Tədqiqatlar
kompleks
şəkildə
geoloqların,
geomorfoloqların, torpaqşunasların, geobotaniklərin,
iqlimşunasların, iqtisadiyyatçıların iştirakı ilə həyata
keçirilir.
ABŞ torpaqların bonitirovkası zamanı kriteriya kimi
torpaq profilinin qalınlığı, torpağın nəmliyinin xarakteri,
qrunt sularının yerləşmə dərinliyi, yamacların xarakteri və
meyillik dərəcələri, eroziya təzahürlərinin intensivliyi,
daşlığı, şorlanma, şorakətləşmə prosesləri, daşqınlığa
meyillik, torpağın ümumi münbitliyi götürülür. Bütün
göstəricilər keyfiyyətinə görə torpağın səkkiz sinifini
ayırmağa imkan vermişdir.
Torpaqların bonitirovkası ilə bağlı işlər Rusiyada
V.V.Dokuçayev (1951) və N.M.Sibirtsevə məxsus
olmuşdur.
Qiymətləndirmə üzrə bütün işlər iki mərhələyə
bölünmüşdür. Təbii-tarixi mərhələ adlanan birinci
mərhələdə hər şeydən əvvəl torpaqların təbii keyfiyyət
qiyməti-morfoloji – genetik, kimyəvi fiziki və fitozooloji
xüsusiyyətləri, eləcə də iqlim şəraiti müəyyən olunur. İşin
bu hissəsi torpaqşünas mütəxəssislər tərəfindən yerinə
yetirilirdi. Birinci mərhələnin ardınca qiymətləndirmənin
ikinci mərhələsində statistika ilə məşğul olan
mütəxəssislər tərəfindən ayrı-ayrı rayonlar üzrə kənd
təsərrüfat iqtisadiyyatına dair işlər tədqiq edilib, yerinə
yetirilirdi.
Deməli, torpağın qiymətləndirilməsini Dokuçayevə
kimi əsas üç mərhələyə bölmək olar: 1) Təbii – tarixi
qiymətləndirmə mərhələsi; 2) Torpaqların statistik üsulla
266
qiymətləndirmə mərhələsi; 3) Torpaqların morfoloji
qiymətləndirmə mərhələsi.
Torpaqların qiymətləndirilməsində Dokuçayevdən
başqa bir çox görkəmli alimlər – V.P.Amalitski,
P.F.Barakov, V.İ.Vernadski, F.J.Levinson-Lessinq,
N.M.Sibirtsev və başqaları da iştirak etmişlər.
Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki,
Böyük Oktyabr Sosialist inqilabından sonra, tək-tək
tədqiqatçılar nəzərə alınmazsa keçmiş SSRİ məkanında
torpaqların bonirovkası işlərinin aparılmasında 1953-cü ilə
kimi fasilə olmuşdur. Bu onunla izah edilir ki,
aqrobiologiya elmində xüsusi nüfuza malik olan bir sıra
alimlər (V.R.Vilyams, B.F.Petrov və bir çox başqaları)
SSRİ-də torpaq üzərində xüsusi mülkiyyətin ləğv
edilməsini, torpağın daha alınıb-satılmamasının və buna
görə də torpağı qiymətləndirməyin, yəni bonitirovkanın
lüzumsuz olduğunu və bu işin kapitalist istehsal
münasibətlərinə xas olduğunu əsas götürürdülər. Lakin
Sov.İKP MK-nin 1953-cü il sentyabr plenumu və bir sıra
sonrakı plenumların qərarlarında bu böyük və mühüm
dövlət əhəmiyyətli məsələnin aparılması zəruri sayılmış
və günün ən aktual problemlərindən biri hesab edilmişdir.
Bütün bu qərarlardan sonra qısa müddət ərzində
keçmiş SSRİ məkanında, xüsusilə ayrı-ayrı
respublikaların görkəmli alimləri (S.S.Sobolev,
M.N.Malışkin, F.J.Qavrilyuk, N.L.Blaqovidov, N.F.
Tyumentsev, N.N.Rozov, İ.A.Krupenikov, V.N.Kuzmiçev,
İ.İ.Karmanov, R.İ.Luneva, A.M.Mamıtov, A.Q.Medvedyev,
A.P.Klopotovski, N.İ.Smeyan və bir çox başqaları) istər
əkinaltı, istər bağaltı və istər də təbii işləri aparmış,
267
torpaqların təbii münbitliyini və bitkilərin məhsuldarlığını
əsas götürərək təlimatlar hazırlanmış təsis əmsalları
müəyyənləşdirilmiş, torpaqların əsas və geniş bonitet
şkalalarını və keyfiyyət qruplarını işləyib hazırlamış,
regionlar üzrə torpaq boniteti xəritələri tərtib etmişlər.
Torpaqların müqayisəli uçotu, onların keyfiyyətcə
qiymətləndirilməsi (bonititrovkası) dünya miqyasında
olduğu kimi Azərbaycanda da böyük maraq doğurmuşdur.
Respublikamızda torpağın bonitirovkası üzrə işlər ilk dəfə
Azərbaycan Respublikası Elmlər Akademiyası
Torpaqşunaslıq və aqrokimya institunda aparılmışdır. Bu
işlərin aparılmasına təkan verən əsas səbəblərdən biri
1968-ci ildə institutun nəzdində coğrafiya elmləri doktoru,
professor Ş.G.Həsənovun təşəbbüsü ilə ilk dəfə torpağın
aqroekologiyası və bonitirovkası laboratoriyasının təşkili
olmuşdur.
Laboratoriyanın
təşkilindən
sonra
ilk
müvəffəqiyyətlərindən biri respublikamızda torpaqların
bonitirovkası üzrə tədqiqatların vahid bir metodika
əsasında səmərəli aparılmasının təşkili üçün 1973-cü ildə
birinci dəfə V.R.Volobuyev, M.E.Salayev, Ş.G.Həsənov və
Y.İ.Kostyuçenkonun müəllifliyi ilə “Azərbaycanda
torpaqların bonitirovkasının keçirilməsinə dair metodiki
göstərişin” hazırlanıb çap edilməsi olmuşdur.
Diqqəti cəlb edən ikinci böyük nailiyyət və dəyərli
vəsait geniş ümumiləşdirmələr əsasında 1973-cü ildə
Ş.G.Həsənov və R.Ə.Əliyeva tərəfindən ilk dəfə 1:500min
miqyasda Azərbaycan Respublikası torpaqlarının bonitet
kartoqramının tərtibi olmuşdur (Şəkil 24.1.).
268
Şəkil 24.1. Azərbaycan Respublikası torpaqlarının bonitet
kartoqramı (Ş.G.Həsənov, P.Ə.Əliyeva).
Azərbaycanın torpaq boniteti kartoqramının legendası
Bonitet
sinifləri
Bonitet
balları
Torpaqların
keyfiyyət
qrupları
Daxil olan torpaqlar
269
Dostları ilə paylaş: |