Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə50/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

 
150 
edir. Soyuq müharibələrdən sonra Şimali və Cənubi Yəmən, şərqi və 
qərbi Almaniyanın birləşməsini də buna misal çəkmək olar. 
Millətlərin  başqa  bir  bölgüsü,  stabil  və  qeyri-stabil  dəstələrə 
bölünmüş  azlıqlar  əsasında  aparırlır.  Stabil  dəstələrə  aid  olan 
azlıqlar,  istər  ictimai  baxımdan  olsun,  istərsə  də  coğrafi,  ərazi 
baxımından  nisbi  bərabərliyə  malik  olurlar  və  belə  olduqda,  ölkə 
federal dövlətçilik üsulunu qəbul edir. 
Pakistan,  Sabiq  Sovet  İttifaqı  və  Yuqoslaviyanı  buna  misal 
çəkmək olar. İctimai baxımdan siyasi qüdrət milli səviyyədə - dövlət, 
parlament və sair orqanlar arasında bölünür. 
Qeyri-stabil millətlər də cəmiyyəti əksəriyyətlə birgə, bir və ya bir 
neçə  azlıqlar  təşkil  edir.  Belə  bir  ictimai  qurluşu  İranda,  əhalinin 
əksəriyyətini təşkil edən fars və türklərlə birgə kürd, ərəb, lor, bəluç, 
türkmən  kimi  azlıqları  müşahidə  etmək  olar.  Bu  kimi  millətlərdə 
siyasi  qüdrət,  əksəriyyətin  ixtiyarında  olur  və  əksəriyyət  iqtisadi, 
mədəni,  hərbi  və  siyasi  iqtidardan  istifadə  edərək,  daxili  ixtilaf  və 
parçalanmaya düçar  olmasın  deyə, bərabərlik  və  azlıqlar  arasındakı 
həmrəyliyi  qoruyub-saxlamağa  çalışır.  İctimai  azlıqlar  və  ya  az 
cəmiyyətli  kiçik  coğrafi  ərazilər,  adətən  mövcudluğunu  qoruyub-
saxlamaq  üçün  mərkəzi  hakimiyyətlə  öz  səmimi  münasibətlərini 
qoruyub saxlamağa və onunla müxalifət etməməyə çalışırlar. 
İstər  sadə  olsun,  istəsədə  mürəkkəb  bütün  millətlər  toplum  və 
özəyə  malik  olurlar.  Unitar  millətlərdə  bir,  İran,  Hindistan,  Rusiya, 
Çin  və  İngiltərə  kimi  ölkələrdə  isə  bir-birlərindən  aralı  bir  neçə 
pərakəndə  özək  məntəqə  mövcuddur.  Özək  məntəqə  isə  hər  hansı 
bir  millətin  ərazisində  o  məntəqələrə  deyilir  ki,  müştərək  dəyərlər, 
millət  və  ya  milli  azlıqların  xüsusiyyətləri  orada  digər 
məntəqələrdən daha çox nəzərə çarpmış olsun. 
Məsələn  fransız  millətinin  özək  məntəqəsi  Parisin,  rus  millətinin 
özək məntəqəsi isə Moskva şəhərinin ətraf məntəqələri hesab olunur. 
SİYASİ MӘRKӘZ DAİRӘSİ 
Paytaxt,  dövlətin  siyasi  qüdrət,  rəhbərlər,  dövlət  adamları, 
nazirlik  və  səfirliklərinin  yerləşdikləri  siyasi  mərkəz  dairəsindən 
ibarətdir.  Paytaxtlar  tarix  boyu  iqtidara  malik  olduqları,  milli 
təşkilatlar,  iqtisadi  fəaliyyətlər,  pul  dövriyyəsi  və  bank  sistemini 


 
151 
özündə 
cəmləşdirdikləri 
üçün 
adətən 
ölkənin 
ən 
böyük 
şəhərlərindən  biri,  milli  mədəniyyət  mərkəzi  və  ən  mühüm  tarixi 
ocaqlardan  biri  olmuşdur.  Paris,  London,  Bağdad,  Pekin,  Berlin  və 
sair paytaxt şəhərlərinə işarə etmək olar. 
 
1.
 
Paytaxt şəhərlər 
Uzun  müddət  ərzində  paytaxta  xas  olan  və  paytaxtın  üzərinə 
düşən vəzifələri icra edən London, Paris, Berlin və Rom kimi böyük 
şəhərləri qədim paytaxt şəhərləri sırasına daxil edə bilərik. 
2.
 
Yeni paytaxtlar 
Onlar  ya  qədim  paytaxları  əvəz  etmiş  və  ya  federal  dövlətçilik 
üsuluna çevrilmişlər. 
Ankara, İslamabad, Braziliya, Kamberra və Ottava kimi şəhərləri 
buna misal çəkmək olar. 
PAYTAXTLARİN TӘSİS OLUNMASİNA TӘSİR GÖSTӘRӘN 
ӘN MÜHÜM AMİLLӘR 
1.
 
Tarix və milli baxış; 
Paytaxt  uzun  illər  boyu  öz  mövqeyyətini  qoruyub  saxladığı  və 
siyasi  baxımdan  ölkə  üçün  böyük  əhəmiyyət  kəsb  etdiyi  üçün  əhali 
belə  bir  mərkəz  dairəsinə  yiyənlənməyi  özünə  lazımlı  və  zəruri 
hesab  edir.  Dəməşq,  Rom,  Paris  və  Afina  kimi  qədim  paytaxt 
şəhərlərini buna misal çəkmək olar. 
2.
 
Hakim qruplaşma; 
Qeyri-stabil bir neçə milliyyətli ölkələrdə siyasi iqtidar və qüdrət, 
hakim qruplaşmanın ixtiyarında olduğu üçün daim siyasi qüdrəti öz 
əhatə  dairəsində  qoruyub  saxlamağa  çalışır.  Sabiq  Sovet  İttifaqının 
paytaxtı  olan  Moskva,  Tehran  və  Belqrad  kimi  şəhərləri  buna  misal 
çəkmək olar. 
3.
 
Xarici əlaqələr; 
İstismar olunmuş ölkələrdə, istismaçı və istismar olunmuş ölkələr 
arasındakı  əlaqələrin  və  həmin  ölkələrdən  aparılan  təbii  sərvətlərin 
daşınılmasının  asanlaşdırılması  üçün  paytaxt  şəhərləri  adətən  dəniz 
kənarında salınırdı. 


 
152 
Pakistanın  ilk  paytaxtı  Kəraçi,  Cənubi  Afrikanın  paytaxtı 
Keyptanu, Nigeriyanın paytaxtı Laos və Kvineya körfəzində yerləşən 
bir çox ölkə paytaxtlarını buna misal çəkmək olar. 
4.
 
Müdafiə-strateji mövqe; 
Bir  tərəfdən  nisbi  təhlükəsizliyi  təmin  etmək,  digər  tərəfdən  də 
ölkə  sərhədlərindən  xaricdə  yerləşən  bəzi  məntəqələrə  diqqət 
yetirmək  üçün  dövlətlər  paytaxtın  harada  təsis  olunmasına  xüsusi 
diqqət yetirirlər. 
Pakistanın  İslamabad  və  İranın  Tehran  və  digər  tarixi  paytaxt 
şəhərlərini buna misal çəkmək olar. 
5.
 
Siyasi razılaşma; 
Bəzi  paytaxtlar  siyasi  təşkilatların  və  məhəlli  dövlətlərin 
gəldikləri razılaşma əsasında təsis olunur. Avstraliyadakı Kamberra, 
Kanadadakı  Ottava  və  Amerika  Birləşmiş  Ştatlarında  təsis  olunan 
paytaxt şəhərlərini buna misal çəkmək olar. 
6.
 
Mərkəziyyət 
Ölkənin  müxtəlif 
məntəqələrində  məskunlaşmış 
əhalinin 
ehtiyaclarını  aradan  qaldırmaq  və  siyasi  nəzarətin  istənilən 
səviyyədə  aparılması  üçün  bəzən  paytaxtın  ölkənin  mərkəzi  və 
strateji əhəmiyyət kəsb  edən şəhərlərindən  birində təsis  olunmasına 
səy  göstərilmişdir.  Hələ  qədim  zamanlarda  Polşanın  Varşava, 
İspaniyanın  Madrid,  Banqladeşin  Dəkkə  paytaxt  şəhərləri  təbii 
olaraq  təsis  olunmuş,  müasir  dövrdə  isə  Türkiyənin  Ankara  və 
Qazaxıstanın  Astana  paytaxt  şəhərləri  məhz  bu  zərurət  üzündən 
seçilmişdir. 
Paytaxtlar  yuxarıda  qeyd  olunan  amillərin  bir  və  ya  bir 
neçəsindən  meydana  gəlsələr  də,  zaman  keçdikcə  qüdrətə 
yiyələndiyi  üçün  özünə  məxsus  xüsusiyyətə  malik  olmağa  başlayır 
və  hər  şeydən  başlıcası  ölkənin  ictimai  təşkilatları  arasında  mərkəz 
dairəsinə  çevrilir.  Beləliklə,  özü-öz  iqtidarını  qoruyub  saxlayır  və 
milli  mənbələri  özünə  doğru  cəlb  edərək,  tez  bir  zamanda  əhatə 
dairəsini  genişləndirməyə  nail  olur.  Belə  bir  halı  bir  çox  hallarda 
üçüncü  dünya  ölkələrində  və  qədim  müstəmləkələrdə  müşahidə 
etmək olar.  
Avropa  və  dünyanın  digər  inkişaf  etmiş  ölkələrində  idarəetmə, 
nəzarət,  milli  sərvətin  ölkə  ərazisində  yayılması,  digər  şəhərlərə 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə