İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə17/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   13   14   15   16   17   18   19   20   ...   135

O.HENRİ 

tininə gəlib çatdılar. Miss Merian indi çox yaxşı yeriyirdi, axsa- dığı, 

demək olar ki, hiss olunmurdu. 

-

 



Keçirdiyimiz  gözəl  axşama  görə  sizə  təşəkkür  edirəm,  -  qız 

səmimi-qəlbdən  etiraf  etdi.  -  Yaxşı,  indi  isə  mən  evə  qaçmalıyam. 

Nahar çox xoşuma gəldi, mister Çendler. 

O,  nəzakətlə  gülümsəyib  qızın  əlini  sıxdı  və  öz  klubu  və  bric 

barədə  nəsə  söylədi.  Bir  anlıq  dayanıb  şərq  istiqamətində  tələsik 

gedən qıza baxdı, sonra fayton saxlatdınb yavaş-yavaş evinə san yol 

aldı. 

Öz rütubətli otağında bayırlıq kostyumunu qatladı və dincəlmək 



üçün  ona  altmış  doqquz  gün  vaxt  verdi.  Sonra  oturub  fikirləşməyə 

başladı. 

-

 

Bax əsl qız buna deyərəm! - o, ucadan söylədi. Bir tikə çörəyə 



görə  işləməli  olsa  belə,  onun  düzgün  qız  olduğuna  başımla  and 

içərəm.  Kim  bilir,  mən  bu  sarsaq  cəfəngiyat  uydur-  maqdansa,  ona 

düzünü  söyləsəydim,  bəlkə  də,  biz...  eh,  hər  şey  cəhənnəm  olsun! 

Kostyuma görə məcbur oldum. 

Zəmanəmizin  manhettenlər  qəbiləsinin  viqvamlannda  doğulub 

boya-başa çatmış yırtıcısının mülahizələri bundan ibarət idi. 

Kavalerindən  ayrılan  qız  tez-tez  addımlayaraq  düz  şərq  tərəfə 

istiqamət  götürdü  və  iki  məhəllə  keçdikdən  sonra  Mam-  monna  və 

digər  köməkçi  allahlar  ordusunun  əsas  magistralı  sayılan  Beşinci 

küçəyə çıxışı olan gözəl, iri bir malikanənin yanına çatdı. O, tələsik 

evə daxil oldu və gözəl gənc bir qızın dəbdəbəli ev paltannda dayanıb 

narahat-narahat pəncərədən baxdığı otağa qalxdı. 

-

 

Ah  səni,  dəlibaş!  -  o,  kiçik  bacısını  gördüyü  zaman  ucadan 



dedi,  -  sən  bu  cür  hərəkətlərinlə  bizi  nə  vaxta  kimi  qorxudacaqsan? 

Artıq iki  saatdır ki,  Merinin  şlyapasında  və bu andır paltarda  evdən 

çıxmısan. Ana dəhşətli dərəcədə təşvişə düşüb. O, bütün şəhərdə səni 

axtarmaq üçün Luini maşınla göndərib. Sən yaramaz və səfeh qızsan! 

O, düyməni basdı, həmin dəqiqə xidmətçi otağa daxil oldu. 

-

 



Meri, anama söylə ki, miss Merian qayıdıb. 

-

 



Deyinmə,  bacıcan.  Madam  Teogilə  qaçdım  ona  deyim  ki, 

çəhrayı rəngli tikmənin yerinə bənövşəyisini qoysun. Amma bu 



54 

downloaded from KitabYurdu.org




YALANÇI PARILTI 

paltar və Merinin şlyapası işimə yaman yaradı. Hamı məni satıcı kimi qəbul 

edirdi. 

-

 



Nahar artıq qurtanb, əzizim, sən gecikmisən. 

-

 



Bilirəm.  Başa  düşürsən,  mən  səkidə  sürüşdüm  və  ayağımı  əzdim. 

Zədəli  ayaqla  yeriyə  bilməzdim.  Birtəhər  özümü  restorana  çatdırdım  və 

özümü  yaxşı  hiss  edənə  kimi  orada  oturdum.  Gecikməyimin  də  səbəb  bu 

idi. 


Pəncərənin  qarşısında  oturan  qızlar  parlaq  işıq  saçan  fənərlərə  və 

işıqları  saynşan  faytonlara  baxırdılar.  Kiçik  bacı  başını  böyük  bacısının 

dizinin üstünə qoyub, ona qısılmışdı. 

-

 



Nə vaxtsa ərə gedəcəyik, - o, xəyala dadmış vəziyyətdə dilləndi, - 

sən  də,  mən  də.  Pulumuz  o  qədər  çoxdur  ki,  onlar  bizə  xalqın  fikrini 

yayındırmağa  imkan  verməyəcək.  İstəyirsən,  bacıcan,  deyim  mən  necə 

adamı sevə bilərəm? 

-

 

Hə, söylə, boşboğaz, - böyük bacı gülümsədi. 



-  İstəyirəm  ki,  sevdiyim  adamın  mehriban,  göy  gözləri  olsun,  o,  kasıb 

qızlara  şərəf  və  ehtiramla  yanaşsın,  yaraşıqlı  və  xeyirxah  olsun,  sevgini 

əyləncəyə  çevirməsin.  Mən  onu  ancaq  o  zaman  sevə  bilərəm  ki,  həyatda 

aydın  məqsədi,  faydalı  işi  olsun.  Qoy  lap  kasıb  olsun,  buna  əhəmiyyət 

vermərəm, hər şey edərəm ki, ona öz məqsədinə çatmağa köməklik göstərə 

bilim.  Amma bacıcan, bizi bütün  həyatı ziyafətlər və klublar arasında boş- 

boşuna  keçən  avara  adamlar  əhatə  edir;  belə  adamı  isə  mən,  hətta  göy 

gözləri olsa, küçədə tanış olduğu kasıb qızlara ehtiramla yanaşsa belə, sevə 

bilmərəm. 

55 


downloaded from KitabYurdu.org


O.HENRİ 

YANAN ÇIRAQ 

Əlbəttə, bu problemin iki tərəfi var. İkincisinə nəzər salaq. Tez-

tez  “satıcı  qızlar”  barədə  danışılır.  Amma  belələri  mövcud  deyil. 

Yalnız  mağazada  işləyən  qızlar  var.  Satıcılıq  isə  onlann  peşəsidir. 

Məgər  peşənin  adı  ilə  insanın  özünü  eyniləşdirmək  olarmı?  Gəlin 

ədalətli olaq. Axı biz Beşind küçədə yaşayan qızlann heç də hamısını 

“gəlinlər” adlandırmınq. 

Lu və Nensi rəfiqə İdilər. Nyu-Yorka iş axtarmağa gəlmişdilər, 

çünki valideynləri onları saxlamaq iqtidannda deyildi. Nen- sinin on 

doqquz,  Lunun  isə  iyirmi  yaşı  vardı.  Əyalətdən  gəlmiş  zəhmətkeş 

qızlar səhnə karyerası barədə düşünmürdülər. 

Qoruyucu mələklərin sayəsində ucuz və münasib bir pan- siona 

gəlib  çıxmışdılar.  Hər  ikisi  özünə  yer  tapa  bilmiş,  müstəqil  həyata 

qədəm qoymuşdu. Onlar rəfiqə olaraq qalırdılar. İndi isə icazə verin, 

sizi  altı ay  keçdikdən  sonra  tanış  edim:  Zəhlətökən  Oxucu  -  mənim 

möhtərəm  dostlarım  miss  Nensi  və  miss  Lu.  Salamlaşdıqdan  sonra 

onlann geyiminə diqqət yetirin - ancaq hiss olunmadan! Bu qızlar da 

at  yanşında  lojada  oturan  xanımlar  kimi  onlara  zillənmiş  baxışları 

xoşlamırlar. 

Lu  camaşırxanada  işəmuzd  işləyir,  əl  ilə  yuyulan  paltarları 

ütüləyirdi. Tünd-qırmızı rəngli paltar ona yaraşmır, şlyapasının lələyi 

isə  lazım  olduğundan  dörd  düym  uzundur.  Lakin  onun  qoluna  və 

boynuna  doladığı  sincab  xəzinin  qiyməti  iyirmi  beş  dollardır. 

Mövsümün axınnda isə bu xəzlər üstündə “7 dollar 98 sent” yazılmış 

yarlıqlarla vitrinlərdən asılacaq. 

Onun al yanaqları və panltılı mavi gözləri var, həyatdan tam razı 

olduğunu görmək mümkündür. 

Nensini vərdiş etdiyiniz kimi, “satıcı” adlandıracaqsınız. Belə bir 

tip  mövcud  deyil.  Lakin  nə  qədər  ki  hər  şeydən  doymuş  nəsil  hər 

yerdə  tip  axtanr,  onda  bu  qıza  “tipik  satıcı”  demək  olar.  Onun 

pompadursayağı  hündür  saç  düzümü  var,  əyninə  ədəbli  bluzka 

geyinib. Yubkası ucuz parçadan olsa da, qüsursuz 



56 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə