xarici  -  insani  və  ya  təbii  -  amillərə, 
qonşu və ya hegemon ölkələrdən fərqli baxışa malik olurlar. 
Belə bir şəraitdə, onlar arasında ixtilaf və qarşıdurmalar meydana 
gəlir. 
Dövlətlərarası 
münasibətlərə 
təsir 
göstərən 
amillər 
aşağıdakılardan ibarətdir: 
1.
 
Torpaq və ərazi
Kiçik  və  qüdrətli  ölkələr  daim  qonşu  dövlətlərin  ərazilərinə  göz 
dikir,  hətta  onların  ərazilərin  işğal  etməkdən  belə  çəkinmirlər. 
Fələstin  ərazilərinin  İsrail  dövləti  və  ya  digər  qüdrətli  ölkələrin 
müxtəlif əraziləri işğal etmələrini buna misal çəkmək olar. 
2.
 
Әlaqə yolları; 
Dənizə  çıxışı  olmayan  ölkələr,  xarici  aləmlə  əlaqə  yaratmağa 
ehtiyac duyurlar. Bəziləri də ticarət və döyüş gəmilərinin gediş-gəlişi 
üçün  öz  ixtiyarlarında  olmayan  boğazlara  ehtiyac  duyurlar.  Bunun 
üçün  də  bir  tərəfdən  keçid  və  boğazlara  ehtiyac  duyan  ölkələrin 
göstərdikləri  səylər,  digər  tərəfdən  də  həmin  boğazlara  yiyələnən 
ölkələrin  ixtiyarlarında  olan  imkanlardan  mümkün  qədər  çox 
bəhrələnmək  istəyi,  bir  çox  hallarda  dövlətlərarası  ixtilaf  və 
narazılıqlara  səbəb  olur.  Panama  ölkəsinə  hakim  olan  dövlətlərin 
aqibətini buna misal çəkmək olar. 
3.
 
Çayların mənbə və mənşəyi
Çayın  öz  axarını  dəyişməsi  nəticəsində  ölkələr  arasısərhəd 
ixtilafları meydana gəlir. Amerika ilə Meksika arasında yerləşən Reo-
Qrande və İranla İraq sərhədlərində cərəyanda olan Әrvənd çaylarını 
buna  misal  çəkmək  olar.  Әlbətdə,  bu  kimi  hallarda  iki  qonşu 
dövlətlər ixtilafların aradan qaldırılması üçün lazımi tədbirlər görür. 
Lakin  görülən  tədbirlər  heç  bir  nəticə  vermədikdə,  ixtilafların 
güclənəcəyini ehtimal vermək də olar. 


 
160 
4.
 
Bir  neçə  ölkənin  ərazisindən  keçən  və  onların  su  ehtiyaclarını 
qismən  də  olsa  təmin  edən  Fərat,  Dəclə,  Nil,  Qanq  və  Hirmend 
çayları kimi ərazilərindən çay keçən bu ölkələrin, hər biri özlərini 
suyun  həqiqi  sahibi  hesab  edir  və  onlardan  istədikləri  kimi 
istifadə  etdikləri  üçün  (suvarmada  həddindən  artıq  istifadə 
etmək,  su  bəndələri  tikmək  və  s.)  ixtilaf  və  qarşıdurmaların 
meydana gəlməsinə səbəb olur. 
5.
 
Müştərək dəniz sərhədləri;  
Müştərək  dəniz  sərhədlərindən  düzgün  istifadə  etmə  qanunları 
dəniz  hüququ  konvensiyasında  müəyyənləşdirilsə  də,  bəzən  dəniz 
altı  təbii  sərvətlər,  heyvanat  və  bitkilər  aləminə  yiyələnmə  və 
onlardan  istifadə  ölkələrarası  ixtilaflara  səbəb  olur.  Sakit  Okenda 
yerləşən  Sprateli  adalarına  görə  yaranmış  ixtilafları  buna  misal 
çəkmək olar. 
6.
 
İxtilaf doğuran göllərin alt sərhədlərinin təyin olunması; 
Uzun  müddət  hüquqi  statusu  və  dəniz  sərhədlərinin  təyin 
olunmasında  ixtilaf  və  bəzi  hallarda  qarşıdurmalara  səbəb  olan 
Xəzər dənizini buna misal çəkmək olar. 
7.
 
Sərhəd zonasında yerləşən təbii sərvətlər;  
Belə  ki,  qonşu  ölkələr  arasında  təbii  sərvətlərdən  istifadə 
olunmasına  dair  razılıq  əldə  olunmadıqda,  aralarında  ixtilaf  və 
qarşıdurmalar  belə  meydana  gələ  bilər.  Fars  körfəzinin  neft  və  qaz 
ehtiyatlarına görə yaranmış ixtilafları buna misal çəkmək olar.  
8.
 
Paytaxt  və  ya  ölkənin  böyük  şəhərlərindən  birinin  sərhəd 
zonasında yerləşməsi və oranın təhlükəsizliyinin qorunması;  
1939-cu  ildə  Sovet  İttifaqının  Leninqradın  təhlükəsizliyini  təmin 
etmək  bəhanəsilə  Finlandiyanı  işğal  etməsini  buna  misal  çəkmək 
olar. 
9.
 
Strateji mövqeiyyətə yiyələnmək;  
Belə  bir  mövqeiyyətə  malik  olmaq,  ölkənin  siyasi  qüdrətinə 
böyük təsir göstərir və ona digər dövlətlərin təzyiq göstərsinə imkanı 
vermir.  Pakistanla  Hindistanın  Keşmir  uğrunda  apardıqları  uzun 
illik mübarizəni buna misal çəkmək olar. 
10.
 
Ölkənin  külli  miqdarda  yanacaq  və  mineral  ehtiyaclarına 
yiyələnməsi;  Qonşu  və  ya  hegmon  ölkələr,  adətən  bu  kimi 
dövlətlərin  təbii  sərvətlərinə  göz  dikir  və  onları  öz  ixtiyarına 


 
161 
keçirməyə  can  atırlar.  ABŞ-ın  Fars  körfəzində  öz  qonşularını 
yerləşdirməsi  və  1990-cı  ildə  İraqın  Küveyti  işğal  etməsini  buna 
misal çəkmək olar. 
11.
 
Rütubət yaratmaq məqsədilə süni buludlardan istifadə
Lakin  belə  bir  addım  kifayət  qədər  illik  rütubətdən  bəhrələnən 
ölkələrin etirazına səbəb olur. İrana çatmaq üçün müxtəlif ölkələrdən 
ötüb  keçən  Aralıq  dənizinin  üzərində  cərəyandan  olan  buludları 
buna misal çəkmək olar. 
12.
 
Yaylaq  və  qışlaq  köçərilərindən  asılı  olan  köçəri  insanların 
sürdükləri  belə  bir  həyat  tərzi,  dövlətlərarası  ixtilaf  və 
qarşıdurmalara səbəb olur;  
Çünki  bəzi  hallarda  köçəri  tayfaların  yeni  otlaqlar  tapmaq 
məqsədilə  digər  ölkələrin  ərazilərinə  nüfuz  etməsi,  həmin  ölkələrin 
etirazına səbəb olur. İranın qərb köçəri tayfalarının İraq ərazilərindən 
istifadə etmələrini buna misal ola bilər. 
13.
 
Milli azlıqların ayrılıq tələbləri; 
Hər  hansı  bir  ölkənin  ərazisində  məskunlaşmış  dini  və  milli 
azlıqlar  kifayət  qədər  geopolitik  imkanlara  malik  olduqda  və  eyni 
zamanda,  xarici  amillər  onlara  köməklik  etdikdə,  ana  ölkəyə  qarşı 
çıxaraq,  onunla  arxasında  duran  ölkələr  arasındakı  əlaqələrə  böyük 
təsir  göstərir.  Acarların  Gürcüstandan  və  Kürdlərin  İraq  və 
Türkiyədə  irəli  sürdükləri  azadlıq  tələblərini  buna  misal  çəkmək 
olar. 
14.
 
Ana  ölkənin  ərazisisində  məskunlaşmış  azlıqlar  Azərbaycanın 
dağlıq 
Qarabağ 
vilayətində 
məskunlaşmış 
ermənilərin, 
Ermənistan 
erməniləri 
tərəfindən 
dəstəklənərək, 
ayrılıq 
tələblərini  irəli  sürmələri  və  bunun  nəticəsində  Azərbaycanla 
Ermənistan  arasında  ciddi  qarşıdurmaların  meydana  gəldiyini 
buna misal çəkmək olar. 
15.
 
Sərhədlərin iki tərəfində məskunlaşmış pərakəndə azlıqlar; 
İran,  Türkiyə,  İraq  və  Suriya  ərazilərində  pərakəndə  olaraq 
məskunlaşmış  və  vahid  amal  "Azad  Kürdüstan"  uğrunda  mübarizə 
aparan  və  məntəqədə  meydana  gəlməsinə  səbəb  olan  kürd 
hərəkatlarını buna misal çəkmək olar. 
16.
 
Bir ölkədən başqa bir ölkəyə gəlmiş və orada yayılmış azlıqlar;  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə