Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə56/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

 
169 
sözlə  desək  coğrafi  amillərin  millətlərin  siyasətində  ifa  etdiyi  rolu 
araşdırmaqdan ibarətdir”. 
Patrik  Osilvan  yazır:  "Geopolitologiya  -  istər  bir,  istərsədə  bir 
neçə ölkəyə rəhbərlik edən qüdrətli dövlətlər arasına olan əlaqələrin 
coğrafi mütaliəsinə deyilir". 
Müasir  ali  məktəb  geopolitoloqlarından  olan  Sol  Kohen  yazır: 
"Geopolitologiya  -  siyasətlə  coğrafi  fəza  (ərazi)  arasında  yaradılan 
əlaqələrin  mütaliə  olunmasından  ibarətdir.  Geopolitologiyada  iki 
tərəfli  atmosfer  təsir,  forma  və  quruluşlar  siyasət  və  təşkilatların 
etiqadları  ilə  birgə  mütaliə  olunur...Qarşılıqlı  ərazi  münaqişələrini, 
məhəlli,  milli,  qitə  və  ümudünya  səviyyəsindəki  siyasi  gedişatı, 
habelə beynəlmiləl geopolitik quruluşa özünə məxsus forma verərək 
meydana gətirilmişdir”. 
"Tənqidi  geopolitologiya"  kitabının  müəllifi  C.O.Totayl  yazır: 
"Geopolitologiya  -  qüdrətli  dövlətlərin  qüdrət  mərkəzlərinin 
vasitəsilə 
beynəlmiləl 
siyasətdə 
atmosferanın 
meydana 
gətirilməsindən ibarətdir".  
Oksford  və  bir  çox  digər  lüğət  kitablarında  geopolitologiya  - 
coğrafi  amillərin  siyasətlərin  üzərinə  qoyduğu  təsir  kimi  tərif 
olunmuşdur.  Yuxarıda  qeyd  olunan  tərifləri  nəzərə  alaraq  ümumi 
olaraq  geopolitologiyanı  belə  tərif  edə  bilərik:  "Geopolitologiya  - 
dövlət, qrup və təşkilatların insan, mühit və əraziyə qarşı olan siyasi 
rəftar və davranışlarının
1
 araşdırılmasına deyilir." 
BӘZİ GEPOLİTİK TERMİNLӘR 
1.
 
Geopolitik çəki; 
Qüdrətlərin  kəsb  etdiyi  mövqeiyyətə,  hər  hansı  bir  ölkənin  milli 
qüdrətinə təsir göstərən müsbət və mənfi amillərə, başqa sözlə desək 
milli qüdrətin icbari yığımına geopolitik çəki deyilir. 
Cəmiyyət,  mövqeiyyət  və  təbii  mənbələr  kimi  geopolitik 
amillərin  hər  biri  həm  müsbət,  həm  də  mənfi  xüsusiyyətlərə 
malikdirlər.  Buna  görə  də  hər  iki  xüsusiyyəti,  özünə  xas  olan 
mühasibatda  nəzərdə  tutmaq  lazımdır.  Geopolitik  çəki  bir  ölkənin 
                                                 
1
 Siyasi  rəftar  və  davranışlar  müxtəlif  formalardan  ibarətdir.  Qarşıdurma,  qərar 
qəbuletmə,  icra,  islahat,  rəqabət,  nəzarət  və  idarəetmə,  hökmüranlıq,  birlik 
(həmrəyylik), ayrılıq, qüdrətə can atma, hakimiyyət dairəsini genişləndirmə və s. 


 
170 
milli  qüdrəti  və  ya  onun  dünya  səviyyəsindəki  genolitik  mövqeini 
müəyyən edir.  
Geopolitik  çəki  və  mövqe,  ölkənin  məntəqə  və  dünyadakı  milli 
strategiyasına  böyük  təsir  qoyur  və  ölkənin  nüfuz  hövzəsini  orada 
müəyyən  edir.  Eyni  zamanda  qarşılıqlı  olaraq  ölkənin  nüfuz 
dairəsinin kəmiyyət və keyfiyyəti, onların milli qüdrəti və geopolitik 
çəkisinə  təsir  göstərir.  Bu  səbəbdən  dövlətlər  özlərinin  nüfuz 
dairələrini ölkələr arasında bölməyə çalışırlar. Buna nail olduqda isə, 
coğrafi atmosfer (fəza) məfhumuna malik olan ölkənin nüfuz dairəsi 
genişlənir, milli təhlükəsizliyi təmin olunur, xarici təhdidlər azalır və 
milli mənafeə daha çox zəmanət verilir. 
2.
 
Geopolitik əhatə dairəsi; 
Həmahəng regional quruluş və Fars körfəzinin geopolitik hövzəsi 
kmi digər hövzələrlə müqaisədə. özünə məxsus fəaliyyətə malik olan 
hərbi  struktur  təsis  edən  bir  və  ya  bir  neçə  müştərək  amil  əsasında 
müəyyən  olunan  qonşu  dövlətlərin  siyasi  vahidlər  məcmuəsinin 
yerləşdiyi əraziyə, geopolitik əhatə dairəsi deyilir. 
Geopolitik dairə hər hansı bir dövlət ya ölkənin bir və ya bir neçə 
mədəni,  siyasi,  ictimai,  iqtisadi  və  s.  amilləri  əsasında  meydana 
gəlmiş  nüfuz  dairəsinə  deyilir.  Bunun  əsasında  da  ana  ölkənin 
ətrafında  özünəməxsus  iqtisadi  əlaqələr  əsasında  yaranmış  ölkələr 
ana ölkənin keopolitik əhatə dairəsini təşkil edirlər. 
3.
 
Geonaltalofi silsiləvari mərhələ; 
Dövlət və geopolitik hövzələrin milli qüdrət əsasında və qarşılıqlı 
əlaqələrlə  birgə  dünaya,  məntəqə  və  ölkə  daxili  şəhərlərə  iqtisadi 
rəhbərlik, 
geonalitik 
silsiləvari 
mərhələ 
adlanır. 
Dünya 
iqtisadiyyatına rəhbərlik edən Tokiya, Nyu-york, London ya regional 
iqtisadiyyata  rəhbərlik  edən  Honq-Konq,  Dubay,  Sinqapur,  Moskva 
və  ya  ölkədaxili  iqtisadiyyata  rəhbərlik  edən  Tehran,  Aşqabad  və 
Ankara kimi paytaxt şəhərləri buna misal çəkmək olar.  
4.
 
Geopolitik strategiya; 
Hər  hansı  bir  dövlət,  təşkilat  və  ya  beynəlminəl  qruplaşmanın 
qarşısına qoyduğu hədəfə milli mənafe və təhlükəsizliyə nail  olmaq 
üçün  sabit  və  qeyri-sabit  geonalitik  amillər  və  coğrafi  xususiyyətlər 
əsasında tutduğu yola, geonaltik strategiya deyilir. 
5.
 
Geopolitik mübarizə; 


 
171 
Digər  ölkələrin  siyasətinə  təsir  göstərmək  üçün  sabit  və  qeyri-
sabit geopolitik  amillərə  əsaslanan  hansı  bir  dövlət  və  ya  ölkə  üçün 
yaranmış  şəraitə  geopolitik  mübarizə  deyilir.  Әrəb  əmirliklərinin 
Fars  körfəzində  üç  adaya  sahiblik  iddasında  olması,  Әfqanıstanda 
Taliban,  Pakistanda  Səhabə  hərəkatı,  dünya  bazarında  neftin 
qiymətinin  aşağı  salınması,  İran  püstəsinin  zəhərli  olduğunun  elan 
olunması,  Pakistanda  Kəraçi  böhranı  və  sairi  buna  misal  çəkmək 
olar.  Amerikanın  terorizmi  himayə  və  ümumbəşər  hüquqlarının 
pozulmasına  dair  Çinə  İran  və  digər  müxalif  dövlətlərə  qarşı 
sürdüyü  ittihamlar  isə  siyasi,  hüquqi  və  ictimai  xarakter  daşıdığı 
üçün geopolitik mahiyyətə malik olmur. 
6.
 
Geopolitik ayrılıq 
Hər  hansı  bir  ölkənin  digər  dövlətlərlə  əlaqələri  kəsməsinə 
geopolitik ayrılıq deyir. 
Geopolitik ayrılıq ya icbari, ya ixtiyari, ya da həm icbari, həm də 
ixtiyari  ola  bilər.  Birma  və  bəzi  kommunist  dövlətlərin  atdıqları 
addımı ixtiyari, BMT-nin İraq dövlətinə qarşı tətbiq etdiyi sanksiyanı 
icbari,  göstərilən  nəticəsində  bəzi  qüdrətli  ölkələrin  müxtəlif 
sahələrdə  İran  İslam  Respublikası  ilə  əlaqələri  tam  və  ya  qismən 
kəsməsini,  bəzi  sahələrdə  (mədəniyyət  və  s.)  özünün  əlaqələri 
zəiflətməsini  isə  həm  icbari,  həm  də  ixtiyari  geopolitik  ayrılığa  aid 
etmək  olar.  Geopolitik  ayrılığa  düçar  olan  dövlətlər,  xarici 
münasibətlərin  azaldığı  üçün  iqtisadi  böhranla  qarşılaşmalı  olurlar 
və  yaranmış  belə  bir  şəraitdə  ölkədəki  ölümün  sayı  da  artaraq, 
ictimaiyyətə ağır zərbə vurmuş olur. 
(3-2-2) GEOPOLİTİK AMİLLӘR 
Geopolitik  amillər  iki  hissəyə  bölünən  həmin  coğrafi  amillərdir: 
insani  və  təbii  amillər.  Fərq  yalnız  bundan  ibarətdir  ki, 
geopolitologiyada  siyasi  amillərin  ifa  etdikləri  rola  daha  çox  diqqət 
yetirilir.  Təbii  amillər  dedikdə,  ictimai  qrupların  ünsür  və 
xüsusiyyətləri  nəzərdə  tutulur.  Amillərdən  hər  biri  özünəməxsus 
şərait  və  siyasi  əhəmiyyətə  malik  olur  və  bunun  üçün  də, 
bəşəriyyətin  siyasi  həyatında  olduqca  böyük  rol  oynayır. 
Geopolitologiyada  işarə  olunan  amillər  də  iki  hissəyə,  yəni  sabit  və 
qeyri-sabit amillərə bölünürlər. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə