DÜNYA ƏDƏBİYYATI
KLASSİKLƏRİ
downloaded from KitabYurdu.org
Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
"Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nə$r edilməsi haqqında"
2007-ci
il
24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.
downloaded from KitabYurdu.org
O.HENRI
SEÇİLMİŞ ƏSƏRLƏRİ
downloaded from KitabYurdu.org
O.Henri. Seçilmiş əsərləri.
Bakı, *Şəıt|-Qərb' Nəşriyyat Evi, 2013,424 səh.
ISBN 978-9952-32-112-8
Tərcüməçi:
ƏLİŞİRİN ŞÜKÜRLÜ
Ön sözün müəllifi: ELNARƏ TOFİQQIZI
Redaktor:
NƏRGİZ CABBARLI
Korrektorlar:
AQŞİN MƏSİMOV ELSEVƏR MURADOV LƏTAFƏT
SƏMƏDOVA
Mətn: Bakı Slavyan Universitetinin nəşriyyatı
© 'Şərq-Qərb' Nəşriyyat Evi, 2013
www.eas1west.az
www.fb.com/eastwest.az
downloaded from KitabYurdu.org
PULA GÖRƏ YAZAN O.HENRİ
Dünya ədəbiyyatının ünlü simalarından olan O.Henri, daha çox, hekayələr
ustası kimi məşhurdur. Çox ağır bir həyat yaşayan yazıçı dünyasını erkən dəyişsə
də, özündən sonra adını əbədi olaraq yaşadacaq on cildlik bir irs qoyub getmişdir.
Onun əsl adı Uilyam Porterdir. 1862-ci ildə ABŞ-ın Şimali Karolina ştatında
dünyaya gəlib. Həkim işləyən anası vərəm xəstəliyindən dünyasını dəyişəndən
sonra üç yaşlı Uilyam nənəsinin himayəsində böyüyüb. Ailə faciəsi Uilyamın ciddi
təhsil almasına, həm də sistemli mütaliəsinə mane olub. Əvvəlcə bibisi Mariya
Evelina Porterin məktəbində, daha sonra Lindsi liseyində oxuyan Uilyam 1881—ci
ildə aptekdə işləməyə başlayıb. Uşaq yaşlarından dövrünün zəif əsərlərindən tutmuş
dünya ədəbiyyatının klassiklərinə qədər müxtəlif janrlı bədii əsərləri sistemsiz
şəkildə oxuyub. O.Henri tanındıqdan sonra oxuduğu çoxsaylı əsərlər arasında ən
çox sevdiyi kitabların məhz “Mir bir gecə” və Robert Bertonun “Melanxoliya
anatomiyası” olduğunu bildirmişdi.
Uşaqlıqdan təngnəfəslikdən əziyyət çəkən Uilyam 1882-ci ildə Texasa gedir
və bir həkim tanışının fermasında məskunlaşır. Hava dəyişkənliyinin səhhətinə
müsbət təsir edəcəyini düşünən Uilyam düz yeddi il burada yaşayır. 1889-cu ildə
isə Hyustona yollanır və “Post” qəzetində jurnalist kimi çalışmaqla bərabər, Milli
Bankda xəzinədar işləyir.
Musiqi qruplarında fəal iştirakı və serenadalarda çıxışları onun gələcək ailə
həyatının təməlini qoyur. Serenadada tanış olduğu varlı ailənin 17 yaşlı qızı Atol
Estes ilə evlənən Uilyamın xoşbəxtlik arzulan ürəyində qalır. Estes vərəm
xəstəliyinə yoluxur, əyləncəli həyata meyil göstərən Uilyamı isə xəzinədən oğurluq
etməsini əsas gətirərək həbs edirlər.
5
downloaded from KitabYurdu.org
1896-cı ildə zaminə buraxılan Uilyam məhkəmədən qaçır, əvvəlcə Yeni
Orleanda, daha sonra isə Hondurasda gizlənir. Hondurasda gizləndiyi bir neçə ay
müddətində yaradıcılıqla məşğul olan Uilyam ilk dəfə olaraq bu ölkə haqqmda
“banan respublikası” ifadəsini işlədir ki, sonradan bu söz dillərə düşür.
Həyat yoldaşının səhhətinin kəskinləşdiyini görən yazıçı, qızı Marqaretlə
bərabər Atolu geriyə, atasınm yanında yaşamağa göndərir. Ancaq bir müddətdən
sonra, Atolun ölümlə çarpışdığı xəbərini almca dərhal geri qayıdır və məhkəməyə
təslim olur. Məhkəmə ailə vəziyyətini nəzərə alaraq, yenidən onu zaminə buraxır.
Uilyam bu arada həyat yoldaşını itirir, 1898-ci ildə məhkəmənin hökmü ilə beş il
azadlıqdan məhrum olunur və Ohayo ştatının federal həbsxanasına düşür.
Həbs olunandan sonra daha gərgin yazmağa başlayan Uilya- mm əsərlərinin
çap olunmasına adı heç yerdə çəkilməyən, yalnız “dost” olaraq göstərilən bir nəfər
yardım edir. O.Henri imzasını götürən Uilyam Porteri dərc edən nəşriyyatlar isə
onun məhbuslu- ğundan heç bir halda xəbər tutmur.
1901 -ci ildə özünü nizam-intizamlı apardığına görə vaxtından əvvəl
türmədən buraxılan və artıq O.Henri kimi tanınan Uilyam arvadı Atolun ölümündən
sonra Pitsburqa (Pensilvaniya ştatı) köçən ailənin yanma gəlir və artıq on bir yaşı
olan qızı Marqareti tapır.
Bir ildən sonra müqavilə bağladığı nəşriyyatlara daha yaxın olmaq üçün Nyu-
Yorka köçən O.Henrinin yaradıcılığının ən qaynar dövrü başlayır. Qısa müddətdə
381 hekayə yazır, hekayələrindəki kəskin süjet dəyişkənliyi, xarakterik və psixoloji
obrazlar oxucuların rəğbətinə səbəb olur və “O.Henri” imzası bütün Amerikada
məşhurlaşır. Ancaq bu məşhurluğu və oxucular tərəfindən sevilməsi onu
tənqidçilərin “qəzəbindən” qoruya bilmir.
1907-ci ildə uşaqlıqdan sevdiyi və uzun illərdən sonra yenidən qarşılaşdığı
Sara Lindski Kolemanla ailə quran yazıçının ikinci nikahı da uğursuz olur.
Alkoqollu içkilərə aludəçiliyi 1908-ci ildən başlayaraq, onun səhhətində mənfi
təsirini gösterməyə başlayır. Cəhdlərinin heç bir bəhrə vermədiyini və O.Henrinin
içkidən kənarlaşmadığını görən Sara 1909-cu ildə ayrılmaq qərarına gəlir. 1910-cu
il iyunun 5-də isə yazıçı qaraciyər serrozu, şəkərli diabet və ürək genişlənməsi
xəstəliklərindən vəfat edir.
downloaded from KitabYurdu.org