Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə60/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

 
181 
büdcəsi  və  təbii  sərvətlərin  məhv  olub  aradan  getməsi  və  nəhayət, 
narazılıqların artmasına səbəb olacaqdır. 
4.
 
Təlim-tərbiyə; 
Daimi  inkişafda  olan  elm,  insanların  ən  başlıca  ehtiyaclarından 
birini  təşkil  edir.  Gündəlik  çoxalmaqda  olan  əhali  isə  həyatın 
reallıqları  ilə  ayaqlaşmalı,  əldə  olunan  yeniliklə  tanış  olmalı  və 
nəhayət, gələcək  həyatını təmin etmək üçün hər hansı bir elmi sahə 
və ya sənətə yiyələnməlidir. 
Təhsil  ocaqlarının  üzərinə  düşən  ən  başlıca  vəzifə,  cəmiyyətin, 
xüsusilə də yeni nəslin ictimai, əxlaqi xüsusiyyətləri və yiyələndikləri 
ixtisasları  daha  da  təkmilləşdirməkdən  ibarətdir.  Onlar  üzərlərinə 
düşən  bu  vəzifənin  öhdəsindən  gəlmədikdə,  cəmiyyət  üzvlərinin 
ictimai, iqtisadi, mədəni və məhkəmə sahələrindəki ehtiyacları təmin 
olunmayacaq,  inkişafdan  qalaraq,  geriliyə  düçar  olacaqdır.  Çünki 
inkişafa səbəb olan amillərdən düzgün təlim-tərbiyənin edilmədikdə
inkişafın  ehtiyacları  ödənməyəcəkdir.  İstər  müasir  olsun,  istərsə  də 
qədim  cəmiyyətin  təlim-tərbiyə  ocaqları  məktəb,  universitetdən 
əvvəlki  hazırlıq  müəssisələri,  universitet,  klassik  və  qəzet,  jurnal  və 
komunikasiya  vasitələri  olan  radio,  televiziya,  kompyüter,  internet 
kimi qeyri-klassik məlumat vasitələrini insanın ixtiyarına qoyur. 
Cəmiyyətin  təlim-tərbiyə  və  elm  ocaqları  fəal  olub,  hər  zaman 
cəmiyyət  üzvlərinin  məlumat  dairəsini  genişləndirdikdə,  ölkənin 
milli qüdrətinə də müsbət təsir qoymuş olur. 
5.
 
Ordu və müdafiə; 
Hər bir ölkənin milli inkişafı, ölkə ərazisi və milli təhlükəsizliyin 
təmin  olunmasından  asılıdır.  Ordu,  ümumi  təhlükəsizlik  və  ölkədə 
əmin-amanlığın  bərqərar  olunması  və  vətəndaşların  canı,  malı  və 
namusunun  qorunması  məqsədilə  yaradılır.  Bunun  üçün  də, 
ordunun  say  və  malik  olduğu  qüdrət,  milli  inkişafa  böyük  təsir 
göstərir.  Hər  hansı  bir  ölkənin  müasir  silah,  hərbi  qurğu  və 
avadanlıqlar, habelə güclü strategiya və təcrübəli sərkərdələrlə təmin 
olunması  qonşu  dövlətlərin  onun  ərazisinə  göz  dikmələrinə  mane 
ola bilər. Güclü ordu milli təhlükəsizliyin təmin olunması, dövlət və 
millətin  ölkə  ərazisində  sərbəst  fəaliyyət  göstərməsinə  ən  müəssir 
amil hesab olunur. 
İQTİSADİ POTENSİAL 


 
182 
İqtisadi  amillər  sənayedə  istifadə  olunan  məhsul,  əkinçilik,  mal 
və  pul,  idxalat  və  ixracat,  əhalinin  məşğuliyyəti,  qoyulan  sərmayə 
[kapital],  malikiyyət  və  s.  sahələrə  şamil  olur  və  bu  sahələrdə 
göstərilən  fəaliyyətlərə  ölkənin  özünəməxsus  iqtisadi  şəraiti  hakim 
ola bilər. 
Әgər  iqtisadi  amillər  fəal  quruluşa  malik  olub  müsbət  nəticə 
verərsə, milli qüdrətin artmasına səbəb olar; Çünki iqtisadi sərvət və 
imkanların  toplanmasına  səbəb  olmaqla  yanaşı,  hər  tərəfli  inkişafa 
möhkəm  arxa  yaradır.  Әgər  hər  hansı  bir  ölkə  iqtisadi  baxımdan 
inkişaf etməyib istər büdcə, istər dövlət, istərsə də xüsusi, ümumi və 
şirkət  sahələrində  milli  inkişaf  lahiyəsinin  icrasına  hazır  olmazsa, 
hökumət  əhalinin  zəruri  ehtiyaclarının  aradan  qaldırılmasına  belə 
qadir  olmayacaqdır.  Eyni  qayda  olaraq  iqtisadi,  ictimai,  mədəni, 
siyasi, hərbi və sair sahələrdə də böyük çətinliklərlə qarşılaşacaqdır. 
Çünki,  mali  [maddi]  imkansızlıq  nəzərdə  tutulan  bütün  planların 
qarşısını  alır.  İnkişaf  planlarının  qarşısının  alınması  isə,  ölkənin 
geriləməsi və zəifləməsi deməkdir. 
7.Ölkənin siyasi rəhbərliyi 
Ölkə  rəhbərləri  siyasi  demokratik  və  ya  qeyri-demokratik 
gedişatlar  nəticəsində  bu  vəzifələri  tutduqları  üçün  onlara  hakim 
olan hədəf və düşüncələr də heç də bir olmur. Ölkəyə rəhbərlik edən 
quruluşun  sifət  və  xüsusiyyətləri,  habelə  əzm  və  ruhiyyəsi  milli 
taleyə və onun qüdrətinə təsir qoya bilər. Qüdrət tələb, millətpərəst, 
tədbirli,  milli,  əhali  və  ya  biganə  dövlətlərin  dəstəklədikləri 
rəhbərlərin  hər  biri  milli  taleyə  özünəməxsus  təsir  göstərir.  Milli, 
insani, siyasi, təbii və sair imkan və bacarıqları üzə çıxarmağa qadir 
olan ictimai və humanitar elmlər mütəxəssisi olan dövlət rəhbərləri, 
ölkənin milli qüdrəti barədə kifayət qədər məlumatlara yiyələnərək, 
milli strategiyanın əsasını qoyurlar. Gələcəyə olan baxış, onlara milli 
sərvətlərin  [vasitəsilə]  ehtiyacların  aradan  qaldırılılması  və  müxtəlif 
sahələrdə  milli  inkişafa  nail  olmasına  köməklik  edir.  Digər 
dövlətlərlə  yaratdığı  əlaqələrdə  də  irəli  sürdüyü  məntiqi  siyasətlə 
milli  təhlükəsizliyi  ən  aşağı  səviyyəyə  çatdırmağa,  beynəlmiləl 
səhnədə  milli  mənafe  və  təhlükəsizliyi  təmin  etməyə,  daxildə  isə 
cəmiyyət  üzvlərinin,  habelə  ictimai-siyasi  qüvvələr  arasındakı 
əlaqələri nizama salaraq, milli birliyə nail olmağa kömək edir. Bütün 


 
183 
bunlarla  yanaşı,  ölkənin  milli  iqtidarını  beynəlmiləl  səhnədə 
genişləndirməyə, milli mənafe, siyasi ehtiyaclar, ictimai rifah və milli 
təhlükəsizliyin təmin olunmasına da müsbət təsir göstərir.  
(3-2-3) XX ӘSRİN GEOPOLİTİK NӘZӘRİYYӘLӘRİ 
XX  əsrdə  irəli  sürülən  geopolitik  nəzəriyyələr  ümumdünya 
qüdrət, 
hegemonluq 
və 
qüdrətli 
dövlətlərin 
apardıqları 
rəqabətlərdən xəbər verir və onlar üç hissəyə bölünür: 
1.
 
Atmosfer-ərazi baxışı. 
Klassik  baxış  kimi  tanınan  bu  nəzəriyyə  XİX  əsrin  axırlarında 
1970-ci ilədək geopolitik ideologiyada özünə yer etmişdir. 
İlk  klassik  nəzəriyyə  Ratsel,  sonuncusu  isə  Sevirski  tərəfindən 
irəli  sürülmüşdür.  Bu  nəzəriyyəyə,  qüdrət  ərazilərin,  xüsusilə  də 
strateji əhəmiyyətli məntəqələrin işğal və ələ keçirilməsini qüdrət və 
hegomonluğun  mənşəyi  hesab  edir  və  bu  yolla  mümkün  qədər  çox 
qüdrət  əldə  etməyə  münasib  şərait  yaradır.  Bu  nəzəriyyəyə  əsasən, 
ölkənin  nüfuz  və  iqtidarı  hər  hansı  bir  məntəqədə  çox  olarsa, 
dövlətin  qüdrəti  də  bir  o  qədər  olmuş  olar.  Buna  görə  də  bu 
nəzəriyyə  ümumdünya  hegemonluğa  nail  olmaq  üçün  əraziləri  ələ 
keçirib  və  orada  güclü  nüfuza  malik  olmağı  zəruri  hesab  edir.  Belə 
olduğu  bir  şəraitdə,  ərazilər  ələ  keçirib  orada  öz  hökmüranlığını 
bərqərar  etmək  üçün  ordudan  istifadə  onun  üçün  zəruri  bir  hala 
çevrilir.  Bəzi  ümumdünya  strategiya  çərçivəsində  irəli  sürülən  belə 
nəzəriyyələr "strateji nəzəriyyə" kimi qələmə verilir. 
2.
 
İqtisadi baxış;  
Bu  nəzəriyyə  müasir  amerikan  gepolisti  Saul  Kohen  tərəfindən 
irəli  sürülmüşdür.  O,  ərazi-atmosfer  baxışlarını  təsdiq  etməklə, 
qüdrətin  mənşəyini  ölkələrin  ümumdünya  təcrübə  və  əlaqələrində 
görür.  Onun  irəli  sürdüyü  nəzəriyyədə  yeni  geopolitik  terminlər 
müşahidə etmək olar.  
3.
 
Mədəni baxış 
Bu  nəzəriyyəyə  əsasən,  mədəni  xüsusiyyətlər  coğrafi  ərazilər 
arasında  yaradılan  əlaqələrə  təsir  göstərən  rəqabətlərin  mənşəyini 
təşkil  edir.  İlk  dəfə  olaraq  bu  nəzəriyyə  məşhur  amerikan  alimi 
Samuel Hantinqen tərəfindən irəli sürülmüşdür. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə