Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə65/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   58   59   60   61   62   63   64   65   66

 
196 
verən  qarşıdurmalar  İslam  mədəniyyəti  ilə  qərb  mədəniyyəti 
arasında başlayacaq  və  Konfusiyus  mədəniyyəti  ilə  birləşərək,  Qərb 
mədəniyyətinə qarşı müxalif mövqe tutmağa başlayacaqdır.  
Gələcəkdə  dünyada  baş  verən  cərəyanlara  işarə  etməklə  yanaşı, 
Qərb mədəniyyətinin süqutunun qarşısını almaq məqsədilə, bir neçə 
təklif  irəli  sürmüşdür  və  bu  təkliflərə  qısa  və  uzunmüddətli 
razılaşmalar əsasında baxılır. Qısa müddətli təkliflər aşağıdakılardan 
ibarətdir:  
1.
 
Qərb  mədəniyyəti,  xüsusilədə  Şimali  Amerika  və  Avropa 
mədəniyyətləri arasındakı birlik və həmkarlıq;  
2.
 
Qərb  cəmiyyətləri  ilə  Şərqi  Avropa  və  Latın  Amerika  ilə  əldə 
olunan birlik; 
3.
 
Qərbin Rusiya və Yaponiya ilə etdiyi həmkarlıq; 
4.
 
Qərbin  daxili  və  xarici  mədəniyyəti  ilə  onunla  yeni  səviyyədə 
olan  mədəniyyətlər  arasında  baş  verən  ixtilafların  qarşısını 
almaq; 
5.
 
İslam  mədəniyyəti  ilə  Konfusiyus  mədəniyyətləri  arasında 
genişlənməkdə olan həmkarlığın qarşısını almaq; 
6.
 
Amerika 
ordusunun, 
Asiyanın 
şərq 
və 
cənub-şərqində 
yerləşdirilməsinə verilən razılıqların artması; 
7.
 
İslam mədəniyyəti ilə Konfusiyus mədəniyyəti arasında yaranmış 
ixtilaflardan bəhrələnmək; 
8.
 
Qərb  və  Amerika  silahlı  qüvvələrinin  azalmasındakı  bərabərlik 
(azalmasının qarşısını almaq); 
9.
 
Qərb  dəyərləri  ilə  həmfikir  və  ona  arxa  olan  digər  mədəni 
qruplaşmaların himayəsi; 
10.
 
Beynəlmiləl  müəssisələrin  gücləndirilməsi  və  qərbə  xas  olan 
dəyərlərin, habelə qərbə olan təmayülün yayılması. 
Uzun müddət üçün irəli sürdüyü təkliflər isə bunlardan ibarətdir: 
1.
 
Qərbin  modern  mədəniyyətlərinin  həyata  keçirilməsi  və  onların 
arasında uyğunluq yaratmaq; 
2.
 
Qərbin iqtisadi və hərbi qüdrətinin qorunub gücləndirilməsi; 
3.
 
Qərbin  digər  din  və  mədəniyyətlərin  fərziyyə  və  fəlsəfəsini 
dərindən dərk etməsi; 
4.
 
Qərb  və  digər  mədəniyyətlər  arasında  olan  müştərək  ünsürlərin 
tanınıb gücləndirilməsi  


 
197 
Hantiqdon  irəli  sürdüyü  təkliflərin  sonunda  mədəniyyətlərarası 
ixtilafların  qarışısını  almaq  məqsədilə  deyir:  "Gələcəkdə  bir  yox,  bir 
neçə  mədəniyyət  mövcud  olacaqdır  və  onlardan  hər  biri  digəri  ilə 
necə yaşamalı olduğunu öyrənməli olacaqdır". 
Mədəniyyətlərin  qarşılıqlı  rəftar  və  davranışlarına  dair  irəli 
sürülmüş nəzəriyyəni diqqətdən keçirək: 
1.
 
Bu  nəzəriyyə  siyasətçilər  tərəfindən  bəzi  iradlar  tutulmuşdur. 
Lakin  dünyada  baş  verən  həqiqətləri  özündə  əks  etdirən  bir 
nümunə kimi öz mövqeini qoruyub saxlaya bilmişdir. 
2.
 
Bu nəzəriyyə Qərb mədəniyyətindən meydana gəlmişdir. Belə bir 
tərzi–təfəkürə  əsasən,  qərb  mədəniyyətinin  gələcəyi  nigarançılıq 
doğurmağa başlamış və Hantiqtonun irəli sürdüyü təkliflərin bir 
çoxu 
qərb 
mədəniyyətinin 
qorunub 
gücləndirilməsinə 
istiqamətləndirilmişdir.  
3.
 
Bu  nəzəriyyə  şəxsi  nəticələr  əsasında  formalaşmış  və  gətirilən 
dəlillərin kifayət qədər əsası yoxdur. 
4.
 
Nəzəriyyədə  verilən  proqnozların  baş  verməsi  heç  də  qəti 
deyildir.  Çünki  əlaqələr,  birlik  və  ayrılıq  gedişatları,  təfəkkür 
səviyyəsinin  artması  və  bu  kimi  dəyişiyliklər  nəzərdə  tutulan 
baxışı dəyişdirə bilər. 
5.
 
Nəzəriyyə  ilə  tanışlıq,  yer  üzərindəki  siyasi  vahidlər  arasındakı 
əlaqə və quruluşu özündə əks etdiyi üçün lazımi və zəruridir. 
(3-2-4) MİLLİ QÜDRӘT 
İnsanın nəzərdə tutduğu işi görmək üçün ixtiyarında olan istedad 
və  bacarığa  "qüdrət"  deyilir.  Başqa  sözlə  desək  qüdrət,  insanın  hər 
hansı  bir  işi  görmək  üçün  və  başqa  birisinə  müsbət  münasibət 
bəsləmək  məqsədilə,  ixtiyarında  olan  istedad  və  bacarığa  deyilir. 
Cəmiyyət  və  millət  kimi  yüksək  səviyyədə  nəzər  saldıqda  qüdrət, 
hər  hansı  bir  cəmiyyətin  milli  qüdrətinə  səbəb  olan  imkan  və 
bacarığına  deyilir.  Ölkənin  milli  qüdrəti,  milli  sərvətlərini  qorumaq 
və  nəzərdə  tutduğu  planları  həyata  keçirmək  üçün  ixtiyarında  olan 
imkanlara  deyilir.  Milli  qüdrət  istər-istəməz  genişlənməyə  və 
millətlər öz qüdrətlərini artırmağa can atırlar. 
Ölkələr  mümkün  qədər  çox  qüdrət  əldə  etmək  üçün  yeni  fürsət 
və imkanlar axtarırlar. 


 
198 
Milli qüdrətə xas olan xüsusiyyətlərdən biri də onun həmişə fəal 
olmasıdır.  Milli  qüdrət  vasitəçi  rolunu  oynamaqla  yanaşı,  ölkənin 
hədəf  və  amalı  kimi  də  özünü  təcəlli  edir.  Milli  qüdrət,  siyasi 
rəhbərlərinin əlində milli mənafeni qorumaq və onu genişləndirmək 
üçün ən gözəl vasitədir. 
Milli qüdrətin istifadə olunduğu iki əhatə dairəsi vardır: 
1.
 
Daxili əhatə dairəsi;  
Buraya 
qanunvericilik, 
hüquq 
və 
nizamnamələrin 
müəyyənləşdirilməsi,  qanunların  icrası,  ictimai  məsələlərin  həll 
olunması,  cəmiyyət  üzvləri  arasındakı  əlaqələrin  yaxşılaşdırılması, 
qanunvericilik,  məhkəmə  və  sair  qanuni  təhlükəsizlik  komitələri 
vasitəsilə daxili təhlükəsizliyin təmin olunması daxildir. 
2.
 
Xarici əhatə dairəsi; 
Qarşıya  qoyulan  hədəfə  çatmaq,  milli  mənafeni  qorumaq  və 
beynəlmiləl  səviyyədə  milli  təhlükəsizliyi  təhlükə  ilə  üzləşdirən 
amillərin dəf olunmasında istifadə olunur. 
Milli qüdrət iki halda istifadə olunur: 
1.
 
Nüfuz; 
2.
 
Güc və zorakılığın tətbiqi 
Nüfuz,  geopolitik  mahiyyətə  malik  olduğu  üçün  və  bu  günlər 
böyük dövlətlərin, kiçik və ya öz səviyyələrində olan dövlətlərə qarşı 
daim diqqət mərkəzində olur. Güc və zorakılıqdan isə nüfuz heç bir 
nəticə vermədikdə istifadə olunur. 
 
 
 
 
 
1-MİLLİ QÜDRӘTDӘN İSTİFADӘ OLUNAN 
MӘRӘHӘLӘLӘR 
Milli qüdrətdən aşağıdakı yerlərdə istifadə olunur. 
Sülh məramlı üsullar: 
1.
 
Qaneetmə; 
Müxtəlif  üsullardan,  xüsusilə  də  müzakirə  və  danışıqlardan 
istifadə etməklə, tərəf müqabilinə qənaətbəxş cavablar vermək. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə