Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə64/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   58   59   60   61   62   63   64   65   66

 
193 
4.
 
Çin  öz  hərbi  qüvvəsini  artıracaq  və  öz  iqtisadiyyat  qapılarını 
hamının üzünə açıq qoyacaqdır; 
5.
 
Hindistan hərbi və iqtisadiyyat sahələrində inkişaf edəcəkdir; 
6.
 
Yaponiya  və  Avstraliya  pasifik  hövzəsində  regional  qüdrət  kimi 
fəaliyyət  göstərəcəkdir.  Yaponiya  iqtisadi  qüdrətə  xüsusi  diqqət 
yetirəcək.  Avstraliya  isə  əvvəlkindən  çox  Asiya  xüsusiyyətinə 
yiyələnib, Avropa xüsusiyyətindən uzaq düşəcəkdir
7.
 
Cənubi Afrikada regional qüdrət olan Nigeriya və Cənubi Afrika 
inkişaf edəcək və özünə məxsus geopolitik sfera yaradacaqdır; 
8.
 
Yer  kürəsinin  1/4-ni  təşkil  edən  Cənubi  Amerika  və  Cənubi 
Afrika  daha  ağır  şəraitlə  qarşılaşacaq  və  dünyanın  digər 
məntəqələrində  böhran  vəziyyətinin  meydana  gəlməsinə  səbəb 
olacaqdır.  Yoxsulluq,  cəmiyyət,  ömrün  azalması,  borclar,  böyük 
həcmli  sərmayələrin  qoyulması,  texnoloji  çatışmamazlıq  kimi 
ümumi məsələlər onların əhatə dairəsində daha da artacaqdır. 
 
 
 
 
 
7-SİVİLİZASİYALARİN TOQQUŞMA NӘZӘRİYYӘSİ 
Bu nəzəriyyə, 1993-cü ildə Harvard Universitetində "Amerikanın 
milli  əlaqələri,  təhlükəsizlik  mühiti"  adlı  araşdırma  proyekti  üçün 
Samuel Hantiqton tərəfindən irəli sürülmüşdür. 
Bu  nəzəriyyə  mədəni  dövlət,  millət  və  qruplaşmalararası 
əlaqələrin  hansı  səviyyədə  olduğunu  və  aralarındakı  atmosfer 
əlaqələri izah edir. 
Bu  günlər  mədəniyyət  müəyyən  geopolitik  funksiyaya  malik 
olmağa başlamışdır və onun gələcəkdə daha böyük rol oynayacağına 
da  ehtimal  vermək  olar.  Mədəniyyətin  müasir  dövrdə  millət  və 
dövlətlərarası əlaqələrdə meydana gəlməsi son iki on il, xüsusilə də 
İran  İslam  İnqilabından  sonrakı  illərə  qayıdır.  Çünki  İran  İslam 
İnqilabı  mədəniyyət  ünsürünü  həmişə  fəal  və  siyasi  rəftar  kimi 
açıqlayır.  Mədəniyyətin  İslami  İnqilab  mahiyyətində  açıqlanması, 
digər  mədəniyyətlərdə  də  əks  səda  doğurmağa  başlamışdır. 


 
194 
Dünyanın  digər  dini  rəhbərlərində  mədəni  agahlıq  ruhiyyəsinin 
meydana gəlməsini buna misal çəkmək olar.  
Bu  cərəyan  İslam  dünyasının  həm  daxili,  həm  də  xaricində  öz 
təsirini  qoya  bilir.  Onların  ictimai,  siyasi  və  geopolitik  quruluşuna 
təkan verərək, dini dövlət, millət və qruplaşmaların əlaqələrinə təsir 
qoyur.  Cərəyan  genişlənib  Qərblə  İslam  mədəniyyəti  arasındakı 
ziddiyyətlik  geniş  vüsət  halını  tapdıqdan  sonra  Amerikanın  dövlət 
adamları,  habelə  nəzər  sahibləri  bu  məsələyə  diqqət  yetirməyə 
məcbur olurlar. Beynəlmiləl əlaqələr sahəsində müxtəlif nəzəriyyələr 
irəli  sürən  Hantiqtonun  özü,  bu  yeni  cərəyanı  teoriləşdirmiş  və 
dünyanın  böyük  mədəniyyət  əhatə  dairələrinin  qərəzli  rəftar  və 
davranışlarını  ortaya  çıxarmışdır.  O,  öz  fərziyyəsini  svilizasiyaların 
toqquşması,  eyni  svilizasiyaya  malik  olan  dövlət  və  millətlərin 
davranışları, İslamla qərb arasındakı bağlılıq və qərb mədəniyyətinin 
qorunub-saxlanılması  üçün  irəli  sürdüyü  təkliflər  və  bu  kimi 
müxtəlif mövzular çərçivəsində irəli sürmüşdür. Bu nəzəriyyənin iki 
tərəfi  vardır:  bəyanedici  və  istifadə  olunan.  Onların  hər  ikisinə  bəzi 
iradlar  tutulmuşdur.  Hərçənd,  Hantiqton  tutulan  iradlara  cavab 
vermək üçün öz nəzəriyyəsini daha da təkmilləşdirməyə çalışmışdır. 
Hantiqtonun  sürdüyü  əsas  fərziyyədə  qeyd  edir  ki,  müasir 
dünyadakı  münasibətlər,  bundan  belə  ideoloji  və  iqtisadi  məsələlər 
deyil,  böyük  bölgülərə  səbəb  olan  mədəniyyət  olacaqdır.  Lakin 
dünya  siyasətində  yüksək  svilizasiyaya  malik  olan  dövlət  və 
millətlər  arasında  ciddi  qarşıdurmalar  meydana  gələcəkdir  və  bu 
qarşıdurmalar  dünya  siyasətinə  qalib  gələcəkdir.  Gələcəkdə 
svilizasiyalar  arasında  meydana  gəlmiş  ayrılıqlar,  müharibə  və 
qarşıdurma zolağına çevriləcəkdir. 
Hantiqton  belə  bir  əqidə  də  idi  ki,  svilizasiya,  müəyyən  insan 
kütləsinin  şəxsiyyətindən  xəbər  verir  və  bu  ən  yüksək  bölgü 
meyarıdır.  Bunun  əsasında  da,  bəşəriyyəti  hər  birinin  özünəməxsus 
xüsusiyyətə malik olan yeddi və ya səkkiz svilizasiyaya bölür: 
1.
 
Qərb mədəniyyəti (Amerika və Avropa mədəniyyəti); 
2.
 
Slavyan-ortodoks mədəniyyəti
3.
 
Konfusiyus mədəniyyəti; 
4.
 
Yaponiya mədəniyyəti; 


 
195 
5.
 
İslam  mədəniyyəti  (ərəb  və  qeyri-ərəb,  türk  və  malay 
mədəniyyəti);  
6.
 
Hind mədəniyyəti; 
7.
 
Latın Amerika mədəniyyəti; 
8.
 
Afrika mədəniyyəti 
O,  tarix,  dil,  irq,  din,  adət-ənənə,  incəsənət,  memarlıq,  inam  və 
dəyərlərə  şamil  olan  mədəniyyəti  və  mədəni  xüsusiyyətlərin 
sivilizasiyadan doğduğunu bildirir. 
Hantiqton  mədəniyyəti,  ümumilikdə  bir-birindən  fərqli  olan 
insan şəxsiyyətinin mənşəyi hesab edir. İnsanın Allah, insanların bir-
birləri  ilə,  insanın  ətraf  mühit,  övladla  valideyn,  əhali  ilə  dövlət 
arasında  olan  əlaqələri,  azadlığı,  məsuliyyət  və  sairi  buna  misal 
çəkmək olar. 
O,  mədəniyyətlər  arasında  meydana  gələn  ixtilaf  və  qarşıdurma 
amillərinin aşağıdakılardan ibarət olduğunu hesab edir: 
1.
 
Bünövrə  xarakeri  daşıyan  mədəniyyət  və  svilizasiyaların  bir-
birlərindən fərqlənməsi; 
2.
 
Mədəni agahlığın artması; 
3.
 
Cəmiyyətin  ictimai-iqtisadi  sahələrdə  modernləşməsi  nəticəsində 
dövlət  və  millətlər  arasındakı  əlaqələrin  zəifləməsi,  mədəni 
xüsusiyyətlərin 
formalaşması, 
beynəlmiləl 
iqtisadiyyatda 
regional təmayülün inkişafı və s. 
O deyir: “İrqi və regional mədəniyyətlər arası səviyyədə ixtilaf və 
qarşıdurmalar  meydana  gələcəkdir  və  qarşıdurmaların  baş  verdiyi 
məkan,  mədəniyyətləri  bir-birlərindən  ayıran  orta  xətt  olacaqdır. 
Belə  ki,  hər  hansı  bir  mədəniyyətə  malik  olan  bir  ölkə,  mədəniyyət 
baxımından  ondan  fərqli  olan  başqa  bir  ölkə  ilə  qarşı-qarşıya 
durarsa,  "Mədəni  cəmiyyət"  yaranıb  eyni  mədəniyyətə  malik  olan 
ölkələr  bir-birləri  ilə  birləşərək  digər  ölkələrə  qarşı  müxalif  mövqe 
tutmağa başlayacaqdır. 
O,  bu  məsələyə  dair  Sabiq  Yuqoslaviya,  Qafqaz,  Hindistan  və 
Afrikada  baş  verənləri  buna  işarə  edir.  Hantiqton  apardığı 
araşdırmalardan sonra belə bir nəticəyə gəlir ki, gələcəkdə dünyada 
bir  neçə  qüdrət  və  mədəniyyət  fəaliyyət  göstərəcəkdir  və  Qərb 
mədəniyyəti  də  onlardan  birini  təşkil  edərək,  hegemonluq  iddiası 
edə  bilməyəcəkdir.  Hantiqton  belə  bir  əqidədədir  ki,  gələcəkdə  baş 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə