Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə58/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

 
175 
ərazilər  müxtəlif  xüsusiyyətlərə  malik  olurlar.  Məsələn  yararsız, 
qeyri-münbit  və  ya  kifayət  qədər  əhalisi  olamayan  ərazilər,  ölkənin 
düşmən  qarşısında  təhlükəsizliyini  təmin  etmək,  abadlaşdırma 
işlərini  aparmaq  və  bu  kimi  işlərin  həyata  keçirilməsində  bir  çox 
ciddi  çətinliklər  yarada  bilər.  Әkinçilik  üçün  tam  yararlı,  münbit, 
iqtisadi  fəaliyyətlər  üçün  münasib  və  neft,  qaz,  dəmir  kimi  təbii 
sərvətlərə  malik  olan  ərazilər  isə  əksinə  olaraq,  hər  bir  dövlət  üçün 
sərvət və gəlir mənbəyi ola bilər. 
Bütün  bunlarla  yanaşı,  hər  bir  dövlətin  kifayət  qədər  su  ehtiyatı 
(xüsusilə də şirin su), gözəl abu-həva və strateji mövqeə malik olması 
və  ya  keçid  məntəqələrdə  yerləşməsi  onun  qüdrət  və  iqtidarına 
müsbət təsir göstərə bilər. 
3.
 
Әrazi bərabərliyi və bərabərsizliyi; 
Hər  hansı  bir  ölkənin  ərazisi  həm  bərabər  və  oxşar,  həm  də 
dağlıq,  bataqlıq,  səhra  və  meşəlik  kimi  müxtəlif  və  bir-birlərindən 
fərqli xüsusiyyətə malik ola bilər. 
Belə  bir  xüsusiyyətə  və  eyni  zamanda  əkinçilik,  iqtisadiyyat  və 
digər  yararlı  əraziyə  malik  olmayan  ölkələrdə,  milli  birlik  və 
dövlətidarəetmə,  abadlaşdırma  üsulları  və  ölkədaxili  əlaqələr 
zəifləyərək dövlət büdcəsinə böyük zərər verir və bu da dövlətlərin 
böyük  çətinliklərlə  qarşılaşmalarına  səbəb  olurlar.  Yol  qəzaları, 
yanacağın 
həddindən 
artıq 
istifadə 
olunması, 
yolların 
təhlükəsizliyinin  təmin  olunması,  yolların  bərbad  vəziyyətdə 
olmasını,  təbii  hadisələr  zamanı  yolların  bağlanması  və  dövlətə 
dəyən digər ziyanları buna misal çəkmək olar. 
İranın  şimal,  cənub,  şərq  və  qərb  məntəqələrində  müşahidə 
olunan  ərazi  bərabərsizliyini  buna  misal  çəkmək  olar.  Ölkənin  bir 
çox dağlıq əraziləri seysmik zonada yerləşmiş və eyni zamanda, ölkə 
ərazisinin  böyük  bir  hissəsini  səhra  və  yarımsəhra,  quru  və  qeyri-
münbit ərazilər tutmuşdur. Belə bir ərazi bərabərsizliyi dövlət üçün 
yol  tikintisi,  əhalinin  məskunlaşdırılması,  onların  əkinçilik 
fəaliyyətinin  yaxşılaşdırılması,  habelə  abadlaşdırılma  işlərinin 
aparılmasında  ciddi  çətinliklər  yaradaraq,  dövlət  büdcəsinə  ağır 
zərbə vurur. Bütün bunlarla yanaşı, hər il dövlət və ayrı-ayrı şəxslərə 
külli miqdarda mali [maddi] və cani [fiziki, mənəvi] zərərlər dəyir. 


 
176 
Bu səbəbdən İranda abadlaşdırma işləri üçün sərf olunan büdcə, 
bərabər coğrafi əraziyə malik olan digər ölkələrlə müqaisədə olduqca 
çoxdur.  Bu  kimi  çətinliklərlə  qarşılaşmayan  Polşa,  Almaniya  və  Çin 
kimi  ölkələr  isə  büdcəyə  qənaət  edərək,  bu  kimi  işlərin  həyata 
keçirilməsi  üçün  dövlət  büdcəsindən  ayrılan  maddi  vəsaiti,  milli 
inkşafın genişlənməsinə sərf edirlər. 
4.
 
Ölkə quruluşu; 
Hər  bir  dövlətin  xarici  (coğrafi)  quruluşu  onun  qüdrət  və  ya 
zəifləməsinə böyük təsir göstərir və biz bu nəticəyə, bir qədər əvvəl 
siyasi coğraiyada söhbət açdığımız üçün bir daha yenidən qayıtmaq 
istəməyirik.  Yalnız  bununla  kifayətlənirik  ki,  ölkə  ərazisinin  dairəvi 
və  sıx  (kvadrat  və  s.)  quruluşa  malik  olması  ölkəyə  nəzarət  və 
idarəetmənin  təhlükəsizliyinin  təmin  olunması,  milli  birlik  və 
düşmən  qarşısında  müdafiəyə  hazırlığı  qat-qat  asanlaşdırır  və 
dövlətlərin milli qüdrətinə müsbət təsir göstərir. 
Uzun və pərakəndə əraziyə yiyələnmək isə milli birliyin qorunub 
saxlanılması,  ölkəyə nəzarət və idarə olunması, müdafiə və bu kimi 
sair məsələlərdə ciddi çətinlik yaradır və bu da dövlətin zəifləməsinə 
gətirib çıxarır. 
5.
 
Ölkə sərhədləri
Sərhədlər,  yerləşdiyi  mövqe,  xüsusiyyət  baxımından  ölkənin 
müdafiə  və  milli  idarəetmənin  təhlükəsizliyinin  təmin  olunmasında 
müxtəlif funksiyalara malik olur. Ölkənin qonşu dövlətin ərazisində 
yerləşən  çökək  sərhədləri  daim  həmin  dövlətlərin  diqqətini  özünə 
cəlb edir və beləliklə, ilk hərbi hədəfə çevrilir.  
İİ  Dünya  Müharibəsində  Polşa  sərhədlərinin  Alman  dövləti 
tərəfindən, İranın çökəklikdə yerləşən (Mehran, Şirin qəsri və s.) qərb 
sərhədlərinin  İraq  dövlətini  diqqətini  cəlb  edərək  işğal  olunmasını, 
buna misal çəkmək olar.  
Bir  sözlə,  bu  kimi  sərhədlər  qonşu  düşmən  dövlətlər  üçün  işğal 
etməyə  əlverişli  imkan  yaratdığı  üçün  dövlətlər  həmin  məntəqələrə 
daha  çox  diqqət  yetirib,  orada  öz  qoşunlarını  yerləşdirməlidirlər. 
Sərhədlərin  düzlük  [düzən]  ərazidə  yerləşməsi  isə,  adətən,  hər  iki 
tərəfin bərabər qüdrətə yiyələnməsinə səbəb olur.  
Sərhədlər  yerləşdiyi  məkan  və  mövqe  baxımından  da  böyük 
əhəmiyyət  kəsb  edir.  Çayların  axarı  olan  çökəkliklər  və  ya  dağların 


 
177 
zirvəsindən  keçən  sərhəd  zonaları  hər  iki  tərəfin  bərabər  qüdrətə 
yiyələnmələrinə  səbəb  olur.  İranla  Türkiyə  arasındakı  sərhəd 
zonalarını  buna  misal  çəkmək  olar.  Lakin  sərhədlərin  dağ 
yüksəkliklərindən  və  çay  kənarlarından  keçməsi  bir  ölkə  üçün 
olduqca  əlverişli,  başqa  bir  ölkə  üçün  isə  təhlükə  və  müdafiə 
baxımından  bir  çox  çətinliklər  yaradır.  Məsələn,  Cövlan 
təpəliklərindən  keçən  Suriya  və  İsrail  sərhədləri  daim  Suriyanı 
böyük  təhlükə  ilə  qarşı-qarşıya  qoyur  və  bu  səbəbdən,  Dəməşq 
qonşu  İsrail  dövlətindən  hər  zaman  təhlükə  gözləyir.  Məhz  buna 
görə  də,  Çolan  təpəliklərinə  görə  iki  ölkə  arasında  aparılan  sülh 
danşıqları  indinin  özünədək  nəticəsiz  qalmış  və  tərəflərarası 
münaqişələr öz həllini tapmamışdır.  
Sərhədlərin  nəzarət  olunması  çətin  olan  meşə,  səhra  və  bu  kimi 
məntəqələrdən, 
habelə 
müxtəlif 
qəbilələrin 
məskunlaşdığı 
sahələrdən ötüb keçməsi də, daim dövlətlər üçün bir çox çətinliklərə 
səbəb  olmuşdur.  Dövlət  büdcəsinə  ağır  zərbə  vuran  təhlükəsizlik, 
qaçaq, casusluq və bu kimi amilləri buna misal çəkmək olar.  
2-DӘYİŞKӘN GEOPOLİTİK AMİLLӘR 
1.
 
Cəmiyyət; 
Cəmiyyət  kəmiyyət  və  keyfiyyət  baxımından  ölkənin  siyasət  və 
milli  qüdrətinə  müxtəlif  təsirlər  qoyur  və  cəmiyyət  ən  başlıca 
ehtiyaclarını  aradan  qaldırmaq  üçün  kifayət  qədər  enerji  və  təbii 
sərvətə  malik  olduqda,  qüdrət  mənşəyidə  ola  bilər;  Çünki  bir 
tərəfdən istehsal amili olan canlı qüvvəni təmin edir, digər tərəfdən 
də istehsal olunmuş malların istehlak olunması üçün münasib şərait 
yaradır  və  bütün  bunlar,  milli  iqtisadiyyatın  inkişaf  etməsinə 
yaxından köməklik edir. 
Bütün  bunlarla  yanaşı,  əhalinin  çoxluğu  ölkənin  müdafiə  və 
təhlükəsizliyinin  təmin  olunmasın,  müharibə  zamanı  sərhədlərin 
keşiyində  durulması,  habelə  əhalinin  səfərbər  olunması,  hərbi 
sənayenin  inkişafı  və  hərbi  ləvazimatların  modernləşdirilməsində 
aparıcı  rol  oynaya  bilər.  Әhalinin  çoxluğu  hər  zaman  hərbi 
əməliyyatlarda  həlledici  rol  oynadığı  kimi  çox  güman  ki,  gələcəkdə 
öz  əhəmiyyətini  qoruyub  saxlayacaq  və  öz  əhəmiyyətini  qoruya 
bilməsində  ən  başlıca  amillərdən  biri  hesab  olunacaqdır.  Lakin 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə