Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə62/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   58   59   60   61   62   63   64   65   66

 
187 
3.
 
Yaponiya, Avstraliya, İngiltərə və sair ölkələrin ətrafında yerləşən 
adalar  və  Cənubi  Afrikanın  (səhranın  cənubunu)  əhatə  edən 
xarici haşiyə. 
Mekinder  məqsədyönlü  şəkildə  Hertald  nəzəriyyəsini  irəli  sürür 
və  onu  hegemonluq  və  qüdrətliyin  açarı  hesab  edirdi.  Onun 
nəzərində hertald Şərqi Avropadan keçən yolun açarı idi. Buna görə 
dəə  o  özünün  məşhur  nəzəriyyəsini  beləcə  irəli  sürür:  "Kim 
Avropanın  şərqini  ələ  keçirərsə,  yerin  ürəyinə  hakim  olacaqdır. 
Hertalda hakim olan şəxs isə, ümumdünya adaya hakim olacaqdır”. 
Ümumdünya  adaya  hakim  olan  şəxs  isə  bütün  dünyaya  hakim 
olmuş olur. Mekinderin irəli sürdüyü nəzəriyyə Avropanın, xüsusilə 
də Almaniyanın strateji tərzi-təfəkkürünə böyük təsir qoyur və onun 
atmosfer  dairəsini  müəyyən  dəyişiyliklərlə  sonralar  irəli  sürülmüş 
nəzəriyyələr də qoruyub-saxlaya bilir. 
İ Dünya Müharibəsindən  əldə olunan  təcrübələr, Mekinderi  irəli 
sürdüyü  nəzəriyyədə  müəyyən  dəyişiyliklər  aparmağa  vadar  edir. 
Beləliklə,  o  Şimali  Amerikada  başqa  bir  Hertaldın  da  mövcud 
olduğunu  hesab  etməyə  başlayır.  O,  belə  bir  qənaətə  gəlir  ki,  iki 
Hertaldın bir-biri ilə birləşməsi böyük bir qüdrətin meydana gəlməsi 
və Almaniyanın yaratdığı təhlükənin dəf olmasına səbəb olacaqdır.  
4-REYMLANDEN NӘZӘRİYYӘSİ (1942) 
Bu nəzəriyyə ilk dəfə olaraq amerikan Spaykmen tərəfindən irəli 
sürülür. O, quruya daha çox üstünlük verən və Hertaldı hegemonluq 
açarı hesab edən Mekinderin əksinə olaraq, haşiyəvi mühasirəyə (və 
ya  daxili  aypara)  daha  çox  üstünlük  verməyə  başlayır.  O  belə  bir 
əqidədə idi ki, Reymlanda nəzarət edən hər bir dövlət, ümumdünya 
hegemonluğu  əldə  etmiş  və  ya  qüdrəti  öz  milli  mənafeinə  doğru 
istiqamətləndirilmiş  olur.  Spaykmen  haşiyəvi  ərazilərin  və  ya 
Reymlanden  üçün  həm  dəniz,  həm  də  quruluq  xüsusiyyətinə  malik 
olan  iki  mahiyyətdən  ibarət  olduğunu  hesab  edir.  O,  belə  ki  bəzən 
dəniz, bəzən də quru quvvələrə üz tutur. 
O,  Amerika  dövlətinə  Avrasiyanın  haşiyəvi  məntəqələrini  ələ 
keçirməyi  tövsiyə  edir.  Buna  görə  də  bəziləri  belə  bir  əqidədədirlər 
ki,  Amerkanın  həyata  keçirdiyi  nüfuzun  qarışısını  alma  siyasəti, 
məhz  "Reymland"  nəzəriyyəsi  olmuşdur.  Çünki  Amerika  dövləti 


 
188 
Sovet İttifaqının nüfuz və haşiyəvi genişlənməsindən çox narahat idi. 
Bu  səbəbdən  bəzi  ölkələri  özünə  cəlb  etməyə  başlayır.  Amerika 
dövlətinin  İran,  Türkiyə,  Yunanıstan  kimi  ölkələrə  Sovet  İttifaqının 
və  komunistlərin  toruna  düşməmələri  məqsədilə  etdiyi  maddi 
yardımları  buna  misal  çəkmək  olar.  Çünki  bu  ölkələr  strateji 
baxımdan  olduqca  mühüm  mövqeə  malik  olmuş  və  nazik 
"Reymland"  divarını  təşkil  edirdilər.  Bunun  üçün  də  son  iki  əsrdə 
şimal  və  cənubdakı  iki  quru  qüdrət  arasında  bir  növ  fasilə  rolunu 
oynamış  və  daim  qüdrətli  ölkələrin  nüfuz  və  rəqabət  mərkəzinə 
çevrilmişdir.  
5-HAVA QÜDRӘTİ NӘZӘRİYYӘSİ (1950) 
Hava  qüdrət  nəzəriyyəsi  ilk  dəfə  olaraq  əsliyyəti  (və  ya 
milliyyətcə)  rus  olan  amerikan  zabiti  Severiski  tərəfindən  irəli 
sürülmüşdür. Severiski irəli sürülmüş iki əvvəlki nəzəriyyədən fərqli 
olaraq,  hava  qüdrətinə  daha  çox  üstünlük  vermişdir.  O,  bu  barədə 
bir  neçə  kitab  təlif  etmiş  və  dünyanı  Azimutal  sistemi  əsasında 
təsəvvür  etməyə  başlamışdır.  Bu  sistem  əsasən,  şimal  qütbündəki 
Amerika  ilə  Sovet  İttifaqı  arasındakı  strateji  fasilə  bir-birlərinə  daha 
yaxınlaşır. O, belə bir əqidədə idi ki, şimal qütbünə nəzarət edə bilən 
hər  bir  ölkə,  qüdrəti  öz  mənafeinə  doğru  istiqamətləndirə  bilər. 
Məhz  bu  səbəbdən  şimal  qütbü  strateji  əhəmiyyət  kəsb  etməyə 
başlayır.  Beləliklə,  hərbi  fəaliyyətlər,  məntəqəyə  nəzarət  və  hərbi 
hissələrin  təsis  olunması  geniş  vüsət  halı  tapmağa  başlayır.  Suriski 
bu sistemin əsasında dünyanı müxtəlif hissələrə bölərək, onları ayrı-
ayrılıqda  təhlil  etməyə  başlayır  və  istər  quru  qüdrətlərin  olsun, 
istərsə  də,  dəniz  onların  hər  biri  üçün  müəyyən  nüfuz  və  əhatə 
dairəsi  nəzərdə  tutur.  Lakin  bu  iki  əhatə  dairəsi  bir  məntəqədə  bir-
birlərinin  ərazisinə  daxil  olmuş  və  bunun  üçün  də  buraya  "qərar 
qəbul olunma məntəqəsi" adını vermişdir. 
 
 
 
 
6-KOHENİN SİSTEM NӘZӘRİYYӘSİ 


 
189 
Müasir 
Amerikan 
coğrafiyaşünası 
Saul 
Kohen 
özünün 
hərəkətəgətirici  və  fəal  xüsusiyyətə  malik  olan  ümumdünya 
gepolitik  nəzəriyyəsini  iki  yönümdə,  yəni  atmosfer  quruluşu  və 
qüdrətin  bölünməsi  ilə  irəli  sürür.  Sabit  baxışa  malik  olan  və 
dövlətlərarası  əlaqələri  mövqe,  ərazi  genişliyi,  quruluş  və  bu  kimi 
sabit coğrafi amillər əsasında araşdıran klassik geopolistlərdən fərqli 
olaraq,  Kohen  dünyanın  geopolitik  sistemini  ölkələrin  dünyadakı 
qüdrət  və  mövqei  əsasında  təhlil  və  araşdırmağa  başlamışdır. 
Keçmiş  dövrlərdə  döyüş  və  müharibə  xüsusiyyətinə  malik  olan 
Sovet  İttifaqı  ilə  ABŞ-ı  dünyanı  nüvə  rəqabətləri  ilə  qeyri-fəal  və 
hərəkətsiz  bir  vəziyyətə  gətirib  çıxaran  gepolitik  quruluşun  əksinə 
olaraq,  o,  belə  bir  əqidədə  idi  ki,  ümumdünya  quruluşu  təcrübə, 
ictimai  əlaqələr  və  texnologiya  kimi  sahələrdə  qarşılıqlı  ehtiyaclar 
əsasında  daxili  həmrəylik  və  sülhsevərlik  xüsusiyyətinə  malik  ola 
bilər.  Kohenin  təklif  etdiyi  quruluşda,  fəaliyyətlə  yanaşı  baş  verən 
dəyişilikdən  sonra  quruluşun  ifa  etdiyi  rol,  qüdrətində  bir  növ 
bərabərlik və stabillik də meydana gəlir. Dövlət və ölkə kimi quruluş 
üzvlərinin ifa etdiyi rol və malik olduğu qüdrətə təsir qoyan amillər 
isə aşağıdakılardan ibarətdir: 
1.
 
Daxili amil və dəyişikliklər
Buraya  siyasi,  iqtisadi,  ictimai,  mədəni  və  texnoloji  quruluş 
daxildir. 
2.
 
Xarici amillər; 
Ölkə və  dövlətlərin qarşılıqlı  inkişaf və  fəaliyyəti, habelə  onların 
birgə  həmrəyliyinə  köməklik  göstərən  xarici  ticarət,  siyasi  əlaqələr, 
hərbi hissələr, mühacirət və sair məsələlər daxildir. 
3.
 
Xaricdə fəaliyyət göstərən daxili qüvvələr 
Kohen  ölkə  və  dövlətlərin  ticari  məsələlər  və  sistematik 
əlaqələrinə xüsusi diqqət yetirir. Eyni zamanda ticarət və ya iqtisadi, 
ticari  və  ictimai  əlaqələr  arasında  müstəqil  əlaqənin  mövcud 
olduğunu hesab edir. Әslində, o özünün irəli sürdüyü bu nəzəriyyə 
ilə  ölkə  və  dövlətlərdəki  tənəzzülü  bəyan  etmək  istəyirdi.  Bu 
mənadakı,  dövlətlərarası  məsələlər  nə  qədər  çox  olarsa,  ölkədəki 
stabillik  də  bir  o  qədər  çox  artıb,  tənəzzülün  qarşısını  alacaqdır. 
Әksinə,  bu  məsələ  nə  qədər  çoxalarsa,  ölkədəki  tənəzzül  və  qeyri-
stabillik  də  bir  o  qədər  artacaqdır.  O,  daxili  quruluşların 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə