İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə15/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   11   12   13   14   15   16   17   18   ...   231

qoydu və gümüşü yumru şəklə salmaq üçün yoğurmağa başladı. O, bu 

əməliyyatı çox məharətlə eləyirdi. 

Gümüşün yuvarlaq şəklə düşdüyünü gördükdə Ejen öz-özünə: 

-

 



Bəli,  -  dedi  -  bu  qocanın  gücü  Polşa  kralı  II  Avqustun* 

gücündən heç də az deyil! 

Qorio ata qəmgin nəzərlə əlindəki gümüşə baxdı, gözləri yaşardı, 

sonra  isə  otağında  yanan  burma  şamı  söndürdü.  Onun  ah  çəkərək 

yatağına uzandığını Rastinyak eşidə bildi. 

Tələbə öz-özünə: 

-

 

Bu, divanədir! - deyə düşündü. 



Qorio ata ucadan: 

-

 



Zavallı balam! - dedi. 

Ejen  bu  sözlərdən  sonra  belə  qərara  gəldi  ki,  bu  hadisəni  yay- 

maqdansa, susmaq yaxşıdır, bir də, tez-tələsik qonşunu ittiham etmək 

mənasızdır. Tələbə yenicə öz otağına girmək istəyirdi ki, birdən xəfif 

xışıltı eşitdi. Bu xışıltı yumşaq başmaq geymiş adamların pilləkəndən 

düşməsini xatırladırdı. Ejen diqqətlə qulaq asdı. Həqiqətən, iki şəxsin 

nəfəs  aldığını  duymaq  olurdu.  Nə  qapı  cınl-  dadı,  nə  ayaq  səsləri 

eşidildi.  Rastinyak  ancaq  üçüncü  mərtəbədə  Votrenin  otağında  zəif 

işıq yandığını dərhal gördü. 

Öz-özünə: 

-

 

Ailə pansionunda nə qədər sirr var imiş! - dedi. 



Ejen bir neçə addım aşağı enib dinləməyə başladı, qulağına qızıl 

cingiltisi  gəldi.  Bir  az  sonra  işıq  söndü,  qapı  yenə  cırıldamasa  da, 

qaranlıqda  iki  şəxsin  nəfəsini  duymaq  olurdu.  Sonra  bu  iki  şəxs 

pilləkəndən aşağı düşdükcə səs də uzaqlaşaraq itib gedirdi. 

Voke pəncərəsini açıb: 

-

 



Orada gəzən kimdir? - deyə bağırdı. 

Votren astadan yoğun səsi ilə cavab verdi: 

-

 

Mənəm, Voke cici, öz otağıma gedirəm. 



Ejen isə otağına dönərkən öz-özünə fikirləşirdi: 

“Çox qəribədir! Kristof qapının rəzəsini çəkmişdi. Parisdə, ətraf-

da  baş  verən  hadisələri  yaxşı  bilmək  üçün  gecələr  qətiyyən  yatmaq 

yaramaz”. 

Bu  iki  kiçik  hadisə  Ejeni  şöhrətpərəstlik  və  eşq  xülyalarından 

uzaqlaşdırdı. O əyləşib çalışmağa başladı. Lakin fikirləri çox dağınıq 

idi, çalışa bilmirdi. Qorio atanın şübhəli işləri və xüsusilə 

47 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

parlaq  bir  gələcək  müjdəsi  kimi  hər  an  gözləri  qarşısında  canlanan 



qrafinya de Restonun xəyalı onu çalışmağa qoymurdu. Nəhayət, Ejen 

yatağına  uzanıb,  ölü  kimi  yatdı.  Gənclər  gecə  çalışmaq  üçün  vəd 

verdikdə,  on  hadisədən  yeddisində  onların  yəqin  yatacaqlarına 

inanmaq olar. Gecələr yatmamaq üçün iyirmi yaşı ötmək lazımdır. 

Ertəsi gün Parisin göylərini duman bürümüşdü. Duman elə sıx idi 

ki,  hər  şeyin  üzərinə  pərdə  çəkmişdi;  hətta  ən  dəqiq  adamlar  belə 

vaxtı təyin etməkdə çətinlik çəkirdilər. Zənglər günorta vaxtını xəbər 

verirdisə  də,  səhər  saat  səkkiz  olduğunu  zənn  etmək  olardı.  Madam 

Voke saat onun yarısında hələ də yatağından qalxmamışdı. Kristofla 

yoğun Silviya da vaxtından gec oyanmış, indi isə kirayənişinlər üçün 

alınmış südün qaymağı ilə qəhvə bişirib, rahat-rahat içməklə məşğul 

idilər.  Madam  Voke  bu  qeyri-qanuni  işi  sezməsin  deyə  Silviya 

kirayənişinlərin südünü yenidən xeyli qaynatmışdı. 

Kristof quru çörəyi qəhvəyə birinci dəfə batıraraq: 

-

 

Silviya,  -  dedi,  -  nə  deyirsən  de,  amma  cənab  Votren  yaxşı 



adamdır. O, bu gecə də iki şəxslə görüşdü, ancaq sahibə soruşsa, ona 

heç nə demək lazım deyil. 

-

 

Bəs o, sənə bir şey verdimi? 



-

 

Bir  ay  ərzində  yüz  su  vermişdir,  bunun  da  mənası  “ağzını 



yum” kimi bir şeydir. 

Silviya dedi: 

-

 

Elə  özünü  çəkməyən  bir  odur,  bir  də  madam  Kutür.  Yerdə 



qalanlar  Yeni  il  münasibətilə  sağ  əlləri  ilə  verdiklərini  sol  əlləri  ilə 

geri almaq üçün can atırlar. 

Kristof: 

-

 



Verdikləri də nədir? - dedi. - Vur-tut yüz su. Düz iki il tamam 

olur  ki,  Qorio  ata  çəkmələrini  özü  təmizləyir.  Hələ  bu  simic  Puare 

çəkmə  yağı  belə  işlətmir.  O,  öz  sürütmələrini  dili  ilə  yalayar,  ancaq 

təmizləməyə  verməz.  Bu  ölüvay  tələbəyə  gəlincə,  o,  mənə  qırx  su 

verir. Halbuki elə tək fırçalar mənə bundan baha qiymətə başa gəlir. 

Hələ bir tərəfdən də köhnə paltar alıb-satır. Qəribə alverdir! 

Silviya balaca qurtumlarla qəhvəni içərək, etiraz etdi: 

-

 



Hələ bu harasıdır! Hər halda, bizim yer məhəllədə ən yaxşı yer 

sayılır.  Dolanmaq  olar.  Amma  Kristof,  mən  yenə  hörmətli  Votren 

dayıdan  danışmaq  istəyirəm.  Onun  barəsində  sizinlə  danışmayıblar 

ki? 


48 

downloaded from KitabYurdu.org




-

 

Belə  bir  iş  olmuşdur.  Bir  neçə  gün  bundan  qabaq  küçədə  bir 



kişiyə rast gəldim. O, məndən soruşdu ki, saqqalına rəng vuran yoğun 

bir  cənab  sizdəmi  yaşayır?  Mən  ona  cavab  verdim  ki,  xeyr,  ağa,  o, 

saqqalına rəng vurmaz. Onun kimi kefi duru adamın belə şeylərlə işi 

yoxdur. Mən bu əhvalatı cənab Votrenə xəbər verdim. O dedi: 

-

 

Oğlan, çox  yaxşı cavab  vermisən! Sən elə həmişə belə  cavab 



ver. Başqaları sənin zəif cəhətinə bələd olanda heç ləzzət vermir. Belə 

işlərin nəticəsində ərlə arvadın boşandığını da görmüşəm. 

-

 

Elə  mənə  də  bazarda  yanaşan  olub.  Soruşurlar  ki,  mən  onu 



köynək  geyinəndə  görmüşəm,  ya  yox.  Lap  adamın  gülməyi  gəlir!  - 

Sonra  öz  sözünü  kəsərək:  -  Mənə  bax,  -  dedi,  -  Val-de-Qras 

saatlarının  səsini  eşidirsənmi?  Saat  ona  on  beş  dəqiqə  qalmışdır, 

amma heç kəs yerindən tərpənmir. 

-

 

Nə cəld olubsan! Evdə heç kəs yoxdur. Madam Kutür öz qızı 



ilə  səhər  saat  səkkizdə  müqəddəs  Etyen  kilsəsinə  ibadətə  getmişdir. 

Qorio  ata  əlində  bir  bağlama  ilə  küçəyə  çıxdı.  Tələbə  saat  onda, 

mühazirədən  sonra  qayıdacaq.  Onlar  gedəndə  mən  aşağıda  pilləkəni 

təmizləyirdim.  Hələ  Qorio  ata  bağlaması  ilə  mənə  toxundu,  dəmir 

kimi bərk şey idi. Görəsən, bu qoca kaftar nə ilə məşğul olur? Hamı 

onu fırfıra kimi hərlədir, amma o, yenə də yaxşı adamdır, hamısından 

yaxşı  adamdır.  Verdiyi  bir  şey  deyil,  ancaq  bəzən  məni  yanlarına 

göndərdiyi  xanımlar  yaxşı  araqpulu  verirlər.  Onlar  hara,  bizimkilər 

hara! Paltarlarına baxırsan, başdan-ayağa bəzək içindədirlər. 

-

 



Yoxsa  onlar  Qorio  atanın  “mənim  qızlanm”  dediyi  xanımlar-

dır? Onlar bir düjündür. 

-

 

Mən ancaq ikisinin yanına getmişəm, buraya gələn xanımların 



yanına. 

-

 



Görünür,  sahibənin  başı  qarışmışdır.  Bu  saat  gəlib  səs-küy 

salacaq, getmək lazımdır. Kristof, südü pişikdən gözlə. 

Silviya sahibənin yanına qalxdı. 

-

 



Bu nə deməkdir, Silviya? Saat ona on beş dəqiqə qalıb, siz isə 

məni  hələ  oyatmamısınız,  siçan  kimi  yuxuya  getmişəm.  Ömrümdə 

hələ bu qədər yatdığım olmamışdır. 

-

 



Hamısı dumandandır. Elə qalın dumandır ki,  lap bıçaqla kəsə 

bilərsən. 

49 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə