Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə59/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

 
178 
əhalisi  çox  olan  və  milli  sərvətləri  mövcud  ehtiyacları  aradan 
qaldırmadığı ölkələrdə yoxsulluq baş alıb gedir və olduqca məhdud 
olan  milli  sərmayə  əhalinin  zəruri 
ehtiyaclarının  aradan 
qaldırılmasına sərf olunur. Bütün bunlar milli sərmayənin hər hansı 
bir  sahəyə  qoyulmasına  mane  olur.  Nəticədə,  ölkə  öz  milli  istehsal 
qüdrətindən  məhrum  olur.  Bu  kimi  ölkələrdə  əhalinin  çoxluğu 
nəinki qüdrət və iqtidar mənşəyinə səbəb olmur, bəlkə əksinə olaraq, 
milli  qüdrətin  zəifləməsinə  gətirib  çıxarır.  Bəzi  Afrika,  Latın 
Amerikası  və  Hindistan  kimi  ölkələri  buna  misal  çəkmək  olar. 
Әlbətdə,  bəzi  ölkələr  əhalinin  ehtiyaclarını  aradan  qaldırmaq 
imkanına  malikdirlər,  lakin  beynəlmiləl  iqtisadi  əlaqələr  və  bu 
ölkələrə  hakim  olan  hakimiyyət  və  idarəetmə  üsulu,  orada  süni 
yoxsulluğun meydana gəlməsinə səbəb olur. 
Cəmiyyət keyfiyyət baxımından da müxtəlif təsirə malik olurlar. 
Hər  hansı  bir  ölkənin  əhalisi  əgər  yüksək  təhsil  səviyyəsi  və 
standarta  [dünya  standartlarına]  uyğun  ictimai  rifaha  yiyələnərsə, 
sözsüz  ki,  milli  qüdrətə  yiyələnmək  imkanına  da  malik  olacaqdır. 
Yaponiya, İngiltərə və Almaniyada baş verənləri buna misal çəkmək 
olar.  
Әksinə  olaraq,  əhali  yüksək  təhsil  səviyyəsi  və  ictimai  rifaha 
yiyələnmədikdə,  milli  qüdrət  günü-gündən  zəifləyib,  tənəzzülə 
uğrayır. Banqladeş, Hindistan, Somali, Әfqanıstan və Şri-Lanka kimi 
ölkələrin mövcud şəraitini buna misal çəkmək olar.  
Cəmiyyət  mədəni  və  milli  tərkib  baxımından  da  böyük 
əhəmiyyət  kəsb  edir.  Həmahəng  cəmiyyət,  millətin  həmrəyliyi  və 
milli  birliyin  meydana  gəlməsinə  səbəb  olur.  Bir  haldakı  müxtəlif 
milliyyət və ünsürlərdən ibarət olan pərakəndə olan cəmiyyət, dövlət 
daxilində  milli  və  ərazi  parçalanmaya  gətirib  çıxarır.  Sabiq  Sovet 
İttifaqı və Yuqoslaviyanı buna misal çəkmək olar.  
Cəmiyyət,  hökumətlə  həmfikir  və  onun  irəli  sürdüyü  şüarlarla 
həmrəy olma baxımından da böyük əhəmiyyət kəsb edir. Hökumətə 
etimad  edən  və  ona  sadiq  qalan  bir  millət,  sözsüz  ki,  qüdrətli  bir 
hökuməti  təsis  etməyə  nail  olur.  Çünki  hər  bir  hökumət  ona  sadiq 
olan ölkə vətəndaşlarına arxalanır. Amerika və İraqın İranla apardığı 
müharibə illərində İran əhalisinin dövlətə qarşı göstərdikləri sədaqət 
və fədakarlıqları buna misal çəkmək olar. 


 
179 
Cəmiyyət üzvləri dövlətə arxa olmadıqda, ölkə daxilində 
dövlətin zəifləməsi ilə nəticələnən ixtilaf və keşməkeşlər meydana 
gəlir. 
2.
 
Təbii sərvətlər
Təbii  sərvətlər  sabit  amillərdən  hesab  olunurlar.  Lakin  qoyduğu 
müxtəlif təsir və istifadə olunduğu yerlər baxımından, habelə daimi 
istifadə  olunduğu  üçün  baş  verən  dəyişiyliklərə  görə,  dəyişgən 
amillər sırasına da daxil olurlar. 
Eyni  qayda  olaraq,  əgər  ölkələr  sabit  inkişaf  üsuluna  yol  tapıb 
təbii sərvətlərdən istifadəni cəmiyyətin ehtiyacları ilə həmahəng edə 
bilərlərsə,  başqa  sözlə  desək,  bir  tərəfdən  təbii  sərvətlərdən  daimi 
istifadə, digər tərəfdən isə coğrafi mühitin ekoloji bərabərsizliyi sabit 
bərabərliyə  səbəb  olur.  Bəlkə  də,  təbii  sərvətlərin  bütün  və  ya  bir 
hissəsini  bu  baxımdan  sabit  geopolitik  amillərdən  biri  hesab  etmək 
olar. 
Təbii  sərvətlər  müxtəlif  növlərə  bölünürlər  və  onlardan  hər  biri 
dövlətlərin  siyasət,  rəftar  və  davranışlarına  özünə  məxsus  təsirlər 
qoyur. 
Təbii  sərvətlər  bunlardan  ibarətdir:  həyat,  enerji,  sənət  və  hərbi 
sahələrdə istifadə olunan mineral mənbələr. 
Həyat mənbələrinə elə bir təbii sərvətlər daxildir ki, bəşəriyyətin 
ən başlıca ehtiyaclarını aradan qaldıraraq, təbii həyatı birbaşa onlarla 
əlaqəli  olmuş  olsun  və  bu  təbii  sərvətlərə  su,  torpaq,  yaralı  əkin 
sahələri,  hava,  bitki  örtüyü,  fəza  və  heyvanat  aləmi  daxildir.  Bu 
amillər bir-birləri  ilə əlaqəli olaraq, ekosistemi təşkil edir və insanın 
orada yaşaya bilməsi üçün coğrafi mühitdə bir növ ekoloji bərabərlik 
yaradır.  
Sabit  inkişafın  qarşısına  qoyduğu  ən  başlıca  hədəflərdən  biri  də 
ekoloji stabillik və iqtisadi, ictimai, mədəni, siyasi inkişaf gedişatında 
sabitliyi  bərqərar  və  yaratmaqdan  ibarətdir.  İnsan  təbii  sərvətlərin 
hər birindən düzgün istifadə etmədikdə, ekoloji stabillik pozulur və 
ətraf mühitə ağır zərbə dəymiş olur. 
İkinci  dəstə,  insanların  həyatında  geniş  istifadə  olunan  enerji 
mənbəyidir.  Neft,  qaz,  daş  kömür,  taxta,  günəş,  hidroelektrik,  atom 
enerjisi  və  s.  enerji  mənbələrinin  bəziləri  isə  əvəz  olunmazdır.  Bu 
günlər  enerji  mənbələri  hərbi,  yükdaşıma,  istehsal,  əkinçilik  və  hər 


 
180 
bir  ailənin  ictimai  həyatına  geniş  şəkildə  nüfuz  etmişdir.  Belə  ki, 
əhalinin  onlardan  müəyyən  müddət  məhrum  olması,  onları  ciddi 
çətinliklərlə qarşı-qarşıya qoyur. 
Üçüncü  dəstəyə  aid  olan  təbii  sərvətlər,  sənətdə  istifadə  olunan 
və insanların ən zəruri ehtiyaclarını aradan qaldıran dəmir və bir çox 
mineral  maddələrdən  ibarətdir.  Әlbətdə,  sənaye  özünün  xammala 
olan ehtiyacını ödəmək məqsədilə yalnız yeraltı qazıntılardan deyil, 
həyat  üçün  zəruri  olan  məhsullardan  belə  istifadə  edir.  Məsələn, 
əkinçilik, heyvandarlıq kimi fəaliyyətləri meydana gətirir və bununla 
yanaşı, insanların geyim və qida məhsullarını təmin edir. 
Dördüncü  dəstəyə  isə,  ölkənin  müdafiə  və  hərbi  sənayesində 
istifadə olunan mis, dəmir, uran və bu kimi məhsullar daxildir. 
Bütün  bu  təbii  sərvətlərin  dünyada  qeyri-bərabər  şəkildə 
yerləşməsi,  ölkələrarası  siyasi  rəqabət,  istismar  və  müharibələrin 
aparılmasına  səbəb  olmuşdur  və  bu  da  təbii  olaraq,  onların  xarici 
siyasət və əlaqələrinə öz təsirini qoymuşdur. 
Dövlətlər yuxarıda qeyd olunan təbii sərvətləri əldə etmək üçün 
öz və digər ölkələrin ərazilərində onları axtarır və istixrac olunması 
üçün milyonlarla pul sərf edirlər. 
Məhz  bunun  üçün  ölkələrarası  yaradılan  əlaqələr  qarşılıqlı 
ehtiyacların aradan qaldırılması əsasında qurulur. 
3.
 
Dövlət və hökumət orqanı; 
Siyasi  coğrafiyada  bu  haqda  söhbət  açarkən  qeyd  etdik  ki,  hər 
hansı  bir  ərazinin  sakinləri  öz  siyasi  formalaşma  və  qəbul  etdikləri 
qərarları  hökumətə  həvalə  edirlər.  Hökumət  və  siyasi  orqan,  ölkəni 
ərazisində  məskunlaşmış  əhalinin  işlərini  idarə  etəmək  üçün 
müxtəlif dövlət təşkilatları təsis edirlər. 
Geopolitologiyada  əhəmiyyət  kəsb  edən  isə,  bu  təşkilatın  hansı 
malik  olduğu  qurluş  və  göstərdiyi  fəaliyyətlərdən  ibarətdir.  Bu 
mənada  ki,  kifayət  qədər  güc  və  həmahəngliyə  malik  olduqda, 
əhalinin  ehtiyaclarını  aradan  qaldırmağa  nail  olmaqla  yanaşı, 
ölkənin  idarə  və  beynəlmiləl  səviyyəyə  çatdırılmasında  da  müəssər 
addımlar  atmağa  qadir  olacaqdır.  Yox,  əgər  dövlət  birlik  və 
həmahənglikdən  məhrum  olarsa,  hərcmərclik  onun  üzərinə  hakim 
olaraq bürokratiyanın genişlənməsi, milli qüdrətin zəifləməsi, dövlət 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə