FİRON VƏ XORAL
nin birinin bənövşəyi şüşəsindən xəfif işıq nəzərə çarpırdı. Görünür,
orqançalan bazar günü xoralını ifa etmək üçün öz alətinin yanında qalmışdı.
Çünki Sopinin qulaqlanna musiqinin həzin sədalan dəyirdi və o, çuqun
barmaqlıqlara sıxılaraq duruxub qaldı.
Ay sakitcə doğub gecəni işıqlandırdı; faytonlara və yoldan ötənlərə az-
az rast gəlmək olurdu; kamizlərin altında sərçələr yuxulu-yuxulu
dkkildəyirdilər - düşünmək olardı ki, adam kənd qəbiristanlığındadır. Və
orqançalanın ifa etdiyi xoral Sopini çuqun barmaqlığa bənd etdi, çünki o, bu
musiqini əvvəllər çox eşitmişdi - o vaxtlar onun həyatında anası var idi, o
vaxtlar onun həyatında qızılgüllər, cəsarətli məqsədlər, dostlar, təmiz
fikirlər və təmiz yaxalıqlar var idi.
Qədim kilsənin pəncərələrindən süzülən musiqinin təsiri altında
Sopinin qəlbində qəfil və qəribə dəyişikliklər baş verdi. O, yuvarlandığı
bədbəxtliyi, məhv olmuş ümidləri, mövcud həyatını doğuran dəyişməz
səbəbləri dəhşətlə xatırladı.
Ürəyi yeni əhvalına uyğun ahənglə döyünməyə başladı. O, qəfil
özündə qara taleyi ilə mübarizə aparmaq qüvvəsi hiss etdi. O, çirkabdan
qurtulacaq, o, yenidən adam olacaq, onu öz əsirinə çevirən yamanlıqlara
qalib gələcək. Hələ vaxt var, o cavandır. O, əvvəlki saf arzularını bərpa
edib, onları həyata keçirmək naminə bütün qüvvəsini səfərbər edəcək.
Orqanın təntənəli, buna rəğmən şirin musiqisi onda dönüş yaratmışdı. Sabah
səhər o, şəhərin işgüzar hissəsinə gedəcək, özünə iş tapacaq. Bir xəz ustası
ona yükdaşıyan yeri təklif etmişdi. Elə günü sabah onu axtanb tapacaq və
bu işə götürülməsini ondan xahiş edəcək. O, adam olmaq istəyir. O...
Sopi kiminsə əlini çiynində hiss etdi. Tələsik nəzər saldığı zaman
qarşısında polisin enli sifətini gördü.
-
Burada nə edirsiniz? - polis soruşdu.
-
Heç nə, - Sopi cavab verdi.
-
Onda gedək, - polis dedi.
-
Üç aylığa Adaya, - ertəsi gün səhər hakim belə bir qərar çıxardı.
29
downloaded from KitabYurdu.org
O.HENRİ
QIZIL VƏ MƏHƏBBƏT
Keçmiş fabrik sahibi və “Evrika” sabununun patentçisi olan qoca
Entoni Rokvoll Beşind küçədə yerləşən evinin kitabxanasının
pəncərəsindən boylanıb gülümsədi. Sağ tərəfdə yaşayan qonşusu -
aristokrat və klubmen C. van Şuylayt Saffolk-Cons fasadı italyan
İntibahı üslubunda heykəltəraşlıq əsərləri ilə bəzədilmiş sabun
sarayına nifrətlə baxıb onu gözləyən maşına əyləşdi.
-
Müflis olmuş qoca müqəvvanın lovğalığına bax! - keçmiş
sabun kralı düşündü, - sağlamlığının qeydinə qal da, dondurulmuş
Nesselrode, yoxsa tezliklə yerin Edem muzeyi olacaq. Gələn yay
bütün fasadı qırmızı, ağ və göy zolaqlarla bəzəyəcəyəm - onda
görərik holland bumunu necə sallayacaq.
Elə bu vaxt bütün ömrü boyu qapı zənglərindən xoşu gəlməyən
Entoni Rokvoll kitabxananın qapısına yaxınlaşıb elə bir səslə
“Mayk!” deyə bağırdı ki, bir vaxtlar o səs Kanzas çöllərində
eşidiləndə az qalırdı göy üzü yerindən oynayıb Kanzas düzünün
üstünə düşsün.
-
Oğluma deyin ki, evdən çıxmamışdan əvvəl yanıma gəlsin, -
gələn xidmətçiyə əmr etdi.
Gənc Rokvoll kitabxanaya gəldiyi vaxt qoca qəzeti kənara qoyub
tamamilə qınşsız çəhrayı sifətinə səmimi bir ciddiyyət verərək ona
baxdı; bu vaxt o, bir əli ilə çallaşmış saçlarını qarışdırır, bir əllyləsə
cibindəki araqlan cingildədirdi.
-
Riçard, yuyunduğun sabuna görə nə qədər pul ödəyirsən? -
Entoni Rokvoll soruşdu.
Cəmi altı ay əvvəl kollecdən evə qayıtmış Riçard azca
təəccübləndi. O, ilk dəfə bala gedən qızlar kimi hər an gözlənilməz
ifadələr işlədən atasına hələ tam alışa bilməmişdi.
-
Deyəsən, hər düjününə altı dollar, ata.
-
Bəs kostyuma?
-
Adətən, altmış dollar.
30
downloaded from KitabYurdu.org
QIZIL VƏ MƏHƏBBƏT
-
Sən centlmensən, - Entoni qətiyyətlə söylədi. - Mənə deyirdilər ki,
guya, gənc aristokratlar sabuna görə iyirmi dörd, kostyuma isə yüz artıq pul
xərcləyirlər. Sənin pulun onlannkın- dan az deyil, amma sən özünü iddiasız
və təvazökar aparırsan. Mən özüm köhnə “Evrika”dan istifadə edirəm -
təkcə vərdiş etdiyimə görə yox, həm də ona görə ki, o, digərlərindən daha
yaxşıdır. Əgər bir parça sabuna on sentdən artıq ödəyirsənsə, deməli, pis
ətirə və bükülməsinə görə səndən əlavə pul qoparırlar. Amma sənin yaşında,
sənin mövqeyində və vəziyyətində olan cavanlar üçün əlli sent tamamilə
münasib məbləğdir. Təkrar edirəm: sən centlmensən. Eşitdiyimə görə, guya,
centlmenlərin yetişməsi üçün üç nəsil dəyişməlidir. Əvvəllər belə idi.
Amma indi pulun hesabına bu daha asan və tez başa gəlir. Pul səni
centlmenə çevirib. Elə mən özüm də, demək olar, centlmenəm, Allaha and
olsun! Heç nəyim qonşulardan əskik deyil - aralarında torpaq aldığıma görə
gecələr də gözünə yuxu getməyən sağdakı və soldakı lovğa hollandlar kimi
nəzakətli, xoşagələn və mehribanam.
-
Elə şeylər var ki, pulla almaq mümkün deyil, - gənc Rok- voll
qaşqabağını sallayıb dedi.
-
Yox, heç də belə danışma, - incimiş Entoni etiraz etdi. - Mən
həmişə pulun tərəfdanyam. Bütün ensiklopediyanı başdan-ayağa
oxumuşam: pul ilə alınması mümkün olmayan şeyi çox axtardım; görünür,
gələn həftə əlavə cildlərə də baxmaq lazım gələcək. Mən bütün başqa
şeylərin əksinə olaraq pulun tərəfindəyəm. Yaxşı, özün de görüm, nəyi pulla
almaq olmaz?
-
Hər şeydən öncə, o, adamı yüksək cəmiyyətə çıxara bilməz, - qəlbi
qınlmış Riçard dedi.
-
Oho! Doğrudan, çıxara bilməz? - şər tərəfdan gurultulu səslə
soruşdu. - Yaxşısı budur, de görüm, əgər Astorlann birincisi üçüncüdərəcəli
vaqonda getmək üçün yolpulu tapa bilməsəydi, sənin o yüksək cəmiyyətinin
vəziyyəti necə olardı?
Riçard ah çəkdi.
-
Bunlan söyləməkdə məqsədim var, - qoca artıq bir qədər mülayim
səslə davam etdi. - Elə buna görə də səni yanıma çağırmışam. Nəsə əhvalın
xoşuma gəlmir, oğlum. Artıq iki
31
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |