Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə54/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

 
162 
Ölkənin  ətraf  məntəqələrində  məskunlaşmış  azlıqlar  əslində 
başqa  bir  ölkənin  millətinin  nümayəndələri  hesab  olunurlar.  Çünki, 
o millətlər bir çox oxşarlıqlara malikdirlər və ana dövlətlər istəsələr, 
bu  kimi  azlıqlardan  istifadə  edərək  qonşu  dövlətlərə  qarşı  təzyiq 
məqsədilə  istifadə  və  ya  onları  o  ölkədən  ayrılıb  onlara 
qoşulmalarına  sövq  edə  bilərlər.  Alman  dövlətinin  qurduğu  plan 
əsasında Polşanın Çuert vilayətində məskunlaşmış milliyyətcə alman 
olan  əhalinin  Polşadan  ayrılıb  Almaniyaya  birləşməsini  buna  misal 
çəkmək olar. 
Pakistan  puştunlarının  Pakistanın  Sind  əyalətinin  hindu 
qaçqınları ilə birgə qarşılaşdığı vəziyyəti başqa bir misal kimi göstərə 
bilərik. 
17.
 
Mədəni ziddiyyətlər 
Bəzən  qonşu  millətlər  dini  və  mədəni  xüsusiyyətlər  baxımından 
bir-birləri ilə tam müxalif olurlar və buna görə də bu ixtilaflar onların 
arasında müharibə və qarşıdurmalara səbəb olur. 1958-ci ildə İraqda 
baş  verən  dövlət  çevrilişindən  sonra  İranla  İraq,  Hindistan 
yarmadasında  müsəlmanlarla  hindular,  (və  bunun  nəticəsində 
Pakistanın meydana gəlməsini), ərəb və İsrail, erməni və türklər, serb 
və müsəlmanlar arasında tarix boyu gedən müharibələri buna misal 
çəkmək olar. 


 
163 
İSTİFADӘ OLUNAN MӘNBӘLӘR 
1.
 
Preskat, “Siyasi coğrafiyada yeni sahələr”, tərcümə edəni Doktor 
Dərrə Mir Heydər, Tehran universiteti – 1358 
2.
 
Hafiz  Niya,  Məhəmmədrza,  coğrafi  amillərin  insana  təsir 
qoyması  sahəsində  İbni  Xəldunun  irəli  sürdüyü  nəzəriyyələr, 
Müdərris jurnalı, 2-ci buraxılış, 1-ci nömrə, qış 1358-ci il 
3.
 
Sadiqpur,  Әbülfəzl,  bir  neçə  məqalə.  Dövlət  idarəetmə  hazırlıq 
mərkəzi, Tehran – 1369 
4.
 
Tahiri,  Әbülqasim,  Regional  dövlətlər  və  mərkəzləşdirilməmək, 
Qomes nəşriyyatı 3-cü çap, Tehran – 1375 
5.
 
Alim  Әbdürrəhman,  “Siyasət  elminin  əsasları”,  3-cü  çap,  Ney 
nəşriyyatı, Tehran - 1376  
6.
 
Qazi,  Әbülfəz,  “Siyasi  təşkilatların  hüquq  nizamnamələri”,  1-ci 
cild, Tehran – 1373 
7.
 
Kelyar,  Klud  Albert,  “Beynəlmiləl  əlaqələr  təşkilatı”,  tərcümə 
edəni Hidayət İlahi Fəlsəfi, No nəşriyyatı, Tehran – 1368 
8.
 
Muqtədir, Huşəng, “Ümumi beynəlmiləl hüquq”, 3-cü çap, Siyasi 
Beynəlmiləl mütaliə mərkəzi, Tehran – 1374 
9.
 
Mir  Heydər,  Dərrə,  Siyasi  coğrafiyanın  istifadə  olunduğu  yer  və 
qoyulan  məhdudiyyətlər.  “Siyasi-iqtisadi  mütaliələr”,  128-137-ci 
nömrə, 12-ci il, 1377 (fərvərdin-ordibehişt) 
10.
 
Mir Heydər, Dərrə, “Siyasi coğrafiyanın əsasları”, 3-cü çap, Simət 
mütaliə və təsis təşkilatı Tehran - 1373 (h.ş.) (1994) 
11.
 
Nəbəvi, 
Mustafa, 
“İranda 
idari 
mərkəzləşdirmə 
və 
mərkəzləşdirilmənin  həyata  keçirilməsi”,  Tehran  -  1356-cı  il 
(1978) 
12.
 
Haket, Piter, “Yeni coğrafi tərkib”, 2-ci cild, tərcümə edəni Doktor 
Şapur Qudərzinejad, Simət nəşriyyəsi, Tehran - 1375 (1996) 
13.
 
Henceni, “Beynəlmiləl hüquq”, dərslik, Şəhid Behişti universiteti, 
Tehran - 1369-7 (1992-93) 
14.
 
Adhikati,  Suderta,  “Siyasi  coğrafiya”,  Ravat  nəşriyyəsi,  Yeni 
Dehli – 1997 
15.
 
Dikşit,  R.D.  “Siyasi  coğrafiya”,  2-ci  çap,  Tata  Mak-Qravhil,  Yeni 
Dehli – 1995 
16.
 
Qlassnet, “Siyasi coğrafiya”, Çon Viley və Sons, Nyu-york – 1993 
17.
 
Conston, R.C. “Regional coğrafiya” London – 1990 


 
164 
18.
 
Muir Riçard, “Müasir siyasi coğrfiya”, Mak Milan Pres, London – 
1975 
19.
 
Pacion,  M.  “Progress  in  to  Political  Geograpy”,  Groom  Helm, 
U.S.A – 1985 
20.
 
Şort  R.C.  “Siyasi  coğrafiyanın  quruluşu”,  London,  Rutled 
nəşriyyəsi, 1921 və 1993-cü illər 
21.
 
Taylot, R.”Siyasi coğrafiya”, 3-cü çap, Nyu-york – 1993 
22.
 
Birləşmiş Millətlər 50, Birləşmiş Millət, Nyu-york – 1995 
23.
 
”Yeni coğrafi quruluş”, London - 1989 
 


 
165 
(3-2) GEOPOLİTOLOGİYA 
“[Ey möminlər!] Allahın və öz düşməninizi, onlardan başqa sizin 
bilmədiyiniz,  lakin  Allahın  bildiyi  düşmənləri  qorxutmaq  üçün 
kafirlərlə  qarşı  bacardığınız  qədər  qüvvə  [cihad  üçün  bəslənilən] 
döyüş atları tədarük edin”
1
.  
Firdovsi şerlərindən birində deyir: 
Təvana bovəd hər ke dana bovəd 
Ze daneş del pir borna bovəd 
(Şerin  məzmunu;  Elmli  olan  bacarıqlı  olar,  elmə  yiyələnməklə 
qoca cavan olar.) 
Başqa bir misrada deyir: 
Ze niru bovəd mərd ra rasti 
Ze sosti kəci ayəd və kasti. 
(Şerin  məzmunu;  İnsan  güc  və  qüdrətlə  haqqını  əldə  edə  bilər. 
Süstlüklə yalnız haqdan tənəzzülə uğramaq olar) 
Qeyd  olunan  ayə  və  misralardan  məqsəd  geopolitoloji 
mövzulardan əldə olunan məna və nəticələrdir. Belə ki, onlardan hər 
biri  qüdrətlə  əlaqəli  və  həmahəngliyə  malikdirlər.  Bu  mənada  ki, 
geopolitologiyada  sabit  və  qeyri-sabit  coğrafi  amillər  dövlətlərin 
potensial qüdrəti çərçivəsində olur. 
Әlbətdə,  geopolitik  amillərin  -  qüdrətin  artması,  zaman  və 
məkanın  dəyişilməsindən  asılı  olaraq  bir-birlərindən  fərqli  olur. 
Buna görə də qüdrət ölkələrin həmişəyaşar xüsusiyyətlərindən birini 
təşkil edir. 
Bununla  yanaşı  qeyd  olunan  müəssir  amillər,  dövlətlərin 
qarşılıqlı siyasi  davranışlarında da  bir-birlərindən fərqli  xüsusiyyətə 
malik  olurlar.  Məsələn,  qədim  zamanlarda  şimal  qütbü  beynəlmiləl 
əlaqələrdə  bir  o  qədərdə  əhəmiyyət  kəsb  etmirdi.  Lakin  qüdrətli 
ölkələr atom əsrinə qədəm qoyduqdan və qitələrarası nüvə raketləri 
meydana  gəlikdən  sonra  bu  coğrafi  məntəqə  olduqca  böyük 
əhəmiyyət  kəsb  etməyə  və  Amerika,  Sovet  İttifaqı,  Kanada  və  sair 
qüdrətli  ölkələrin  rəqabət  meydanına  çevrilməyə  başlamışdır.  Belə 
ki,  onlardan  hər  hansı  biri  şimal  qütbünə  nəzarət  edə  bilsəydi, 
məntəqədəki strateji mövqeiyyətini daha da gücləndirə bilərdi.  
                                                 
1
 Әnfal surəsi, ayə 60 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə