Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə51/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

 
153 
diqqətin  yetirilməsi,  qiymətlərin  aşağı  salınması  və  əhalinin  sayının 
nisbi 
artırılmasını 
həyata 
keçirməklə 
paytaxt 
şəhərlərinin 
genişlənmələrinin qarşısını alsalar da, yenə də bu şəhərlər öz aparıcı 
rolunu  qoruyub  saxlayır  və  ölkənin  bir  nömrəli  şəhərləri  hesab 
olunurlar. 
SӘRHӘD 
Sərhəd  iki  qonşu  ölkəni  və  ya  iki  siyasi  məntəqəni  bir-birindən 
ayıran coğrafi zolağa deyilir.  
Qədim  zamanlarda  qonşu  ölkələr  arasındakı  sərhədlər  dəqiq 
müəyyənləşdirilməmişdir.  Bu  səbəbdən  də  həmin  ərazilər  “sərhəd 
məntəqəsi”  adlandırılmışdır.  Lakin  bu  günlər  ölkələrarası  sərhədlər 
dəqiqliklə 
müəyyənləşdirilmiş 
və 
xüsusi 
şərti 
işarələrlə 
əlamətləndirilmişlər. 
Sərhədlərin  ifa  etdiyi  ən  başlıca  rol,  ölkə  və  məntəqələri  bir-
birindən  ayırmaq  olsa  da,  bu  günlər  ölkələrin  qarşılıqlı  ehtiyac  və 
əlaqələri  günbəgün  genişləndiyi  üçün  sərhədlər  onlara  xas  olan  bu 
xüsusiyyəti  əldən  verməli  olmuşlar.  Bəlkədə  yaxın  gələcəkdə 
dünyanın  bəzi  məntəqələrində  sərhədlər  öz  əhəmiyyətini  itirərək, 
tamamilə  aradan  götürələcəkdir.  Necə  ki  bu  günlər  Avropa,  EKO, 
Fars  körfəzinin  Həmkarlıq  Şurası  və  Şimali  Amerika  (Nefta) 
ölkələrində buna artıq nail olunmuş və ölkələrarası sərhədlər demək 
olar ki, aradan götürülmüşdür. 
 
 
 
 
SӘRHӘDLӘRİN İFA ETDİYİ ROL 
1.
 
Ayırıcı; 
Sərhədlə  iki  siyasi  quruluş  -  dövlət,  millət  və  mədəniyyət 
arasında ayrılıq salır. 
2.
 
Birlik və həmrəylik
Sərhədlər  ölkə  daxilində  yaşayan  millətləri  bir-birləri  ilə  həmrəy 
və həmfikir edir. 
3.
 
Fərqləndirmə; 


 
154 
Sərhədlər  iki  ölkənin  iqtisadi,  ictimai  və  siyasi  məsələlərdə 
arasında olan fərqi özündə əks etdirir. 
4.
 
Keşməkeş; 
Sərhədlər  rəqib  qonşu  dövlət  və  millətlərin  mübarizə  və 
qarşıdurma meydanıdır. İrqi, milli, dini, mədəni, ərazi, iqtisadi və bu 
kimi  digər  ixtilaflar  iki  qonşu  dövlət  arasında  düşmənçilik  və 
müharibənin yaranmasına belə səbəb ola bilər. 
5.
 
Әlaqələr 
Sərhədlər  müxtəlif  dövlət  və  millətlərin  qarşılıqlı  əlaqə  və 
münasibətlər  dairəsi  hesab  olunur.  Bu  münasibətlər  rəsmi  və  qeyri-
rəsmi  halda  müxtəlif  sahələrdə  bərqərar  olunur.  Rəsmi  əlaqələr 
gömrük,  qeyri-rəsmi  əlaqələr  isə  sərhəd  zonasının  müxtəlif 
nöqtələrində yaradılır. Ölkəyə daxil olan qaçaq mallar və müsafirlər 
qeyri-rəsmi əlaqələrə aiddirlər. 
SӘRHӘD NÖVLӘRİ 
Sərhədlər  üç  hissəyə,  yəni  quru,  dəniz  və  hava  sərhədlərinə 
bölünürlər  və  üçü  birlikdə  yer  üzərində  yerin  mərkəzindən  sərhəd 
nöqtələrinədək  müəyyən  məntəqələr  təşkil  edərək,  vertikal 
istiqamətdə hava sərhədlərinin son nöqtəsində başa çatır. 
Yer altı, yer üstü, su və hava əhatə dairəsini də, nəzərdə tutduğu 
qanunları tətbiq və icra etmək üçün milli dövlətin hakimiyyəti və ya 
ərazi dövlətinin ixtiyarına qoyur. 
TORPAQ SӘRHDLӘR 
Torpaq  sərhədləri  ya  dağ,  çay  və  bu  kimi  təbii  əlamətlər  və  ya 
coğrafi  enlik  və  uzunluqla  müəyyən  olunur.  Amerika  ilə  Kanada 
arasında  təyin  olunmuş  49  dərəcə  şimali  enlik  sərhəd  zolağını  buna 
misal çəkmək olar.  
Bunlardan əlavə sərhədlərin təyin olunmasında, insani amillər də 
mühüm rol oynayır. Yəni hər hansı bir ictimai qrupun məskunlaşdığı 
məntəqə, ölkənin sərhəd zolağı təyin olunur və bu sərhədlərə “tətbiq 
olunmuş sərhədlər” deyilir. Ermənistanla Türkiyə arasındakı sərhəd 
zolağını buna misal çəkmək olar.  
Bəzi  sərhəd  zonaları  da  icbari  olaraq,  yəni  ya  keçmiş  işğalçılıq 
siyasətini,  ya  ümumdünya  və  ya  regional  hegemon  ölkələrin  şəxsi 


 
155 
mənafeləri  əsasında  müəyyənləşdirilmişdir.  Buna  görə  də,  bəzən 
müəyyən  ərazilər  iki  və  ya  daha  artıq  hissəyə  bölünərək,  dövlətlər 
arasında ciddi qarşıdurmalara gətirib çıxarır. 
DӘNİZ SӘRHӘDLӘRİ 
Dəniz sərhədləri, 1982-ci ilin Hüquq Konvensiyasına əsasən təyin 
olunur  və  onlar  bir  neçə  ölçü  vahidinə  malik  olurlar.  Onlardan  ən 
çox istifadə olunanı - 12 dəniz milidir və sahil dövlətin əhatə dairəsi 
məhz  bu  ölçü  vahidi  ilə  müəyyənləşdirilir.  Ümumiyyətlə,  suda 
ərazinin  əhatə  dairəsi  12  milə  qədər  çəkilir.  Suda  sərhəd  zolağının 
təyin olunması üçün əvvəl sahil haşiyəsi olan "başlanğıc xətt" adlı bir 
xətti  çəkilir.  Әraziyə  aid  olan  məntəqənin  kordinatları  müəyyən 
olunduqdan  sonra  dəniz  sərhədləri  müəyyən  fasilələrlə  həmin 
xəttdən təyin olunur. 
Bu məsələlər isə aşağıdakılardan ibarətdir: 
1.
 
Dəniz əhatə dairəsi, 3-12 dəniz milinədək
2.
 
Nəzarət məntəqəsinin əhatə dairəsi, 12 dəniz mili
3.
 
İqtisadi məntəqənin əhatə dairəsi 176 dəniz mili. 
4.
 
Qitə plato əhatə dairəsi  -  fəza məhdudiyyəti olmadıqda, ya  2500 
metrlik dərinlik və ya 350 dəniz mili ölçüsündə xətt çəkilir. Lakin 
adətən fəza məhdudiyyətləri belə bir genişliyə mane olur; 
5.
 
Azad dənizin və ya insanların müştərək ərazilərinin əhatə dairəsi.  
Bu kimi ərazilərdən əldə olunan təbii sərvətlər bütün bəşəriyyətin 
payına düşür. 
HAVA SӘRHӘDLӘRİ 
Hər  bir  ölkənin  hava  sərhədləri  torpaq  sərhədlərinin  üzərində 
yerləşən  hava  qatlarından  başlayaraq,  son  fəza  qatlarınadək  davam 
edir.  Hava  sərhədlərinin  son  əhatə  dairəsi  -  atmosfer  qatı  məfhum 
baxımından  müəyyən,  ölçü  baxımından  isə  heç  də  belə  deyildir. 
Çünki  müxtəlif  hündürlüklərdə  hava  qatları  bir-birlərindən  fərqli 
olur. Buna görə də 150-120 milə yaxın hündürlükləri ölkələrin  hava 
əhatə dairəsi nəzərdə tutulmuşdur.  
1947-ci  il  icrası  zəruri  olan  1919-cu  ilin  Paris  və  1944-cu  ilin 
Çikaqo  konvensiyasına  əsasən,  hər  bir  dövlətin  hava  və  dəniz 
sərhədlərinə  olan  tam  hakimiyyəti  təyid  və  təsdiq  olundu.  Bundan 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə