Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə57/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

 
172 
Aydındır  ki,  sabit  amillər  dəyişilməz,  qeyri-sabit  amillər  isə 
dəyişgən  xüsusiyyətə  yiyələnərək,  bir  çox  hallarda  insani  xislətə 
malik  olurlar.  Təbii  mənbələr  kimi  bəzi  amillər  də  şəraitdən  asılı 
olaraq bəzən sabit, bəzən də dəyişgən xüsusiyyətə malik olurlar. 
1-SABİT GEOPOLİTİK AMİLLӘR 
1.
 
Mövqeiyyət; 
Ölkə  və  dövlətlərin  quruluşu  haqqında  söhbət  açarkən,  coğrafi 
mövqeyyətə  işarə  etmişdik  və  onun  ifa  etdiyi  rol  da  diqqət 
mərkəzinə çevrildi. 
Milli  dövlətlər,  regional  və  ümumdünya  quruluşuna  malik  olan 
geopolitologiya,  coğrafi  mövqe  və  onun  ifa  etdiyi  siyasi  rolu  daim 
diqqət  mərkəzinə  çevirir.  Məntəqələrin  coğrafi  mövqeiyyəti  oradan 
mümkün  qədər  çox  bəhrələnib,  milli  mənafeni  təmin  etmək 
məqsədilə  qarşıya  çıxan  çətinlikləri  aradan  qaldırıldığı  üçün  daim 
dövlətlərin  diqqət  mərkəzində  olmuşlar.  Məntəqə  və  nahiyələrin 
malik olduğu strateji mövqe, təhlükəsizlik və ifa etdiyi siyasi roldan 
lazımi  qaydada  bəhrələnməyin  ən  başlıca  şərti,  coğrafi  mövqelərin 
həqiqi mahiyyəti, xüsusiyyət və ifa etdiyi rol barədə düzgün təhlil və 
araşdırmalara  yiyələnməkdir.  Məsələn  İran  İslam  Respublikası  əgər 
malik olduğu coğrafi mövqein (Fars körfəzi və Xəzər dənizi arasında 
yerləşdiyini,  onların  arasında  rabitə  rolunu  oynadığını,  habelə  Fars 
körfəzində Hormoz boğazı kimi olduqca əhəmiyyətli mövqeə malik 
olduğunu)  əhəmiyyətinə  diqqət  yetirərsə  təbii  ki,  xarici  ölkələrlə 
yaratdığı  əlaqələrin  nəzmə  salınmasında  əldə  etdiyi  fürsət  və  öz 
coğrafi bacarıq və potensialından daha yaxşı istifadə edə bilər. Buna 
nail  olduqda,  o,  xarici  səfərlərini  güclü  və  zəif,  böyük  və  kiçik 
ölkələrlə  yüksək  səviyyəli  diplomatik  əlaqələr  yaradıb  məntəqədə 
malik olduğu mövqesini daha da gücləndirə bilər. 
2.
 
Әrazi genişliyi; 
Bu  bir  həqiqətdir  ki,  hər  bir  ölkənin  beynəlmiləl  hüquq 
çərçivəsində  geniş  əraziyə  yiyələnməsi,  ona  ehtiyaclarını  aradan 
qaldırmağa  daha  çox  köməklik  edir.  Hərçənd,  bu  günlər  hər  hansı 
bir  ölkənin  geniş  əraziyə  malik  olmasına  bir  o  qədər  də  əhəmiyyət 
verilmir. Belə ki,  əhalinin sayının artması  hər bir vətəndaşın  payına 
düşən ərazinin azalması və bunun nəticəsində ölkə daxilində sıxlığın 


 
173 
yaranmasına  səbəb  olur.  Әhalinin  sayının  artması  nəticəsində 
vətəndaşların  payına  düşən  ərazinin  azalması,  hal-hazırda  əhalisi 
çox  olan  bir  çox  dövlətlər  üçün  ciddi  çətinliklər  yaratmışdır.  Әrazi, 
insanların  ehtiyaclarının  aradan  qaldırılmasında  çox  məqsədli  rol 
oynayır.  Dövlətlər  əhalini  yaşayış  və  əkin  sahələri  ilə  təmin  etmək, 
habelə  ölkəni  sənayeləşdirmək,  sosial  təminatı  yaxşılaşdırmaq,  yol 
salmaq,  işıq  çəkmək,  komunikasiya  vasitələrini  quraşdırmaq,  hərbi 
hissələr yaratmaq, əhalinin asudə vaxtının səmərəli keçməsinə şərait 
yaratmaq,  təbii  mədənlərdən  istifadə  və  bir  sözlə,  ictimaiyyətdəki 
müxtəlif  fəaliyyətlərin  inkişaf  olunması  üçün  geniş  əraziyə  ehtiyac 
duyur.  Әrazi  məhdudiyyəti  isə  ölkənin  iqtisadi,  hərbi,  ictimai, 
mədəni  və  digər  sahələrdəki  fəaliyyətlərinin  məhdudlaşmasına 
səbəb olur.  
Şəhər  ərazisinin  genişləndirilməsi  kimi  mühüm  məsələlərdə, 
dövlətlər  öz  üfüqi  hərəkətlərini,  şaquli  hərəkətlə  məhdudlaşdırmalı 
olurlar. 
Әrazi  azlığı  dövlətlərin  bu  məsələyə  daha  ciddi  yanaşmaları  və 
bu  sahədə  yeni  planlar  həyata  keçirib  özünəməxsus  siyasətlər  irəli 
sürmələrinə  səbəb  olmuşdur.  Çünki  ərazi  zaman  keçdikcə 
yenilməyən  milli  bir  sərvətdir  və  buna  görə  də  digər  milli 
sərvətlərdən istifadə olunduğu kimi, israfa yol vermədən ondan necə 
istifadə  olunmalı  olduğuna  son  dərəcə  diqqət  yetirmək  lazımdır. 
Müasir  dövrdə  keçmişdə  olduğu  kimi  insanlar  bir  o  qədər  də 
ərazilərə  malikiyyət  [mülkiyyət]  və  abadlaşdırma  ixtiyarına  malik 
deyillər.  Belə  ki,  dağlar,  səhra  və  meşələr  bütünlüklə  şəxsi 
malikiyyətə  çevrilmədən  dövlət  və  hökumətin  ixtiyarında  olub, 
ümumi  milli  sərvət  hesab  olunurlar.  Bu  kimi  ərazilər  müəyyən 
qanunlar  çərçivəsində  dövlət,  şəxsi  və  ya  kooperativ  təşkilatlara 
həvalə olunurlar. 
İran İslam Respublikasının konstitusiyasının 45-ci maddəsində bu 
mətləbə  işarə  olunaraq  deyilir:  "Sahibi  dünyasını  dəyişmiş  və  ya 
sahibi  olmayan  ərazilər,  dəniz,  gölməçə,  çay  və  digər  ümumi  sular, 
dağ, dərə, meşə və çöllüklər, sahibi olmayan otlaqlar, varisi olmayan 
irslər, sahibinin kim olduğu bilinməyən mallar və qəsbkarlardan geri 
alınan  ümumi  mallar  ümumi  mənafenin  yaxşılaşdırılması  üçün 


 
174 
İslam dövlətinin ixtiyarına qoyulur və dövlət onların hər biri barədə 
müəyyən qanunlar tərtib edir”. 
Әrazi  genişliyinin  əhəmiyyət  kəsb  etdiyi  məsələlərdən  biri  də, 
ölkədə  milli  təhlükəsizliyin  təmin  olunması  və  silahlı  qüvvələrin 
yerləşdirilməsidir.  Buradan  belə  bir  sual  meydana  gələ  bilər:  atom 
əsri  və  dövlətlərin  qitələrarası  raket  və  qırıcı  təyyarələrlə  təchiz 
olunduğu  bir  dövrdə  ərazi  genişliyi  nə  kimi  əhəmiyyət  kəsb  edə 
bilər? 
Bu bir həqiqətdir ki, müasir müharibələrdə hər hansı bir ölkənin 
geniş  əraziyə  yiyələnməsi  təhlükəsizliyinin  təmin  olunmasında  ən 
başlıca  rollardan  birini  oynayır.  İİ  Dünya  Müharibəsində  Sovet 
İttifaqı,  Almaniya  və  Çinin,  Yaponiyanın  işğalından  yaxa 
qurtarmasına  səbəb  olan  əsas  amillərdən  biri  də,  məhz  bu  ölkələrin 
geniş ərazilərə yiyələnmələri olmuşdur. 
Çünki düşmən ölkə ərazisinə daxil olduqdan sonra onlar mərkəzi 
rəhbərlik  idarələri,  strateji  təsisatları  və  sair  mühüm  obyektləri  ölkə 
daxilinə ötürmüş və düşmən əlinə keçməyə qoymamışlar. 
Fransa,  Polşa,  Belgiya  kimi  kiçik  ölkələr  isə,  bu  işin  öhdəsindən 
gələ  bilməyib  tez  bir  zamanda  alman  ordusu  tərəfindən  işğal 
olunmuşlar.  İran-İraq  müharibələrində  İranın  mərkəzi  və  şərqi 
məntəqələri bu ölkə üçün təhlükəsizlik rolunu oynayırdı.  
İsrail,  sehyonist  rejimi  kimi  ölkələr  ilə  geniş  əraziyə  malik 
olmadığı  üçün  təhlükə  ilə  qarışılaşdıqda,  öz  strateji  mövqeini 
gücləndirmək  və  milli  təhlükəsizliyini  qorumaq  üçün  qonşu 
dövlətlərə hücüm edir və onların ərazilərini zor gücünə ələ keçirir.  
Təhlükəsizlik  zonasına  malik  olmayan  bəzi  ölkələr  müharibə 
şəraiti ilə üzləşdikdə, qonşu dövlətlərin ərazilərindən istifadə etmək 
məqsədilə  onlarla  səmimi  munasibətlər  yaradır  və  bu  əlaqələri  gün 
bəgün  gücləndirməyə  çalışırlar.  Pakistanın,  Hindistanla  mübarizə 
aparmaq üçün İranın coğrafi ərazisinə duyduğu ehtiyacı buna misal 
çəkmək  olar.  Məhz  bu  ehtiyac  hissi  Pakistanın  yüksək  rütbəli 
hərbiçilərinin  İrana  qarşı  olan  baxışlarını  əvəz  etmiş  və  onların 
ehtiyatı  əldən  verməməklərinə  səbəb  olmuşdur.  Buna  görə  də, 
Pakistanın Hindistan dövləti ilə qarşı-qarşıya durduğu zaman İrana 
olan  geostrateji  ehtiyac,  bu  iki  dövlət  arasında  qarşılıqlı  əlaqələrin 
gücləndirməsində  ən  başlıca  rollardan  birini  oynayır.  Coğrafi 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə