YANAN ÇIRAQ
biçimə malikdir. Nensi qəfil yaz küləyindən qorunmaq üçün xəzlərdən
istifadə etmir. Mahud qısa jaketi elə səliqə ilə geyinir ki, elə bil, qaragül
dərisindən mantodur. Ey insafsız tip ovçusu, onun sifətinin, gözlərinin
satıcılara xas ifadəsi var: təhqir edilmiş qadınlığın sakit və qəzəb dolu
nifrəti, gələcək intiqamın vədi. O güləndə belə bu ifadə yox olmur. Həmin
ifadələri rus kəndlilərinin gözlərində və bizlərdən kimin sonu çatsa, son
çağırış edən mələk - İsrafilin sifətində görə bilər. Əslində, bu, kişiləri
təşvişə salmalı və tərk-silah etməlidir. Amma onlar kimin arxasınca kəndir
uzanırsa, ona gülümsəyir və gül dəstəsi aparırlar.
İndi isə Lunun “tezliklə görüşənə kimi!” vida kəlməsini, Nensinin
məzəli, incə təbəssümünü qəbul edib, şlyapanızı çıxa- nn və gedin. Nensinin
təbəssümünü siz nədənsə tuta bilmirsiniz və o, ağ gecəkəpənəyi kimi qanad
çalaraq evlərin damlarının üstü ilə ulduzlara sarı uçub gedir.
Qızlar tində Deni gözləyirdilər. Den Lunun ən etibarlı pərəstişkarı idi.
Etibarlı? O hətta Meri muzdlu xəfiyyələrin köməyi ilə öz quzusunu'
axtaranda da qızın yanındaydı.
-
Sənə soyuq deyil, Nensi? - Lu soruşdu. - Axmaqsan, vallah!
Həftəyə səkkiz dollara görə bu dükanda dayanırsan! Keçən həftə mən on
səkkiz dollar əlli sent qazanmışam. Əlbəttə, ütüləmək piştaxta arxasında
dayanıb yaxalıq satmaq kimi təmiz iş deyil, amma qazancı yaxşıdır. Bizim
işçilərdən heç kəs on dollardan aşağı zəhməthaqqı almır. İş də ki heç də
səninkindən aşağı iş deyil.
-
Onu özünə saxla, - Nensi bumunu sallayaraq dedi, - səkkiz dollar
və bir otaq da mənə bəs edər. Xoşlayıram ki, ətrafımda gözəl əşyalar və
qəşəng adamlar olsun. Bir də axı orada hansı imkanlar var! Bizim əlcək
şöbəsində işləyən bir qız metaltökənə, ya da, necə deyərlər, Pitsburqdan
olan dəmirçiyə ərə getdi. Milyonçudur! Mən tovlamağı heç də ondan pis
bacarmıram. Ümumiyyətlə, zahiri görünüşümlə lovğalanmaq istəməzdim.
Yaxşı, bəs camaşırxanada qızların hansı imkanları var?
-
Mən Denlə orada tanış olmuşam! - Lu qalib kimi dilləndi. - O,
bayırlıq köynəyini və yaxalıqlarını gətirmişdi, mən isə
1
1
Meri və onun sədaqətli quzusu barədə ingilis uşaq nəğməsinə işarə edilir.
57
downloaded from KitabYurdu.org
O.HENRİ
birinci sıradakı ütü taxtasının cirxasında işləyirdim. Bizdə hamı
birinci sıradakı taxtada işləmək istəyir. Həmin gün Ella Medcin- niz
xəstələndiyi üçün onun yerini tutmuşdum. Dediyinə görə, əllərim
onun diqqətini birinci cəlb edib - ağ və zərif. Paltanmın qolları
çırmalanmışdı. Camaşıncanaya çox nəzakətli adamlar gəlir. Onlan o
dəqiqə tanımaq olur: pal tan çamadanda gətirir və qapı ağzında
dayanıb boşboğazlıq eləmirlər.
-
Sən bu bluzkanı necə geyinirsən, Lu? - Nensi rəfiqəsinin
geyimini gözaltı istehzalı baxışlarla süzüb soruşdu, - sənin də qəribə
zövqün var!
-
Nə olub ki? - Lu hirsləndi. - Bu bluzkaya on altı dollar ver-
mişəm, qiyməti isə iyirmi beş dollardır. Bir qadın onu yuyulmağa
vermişdi, amma gəlib aparmadı. Camaşırxananın sahibi də onu mənə
satdı. Əl işidir! Yaxşısı budur, de görüm, əynindəki bu boz biabırçılıq
nədir?
-
Bu boz biabırçılıq, - Nensi soyuq tərzdə cavab verdi, - missis
van Olstin Fişerin geydiyi biabırçılığın oxşan... Qızlar deyiriər ki,
keçən il o, bizim mağazadan on iki min dollarlıq alış-veriş edib.
Yubkanı isə özüm tikmişəm. Yarım dollara başa gəlib. Beş
addımlıqdan onlan bir-birindən fərqləndirə bilməzsən.
-
Yaxşı görüm!.. - Lu mehribancasına dedi, - əgər ac qalıb
lovğalanmaq istəyirsənsə, öz işindir. Mənə isə işim sərf edir. Təki
yaxşı zəhməthaqqı versinlər; əvəzində işdən sonra cibimə münasib
yaxşı pal tarlan geyinirəm.
Elə bu vaxt Den peyda oldu - şəhərin gənclərə vurduğu
ədəbsizlik möhüründən özünü xilas etməyi bacaran, ucuz qalstuk
taxmış gənc moniyor (həftəyə otuz dollar zəhməthaqqı alır). O,
Romeo kimi kədərli gözlərini Luya dikdi - qızın işləməli köynəyi
hörümçək toruna bənzəyirdi, hətta milçək orada ilişib qalmağı
xoşbəxtlik hesab edərdi.
-
Dostum mister Ouens, miss Denforsla tanış olun, - Lu onlan
bir-birinə təqdim etdi.
-
Çox şadam, miss Denfbrs, - Den əlini qıza uzadaraq dedi. -
Lu sizin barədə çox danışıb.
-
Təşəkkür edirəm, - Nensi soyuq barmaqlannın ucu ilə onun
ovcuna toxundu, - o, hərdən sizi də yada salır.
58
downloaded from KitabYurdu.org
YANAN ÇIRAQ
Lu istehza ilə güldü.
-
Əllə bu cür görüşməyi missis van Olstin Fişerdən öyrənmisən? -
soruşdu.
-
Hər halda, arxayın ola bilərsən ki, bunu öyrənməyə dəyər, - Nensi
cavab verdi.
-
Mənə lazım deyil. Çox nəzakətli təsir bağışlayır. Brilyant üzükləri
nümayiş etdirib lovğalanmaq üçün düşünülüb. Bax nə zaman onlardan
mənim də olar, onda səy göstərərəm.
-
Əvvəlcə öyrən, - Nensi soyuqqanlı tərzdə dedi, - o zaman üzüklər
də tezliklə peyda olar.
-Yaxşı, bu mübahisəyə son qoymaq üçün... - Den, həmişə olduğu kimi,
gülümsəyərək müdaxilə etdi, - icazə verin, bir təklif edim. Sizi zərgərlik
mağazasına dəvət edə bilmərəm, amma bəlkə, operettaya gedək? Bilet
götürmüşəm. Madam ki əsl daş-qaşlar imkanımıza uyğun deyil, onda gəlin
teatr bril- yantlanna tamaşa edək.
Sədaqətli cəngavər səkinin kənannda öz yerini tutdu, onunla yanaşı
dəbdəbəli tovuzquşu paltannda Lu, sonra isə düzqa- mətli, ciddi, sərçəciyə
bənzəyən, eynən van Olstin Fişerin ədalarını yamsılayan Nensi
addımlayırdı. Onlar məkrsiz əyləncə axtanşına beləcə yollandılar.
Fikrimcə, tədris müəssisələri ilə müqayisədə çox adam böyük universal
mağazalara üstünlük verir. Amma işlədiyi mağaza Nensi üçün əsl məktəb
idi. Onu incə zövqlərə uyğun gözəl əşyalar əhatə edirdi. Əgər ətrafınızda
cah-calal mövcuddursa, ona sizin, yoxsa özgəsinin dəyər verməsindən asılı
olmayaraq o, sizə məxsusdur.
Onun alıcılarının əksəriyyəti cəmiyyətdə yüksək mövqe qazanmış, dəb
və ədanın yaradıcısı olan qadınlar idi. Nensi də onların hər birindən daha
çox xoşuna gələn cəhətləri götürürdü.
Birindən ədasını, digərindən qaşların gözəl hərəkətini, üçüncüdən
yerişini, çanta tutmaq tərzini, gülümsəməyi, dostlarla salamlaşmağı,
“aşağılara” müraciət qaydalannı mənimsəmişdi. Sevimli modeli van Olstin
Fişerdən isə, həqiqətən, çox gözəl, incə, gümüş kimi təmiz, qaratoyuq
nəğməsi kimi musiqili
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |